Nizaminin şükür konsepsiyası...
Oxunub: 4145
13 Nov 2015 | 23:52
Nizaminin şükür konsepsiyası...
Moderator.az publisist - jurnalist Azər Qaraçənlinin "Nizaminin şükürü" əsərini hissə - hissə oxuculara təqdim edir. Əsərin qəlbində Allah sevgisi və xofu olan hər bir inanclı şəxs üçün maraq doğuracağına şübhə yoxdur:

Birinci hissəni bu linkdən oxumaq olar---moderator.az/news/105236.html

İkinci hissəni təqdim edirik:

...Allahı tanıyan, mələkləri göstərən odu (yəni Məhəmməd peyğəmbərdi),
Biz Allaha onunla şükür eləyirik.

Nizaminin bu sözlərini bir yandan onun Məhəmməd peyğəmbərə yazdığı mədhlərin şükür olduğu haqda bayaq dediyimiz fikirə, o biri yandan da Nizaminin şükürünün islam dinindən gəldiyinə sübut kimi qəbul eləmək olar.

Nizaminin şükürü islam tərbiyəsindən, “Quran”dan, Tanrının Məhəmməd peyğəmbərlə çatdırdığı öyüd-nəsihətlərdən, peyğəmbərin yaşayışıyla, davranışıyla göstərdiyi örnəklərdən, kəlamlarıyla anlatdığı hikmətlərdən, bir də şairin özünün Tanrıya vurğunluğundan, heyranlığından, Yaradana minnətdarlığından, Yaradanın verdiyi nemətlərin saya-hesaba gəlmədiyini bilməyindən, nemətlərin qədir-qiymətini bilməyindən, xaraktercə, əxlaqca qədirbilən adam olmağından irəli gəlir. Nizaminin şükür konsepsiyası islam dinində, “Quran” ayələrində, Məhəmməd peyğəmbərin həyat tərzində, kəlamlarında, başqa böyük müsəlmanların həyatında, düşüncələrində təbliğ olunan şükür tezislərinin şairin ruhundan keçib beynində təsdiqini, qələmində qəlibini tapmış, bəzən fikir (fəlsəfi mühakimə), bəzən şəkil (poetik obraz), bəzən nağıl (maraqlı əhvalat) biçimində üzə çıxmış bir toplusu, külliyyatıdı. Bu “külliyyat” nəfis tərtibatda, nəfisdən də nəfis tərtibatdadı. O, “əl işidi”, ona görə də nadirdi, təkrarı yoxdu. Özü də dahinin əl işidi, ona görə qiyməti yoxdu. Nizaminin şükür konsepsiyası islam tezislərinin toplusu olsa da, təkrar deyil, orijinaldı, yamsılamaq deyil, yaratmaqdı, ikinci əldən deyil, birinci əldəndi.

“Quran”da deyilir: “Allahdan nə istəmisiz, hamısından sizə verib! Allahın nemətlərini saymaq istəsəz, sayıb qurtara bilməzsiz!”

“Xosrov və Şirin”də Şirin Tanrıdan kömək istəyəndə deyir:

Mənim hər tüküm dil açıb,
Hər biri sənin şükürünü eləsə də,
Yüz şüküründən birini deyə bilmərəm.

Bu, Nizaminin öz düşüncəsidi ”“ bir yandan dindən gələn, o biri yandan da şairin ruhundan doğub beynində təsdiqini tapan bir düşüncə: mənim hər tüküm dil açıb şükür eləsə, yenə Tanrının yüz şüküründən birini deyə bilmərəm. Yəni insanın şükür eləməli olduğu nemətlərin sayı-hesabı yoxdu, insan Tanrıya şükürünü deyib qurtara bilməz. Sənin hər tükün dil açıb Tanrıya şükür eləsə, yenə eləməli olduğun şükürün yüzdə birini deyə bilməzsən. Şükür eləməli olduğumuz nemətlərin sayı-hesabı yoxdusa, deməli, bizim eləməli olduğumuz şükürün də sonu yoxdu.

İnsanın şükür eləməli olduğu nemətlərdən biri, əslində birincisi onun yaradılışıdı. Nizami deyir insan dünyaya insan kimi gəldiyinə şükür eləməlidi. Şükür eləməlidi ki, tutalım, dünyaya heyvan kimi yox, insan kimi gəlib. “Leyli və Məcnun”da Məcnun maralı ovçunun torundan qurtaranda ovçuya deyir:

Dərdlilərin ahından qorxursansa,
Belə şikardan tamah dişini çək!
Taleyin hökmüylə
O ovçu, sən ov olsaydın, halın necə olardı?!
Buna şükürü nəylə eləyirsən ki,
O şikar olub, sən şikar tutan?!

Şair “Sirlər xəzinəsi”ndə yazır: insan torpaq mədənindən çıxsa da gövhərdi, çünki onun öz ürəyindən xəbəri var, insanın ürəyisə xəzinədi, ona gələcəkdən xəbər verilib, onun keçmişdən də xəbəri var. Nizami deyir göylərin sirrini yer lövhəsində oxuyan bizik, bizə qədər heç bir varlığın bu imkanı olmayıb, bu ancaq bizim alnımıza yazılıb, ona görə də bu cahan bağının nübarı insandı ”“ sənsən, mənəm. Nizami insanı bütün bunların qədrini bilməyə, bunun mənası, məqsədi haqqında düşünməyə çağırır. Bu vaxt şair insanı naşükür adlandırmaqla onu öz varlığının qədrini bilmədiyinə, yaradılışın hikməti haqqında düşünmədiyinə görə qınayır da. Şair yazır:

Sənin torpağını yoğrulan gün
Ürək məcunuyla qarışdırıblar.
Sənin torpağın məşəqqətlə qarışdırılıb,
Bu torpağın ürəyində çoxlu xəzinə var.
Bu torpağın qiymətini yüksək tut,
Ey naşükür, bu torpağa görə şükür elə.
Öz mənzilinə bax gör yol hansıdı,
Bu yerə gəlib-getməyin mənası nədi?
Bura səfərə gəlməkdə niyyətin nə idi,
Burdan qayıtmağın hikməti nədədi?

Nizami bir qəzəlində deyir ömrü bada verirsən, halbuki onunla əbədi həyat qazanmaq olar. Deyir canı qızılla almamısan, ona görə qədrini bilmirsən, necə ki, oğru müftə ələ keçirdiyi malın qədrini bilməz:

Cavanlıq köç üstündədi, bu cavanlığın qədrini bil!
Karvanla gedən qəribi şəhərli bir də hardan görər?
Dünya görmüş qocaların beli ona görə əyilib ki,
Gənclik günlərini yerdə axtarırlar.
Dünyanın nəqd və nisyəsindən qalan sərmayə yalnız bu ömürdü.
Haqqını taətdə tut, mənaları ona öyrət!
Gedəcəyini ki, bilirsən, könlünü daha ayıq saxla,
Həyatı sərxoşlar kimi qəflətdə keçirmək yaramaz!
Nazənin (əziz) ömrü puç yerə bada verirsən, halbuki
Onun bəhəriylə əbədi həyat qazanmaq olar.
Canı qızılla almamısan, odu ki, qədrini bilmirsən,
Necə ki oğru müftə əldə elədiyi malın qədrini bilməz.

Nizami Gəncəvi hər bir nemətin Tanrıdan gəldiyinə, ruzini Allahın verdiyinə möhkəm inanan adamlardandı. Şair öz əsərlərində bunu dönə-dönə qeyd eləyir. O, hansısa personaja, yaxud hansısa personajın bir hərəkətinə oxucuda rəğbət oyatmaq istəyəndə də dərhal onu bu düşüncədə yaradır: neməti, xeyir-bərəkəti, uğuru Tanrıdan görən, buna şükür eləməli olduğunu bilib şükür eləyən adamın düşüncəsində. Tək öz dilindən yox, qəhrəmanlarının dilindən yazdıqlarında da Nizami adamı xeyir-bərəkətin, ruzinin Tanrıdan gəldiyinə inandırır, oxucunu qazandığı uğurlara, qismətinə düşən nemətlərə görə Tanrıya şükür eləməyə çağırır. “Yeddi gözəl” poemasında Bəhram-Gur şahlıq taxtında əyləşəndə ədalət nitqi söyləyir. Deyir:

Tacı mənə Tanrı bəxş elədi,
Tanrının verdiyi mənə mübarək olsun!
Tanrıya şükür, alqışlar olsun!
Tanrını tanıyana afərin olsun!
Tanrının nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür eləyirəm, niyə eləməyim?
İki şirin arasından tac götürməyi
Tanrıdan bilirəm, qılıncımdan yox.
Mən uca taxt-taca yetişib
Tanrının xoşuna gələn işlər görəcəm.

“İsgəndərnamə” poemasında (“Şərəfnamə”də) İsgəndər elçi qiyafəsində Bərdənin hakimi Nüşabənin görüşünə gəlir. Nüşabə gələn adamın İsgəndərin elçisi yox, özü olduğunu başa düşür. Bərdə hakimi Makedoniyalı fatehin üzünə deyir sən elçi deyilsən, İsgəndərsən. İsgəndər bundan narahat olur, düşünür Nüşabə bir kinli düşmən olsaydı, burda onun boynunu vurardı. İsgəndər ürəyində deyir burdan salamat çıxıb gedə bilsəm, bir də kimliyimi gizlədib belə oyun oynamayacam. Nüşabə İsgəndəri xoş qarşılayır, məclis düzəldib onun şərəfinə süfrə açır. İsgəndər Nüşabənin sarayından çıxıb gedəndə anlayır ki, fəth Tanrının işidi. O, Bərdədən salamat qurtarmağını da Tanrıdan görür, buna görə xilaskarına, yəni Tanrıya şükür eləyir:

O yerdən İsgəndər çıxıb gedincə
Anladı ki, aldatmaq fələyin, fəth Tanrının işidi.
Qorxduğu təhlükədən xilas olduğu üçün
Xilaskarına yüz dəfə şükür elədi.

Ruslarla müharibədə çətinliyə düşən İsgəndərə bir filosof (həkim) ağıllı məsləhət verir. Nizami yazır (“Şərəfnamə”də):

Ulduz tanıyan həkimin bu müjdəsindən
İsgəndər Tanrını şükürlə yadına saldı.
Tanrıdan görüncə bu zəfəri
Öz xütli atına ayağını qoydu.

Ruslarla müharibənin çətin vaxtında İsgəndər bir səhər yuxudan durub üzünü Tanrıya tutur:

Şah hövlnak yuxudan oyandı,
Saf qəlbini qorxudan təmizlədi.
İbadətxanaya gəlib dua elədi,
Dilinin qüdrətini şükür sözləriylə sınadı.
Ona yar olandan bu çətin işdə
Gah qüdrət, gah da yardım dilədi.

İsgəndər rusları məğlub eləyir. Döyüşdən sonra ələ keçirdiyi qənimətləri görəndə o, Tanrıya şükür eləyir:

Şah qənimətlərlə varlanınca
Qənimət üçün Tanrıya şükür eləməyi qənimət bildi.
Dünyanı yaradana çoxlu şükür
Elədi, sonra da əlinə cam aldı.
Rudun xoş səsindən, dadlı şərabdan
Bahar buludutək səxavətə gəldi.

Qələbə yürüşlərindən vətəninə qayıdan İsgəndər elmlə məşğul olmaq fikrinə düşür, bər-bəzəksiz, qızıl-gümüşsüz bir xəlvətxanaya çəkilib, tacını başından çıxarıb düşüncələrə dalır, ibadət eləyir. Nizami burda yenə İsgəndəri hər uğuru, fəthi Allahdan görən, buna görə Allaha şükür eləyən adam kimi təsvir eləyir. Şair İsgəndərin xəlvətxanasını, ordakı düşüncələrini, duyğularını qələmə alanda yazır (“İqbalnamə”də):

Bir otaq idi qırmızı söyüddən,
Ora ağ torpaq tökülmüşdü.
Elə ki, İsgəndər bu tələyə bənzər dünyadan cana gəlirdi,
Haman otaqda rahatlıq tapırdı.
Kəyan tacını başından çıxarırdı,
Yenidən ibadətə başlayırdı,
O pak torpağa üz sürtürdü,
Ürəkdən dərdli bir ah çəkirdi,
Ötüb-keçənlərə şükür oxuyurdu,
Gələcək işlər üçün kömək diləyirdi,
Qismətinə çıxan hər bir fəthi,
Öz cəhdindən deyil, Allahın fəzlindən görürdü.

Çinin türk xaqanı İsgəndərə cavab məktubunda yazır (“Şərəfnamə”də):

Ardı var...
Oxşar xəbərlər
21:43, Bu gün
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
21:42, Bu gün
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
21:41, Bu gün
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
21:26, Bu gün
Dünyanın ən uzun aclığı: 382 gün
21:25, Bu gün
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
21:23, Bu gün
İmtahandan əvvəl bunları YEYİN
21:20, Bu gün
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
21:18, Bu gün
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
21:14, Bu gün
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
21:13, Bu gün
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
21:11, Bu gün
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
21:10, Bu gün
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
21:08, Bu gün
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
20:57, Bu gün
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
20:51, Bu gün
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
20:44, Bu gün
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
20:42, Bu gün
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
20:37, Bu gün
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
20:23, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
20:09, Bu gün
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
20:06, Bu gün
Litva Ukraynaya radar sistemləri verəcək
19:58, Bu gün
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:56, Bu gün
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
19:50, Bu gün
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
19:47, Bu gün
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:46, Bu gün
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
19:42, Bu gün
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
19:37, Bu gün
Robin Van Persinin yeni komandası bəlli oldu
19:37, Bu gün
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
19:27, Bu gün
Putinin potensial varisi AÇIQLANDI
19:16, Bu gün
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
19:15, Bu gün
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
18:56, Bu gün
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
18:56, Bu gün
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
18:46, Bu gün
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
18:37, Bu gün
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
18:24, Bu gün
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
18:13, Bu gün
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
18:08, Bu gün
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
18:07, Bu gün
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
18:03, Bu gün
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
18:02, Bu gün
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17:57, Bu gün
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17:55, Bu gün
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17:52, Bu gün
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17:50, Bu gün
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17:47, Bu gün
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17:46, Bu gün
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17:44, Bu gün
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17:41, Bu gün
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17:39, Bu gün
Ramin Əliyev saxlanıldı
17:35, Bu gün
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17:31, Bu gün
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17:28, Bu gün
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17:26, Bu gün
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17:22, Bu gün
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17:21, Bu gün
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17:19, Bu gün
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17:15, Bu gün
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17:10, Bu gün
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17:06, Bu gün
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17:03, Bu gün
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
16:58, Bu gün
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
16:56, Bu gün
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
16:54, Bu gün
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
16:52, Bu gün
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
16:48, Bu gün
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
16:44, Bu gün
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
16:40, Bu gün
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
16:35, Bu gün
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
16:31, Bu gün
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
16:29, Bu gün
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
16:25, Bu gün
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
16:24, Bu gün
"Buna görə çox peşmanam"
16:20, Bu gün
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
16:19, Bu gün
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
16:15, Bu gün
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
16:12, Bu gün
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
16:10, Bu gün
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
16:04, Bu gün
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
15:59, Bu gün
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
15:56, Bu gün
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb - FOTOLAR
15:54, Bu gün
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
15:52, Bu gün
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
15:48, Bu gün
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
15:45, Bu gün
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
15:43, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
14:56, Bu gün
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
14:52, Bu gün
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
14:48, Bu gün
“Qarabağ”ın oyununda qadın hakimlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
GÜNLÜK
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib