“MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər”
Oxunub: 9845
12 Nov 2015 | 01:09
“MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər”
Moderator.az - ın bu dəfəki müsahibi haqqında əvvəlcədən qısa arayış yazmaq istəmədim. Bircə onu demək istərdim ki, bu dəfə sözün həqiqi mənasında bir Türk xatunuyla həmsöhbət oldum. Müsahibəmizi oxuyan, oxumaq iqtidarında olan hər kəs Türkün adı gələndə dodaqarı titrəyən, Türkün adı gələndə yanağını göz yaşı isladan, Türkün adı gələndə gözlərindən atəş çıxan, Türkün adı gələndə köksü qabaran, özüylə, sözüylə, bütün varlığıyla Türk olan bu xanımı bəlkə də məndən yaxşı tanıyır. Özünü tanımazlığa vuranlara isə bircə xatırlatmam olacaq, O, Azərbaycanın müstəqillik carçılarından biri və bəlkə də birincisi olan xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır. Bəli, bu dəfə “Azəri-Türk” Qadınlar Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresi sədrinin Türk Dünyası üzrə müşaviri Tənzilə xanım Rüstəmxanlı ilə iki xanım olaraq dərləşdik, söhbət etdik. Siyasətdən başlayıb ailədən, sevgidən davam edərək şeirlə bitirdik... 

- Tənzilə xanım, seçkilərindən yeni çıxdığımıza görə elə ilk öncə parlamentdən başlamaq istəyirəm. Bu dəfə beşillik müddətə seçilmiş parlamentdə Rüstəmxanlılar ailəsindən heç kim yoxdur. Mənə bir vətəndaş olaraq çox pis təsir edir ki, Azərbaycanın müstəqillik aktına imza atanlardan, “azadlıq” deyə car çəkənlərdən öncülü olan Sabir Rüstəmxanlı bu dəfə parlamentdə olmasın. Düzdür, Sabir bəy özü seçkiyə getmədi, amma Siz də orda ola bilərdiniz axı. Baş verənlər sizə necə təsir etdi? 

- Bilirsinizmi, mən seçkiylə bağlı önümə səd çəkiləndə, əngəl qoyulanda bir yazı yazdım və həmin yazıda açıqlama verdim. Əlbəttə ki, həmin ərəfədə çox üzüldüm, çünki bu umduğum, gözlədiyim bir hadisə deyildi. Mən Azərbaycan vətəndaşıyam, mən də seçkiyə qatıla bilərəm, buna haqqım var. Ən azından konstitusiyamızın verdiyi haqlar var, bu ölkənin ictimai - siyasi xadimiyəm. Azərbaycandan kənarda belə yetərincə tanınmış birisiyəm və indiyə qədər ölkəmdən şəxsim üçün heç bir şey istəməmişəm. Məqsədim ancaq və ancaq Azərbaycana xidmət etmək olub. Belə bir yanaşma mənə çox ağır gəldi. Hər yoldan ötən ipini qoparanı belə seçkiyə buraxdılar. Ancaq bilmədim ki, mən vətən xaini idimmi, Azərbaycana xəyanətmi etmişdim, nə baş vermişdi axı, uydurma, ağlasığmaz, parodiya olacaq bir bəhanələrə önümə əngəl qoyula. Buna çox qırıldım. Ancaq bu ölkəmdən qırılmaq demək deyil, mən yenə də işimdəyəm, öz yoluma davam edəcəyəm, bunların heç biri mənim Türk millətinə olan sevgimə xələl gətirə bilməz. Azərbaycanı Türk bildiyimçün ölkəmə xidmət edirəm, yoxsa ki, Azərbaycan özünü Türk bilmirsə ona xidmət etmərəm. Mən Azərbaycan Türkünə xidmət edirəm. Seçkidə bu dəfə də iştirakım olmaya bilərdi, bir dəfə də zatən Sabir bəyə görə seçkidən geri çəkilmişdim. Mən bu dəfə ölkəm adına utnadım ki, bizim seçkidə iştirakımız kimlərisə bu qədər narahat edir. 
Seçkidə mənə çox təsir edən məqamlardan biri də o oldu ki, Məzahir Pənahova acıdım. Mən onu bir alim kimi tanıyırdım və hörmət edirdim. Ancaq gördüm ki, insan özünü nə günlərə qoyarmış. İnsanlar var ki, oturduğu kürsüyə hörmət gətirir. Bəzi insanların şəxsiyyəti, oturuşu, duruşu özünə hörmət gətirir. Mərkəzi Seçki Komissiyasının sədrinə heç kim olduğu üçün yazığım gəldi. İnsan Özünə hörmət edər, mən indiyədək bu qədər boş adam görməmişdim. Sən mənim önümdə sədd çəkə bilərsən, çünki sənə tapşırırlar, sən də yerinə yetirisən və mən buna bir söz demirəm, amma özünü məsxərəyə qoymadan, parodiya etmədən, həqiqiətə az da olsa uyğun gələn tutarlarla çıxış edərdin. Yoxsa ki, Molla Nəsrəddinin lətifələrinə oxşayan bəhanələr uydurmazdın. Onu görəndə hər zaman salam verirdim, ancaq indi düşünürəm ki, elə adamlara salam vermək belə günahdır. Ona görə yox ki, o mənim namizədliyimi qeyd almadı, mən zatən bilirəm ki, o adam orda söz sahibi deyil. Sadəcə məni seçkiyə buraxmamaq üçün gətirdiyi səbəblər belə gülünc idi, onun gözündə Tünzalə Ağayeva görünür Cenifer Lopes imiş. Ölkəm adına utandım ki, görün ölkəmin seçki qurumunun başında kim oturub. Düşünürdüm ki, bir alim kimi ağlını işlədərək tutarlı bir bəhanə uyduracaq. Bütün bunların ardınca gedə bilərdim, buna gücüm də yetərdi, ancaq getmədim, bitirdim və elə oradaca nöqtə qoydum. Və onu da ölkəm adına etdim, çünki mən ölkəmi Avropalara şikayət edənlərdən deyiləm. Bunlar da elə mənim bu xarakterimi bildiklərindən belə etdilər. Zatən Azərbaycanın üstünə çox gəlirlər, seçkinin nəticələrini tanımırlar. Mən özümə bunu yaraşdırmadım, çünki Azərbaycanın yaxşı və ya pis hansısa qüsuru ilə bağlı dövlətimə qarşı heç bir məsələyə imza atmamışam və atmaram da. Nə olursa olsun!!! Eyb etməz, qoy elə biz zərər görək, biz bu ölkənin müstəqilliyi uğrunda çarpışanda Məzahir Pənahov kimilər hansı küncdəydilər heç bilmirəm. İnsanlar var ki, oturduğu stolun haqqını verir, deyir ki, bəli, siz məni bura qoymusunuz, seçmisiniz tamam, amma hardasa mənim də öz sözüm olmalıdır. O, isə bütün bunlardan məhrum olmuş birisidir. Mənimçün millət vəkili olub olmamağın heç bir fərqi yoxdur zatən. Yenə də işimdə, gücümdəyəm, tutduğum yoldayam. Millət vəkili olmasaq belə ölkəmizin əleyhinə çıxacaq, danışacaq kəslərdən də deyilik, vətənə, millətə xidmətdə davam deyənlərdənik. Ancaq bəzi məsələlər var ki, onlara daha başqa gözlə baxmağa başladım. Anladım ki, bəzi şeylər heç də göründüyü kimi deyil. Mənim başqa vətənim yoxdur ki, Azərbaycandır vətənim. Əgər başqa vətənim olsaydı gedib siyasi fəaliyyətimi orada davam etdirərdim. Düşündüm ki, elə vətənimdə də siyasətə atılmaq, parlamentdə təmsil olmaq haqqım var və o haqqımdan da istifadə etmək istədim. Bir var ki, seçkiyə qatılasan səsini saxtalaşdıralar, oğurlayalar, səni seçməyələr, o yarışı uduzasan, bu başqa məsələdir. Bir də var ki, səni ümumiyyətlə seçkiyə buraxmayalar. Bax, mənə ağır gələn bu oldu. Onlar bilirdilər ki, hansı dairədən olursa olsun səs toplayacağam, sələrimi saxtalaşdıra bilməyəcəklər. Bu ölkənin parlament seçkilərini nağıla, lağlağaya çevirmək olmaz. Xidmət etdiyim bir ölkənin parlament seçkilərində iştirak etmək mənim haqqım idi və o seçkiyə buraxılmamağım mənim ayıbım deyildi. 

- Tənzilə xanım, “xalqıma xidmətdə davam edəcəyəm” - deyərək kənara çəkilməyiniz zatən sizin böyüklüyünüzün göstəricisi kimi qəbul edildi... 

- Başqa cür də ola bilməzdi axı. Biz dövlətçi insanlarıq, bu dövləti quran ailənin üzvüyük. Sabir Rüstəmxanlı Azərbaycanın müstəqilliyində birbaşa iştirak edən, müstəqillik aktına imza atanlardan biridir. Mən özüm 1988-ci ilin meydan hərəkatının ən fəal üzvlərindən biri olmuşam. Başqaları deyilik ki, quyruğun basan kimi gedib ölkəsini dünyada rəzil etsin. Onu istəyirlərsə belə biz bunu etmərik. Bəzi qurumlar, bəzi insanlar var ki, bəlli məqamlarda oturub Azərbaycanı səmimi sevən, Azərbaycanın müstəqilliyini qazandıran kimsəni ölkədə görmək istmirlər. Istəyirlər ki, hərə bir tərəfə çıxıb getsin. Ancaq bizim gedəcək başqa vətənimiz yoxdur, bir vətənimiz var idi onu da ermənilər aldı əlimizdən, bəs burdan hara gedək?!
 
- Ürəyinizdə gizli və ya aşkar şəkildə olsa belə məyusluq duydunuzmu ki, kaş heç bu dəfə də namizdəliyinizi verməyəydiniz, elə bu dəfə də Sabir bəy gedərdi seçkiyə? 

- Yox. Çünki Sabir bəyin də önünə adam çıxartdılar axı. Heç Sabir bəyi gözlədilər ki, onun da yerinə başqa adamı göndərdilər. Sabir bəy abırı üstündə olan adamdır, gedib orada kiməsə uduzacaq kişi deyil Sabir Rüstəmxanlı. Sabir bəyin önünə adam çıxandan sonra elə mən seçkiyə getdim, yoxsa ki, Sabir bəy dura-dura seçkiyə getməzdim. Bu proseslər də keçib gedəcək, ilahi ədalət deyilən bir anlayış var. Çox böyük hadisələr baş verir indi Azərbaycanda və önəmli olan da budur. Mənim millət vəkili olub-olamamağım heç önəmli deyil. Bunlar mənimçün Sabir bəyin bir şeirində dediyi kimi “çibin vızıltısı” idi. 

- Tənzilə xanım, bu gün Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı ciddi proseslər gedir. Ancaq nədənsə bu məsələdə sizin mövqeyinizi eşitmədik. Halbuki, zamanında həmin nazirliyə ölkədə baş verən neqativ hallarla bağlı müraciətləriniz olmuşdu. Hələ 2005-ci ildə üstü indi açılan hadisələrlə bağlı nazir Eldar Mahmudova məktublar ünvanlamışdınız. İndi sumağınızda səbəb nədir? 

- Bəli, hazırda ölkədə MTN ətrafında çox ciddi məsələlər baş verir. Bütün mətbu orqanları qaldırıb baxın, görün hansısa mətbu orqanında o nazirliklə bağlı bir dənə də olsun yazıya rast gələ bilərsinizmi ki, oradakı qanunsuzluqlardan bəhs etsin. O nazir haqqında ümumiyyətlə mənfi söz tapa bilməzsiniz. Bir-iki yazıdan başqa və həmin yazılardan birini də mən yazmışdım. O vaxt “İdeal” qəzetinin baş redaktoru onların adamı idi, baş kəsirdi, reketçilik edirdi. Özü də o vaxt etriaf elədi ki, məni onlar qaldırdı sizin üstünüzə. Onunla mübarizə aparıb çətin olsa belə həbs elətdirə bildim. Həmin adam ölkədə nazir qalmamışdı ki, şantaj etməsin, məhkəmlər belə işi götürmək istəmirdilər ki, onsuz da onu buraxacaqlar. O nazirlikdə general var idi ki, həmin redaktor üçün hakimin kabinetinə gedərək, sən onu tuta bilməzsən deyirdi və həmin general indi də vəzifə başındadır. Axı bəzi adamlar buna cəsarət edib yazırdı, deyirdi. Amma heç kim dinləmirdi, ora nəzarət edən qurumlar başqa işlərlə məşğul idi. Görürsünüzmü bu mövzuda indi mən heç nə danışmıram. Türk mətbuatı belə mənə zəng vuraraq baş verənləri soruşurdu, ancaq heç nə danışmadım. Çünki yıxılana balta vuranlardan olmamışam, heç vaxt da olmayacağam. İndi də ona görə deyirəm ki, vaxtında onlara bu sözləri demişəm, yazmışam, müsahiblərimdə açıqlamışam, məktubla müraciət etmişəm, “sizin adınız hallanır bu məsələlərdə” - deyə bildirmişəm. Ona görə indi danışmağa hamıdan çox haqqım var, amma danışmadım. Gərək elə bütün bu proseslərə İlham Əliyev əl qoyardı?! Görmürdünüzmü indiyə qədər?! Azərbaycanda nazirliklər var ki, mətbuat onların üzərinə tankla, tüfənglə, topla gedir. Bəs nəyə görə MTN-nin üzərinə getmirdiniz?! Elə indi də bir neçə nazirliklər var, hansı ki, MTN-dən daha betər işlərlə məşğuldur, daha bərbad gündədir. Rəsmi reketçilik edən nazirliklər var, niyə getmirsiniz, niyə yazmırsınız?! İndi ən çox yazanlar, ən çox danışanlar da zamanında MTN-dən maliyyə alırdılar, indi hamıdan çox onların əleyhinə yazan bir sayt var. Adını belə çəkəndə ürəyim bulanır, çünki həmin adamlara vətən xaini kimi baxıram. Azərbaycana ciddi zərər vurublar, ermənilərin əlinə ciddi materiallar veriblər. Bir zamanlar MTN-dən pul alıb onu-bunu ləkələyənlər indi MTN-i hamıdan çox söyürlər. Düşündüm ki, bu çirkabın içindən uzaq durmaq lazımdır. İnşaallah proseslər daha geniş vüsət alacaq. Baş verənlər hələ heç nədir, orada qoluna birbaşa qandal vurulub həbsə aparılacaq generallar, şöbə müdirləri, idarə rəisləri var. Ölkəmizdə PKK-nın yandaşları, bəzi radikal qurumlar meydan sulayanda hara baxırdı MTN? Niyə araşdırmadılar ki, son illərdə Azərbaycandan İŞİD-ə nə qədər adam qoşuldu, həmin adamların beyinlərini necə yuyub aparırlar öz sıralarına. MTN və ya başqa qurumlar bunlara baxmalı idi, Azərbaycanın iki-üç ziyalısını ləkələtdirməklə, işlərindən kənar məsələlərə məşğul olanda ölkənin təhlükəsizliyi təhlükəyə girir. Dövlətin təhlükəsizliyindən cavabdeh olan bir qurum bu vəziyyətdəmi olmalıdır?! Gərək İlham Əliyev görəydi ondan sonra əl-ayağa düşəydilər?! Axı bu işləri görəcək adamlar var ölkədə, onlar niyə baxmırdılar?! Biz vaxtında demişik bütün bunları. Azərbaycanda Gülən hərəkatının şəbəkələşməsi ilə bağlı ilk danışan, ilk konfranslar keçirən adamam. Ona görə Türkiyə qəzetləri məni “ergenekonçu” deyərək manşetə çıxartdılar. Elə indi də gülənçilər ən ciddi qurumların başında oturublar və bunlar bu dəqiqə də göz boyayırlar ki, güya dəyişdilər, geri çəkildilər. Bunu o vaxtdan bəri deyə-deyə gəlirik. 2005-ci ildə də elə məhz onunla bağlı MTN-ə yazmışdım ki, cənab nazir, Azərbaycanda bu təşkilat ciddi şəkildə formalaşır və qarşısını almaq lazımdır. Bu dəqiqə də onlar ən təhlükəli olanlardır. Türkiyədə indi də “Xəzər” strateji mərkəzi fəaliyyət göstərir və onu bizim SOCAR maliyyələşdirir. Azərbaycanın nə qədər pulları axıdılır ora. İndi mən SOCAR - a bir rəsmi məktub yazsam ki, Azərbaycanla bağlı ciddi bir tədbir təşkil etmək istəyirəm, bir qəpik belə ayırmazlar. Çünki ancaq elə təşkilatlara maliyyə ayırırlar, dəstək durular, bir dəstədirlər, bərabər fəaliyyət göstərirlər. Azərbaycandakı bəzi qurumlar indi də ciddi təhlükədir. Biz bunu dövlətimizi sevdiyimizçün deyirik, gerisini özləri bilərlər. 

Ardı var...

Söhbətləşdi: Rumiyyə Miraslan

Oxşar xəbərlər
20:52, Bu gün
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20:50, Bu gün
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20:42, Bu gün
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20:38, Bu gün
Ərdoğan İlham Əliyevə zəng edib
20:35, Bu gün
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20:22, Bu gün
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20:14, Bu gün
Azərbaycan cüdoçusu dünya çempionu olub
20:04, Bu gün
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
19:54, Bu gün
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
19:45, Bu gün
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
19:33, Bu gün
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
19:26, Bu gün
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
19:19, Bu gün
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
19:11, Bu gün
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
19:00, Bu gün
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
18:53, Bu gün
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
18:44, Bu gün
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
18:37, Bu gün
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
18:30, Bu gün
Faiq Ələkbərli M.Ə.Rəsulzadə ilə bağlı respublika simpoziumunda iştirak edib - FOTO
18:21, Bu gün
BDU-nun Tələbə Elmi Cəmiyyəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə seminarlara başlayıb - FOTO
18:02, Bu gün
Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır" - VİDEO
17:57, Bu gün
Əli Əsədov qərar imzaladı
17:54, Bu gün
UNEC-in ev sahibliyi ilə Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilib - FOTO
17:51, Bu gün
BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
17:48, Bu gün
“Rusiyada diversiyalar törədən partizanlar arasında tanıdığım ruslar da var...”-Ekspert
17:48, Bu gün
"İsrail öz hərbi əməliyyatlarını siyasi strategiya ilə uzlaşdırmalıdır" - Sallivan
17:46, Bu gün
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
17:45, Bu gün
Fəzail Ağamalı: "Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu"
17:41, Bu gün
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
17:38, Bu gün
Prezident fərman imzaladı
17:37, Bu gün
“İstərdik ki, səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar”
17:35, Bu gün
Türk Dövlətləri Təşkilatının Baş katibi BDU-da - FOTO
17:34, Bu gün
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
17:32, Bu gün
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqləndi
17:29, Bu gün
Bu mayda yağıntı əvvəlki illərlə müqayisədə daha çox olub
17:26, Bu gün
BDU-nun daha bir tələbəsi İsveçin dövlət təqaüdünün qalibi olub
17:23, Bu gün
Zəngəzur meşələrindən reportaj - VİDEO
17:20, Bu gün
"Azər Axşam mənim üçün heç kimdir"
17:17, Bu gün
BDU-da Heydər Əliyevə həsr edilmiş poeziya gecəsi keçirilib - FOTO
17:13, Bu gün
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
17:11, Bu gün
BDU-da “Şərq filologiyası məsələləri” mövzusunda Respublika elmi konfransı keçirilib - FOTO
17:09, Bu gün
AFFA Hakimlər Komitəsindən sərt QƏRAR
17:05, Bu gün
DJ Fateh BDU-nun tələbə-jurnalistlərinə təlim keçib - FOTO
17:00, Bu gün
Qarabağ Universitetinə rektor təyin edildi
16:55, Bu gün
Sakit okean regionunun institutları Yeni Kaledoniyaya dəstək bəyanatı yayıblar
16:50, Bu gün
Ukrayna Rusiyanın Qara dəniz Donanmasının daha bir gəmisini batırıb
16:45, Bu gün
"Dollar Nizami"yə hökm oxundu
16:40, Bu gün
Deputat: "Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"
16:35, Bu gün
BDU-da “Könüllülük həftəsi” keçirilir - FOTO
16:29, Bu gün
Xarici dillər üzrə imtahana və əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat aparılır
16:25, Bu gün
Keçən il Azərbaycanda qarşısı alınan erkən nikahların sayı AÇIQLANDI
16:22, Bu gün
Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar
16:20, Bu gün
Hidayət Heydərov dünya çempionatında finala yüksəldi
16:16, Bu gün
Muxtar Babayev Latviya Seyminin sədri ilə görüşdü
16:10, Bu gün
Ötən il Azərbaycanda 74 minə yaxın abort qeydə alınıb - RƏSMİ
16:08, Bu gün
Mədəniyyət Nazirliyinin Teatr sektoruna təyinat olub
16:05, Bu gün
Azərbaycanda neçə nəfər aliment ödəyir?
16:04, Bu gün
TÜRKSOY-un, ADA və ADMİU-nun rəhbərliyi “Əsrə bərabər gün” tamaşasında
16:00, Bu gün
Canlı efirdə QALMAQAL: Dalaşıb efiri tərk etdi - VİDEO
15:55, Bu gün
Qəza olan ərazidə naməlum şəxs göründü - VİDEO
15:49, Bu gün
"Rusiyanın əsl dostu, görkəmli siyasətçi Rəisinin işıqlı xatirəsi həmişə qəlbimdə yaşayacaq" - Putin
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:47, Bu gün
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
15:42, Bu gün
Ötən il 175 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb - HESABAT
15:37, Bu gün
"Bild": "Rəisinin olduğu helikopter uçuşa yararsız idi"
15:32, Bu gün
İran prezidentinin helikopterinin qəzaya uğradığı yerdən yeni görüntülər - VİDEO
15:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib
15:26, Bu gün
Azərbaycanda 9 kişiyə mühafizə orderi verildi
15:21, Bu gün
Ölkədəki aliment ödəyicilərinin sayı açıqlandı
15:20, Bu gün
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq
15:10, Bu gün
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
15:05, Bu gün
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB + FOTO
14:59, Bu gün
Xankəndiyə prokuror təyin edildi - FOTO
14:55, Bu gün
İranda səfirliyimiz bu tarixdə açılacaq
14:50, Bu gün
Ordudakı yeyinti ilə bağlı şok faktlar: “Bunu Nəcməddin Sadıkov tələb kimi qoymuşdu...”
14:45, Bu gün
Elçin İbrahimovun kitabının Özbəkistanda təqdimatı keçirilib - FOTO
14:42, Bu gün
“Oğlum Quran avazlıdır, dərviş toylarında oxuyur, müğənni olmağını isə...” -FOTO + ÖZƏL
14:39, Bu gün
Məktəbli oğlanlara lüt şəkillərini göndərən qadın: “Bədən mənim, can mənim..." – ŞOK
14:34, Bu gün
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ və ŞOK DETALLAR
14:31, Bu gün
“Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib - FOTO
14:29, Bu gün
Rəisinin ölümü regionda nələri dəyişəcək?-RƏY 
14:26, Bu gün
Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ
14:22, Bu gün
“TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
14:17, Bu gün
“İran İbrahim Rəisinin qoyduğu yolla getsə...”
14:15, Bu gün
Bakıda qadın özünü 7-ci mərtəbədən atıb
14:12, Bu gün
Kredit götürdükdən sonra dünyasını dəyişən şəxslərin vərəsələri hansı halda borcu qaytarmaya bilər? - Deputat açıqladı
14:07, Bu gün
Xocalıya qayıdacaq sakinlərə sürprizlər hazırlanır - VİDEO
14:02, Bu gün
Qəzada ölən Təbriz imamının evi... - VİDEO
13:57, Bu gün
Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi
13:52, Bu gün
Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO
13:47, Bu gün
Azad olunmuş ərazilərdə 35 mina zərərsizləşdirilib
13:42, Bu gün
ƏHD Partiyası İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
13:38, Bu gün
Bakıda atmosferi çirkləndirən obyektlər cərimələndi
13:33, Bu gün
Respublika Psixiatriya Xəstəxanasında ÖLÜM
13:28, Bu gün
Sahibə Qafarova Məhəmməd Baqer Qalibafa başsağlığı verdi
13:23, Bu gün
Cəbrayılın dörd kəndinə birinci mərhələdə neçə sakin köçürüləcək?
13:18, Bu gün
Xanım jurnalist vəzifəyə təyin olundu - FOTO
13:14, Bu gün
Dünyada 1-ci şəxslərin həlak olduğu aviaqəzalar – dəhşətli statistika
13:10, Bu gün
Rəisi vəzifədə ölən ikinci İran prezidenti oldu
GÜNLÜK
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan