“Sasanilər də türk varlığımızı dəyişə bilmədi...” -Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 2886
03 Apr 2024 | 17:37
“Sasanilər də türk varlığımızı dəyişə bilmədi...” -Akif Nağıdan tariximizə fərqli baxış...
“Azərbaycan xalqı Sasanilərin hakimiyyətini qəbul etmir, çıxışlar edir, üsyan qaldırırdı...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada:)
 
Sasanilər də türk varlığımızı dəyişə bilmədi... - XII mövzu
 
Azərbaycan və Sasanilər dövləti. İqtisadi və ictimai dəyişikliklər...
 
Parfiya imperiyası geniş əraziləri əhatə edir, çox vaxt idarəetmənin çətinlikləri ilə qarşılaşırdı. İmperiyanın təsir dairəsində olan bir sıra ərazilər, ölkələr, o cümlədən Adərbayqan, Arran (Albaniya) müstəqilliyə malik idi, müasir terminlərlə ifadə etsək, Parfiya konfederasiya tipli dövlət idi. Ərazilər yerli sülalələrin nümayəndələri tərəfindən idarə olunurdu. Belə ərazilərdən biri də Madaylar və Əhəmənilər sülalələrinin vaxtında Azərbaycan dövlətinin tərkibində olmuş Pars və ya Fars vilayəti idi. Parfiyanın tərkibində bu vilayəti yerli fars Sasanilər nəslinin nümayəndələri idarə edirdi. Nəslin ilk məlum nümayəndəsi Sasan məbəddə xidmət edirdi, kahin idi [18; 15, s.116-117]. Onun oğlu Papak (Babak) Pars vilayətinə daxil olan kiçik İstəxr bölgəsinin hakimi vəzifəsinə çata bilmişdi. Onun oğlu Ərdəşir isə Parfiya Arsaklılar sülaləsinin zəifləməsindən istifadə edərək mərkəzi hakimiyyətə qarşı çıxdı. Ərdəşir 224-cü ildə İsfahan yaxınlığında Parfiya hökmdarı V Artabanın (mənbələrdə Adərbayqan arsaklılarının da sonuncu hökmdarı kimi V Artabanın, bəzən V Vologezin adları göstərilir. Bu, texniki səhv olaraq nəzərə alınmalıdır.- A.N.) qoşunlarını məğlub etdi. Bununla o, Parfiya dövlətinin ərazisində hakimiyyətə gəldi. I Ərdəşir (224-241-ci illər) Parfiyalıların paytaxtı Tisfun (Ktesifon, Mədain) şəhərini özünə mərkəz seçdi və 226-cı ildə orada tacqoyma mərasimi keçirərək özünü şahənşah (şahlar şahı) elan etdi. Parfiya dövlətində yerli hakimlər şah adlanırdı. I Ərdəşir onları tabe etdiyinə görə özünü “şahların şahı” adlandırdı.
 
Sasanilər yeni bir dövlət yaratmadılar, Parfiyada Arsaklılar sülaləsini devirərək hakimiyyətə gəldilər. Hakimiyyətə gəldikdən sonra isə Parfiyadan nominal asılılıqda, çox vaxt müstəqil olan dövlətləri özlərinə tabe etməyə başladılar. Parfiyalılar Maday sülaləsinin vaxtındakı Ekbatan şəhərini paytaxtlarından biri kimi saxlamışdılar. Sasanilər bu ənənədən geri şəkildilər, Tisfun şəhərini paytaxt olaraq seçdilər. Şəhərin xarabalıqları Bağdad şəhərinin 32 km-də, Dəclə çayı tərəfdə qalıb. Bu dövlət işğalçılıq siyasətinə başlamış, Orta Asiyanın bir hissəsini, Adərbayqanı, Mesopotamiyanı tutmuşdu. Zəngin təbii sərvəti olan, əlverişli mövqedə yerləşən, Ərdəbil və Təbriz kimi iri şəhərləri olan Adərbayqan Sasanilər üçün daha əhəmiyyətli idi. Həmin vaxta qədər Adərbayqanı yerli arsaklılar nəslinin nümayəndələri idarə edirdi. Sasanilər 227-ci ildə yerli sülalənin hakimiyyətinə və ölkənin daxili müstəqilliyinə son qoydu, oraya canişin təyin etdi və Adərbayqan Sasanilərin ən mühüm əyalətlərindən birinə çevrildi [16, s.61-74]. Adərbayqanda hakim mövqe tutan Zərdüştlük dinini Sasanilər dövlət dini elan etdi. Şahənşah I Sapur (241-272-ci illər) itaət altına alınmış vilayətlərdə bu dini zorla yaymaq əmrini verdi. Adərbayqanın Qazaka şəhərindəki atəşpərəstlik məbədi yenə də baş məbəd hesab olunurdu. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin mərkəzindən buraya piyada ziyarətə getməli idilər. Adərbayqan  Sasanilərin tərkibində işğal edilmiş ərazi kimi dəyərləndirilə bilməz. Adərbayqan ölkə olaraq müstəqilliyini davam etdirir, dini mərkəz olaraq isə xüsusi, muxtar, özünü idarəetmə statusuna malik idi. Sasani nümayəndələri taxta çıxmaq, qanuni hökmdar adlanmaq üçün Adərbayqandakı dini mərkəzin xeyir-duasını almalı idi. Ona görə də, Sasanilərin Adərbayqan üzərindəki hakimiyyəti Adərbayqan dini mərkəzinin mərkəzi hakimiyyətə təsir imkanlarından üstün deyildi. Ümumiyyətlə, bu dövrə qədərki dövlətçilik xəttini bir daha diqqətə çatdıraq. E.ə. III minilliyin birinci yarısında Azərbaycan dövləti yarandı, e.ə. I minilliyin ortalarına qədər yerli Azərbaycan-türk sülalələri dövləti idarə etdi. E.ə. VI əsrdə yerli Əhəmənilər sülaləsi çevriliş yolu ilə hakimiyyətə gəldi. Lakin sonra Azərbaycan türk Aturbatilər, Arsaklılar sülalələri bir-birini hakimiyyətdə əvəz etdi, mərkəzi bölgəsi Azərbaycan olmaqla Parfiyalılar hakimiyyətə gəldi, onları eyni ərazidə Sasanilər əvəz etdi. “Sasani dövləti, imperiyası” deyib şişirtməyə ehtiyac yoxdur. Sasanilər, sadəcə, Azərbaycan dövlətçilik ənənəsini davam etdirdi. Sasanilər sonra Arrana (Albaniyaya), İberiyaya hücum etdi. Uzunmüddətli müharibələrdən sonra Sasani dövləti 262-ci ildə Arranı da nüfuz dairəsinə daxil etdi [16]. Lakin Arran daxili müstəqilliyini saxladı, yerli Arsaklılar sülaləsi hakimiyyətdə qaldı. Azərbaycanın hər iki hissəsi müəyyən şərtlərlə Sasanilərin təsiri dairəsinə daxil oldu. Bu Azərbaycanın inkişafını ləngitsə də, onun iki hissəsinin – Adərbayqan və Arranın iqtisadi və mədəni cəhəddən yaxınlaşmasına şərait yaratdı.
 
Bu dövrdə Arran əraziləri uğrunda Roma da mübarizə aparır, Sasaniləri oradan çıxarmağa çalışırdı. IV əsrdə Roma imperiyası ilə Sasanilər arasında Arran və İberiya uğrunda müharibələr baş verdi. IV əsrin əvvəllərində Arran (Albaniya) ərazilərinin bir hissəsi Romanın təsir dairəsinə keçdi. Sasanilərlə Roma arasında 359-cu ildə Amid (Türkiyənin Diyarbəkir vilayətində) yaxınlığında növbəti döyüş oldu, Sasani hökmdarı II Şapur qalib gəldi. Bu döyüşün nəticəsi olaraq, Arranın zəbt edilmiş əraziləri, Arsak, Naxçıvan, Kaspiana və s. vilayətləri geri qaytarıldı. Roma mövqeyindən geri çəkilmədi, 371-ci ildə Dzirav düzündə (Türkiyənin Ağrı vilayətində) yeni döyüş oldu. Dzirav döyüşündə öz qoşunları ilə Sasanilər tərəfində iştirak edən Arran hökmdarı Urnayr (313-371-ci illər) yaralandı. Roma qalib gəldi və Arranın Uti, Sakaşen, Girdman və Kolt (qərb əraziləri) vilayətlərini ələ keçirdi. Roma və Sasanilər arasında aparılan danışıqlardan sonra 387-ci ildə sülh müqaviləsi imzalandı, müqavilənin şərtlərinə görə Dzirav döyüşündə itirilmiş ərazilər Arrana (Albaniyaya) qaytarıldı [9, s.35-36;14]. Bu vəziyyət təqribən VII əsrə kimi davam etmişdir.
 
Strateji əhəmiyyətə malik olan Arrana Sasanilər xüsusi əhəmiyyət verirdilər. Sasanilər şimaldan türk tayfalarının regiona gəlməsi, orada türk əhalisinin artıb güclənməsindən narahat idi. Dərbənd keçidini bağlamaq, nəzarətdə saxlamaq istəyi də bu qorxu ilə bağlı idi. Dərbənd torpaq istehkamı II Yezdəgirdin (438-457) dövründə tikilmiş, VI əsrdə daş divarlarla əvəz edilmişdir. [22, s.48-55]. Albaniyanın əhalisinin gücü və dövlətin vəsaiti hesabına inşa edilən istehkam Xəzər dənizinin içərilərinə doğru irəliləyirdi. 
Azərbaycan xalqı Sasanilərin hakimiyyətini qəbul etmir, çıxışlar edir, üsyan qaldırırdı. Belə üsyanlardan biri 450-ci ildə baş verdi, geniş vüsət aldı, lakin sonda məğlub oldu. Yeni üsyan dalğası 457-ci ildə alban hökmdarı II Vaçenin başçılığı ilə baş verdi. Üsyançılar Dərbənd qalasını ələ keçirdi, Dağıstanda yaşayan tayfalarla ittifaqa girdilər. Hunların da qoşulduğu üsyan bir il davam etdi, amma sonda amansızlıqla yatırıldı. 463-cü ildə Arranda yerli sülalənin hakimiyyəti  ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı [1]. 487-ci ildə Arranda Arsaklılar sülaləsinin sonuncu nümayəndəsi III Mömin Vaçaqan hakimiyyətə gəldi, yerli sülalənin hakimiyyəti bərpa edildi. 510-cu ildə Arsaklı sülaləsi hakimiyyətinə son qoyuldu. Həmin vaxtdan 628-ci ilə qədər ölkəni Sasani canişinləri idarə edirdi.
 
Yeni eranın III-V əsrlərində Azərbaycanın ictimai-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verdi, yeni mülkiyyət formaları yarandı, iqtisadiyyatda irəliləyişlər oldu. Getdikcə maddi marağı söndürən icma torpaq sahibliyi dağılır, o torpaqlar baş mülkiyyətçinin ixtiyarından xüsusi şəxslərin əlinə keçirdi. Xüsusi şəxslərin əlinə keçən torpaq mülkiyyəti feod (latın dilində “əmlak”, “mülk”) və ya len (alman dilində “hədiyyə”) adlanırdı [19].
 
Feodallaşma prosesi torpaq mülkiyyətinin xarakterini dəyişdirdi. Əgər əvvəlki dövrdə torpaq dövlətin və əyanların mülkiyyəti idisə, indi torpaqların bir hissəsi feodalların əlinə keçdi. Bu torpaqlar xidmətinə görə bağışlanır, xüsusi feodal torpaq mülkiyyəti iki yolla formalaşırdı:
1) Feodalın şəxsi mülkü olan torpaq üzərində irsi mülkiyyəti dastakert (pəhləvi dilində “əl” (dəst) və “yer” (kert) sözlərindən ibarətdir) adlanırdı.
2) Şərti torpaq mülkiyyəti xostak (pəhləvi dilində “bağışlanan” demək idi) [3, s.72.]. Bu forma hakim sinfin nümayəndələrinə, xüsusilə hərbçilərə xidməti müddətində dövlət tərəfindən müvəqqəti istifadə üçün torpaq verilməsi yolu ilə yaranırdı. 
 
Feodallar iki qrupa- dünyəvi və  ruhani təbəqələrə bölünürdü. Dünyavi sahibkarlar da öz növbəsində iri və xırda feodallara bölünürdülər. İri feodallara patriklər, xırda feodallara isə azatlar deyilirdi. Ruhani feodallar təbəqəsini Adərbayqanda Zərdüşt kahinləri, Arranda isə əvvəllər bütpərəstlik dini kahinləri, sonralar isə xristian kilsəsi xadimləri təmsil edirdilər. Feodal münasibətlərinin əsasını feodalın torpaq üzərində tam və kəndli üzərində tam olmayan mülkiyyəti təşkil edirdi [25].
 
Azərbaycanda bu dövrün bəzi fərqli cəhətləri olmuşdur. Onlardan ən vacibi kimi qeyd edilməlidir ki, Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da təhkimçilik hüququ tətbiq edilməmişdir. Bu da feodalların xüsusi təsərrüfatlarının zəif inkişafı və ya heç olmaması ilə əlaqədar idi. Arranda feodal münasibətləri mənbələrə görə IV əsrdə formalaşmışdır. Bu dövrdə əhalinin sosial tərkibini hakimlər, azatlar, ruhanilər, vergi verən kəndlilər və sənətkarlar təşkil edirdi [25].
 
Arran dövləti III-V əsrlərdə bir sıra vilayətlərə bölünürdü. Onlardan Çola (Çori), Şəki, Lipina, Girdman, Uti və Paytakaranı (Beyləqan) göstərmək olar. Onlar bir-birindən dağlar, çaylar və başqa təbii sərhədlərlə təcrid olunmuş ərazi idilər. Çola indiki Dərbənddən Beşbarmaq dağına qədər Kaspi dənizi boyunca uzanan ərazini tuturdu. Bura Alban qapıları adlanırdı. Albaniyanın şimal-qərbində dağlıq Şəki vilayəti, Çola ilə Şəki arasında Lipina yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ şəhərində yerləşirdi. Girdiman, mərkəzi Bərdə olan Uti vilayətləri geniş ərazini əhatə edirdi. Paytakaran vilayəti Mil düzünün və Muğanın bir hissəsini əhatə edirdi [24, s.157-178]. Təxminən həmin vaxtdan hər iki ərazi birlikdə Adərbayqan adlandırılırdı [2, s.215].
 
Yeni eranın ilk əsrlərindən dəyişikliklər dini, ideoloji sahədə də baş verirdi. Regionda hakim olan zərdüştlüklə yeni yaranan xristianlıq arasında mübarizə gedirdi. Yeni dini təşəbbüslərdən biri maniçilik adlanırdı. Bu dini təlim zərdüştlük və xristianlıqdan müəyyən cəhətləri götürməklə dünya dininə çevrilmək iddiasında idi. Bu təlim öz banisi Maninin (216-277) adı ilə adlanırdı. Bu təlimə görə maniçilik ümumi bir din olmalı və bütün mövcud dinləri əvəz etməli idi. İlk dövrlərdə hakim zümrəyə qarşı çevrilməyən bu təlim sonradan hakim təbəqə əleyhinə narazılığı əks etdirirdi. Ona görə də Mani 277-ci ildə edam olundu, amma onun təliminin təsirləri qaldı [23, s.19-20]. IV əsrdə Arranda xristianlıq xeyli dərəcədə yayıldı, 313-cü ildə yerli hökmdar Urnayr (313-371-ci illər) tərəfindən rəsmi din olaraq qəbul edildi. Xristianlığın regiona gəlməsi ilə bağlı bir actual məsələ xüsusi qeyd olunmalıdır. IV əsrdə bütün albanlarla birlikdə Sisakan (Zəngəzur) əhalisi də xristianlığı qəbul etdi. Burada hakim sisakanlar sülaləsinin nümayəndələri “saklı” və yaxud “səhl” adını daşıyırdılar. Onların ən məşhur nümayəndəsi Səhl (Saklı) ibn Sunbat idi. Ərəblərin gəlişindən sonra Sisakanın xristian hakimlərini ərəblər “məlik” adlandırdılar. Səhl ibn Sunbat da məlik idi [7, s.165].
 
Bir müddət sonra, V əsrin 80-ci illərində başlanmış məzdəkilər hərəkatı sosial ədalətsizliyə  qarşı çevrilmişdi. Bu hərəkatın başında Məzdək dururdu. Hərəkatın başçısı Məzdək öz fikirlərini Həmədanda yaymağa başlamışdı. Məzdək Maniliyin və Zərdüştliyin bəzi cəhətlərini ön plana çəkməklə inkişaf etdirdi. O, nemətləri bərabər bölüşdürməyi təbliğ edirdi. Sasani hökmdarı I Qubadın zamanında Məzdək atəşpərəstlik məbədlərinin birinin kahini, sonra isə dövlətin baş kahini olmuş, Möbidlər-möbidi (yaxşıdan-yaxşı) adlandırılmış, onun tərəfdarları isə mühüm dövlət vəzifələrinə təyin olunmuşdular. Kahinlərin və əyanların iqtisadi-siyasi iddialarına son qoyduqdan sonra I Qubad Məzdəklə ittifaqdan imtina etdi. Atası I Qubadın yerinə hakimiyyətə gəlmiş  Xosrovun əmri ilə Məzdək və onun yaxın adamları 529-cu ildə  edam edildi,  onun məsləkdaşları Azərbaycanın şimalına, 
Orta Asiyaya və başqa ölkələrə dağıldılar [21, s.114-115].
 
Bu dövrdə Azərbaycanda türk əhalisinin mövqeyi daha da güclənir, müxtəlif istiqamətlərdən ərazimizə kütləvi şəkildə yeni türk tayfaları, soyları daxil olurdu. Yeni eranın ilk əsrlərindən başlayaraq hun, xəzər tayfaları Arrana gəldilər. Bu vaxt həmin tayfalar gəlir və bir müddətdən sonra ərazini tərk edirdilər, lakin hər dəfə onların müəyyən hissəsi qalır, məskunlaşırdı. V əsrdə hunların yürüşləri kütləvi xarakter aldı. Hunların tərkibində gələn oğuzlara aid kəngərlər Naxçıvan və indi Ermənistan deyilən ərazilərdə Kəngər vilayəti yaratmışdır [13, s.19] Dərbənd yaxınlığında savar, avar, xəzər, bulqar və sairlərdən ibarət 13 türk tayfası yerləşmişdi, onlar hunların ardınca Arranın içərilərinə daxil olur, məskunlaşırdılar [17, s.16] Gəncə tərəflərdə hun-savir tayfaları yerləşmiş, Kür-Araz arası hun (türk) ölkəsinə çevrilmişdi, hunların türk adlı böyük bir qolu Muğanda yerləşmişdi, [5, s.415] Beyləqan və Varsana (təxminən Ordubad ərazisində şəhər və vilayət) ərazilərində, Araz vadisində türk dili geniş yayılmışdı [20, s.179-181].
 
VI əsrə qədər türk tayfaları əsasən “hun” adı ilə tanınırdı, VI əsrin ortalarında “türk” adı ümumiləşdirici termin kimi işlədilməyə başladı. Göy türklər ilk dəfə bu adı rəsmi dövlət ünvanı olaraq təqdim edib. Onlardan sonra bu ad müxtəlif türkdilli tayfalara, xalqlara aid edilib. Göytürk hökmdarı İstəmi xaqan  (552 – 576-cı illər) Orta Asiyanın şərqində hakimiyyətini qurmuşdu, o, 567-ci ildə qərbə doğru hərəkət edərək, Azərbaycanın şimal torpaqlarına, Arrana daxil oldu, Dərbəndə qədər getdi, lakin bu ərazilərdə möhkəmlənə bilmədi, geriyə, Orta Asiyaya, Amu-Dərya çayının şərq sahillərinə qayıtdı [11, s.93]. İki il davam edən bu yürüş zamanı göytürklərin bir hissəsi Azərbaycanda, Cənubi Qafqazda qaldı. (Göytürk və ya Türk xaqanlığı 552-774-cü illərdə Mərkəzi Asiya və Çinin bir hissəsini əhatə etmiş türk dövləti olub. Paytaxtı indiki Qırğızıstanın Çuy vilayətində yerləşən Suyad şəhəri idi, hazırda xarabalıqları qalıb. Müəyyən dövrlərdə bu dövlətin sərhədləri Qara dənizin şimalı, Krım və Qafqaza çatırdı. Daxili mübarizə nəticəsində VIII əsrin əvvəllərində Qərbi və Şərqi Türk xaqanlıqlarına bölündü. Qərb xaqanlığı xəzərlərə məğlub oldu, onların ərazilərində Xəzər xaqanlığı yarandı, Şərqi Türk xaqanlığının yerində isə Uyğur dövləti yarandı. Bu dövrə aid ilk məlum olan türk yazılı abidələri, Orxon-Yenisey yazıları aşkar edilib. Bu yazılar runi yazı sisteminə aid edilib. Runi yazılardan I-XII əsrlərdə İsveç, Norveç, Danimarka, İslandiyada da istifadə olunub. “Runi” sözü qədim Avropa dillərində “sirr”, “sirli pıçıltı” mənasını verir. Bu yazılar Türk – Skandinaviya əlaqələrinə əlavə sübut ola bilər.)
 
Yeni eranın ilk əsrlərindən başlayaraq Azərbaycan türk dili bütün Qafqazda və Yaxın şərqdə ümumi danışıq, ünsiyyət vasitəsinə çevrilmişdi [5, s.438]. Bu dildə yaradılan yazılı mənbələr hələki geniş variantda aşkar edilməyib, lakin şifahi ədəbiyyat nümunələri yaradıldığı məlumdur. “Oğuznamələr” adı ilə tanınan bu möhtəşəm əsərlər hunların dövründən başlayaraq türklərin tarixinə dair qiymətli məlumatlar verir. Oğuznamələr türklərə dair irili-xırdalı bütün əsərləri əhatə edir. Onların içərisində ən möhtəşəmi “Dədə Qorqudun kitabı”dır. Bu əsərin tam adı “Kitabi Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan”şəklindədir. Burada işlədilən “oğuz” adı səlcuq oğuzlarına deyil, çox-çox əvvəllərə aiddir [5, s. 438].
 
“Oğuznamə”lərə görə, Oğuz xaqanın 6 oğlu olub – Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz. Hər oğlundan 4 nəvəsi, cəmi 24 nəvəsi olub. Onların hər biri öz boyunu, elini yaradıb, beləliklə, bu 24 boy türk dünyasını təmsil edib. Bu oğuz türkləri, qeyd etdiyimiz kimi, ən azından e.ə IV-III əsrlərdən etibarən hərbi-siyasi meydanda olub. Onlardan əvvəlki qədim türklərlə bağlı məlumatları başqa mənbələr verir.
 
Göy xanın oğlu Bayatın boyu, nəsli əsas soylardan biri olub. Onların məşhur rəhbəri Bayandır (Bayındır) xan dastanlarda aparıcı şəxsdir [12, s.XXXVIII]. Əksər tətqiqatçılar hesab edir ki, “Dədə Qorqud” dastanında baş verən hadisələr Azərbaycan ərazilərinə - Gəncə, Bərdə, Naxçıvan, Göyçə, Dərbənd, Qazlıq (Qafqaz) dağı və digərlərinə aiddir [6, s.19]. Bu dastanlarda əcdadlarımızın səfər etdikləri yerlər Rum eli, İstanbul, Trabzon, Qara dəniz sahilləri idi [5, s.442].
 
“Dədə Qorqudun kitabı” əsərindəki Dədə Qorqudun tarixi şəxsiyyət olduğu, Bayat elindən olduğu əksər tədqiqatçılar tərəfindən qəbul edilir. Onun yaşadığı dövrlə bağlı müxtəlif fikirlər səsləndirilir, onun e.ə IV-III əsrlərdə, yaxud y.e VI-VII əsrlərində yaşadığına dair iddialar mövcuddur. Əsərdə baş verən hadisələri, yer, şəxs adlarını əsas götürsək Dədə Qorqudun eradan əvvəlki dövrdə yaşadığı, dastanın həmin dövrdən başlayaraq tədricən formalaşdırıldığı şübhə doğurmamalıdır. Dastan müəyyən dövrlərdə yazıya köçürülmüşdür, onun bir hissəsinin, “Təpəgöz boyu”nun VI əsrdə fars dilində yazıya alınmış variantı Sasanilərin saray kitabxanasında olub [5, s.440]. Dastan şəklində Azərbaycan türkcəsində ilk dəfə yazıya isə 1074-cü ildə köçürülüb [5, s.447].
 
Sasanilərlə Romanın varisi Bizansın müharibələrinin yeni mərhələsi 603-cü ildə başladı. Nisbi üstünlüklə keçən müharibə 623-cü ildə genişləndi. 629-cu ildə Bizansla Sasanilər arasında sülh müqaviləsi imzalandı. Sülhə görə Arran Sasanilərin təsiri altında qaldı, İberiya Bizansın nəzarətinə keçdi [10, s.51].
 
Sasanilərin uzun sürən müharibələrdə zəifləməsi Arranda müstəqillik meylini gücləndirdi. VI-VII əsrin əvvəllərində Parfiyalıların Arsaklılar nəslindən olan Mehranilər sülaləsinin idarə etdiyi Girdiman dövləti yarandı. Onun yaradıcısı II Xosrovun qohumu Mehran idi. Öz atası IV Hörmüzün (579-590) qatillərinə divan tutan Xosrovun intiqamından canını qurtarmağa çalışan Mehran 591-ci ildə qaçıb Arrana gəlmiş və özü ilə 30000-ə yaxın ailə aparmışdı. O, Xəzərlərin torpağına gedib onlara qoşulmaq istəyirdi.
 
Xosrov başa düşürdü ki, Mehran xəzərlərlə birləşsə, böyük bir təhlükə yaranacaq, ona görə də Xosrov aşağıdakı məzmunda bir məktub göndərir: «Qardaşım, mənim sadiq qardaşım, düşmən olub məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə yaşamaqdan xoşun gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə yaşamaq üçün bir o qədər torpaq götür».
 
Musa  Kalankatlının dediyinə görə, Mehran  qasidin ona çatdığı -Girdmanda dayandı və orada Mehrabad şəhərinin əsasını qoydu. Sonra Mehran Girdman vilayətindən şimala getdi, onun 12 hakimini hiylə ilə öz yanına çağırdı və qılıncdan keçirib ölkəyə sahib oldu [4]. 628-ci ildə Bərdəni tutan Mehranilər onu özlərinə paytaxt etdilər və az sonra bütün Arranı idarə etməyə başladılar [8, s.206]. Bununla Arranın müstəqilliyi tam bərpa edildi.
 
Ədəbiyyat:
1. Albaniyanın siyasi tarixinin əsas məsələləri.- kayzenşaz/blog/Azərbaycan-tarixi/24456/albaniyanın-siyasi-tarixinin-əsas-məsələləri.html.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Azərbaycan tarixi. Mühazirələr toplusu. Bakı, 2014.
4. Kalankatlı, II, 17.
5. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
6. Kitabi-Dədə Qorqud. Bakı, 1988.
7. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
8. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, “Elm”, 1993.
9. Məmmədov F. Azərbaycan tarixi (izahlı xronologiya). Bakı, “Elm və təhsil”, 2010.
10. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim dövrlərdən zəmanəmizədək). Bakı, “Elm və təhsil”, 2019.
11. Özbək R. Türkün qızıl kitabı. Bakı, “Alatoran”, 1992.
12. Şaik. O.G. Dedem Korkudun kitabı. İstanbul, 1973.
13. Voroşil Q. Qafqaz Albaniyası. Bakı, “Öyrətmən”, 1993.
14. Albania.- Encyclopaedia Iranica.- iranicaonline.org/articles/Albania-iranian-aran-arm.
15. Frye R.N. (1983). “The political history of Iran under the Sasanians”. In Yarshater, Ehsan (ed). The Cambridge History of Iran. Vol 3. Cambridge University Press.
16. Zardabli I. The History of Azerbaijan. From ancient times to the present day.- London, 2014, s.61-74.- books.google.az/books?id=bNsEBwAAQBAJ &printesec =copiryght&redir_ esc=y#v=onepage&f=false.
17. Артаманов М.И. История хазар. Ленинград, изд-во Гос.Эрмитажа, 1962.
18. Ат-Табари, Абу Джафар, Мухаммад ибн Джарир. История пророков и царей. Избранные отрывки. Ташкент, Фан, 1987.
19. Большая российская энциклопедия 2004-2017.- old.bigenc.ru/world_history/ text/4708752.
20. Буниятов З.М. Азербайджан в VII – IX в в. Баку, изд-во АН Азербайджан. ССР.
21. История Ирана/отв. ред. М.С.Иванов. Москва, Изд. МГУ, 1977.
22. Кудрявцев А.А. Город, не подвластный векам. Махачкала, Даг. кн. изд-во, 1976.
23. Смагин Е.Б. Манихейство: по ранним источникам.- Москва, Восточная литература, 2011.
24. Тревер К. Очерки по истории и культуре Кавказской Албании: IV в. до н.э.- VII в. н.э.- АН СССР, Москва-Ленинград, 1959-01-01, s.157-178.- books.google.az/books?id=IJHHDQAAQBAJ&printsec=frontcover&dq=азербайджан+в+раннем+средневековье&hl=ru&sa=X&ved=2ahUKEwi-zdr30JTsA..
25. Установление феодальных отношений в Азербайджане и его особенности.- dzen.ru/media/landoffire/ustanovlenie-ifeodalnyh-otnoshenii-v-azerbaidjane-i-ego-osobennosti-60621a147f1b9b454e8eb398.
 
Oxşar xəbərlər
10:21, Bu gün
Lənkəranda körpünü sel apardı, 4 kəndlə əlaqə kəsildi
10:13, Bu gün
Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
10:05, Bu gün
"Mançester Siti" 90 milyonluq hücumçusunu bu qiymətə satır
09:59, Bu gün
Köhnə dilənçidən yeni şüar: “Kiçik ianələr böyük fərq yaradır!”
09:57, Bu gün
Paris-2024: Güləşçimiz bürünc medal uğrunda güləşəcək - VİDEO - FOTO
09:50, Bu gün
“Yeddi günə yetmiş il yaşlanan qızım”
09:42, Bu gün
Bakı və Sumqayıtın bir hissəsində qaz olmayacaq
09:34, Bu gün
“Bayraktar Kızılelma”nın yeni mühərriki işə salındı 
09:29, Bu gün
Xoşbəxtliyin sadə resepti: 10 nəsnədən xilas olun...
09:27, Bu gün
Zabratda avtomobil piyadanı vuraraq öldürdü
09:19, Bu gün
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
09:11, Bu gün
Kişi-qadın münasibətlərinin 10 sirri
09:03, Bu gün
6 avqust 1945 Xirosima, 6 avqust 2024..? İran, yoxsa İsrail?
08:55, Bu gün
DİQQƏT: Bir sıra dövlət qurumlarında iş rejimi dəyişəcək – RƏSMİ + SİYAHI
08:47, Bu gün
İbn Sinanın ağır xəstəlikləri müalicə edən MÖCÜZƏVİ RESEPTİ
08:41, Bu gün
Şah rejiminin bərpası, sürgünlər, DAR AĞACLARI Pişəvəri hərakatının SÜQUTU
08:33, Bu gün
"İran Yaxın Şərqdə böyük müharibə törədilməsinə can atmır" - İran XİN nümayəndəsi
08:32, Bu gün
Müharibə təhlükəsi böyüyür: İlk döyüş bu ərazidə olacaq
08:24, Bu gün
Sevdiyiniz meyvələr sizin haqqınızda nə deyir?
08:16, Bu gün
Sevgiliniz sizə nə dərəcədə uyğundur?
08:08, Bu gün
Niyə səhərlər pendir, axşamlar banan yemək daha yaxşıdır? – SƏBƏB
08:00, Bu gün
“Kinoda bəxtim az gətirdi”
07:44, Bu gün
"İran İsraili 1500-ə qədər raket və dronla vura bilər..."-Yəhudi hərbi ekspert
07:44, Bu gün
Qadınların xəyanətinin SƏBƏBİ AÇIQLANDI
07:30, Bu gün
Soyuq duş qəbul etməyin faydaları nələrdir?
07:19, Bu gün
İnsanları 198 dərəcədə dondururlar – Artıq 650 müştəri var
06:56, Bu gün
"Qəzzada 2 milyon insanın aclıqdan öldürülməsi haqlı və mənəvi ola bilər..."-RƏZALƏT
05 Aug 2024 | 23:08
Arı deputatı öldürdü
05 Aug 2024 | 23:03
"Ukraynada 800 min kişi orduya çağırışdan yayınmağa cəhd edir" - "Financial Times"
05 Aug 2024 | 23:00
Bu meyvənin suyu min dərdin dərmanıdır
05 Aug 2024 | 22:53
Paris-2024: Sənan və Stadnikin rəqibi bəlli oldu
05 Aug 2024 | 22:45
Drift edən sürücüyə 2500 manata yaxın cərimə yazıldı
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 22:30
Hücum əməliyyatlarımız üçün bütün bölmələr gözləmə rejimindədir - İsrail zabiti
05 Aug 2024 | 22:24
İran prezidenti: "ABŞ-ın dünyada liderlik dövrü başa çatıb"
05 Aug 2024 | 22:18
Bu oteldə qalmaqal: 42 min avro dəyərində...
05 Aug 2024 | 22:10
Soda ürəyə necə təsir edir? - HƏKİM
05 Aug 2024 | 22:00
Paris Olimpiyasının çempionu parkda yatdı
05 Aug 2024 | 21:51
Stress həzm sistemi orqanlarına necə təsir edir?
05 Aug 2024 | 21:40
"8 gün mənə 80 il kimi gəldi" - Dürdanə Ağayevanın tükürpədici həyat hekayəsi - VİDEO
05 Aug 2024 | 21:32
Məşhur aktrisa vəfat etdi
05 Aug 2024 | 21:23
İsrail qırıcıları Livanın paytaxtına girdi
05 Aug 2024 | 21:15
Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərdi - FOTO
05 Aug 2024 | 21:08
Gec yeyilən axşam yeməyi nələrə səbəb olur?
05 Aug 2024 | 20:58
Polşa və Norveç Ukrayna hərbçilərinə  təlim keçməyə başlayıb
05 Aug 2024 | 20:50
Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq - Ərdoğan
05 Aug 2024 | 20:41
21 yaşlı gənc intihar etdi
05 Aug 2024 | 20:33
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
05 Aug 2024 | 20:21
Qəzəblənən britaniyalılar məscidləri dağıdır, islamçıların otellərini yandırır
05 Aug 2024 | 20:13
Mədə-bağırsaq problemləriniz varsa nə yeyə bilərsiniz?
05 Aug 2024 | 20:05
Daha bir insan beyninə çip yerləşdirildi
05 Aug 2024 | 19:58
"Yatmazdan əvvəl daha yaxşı xatırlayırıq" - Yaddaşı gücləndirməyin SADƏ ÜSULLARI
05 Aug 2024 | 19:48
Niyə səhərlər pendir, axşamlar banan yemək daha yaxşıdır? - SƏBƏB
05 Aug 2024 | 19:40
Tikinti bazarında sement bahalaşdı
05 Aug 2024 | 19:28
Rəsmi Bakıdan Toivo Klaarın iddialarına CAVAB
05 Aug 2024 | 19:20
"Game of Thrones" sevənlərinə şad xəbər
05 Aug 2024 | 19:10
Yulaf böyrək xəstəliklərinə kömək edirmi? - Alimlərdən CAVAB
05 Aug 2024 | 19:05
Ağızdan gələn pis qoxunun qarşısını necə alaq?
05 Aug 2024 | 18:58
Türkiyəli general Azərbaycan Hərbi Dəniz Qüvvələrindən DANIŞDI: "Xəzərdə dövlətin təhlükəsizliyi..."
05 Aug 2024 | 18:57
İlham Əliyev: Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 18:45
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti yarımfinala yüksəldi
05 Aug 2024 | 18:37
Qeybət etməyi sevən 5 bürc: Onlardan uzaq durun
05 Aug 2024 | 18:31
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırlaşır
05 Aug 2024 | 18:23
Böhran dərinləşir: Aİ Maduronın qələbəsini tanımır
05 Aug 2024 | 18:18
Gömrük Akademiyası elmi tədqiqat potensialının artırılması üzrə beynəlxalq təlimdə təmsil olunub - FOTO
05 Aug 2024 | 18:15
Üzməyi bilməyən jurnalist ÜÇ NƏFƏRİ XİLAS ETDİANBAAN VİDEO
05 Aug 2024 | 18:07
Dəniz yatağında yuxuya gedən turist sahildən  xeyli uzaqlaşdı
05 Aug 2024 | 18:02
Paris-2024: Murad Məmmədov məğlub oldu
05 Aug 2024 | 17:57
“Seçkiləri boykot qərarının heç bir effekti yoxdur...”
05 Aug 2024 | 17:52
Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün “kupçasız” evlər söküləcək?
05 Aug 2024 | 17:45
Paris-2024: Güləşçimiz Sabah Şəriəti turnirə qələbə ilə başladı
05 Aug 2024 | 17:40
DİQQƏT! COP29-a görə bu qurumlarda iş rejimi DƏYİŞƏCƏK - QƏRAR
05 Aug 2024 | 17:35
XİN xəbərdarlıq etdi: Bu ölkəyə getməyin
05 Aug 2024 | 17:30
Mirzə Babayevin nəvəsi: "Brilliant Dadaşova babamdan istifadə edirdi" - MÜSAHİBƏ
05 Aug 2024 | 17:26
İlham Əliyev Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
05 Aug 2024 | 17:24
Bu il peşə təhsilinə müraciət rekord həddə çatdı: 1 həftədə 16000-dən çox…
05 Aug 2024 | 17:20
Sergey Şoyqu İrana səfərə gəlib
05 Aug 2024 | 17:15
XİN vətəndaşları Fələstinə səfər etməməyə çağırdı
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 17:06
Bu çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Aug 2024 | 17:00
BDU alimi Pakistanın Karaçi Universitetində tədqiqat aparır - FOTO
05 Aug 2024 | 16:53
"Sabah" və "Zirə"nin potensial rəqibləri müəyyənləşdi
05 Aug 2024 | 16:48
950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
05 Aug 2024 | 16:43
BDU-nun 30 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq
05 Aug 2024 | 16:38
Qayınananın gəlini tərəfindən öldürülməsinin təfərrüatı - "Əri zəng edib ki..." - FOTO
05 Aug 2024 | 16:32
İsmayıl Əhmədov üzr istədi: "Emin Uçarla bağlı yazılanlar həqiqəti əks etdirmir"
05 Aug 2024 | 16:27
"Tramp və Harris Ukraynanı təəccübləndirə bilər" - "Politico"
05 Aug 2024 | 16:21
BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində yay məktəbində - FOTOLAR
05 Aug 2024 | 16:16
Sakinləri bəlaya salan yol problemi: "21-ci əsrdə biz hələ də at arabası ilə gedib-gəlirik" - VİDEO
05 Aug 2024 | 16:10
Parisdə restoranlar boş qalıb: Sahibkarlar müştərisizlikdən şikayətləniblər - VİDEO
05 Aug 2024 | 16:04
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
05 Aug 2024 | 15:58
Prezident Pakistanın yeni səfirini qəbul etdi - FOTO
05 Aug 2024 | 15:55
İlham Əliyev Burkina-Fasonun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul etdi - FOTO
05 Aug 2024 | 15:53
Xəzərdə gəmi turu niyə bərpa olunmur? – Rəsmi açıqlama
05 Aug 2024 | 15:48
COP29-a görə Azərbaycanda hansı məhdudiyyətlər ola bilər?
05 Aug 2024 | 15:35
Həbsdən azadlığa çıxan Drakon ilk dəfə danışdı: "Orda məhbuslara dedim ki..."
05 Aug 2024 | 15:28
Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL + FOTO
05 Aug 2024 | 15:22
İcma Aİ rəsmisinin regionda gərginlik yaratmağa xidmət edən bəyanatını qınadı
05 Aug 2024 | 15:15
Ərdoğana qarşı sui-qəsd: Gizli danışıqlar 7 illik araşdırmadan sonra deşifrə edildi
GÜNLÜK
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
05 Aug 2024 | 12:15
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 11:09
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 12:30
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
05 Aug 2024 | 12:20
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 11:14
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
HƏFTƏLİK
04 Aug 2024 | 15:50
Pensiya yaşının daha 3 il artırılması qərara alındı - Avqustun 6-dan...
31 Jul 2024 | 08:00
Pensiya yaşı yenidən qaldırılır?-  65-dən...
02 Aug 2024 | 08:40
Ümumdünya Səhiyyə Təşkilatı onu "ŞƏFA BİTKİSİ" adlandırır
04 Aug 2024 | 18:32
SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000
03 Aug 2024 | 22:09
Min bir dərdin DƏRMANI- DƏFNƏ YARPAĞI 
04 Aug 2024 | 11:59
Bu ölkədə Türkiyə bayrağının üzərində İsrail bayrağı qaldırıldı VƏ... - FOTO
31 Jul 2024 | 21:45
Avqustda gözlənilən maqnit qasırğaları: Təhlükəli günlərin CƏDVƏLİ
31 Jul 2024 | 08:09
Bu şəxslər avqust ayında qazanc əldə edəcək - DOLÇA...
04 Aug 2024 | 11:00
Zaxarovanın Parislə bağlı zarafatı Fransada OLAY OLDU 
04 Aug 2024 | 10:20
İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə “giriblər”? - QALMAQAL
AYLIQ
05 Aug 2024 | 22:37
Yaşlılar üçün ən yaxşı şirniyyat: sümükləri gücləndirir, qan təzyiqini aşağı salır və xolesterini normallaşdırır...
05 Aug 2024 | 10:40
40 kilo arıqlayan Mətanət İsgəndərli tanınmaz halda - FOTO
05 Aug 2024 | 12:15
Ölümündən 22 gün sonra dəfn olunan Firəngiz Rəhimbəyova haqda DOSTLARI danışır: “Həyat yoldaşı dedi ki, mən ölməli idim, çünki...” - ÖZƏL + FOTOLAR
05 Aug 2024 | 12:37
“Mən bu sualın cavabını bilirəm. Ancaq qərarı ölkə başçısı verməlidir...”
05 Aug 2024 | 11:09
“Bu  xanım siyasətçinin bir sıra üstünlükləri var. Amma...”
05 Aug 2024 | 18:54
“Azərbaycanlı tələbə qız nümayişlərdə iştirak etdiyinə görə edam olundu…”
05 Aug 2024 | 12:30
Qorbaçovu “küçə siyasətçisi” adlandıran nazir – Onun əqidəsini həbsxana həyatı da dəyişməyib
05 Aug 2024 | 12:20
Türkiyənin “sultanı”-nın Moderator.az-a MÜSAHİBƏSİ: “Azərbaycanda filmə çəkilmək istərdim”
05 Aug 2024 | 17:10
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapıldı
05 Aug 2024 | 11:14
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası