Akif Çovdarov anadan cinayətkar doğulan biri deyil...
Oxunub: 6846
01 Dec 2015 | 09:35
Akif Çovdarov anadan cinayətkar doğulan biri deyil...
Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini, xüsusən də bu gün Hacı Məmmədovdan betər "xoxan" kimi cəmiyyətdə ad çıxaran MTN generalı Akif Çovdarovla 2011 - ci ildəki ilginc söhbəti barədə yazaraq saytımıza göndərir. 

İndi isə o, Moderator.az - a mövzunun davamını yazıb göndərib...

Yazının əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/108655.html


...Yazmışdım ki, “yalnız ofisdə başqalarının da dediklərindən başa düşdüm ki, həqiqətən də biz çox böyük bəladan xilas olmuşuq. Sən demə, yüzlərlə  başqa iş adamının başına gətirilənlərdən məndən başqa çoxlarının xəbəri var imiş. Elə şeylər danışdılar ki, dəhşətə gəldim.
Ancaq bizə qarşı o deyilənlər baş vermədi.
Səbəbini siz dəyərli oxucular üçün növbəti yazımda izah edəcəyəm.”

...Akif Çovdarovun bizə qarşı sərgilədiyi münasibətin səbəbləri ilə buyurun tanış olun.

Təbii ki, o bunu mənə görə, mənə olan hörmətindən dolayı, məndən qorxduğuna görə etmədi.
Mən kiməm ki? 
Vəzifəm, rəsmi səlahiyyətim, ona rəsmi təsir imkanlarım və onunla şəxsi tanışlığım yoxdur ki, bütün bunlara görə etsin. Müxalifətçi olduğumu və bu rejimin şəxsən mənə olan münasibətini də, mənim sözümlə ona heç kimin irad belə bildirməyəcəyini də yaxşı bilir.

İndi bizə məlum olan əməlləri göstərir ki, məndən qorxmağa da əsası olmayıb. 
O kimdən qorxub ki? 
Qorxu yeri və hissi olsaydı, bütün bu baş verənləri törətməzdi ki!
Bir də bu ölkədə orta səviyyəli məmur belə, cəzasız qalacağına tam əmin ola-ola, heç kimdən, heç bir instansiyadan və vəzifəli şəxsdən çəkinmədən, qorxmadan min bir qanunsuzluq törədə bilirsə, Akif Çovdarov kimi yüksək vəzifəli şəxs,  “dövlət tağşırıqları”nı yerinə yetirən bir məmur məndən qorxardımı? Qətiyyən! 
O və onun kimilər dövlətin verdiyi rəsmi status və səlahiyyətlər zirehində heç kimdən, heç nədən və heç haralardan qorxmazlar, çəkinməzlər.
 Heç ALLAH(c.c)dan da. 
Onlar təkcə axirətə inansaydılar, haqq-hesab gününün mütləqiyini qəbul etsəydilər, bu əməlləri törətməzdilər ki.
Bəs səbəb nə idi?

Ölkəmizdə hüquqi savadsızlıq və hüquqi nihilizmin dərin kök saldığını, adamların qanuna, məhkəmələrə, hüquq - mühafizə orqanlarına və deməli həm də öz gələcəklərinə ümidlərini itirdiyini, apolitik, laqeyd və  ətrafında baş verən,  bir gün onun və ailə üzvlərinin də maraqlarına toxunacaq hadisələrə “bitərəf münasibət”in dərin kök saldığını nəzərə alaraq, burada Akif Çovdarovla aramızda baş verən “anlaşmanın” əsl səbəbini sizlərə ətraflı izah etməyə çalışacağam. 

 Bu izahdan sonra siz özünüz də tam əmin olacaqsınız ki, Akif Çovdarov iddia olunduğu və göstərilməyə çalışıldığı qədər də qorxunc, vahiməli, qanunları saymayan, anadan cinayətkar doğulan biri deyil, əksinə, yeri gələndə qanunlara hörmət edən birisidir. Həm də təkcə o yox! Bütün cinayətkar məmurlarımız: hakimlərimiz, prokurorlarımız, polislərimiz, nazirlərimiz, özümüz, mən, sən, o, biz, siz və onlar”¦
 Elə Eldar Mahmudov özü də.
Xatırlayırsınızmı 2011-cil ilin fevralını? “Ərəb baharı”ndan sonra Azərbaycan məhkəmələrində, xüsusilə də, xalq arasında “Kupça idarəsi” adlanan DƏDRX-də yaranmış vəziyyət. Hakimlər rüşvət almağı dayandırıb, hətta həmin dövrdə icraatlarında olan işlərə görə aldıqları rüşvətləri geri qaytardılar. DƏDRX-də “Forma-1” və başqa arayışlar öz dövlət qiymətinə verilməyə başlandı və vətəndaşlardan rüşvət tələb edilməsi qəfil dayandırıldı. 
O xoşbəxt günləri xatırlayırsınızmı?  İnsanların necə hisslər keçirdiyini, rüşvətsiz bir ölkədə yaşamaq xoşbəxtliyinidən necə məst olduqları, necə rahat nəfəs aldıqları, gələcəyə ümidləndikləri yadınızdadırmı? Bəzi müxalifətçilər hətta bundan peşman olmuşdular. Çünki hakimiyyətə qarşı çox ciddi bir arqumentləri əllərindən alınmışdı.
O vaxt hakimlər açıq şəkildə deyirdilər ki, onlara tapşırılıb ki, altı ayadək bir təhər dözsünlər (!!!), almasınlar, aldıqlarını qaytarsınlar. Əhalini incitməsinlər. Şəxsən mənim bildiyim bir neçə işdə məhz belə də oldu. Adamlardan alınan rüşvətlər dərhal özlərinə qaytarıldı. Ancaq o işlərə baxılmadı. Müxtəlif bəhanələrlə işlərə baxılması uzadıldı. Məhkəmə iclasları təxirə salındı. 
Təbii ki, söhbət “pullu işlər”dən gedir. Bəlli “pullu işlər”. heç bir mədəni ölkədə bu ifadəyə rast gələ bilməzsiniz. Bu ifadə yalnız bizim hakimlərin, polislərin və prokurorların leksikonundadır.
6 ay  dözə bilmədilər. Cəmisi 3 aydan sonra yenə başladılar. Ancaq bu dəfə “boşdayanmalar”ın (sovetlər vaxtında buna “xolstoy” deyilirdi) da haqqını aldılar. Düz 50 faiz artırdılar rüşvəti.
Bunu sübut etmək üçün, sadəcə, həmin vaxtlarda icraatda olan cinayət və mülki işlərin məhkəmələrdə baxılması müddətlərini, iclasların təxirə salınmasının obyektiv səbəblərdən asılı olub-olmamasını araşdırmaq kifayətdir. Özlərini “korrupsiya mübarizləri” kimi göstərənlər, həqiqətən də bunu istəyirlərsə, mənim iştirakımla bir komissiya yaratsınlar, mən onlara bütün bu deyilənləri konkret cinayət işləri üzrə sübut edim.
O vaxt DƏDRX-in Sumqayıt ərazi idarəsində şahidi olduğum bir hadisə isə bəzi məmurların hansı əxlaq sahibi olduğunun, rüşvət və korrupsiyanın necə dərin kök saldığının, necə qorxunc boyutlara çatdığının  bariz göstəricisi idi.
Adamlar DƏDRX-də rüşvət alınmadığını eşidib o vaxtlar sel kimi idarəyə axışırdı. Binanın ikinci mərtəbəsində bir məmurla yanaşı durub çölə baxırdım.  Adamlar bir-birinin üstünə minirdi, səs-küydən qulaq tutulur, basabasdan nəfəsləri kəsilir, bar-bar bağırırdılar.
 Birdən yanımda duran məmur öz-özünə danışmağa başladı: “ay  oğraşlar, eşidiblər ki “Forma-1” müftə verilir, xidmət pulsuz olub, gör necə axışıblar. Siz öləsiz, canınız çıxacaq bu basabasda, dəyyuslar.” 
Mən eşitdiklərimə inanmadım. Niyə basabas düşdüyünü, adamlara tez-tez xidmət etməmələrinin səbəbini soruşdum. “Kompüterdən adi bir çıxarışın verilməsi niyə bu qədər vaxt aparmalıdır ki?”””deyə, maraqlananda, eşitdiklərimdən şoka düşdüm.
“Göstəriş vermişəm ki, gündə 70-80 nəfər buraxılsın. Canları çıxsın, dəftərdə siyahı tuturlar, növbə yazırlar. Qoy gözləsinlər. Qurumsaqlar, pulsuz bilib lazım oldu-olmadı “Forma-1” almağa cumublar. Gör necə qarğa-quzğun kimi hay-küy salırlar. Ay siz öləsiz..”. Arxasınca elə bir küçə söyüşü eşitdim ki, burada ifadə etmək belə mümkün deyil. Mən dönüb söyüşünü onun özünə qaytardım və bildirdim ki, sırada duranlar arasında mənim qohumlarım da var,  nə haqla o belə danışır?! 
Bu adam sanki birdən-birə ayıldı, nə sayıqladığını anladı və: “bağışlayın, Qurban müəllim, biz də plan veririk axı, dədəmizə yığmırıq ki, bəzi fondlar elə bilirsiz göydən maliyyələşir? Adamların fürsətcilliyi məni əsəbləşdirir,”””dedi və dönüb sürətli addımlarla uzaqlaşdı.

Bu hadisələr iki reallığı dəqiq göstərir:
 
1. Problem nə qədər dərindir. Mənəvi pozğunluğumuzun hədləri nə qədər genişdir.

2. Ali siyasi iradə problemin aradan qaldırılmasında müstəsna rola malikdir. Istəsələr, Gürcüstanda olduğu kimi, hörmətli prezident M. Saakaşvili etdiyi kimi, bir həftə içində rüşvətin, korrupsiyanın, monopoliyanın kökünü 70-80 faiz inzibati tədbirlərlə, yuxarıdan göstərişlərlə, qalan 20-30 faizini isə hüquq-mühaifə orqanlarının əlilə kəsərlər.

Ancaq bu baş vermir? Niyə?

Bu iki sualın: “Akif Çovdarovun bizə münasibətinin səbəbi nə idi?” və “Niyə bu baş vermir” suallarına cavab tapmaq üçün səbr etməyiniz lazım gələcək...

Ardı var...
Oxşar xəbərlər
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
GÜNLÜK
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq