“Türk dilində danışır, amma “türk” demirdik…”- Akif Nağıdan tariximizə fərqli baxış...
Oxunub: 3039
01 Apr 2024 | 18:31
“Türk dilində danışır, amma “türk” demirdik…”- Akif Nağıdan tariximizə fərqli baxış...
“…Alban tayfalarının türk mənşəli olması ilə bağlı heç bir şübhə qalmamalıdır. Türklüyünə şübhə edilməyən hun tayfalarının da içərisində alban adlı tayfa olmuşdur…”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Türk dilində danışır, amma “türk” demirdik… - XI mövzu
 
Azərbaycanın iqtisadiyyatı və mədəni-mənəvi dəyərləri (e.ə. IV-y.e. III əsrləri)
 
Azərbaycan iqtisadiyyatı bu dövrdə klassik struktura malik idi, sənətkarlıq, kənd təsərrüfatı və ticarət bölmələrindən, fəaliyyət sahələrindən ibarət idi. İqtisadiyyatın müxtəlif sahələri Azərbaycanın hər iki hissəsində, həm Adərbayqan (Atropatena), həm də Arran (Albaniya) dövlətlərində uğurla inkişaf edir, müəyyən fərqləri nəzərə almaqla, təxminən eyni xüsusiyyətləri əks etdirir, oxşar vəzifələri yerinə yetirir və qarşılıqlı əlaqələri təmin edirdilər. İqtisadi və siyasi proseslər bir-birini tamamlayır, şərtləndirir və bir-birinin inkişafına, təkmilləşməsinə şərait yaradırdı.
 
İki Azərbaycan dövlətinin qarşılıqlı əlaqələri bütün sahələri əhatə edirdi. Onların Araz çayı boyunca keçən sərhədləri çox vaxt şərti xarakter daşıyırdı. Müasir Naxçıvan və Zəngəzur ərazilərini əhatə edən Sisakan və ya Sünik vilayəti, həmçinin Kürlə Arazın qovuşduğu əraziləri əhatə edən Balasakan vilayəti müxtəlif dövrlərdə gah Arranın (Albaniyanın), gah da Adərbayqanın tərkibinə daxil olmuşdur [6, s.124]. Bu vəziyyət təxminən II əsrə qədər davam etmiş, III əsrdən isə həmin ərazilər birdəfəlik Arranın (Albaniyanın) tərkibinə daxil edilmişdir. Bu hal həm də bəzi tayfaların, məsələn, kaspi, albanların hər iki dövlətin ərazilərində yaşamaları ilə bağlı idi [8]. 
Əldə olan materiallar göstərir ki, Adərbayqanda kənd təsərrüfatı, sənətkarlıq, ticarət, şəhər həyatı yüksək səviyyədə inkişaf edib, özünəməxsus mədəniyyət, yerli dil və yazı mövcud olub. Mənbələrdə daha çox məbəd torpaq sahibliyinin inkişaf etdiyi göstərilir. Əhali əkinçilik, maldarlıqla məşğul olurdu, üzümçülük geniş yayılmışdı. Heyvandarlıq, xüsusilə atçılıq inkişaf etmişdi. Burada dünyada tanınan “Nisa” cinsli atlar yetişdirilirdi. Adərbayqanın müəyyən yerlərində neft də çıxarılır, xarici ölkələrə ixrac olunurdu. Qərb ölkələri onu “Midiya yağı” adlandırırdılar. Qazaka, Fraaspa, Fanaspa kimi şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Hindistan, Çindən başlayaraq ticarət yolu Adərbayqan, Arran  (Albaniya) ölkələrindən keçərək Aralıq dənizinə çıxırdı [2, s.20-21]. 
 
Arranın (Albaniyanın) çox bərəkətli torpağı var idi, ildə iki və ya üç dəfə məhsul götürmək mümkün idi. Burada su dəyirmanlarından geniş istifadə olunurdu. Şəhərlərdə sənətkarlıq emalatxanaları fəaliyyət göstərirdi. Ən məşhur sənətkarlıq sahələrindən biri metalişləmə idi. Bu sahənin sənətkarları silah, əmək alətləri, məişət əşyaları, bəzək məmulatları düzəldirdilər. Dulusçuluq, şüşə istehsalı, toxuculuq da geniş yayılmışdı [2, s.24-26].
 
Arran (Alban) və Adərbayqan mədəniyyətinin nadir nümunələri də yaradılırdı. Alban daş heykəlləri xüsusi yer tutur. Ağdam, Bərdə, Tərtər, Ağdərə bölgələrində daşdan yonulmuş 19 insan heykəli, bütlər aşkar edilib [10, s.100-104]. Bu nadir abidələr Azərbaycanın qədim tarixinə işıq salır, həmçinin Mərkəzi Asiyadakı türk abidələri ilə eyniyyət təşkil etməklə türk dünyasının tarixinə dair əlavə sübutlar verir [9, s.85-86].
 
Qarabağ heykəlləri hörüklü saça malik kişi təsvirlərindən ibarətdir. Qədim Azərbaycan tayfalarından lullubilərin bu cür hörük saxladıqları məlumdur. Saklar (Skiflər), xəzərlər də “hörüklü saç” saxlayırdılar [4, XII fəsil]. Qarabağın Canyataq bölgəsində tapılmış “hörüklü heykəl”lərdən biri vaxtilə Bakıya gətirilmiş və hazırda Qız qalası yaxınlığında açıq havada saxlanılır. Bu heykəllər Azərbaycan xalqının qədim dövrlərdə yüksək mədəniyyətə sahib olduğunu göstərir.  Dünyada analoqu olmayan bu abidələrin yaranma tarixi, mahiyyəti, nə məqsədlə yaradıldığına dair geniş tədqiqatların aparılmasına ehtiyac var. Dünya alimləri hələ də bu möhtəşəm abidələrin tədqiq olunmasının yollarını tapa bilmir.
 
Adərbayqanda da mədəniyyətin müxtəlif sahələri, o cümlədən, şəhərsalma, qala tikililəri, heyvan şəkilli dulusçuluq məmulatları, saxsı qablar üzərində həndəsi fiqur, çiçək rəsmləri, naxışların salınması inkişaf etmişdi. Bu nailiyyətlər burada keramika, saxsı qablar məktəbinin yaradılmasına gətirib çıxarmışdı. Bu incəsənət məktəbi e.ə. III- y.e. II əsrlərini əhatə edirdi [2, s.23-24].
 
Azərbaycan ərazisi dini etiqad baxımından müxtəlifliyi ilə seçilmişdir. Adərbayqanda bütpərəstlikdən sonra zərdüştlük geniş yayılmışdı. Adərbayqan zərdüştlüyün mərkəzi idi [7]. Burada dinin baş məbədi Adur-Quşnaps yerləşirdi. E.ə. V-IV əsrlərdən başlayaraq islama qədərki dövrdə burada zərdüştlük, atəşpərəstlik, demək olar ki, yeganə din olub. Yeni eranın əvvəllərindən etibarən burada xristian dininin təbliğinə cəhd edilib, amma ciddi nəticəsi olmayıb.
 
Arranda (Albaniyada) yeni eranın I əsrinə qədər müxtəlif səma cisimlərinə, bir az da oda sitayiş olmuşdur. Yuxarıda qeyd etdiyimiz kişi heykəllərinin də dini ayinlər üçün istifadə olunduğu bildirilir [12]. Burada xristianlıq yeni eranın 54-57-ci illərində apostol (həvari) Müqəddəs Yeliseyin missionerlik fəaliyyəti ilə başlanmışdır [13]. Ona görə də alban kilsələri apostol kilsələri adlandırılır. Müqəddəs Yeliseyin yaratdığı dini icmalar uzun müddət fəaliyyət göstərmiş, xristian dininin təbliği ilə məşğul olmuşlar. M.Yelisey I əsrdə Şəki rayonunun Kiş kəndində Qafqazda ilk kilsənin əsasını qoyub. O, I əsrin 70-ci illərində Şəkidə öldürülüb, şagirdləri onun işini davam etdirib [4, XLVIII fəsil]. 
Bu dövrdə ortaq dilimizin inkişafı ilə bağlı da keyfiyyət dəyişiklikləri baş verdi. Ümumiyyətlə, dil daha çox canlı orqanizmə bənzəyir, daim dəyişir, yenilənir, zənginləşir. Ona görə də tariximizin bütün mərhələlərində ümumi danışıq dilinin vəziyyəti diqqətdə saxlanılmalıdır. Məlumdur ki, e.ə. I minilliyin birinci yarısında, klassik dövlətçiliyimizin yarandığı, hakimiyyətdə Manna, Maday, Sak (Skif) sülalələrinin bir-birini əvəz etdiyi dövrdə ümumi ünsiyyət vasitəsi kimi türk dilində danışan Azərbaycan xalqı formalaşmışdı. Baxdığımız dövrdə xalqın və dilin təkmilləşməsi prosesi davam edib.
 
Azərbaycanın Araz çayından cənuba doğru əraziləri ilə bağlı Adərbayqan (Atropatena) və yaxud azəri, daha çox isə maday (Midiya) dili ifadəsi işlədilir. Çox vaxt bu deyilən dilləri fars dili ilə bağlamağa çalışırlar. Lakin bu iddianı əsaslandırmaq üçün heç bir fakt, ciddi sübut yoxdur. Qədim dövrlərdən bu ərazidə lullubi, kuti, turukki, su, kas, manna, maday, sak (skif), hun, kaspi, maq, kadusi və digər tayfalar yaşayırdı. Bunların hamısı türk tayfaları idi, onların farslara heç bir aidiyyatı yox idi [5, s.388]. Əksinə, madayların nümunəsində gördük ki, onların farslara düşmən və nifrət mövqeyi olmuşdur. Bəzi müəlliflər e.ə. I minillikdə “azəri dili” ifadəsinin işlədildiyini qeyd edir. Daha çox isə “maday dili” ifadəsi işlədilir. Madaylar isə türkdilli tayfalar idi. Türk dilinin mövqeyinin güclənməsi ilə bağlı e.ə. II əsrdə regionda Parfiya amilinin meydana gəlməsi də nəzərə alınmalıdır. Yeni eranın I əsrində yaşamış romalı müəllif Pompey Troq qeyd edir ki, parflar skif əsilli idilər, onların dili skiflərlə madayların (mətndə midiyalıların.- A.N.) dilləri arasında “orta mövqe tutur, hər ikisinin qarışığından ibarət idi” [11]. Aydındır ki, iki müxtəlif dildən başqa birinin yaranması mümkün deyil. Söhbət bir dilin iki ləhcəsindən gedə bilərdi. Parflar türk dilinin maday və sak (skif) ləhcələrinin sintezindən ibarət olan dildə, türk dilində danışırdılar. Onların regionda hakim mövqe tutmaları türk dilinin də mövqeyini gücləndirdi. Deyilənləri belə yekunlaşdırmaq olar ki, e.ə. I minilliyin birinci yarısından etibarən Araz çayından cənuba doğru ərazilərimizdə Adərbayqan (Azərbaycan), qısa desək, azəri dili işlədilmişdir. Azəri dili türk dilinin ilkin formalarından idi [1, s.226]. Həmin dövrdə xalqımız türk dilində danışırdı, amma “türk” ifadəsi hələki işlədilmirdi. Azəri adlı tayfanın olması, onların fars mənşəli “azəri dilində” danışmaları ilə bağlı iddiaların heç bir əsası yoxdur, qərəzli tarixçilərin uydurmasından başqa bir şey deyildir. Azəri adlı, ümumiyyətlə, tayfa heç vaxt mövcud olmayıb [5, s.557].
 
Araz çayından şimala doğru ərazilərimizdə də eyni proseslər baş verirdi. Yerli türk tayfaları güclənir, yeni türk tayfaları davamlı şəkildə ölkəyə gəlir, yerlilərlə qaynayıb-qarışırdılar. Burada türk dilinin başqa bir ləhcəsi- arran dili inkişaf edirdi. Ərəb müəllifləri bu dillə bağlı Arran dili, M. Kalankatlı, suriyalı müəllif Zaxari Ritor və digərləri isə həm Arran, həm də Alban dili ifadəsini işlədirdi. Z. Ritor həm də “Arran (Albaniya) diyarı” ifadəsindən istifadə edirdi [1, s.217-220]. 
 
Burada albanlarla yanaşı aran, qarqar, quqar, uti, kaspi, kəngər, sak, massaget, tərtər, sovde, hun, savar, macar və digər türkmənşəli, eyni zamanda udin, leq, ciqb kimi qafqazdilli, maskut, gel kimi irandilli tayfalar yaşayırdı [8, s.142-189].  Əhalinin əksəriyyətini uzaq keçmişdən burada məskunlaşmış albanlar, qarqarlar, utilər və yeni eranın əvvəllərində ölkəyə gələn qıpçaqlar, oğuzlar, hunlar təşkil edirdi [5, s.352]. 
 
Üç məsələyə diqqəti cəlb etmək istəyirik. Birincisi, alban tayfalarının türk mənşəli olması ilə bağlı heç bir şübhə qalmamalıdır. Türklüyünə şübhə edilməyən hun tayfalarının da içərisində alban adlı tayfa olmuşdur [3, s.194]. Azərbaycanın şimallı-cənublu ərazilərinin çox yerində bu gün də alban adında toponimlər qalır. İkincisi, qafqazdilli udinlərlə türkdilli utiləri qarışdırmaq, yanlış fikirlər irəli sürmək olmaz. Onların arasında heç bir əlaqə yoxdur [1, s.149]. Utilər və onların bir qolu olan utiqurlar hun-türk tayfa ittifaqına daxil idilər [5, s.342]. Üçüncüsü, mənbələrə görə Alban hökmdarı Aran Sisakan (sünik), sisakların nəslindən idi. Deməli, Sisakan (Zangəzur, Sünik) əhalisi də Aranın öz tayfasından- aranlılardan (albanlardan) ibarət olmuşdur [5, s.350].
 
Beləliklə, e.ə. IV- y.e. III əsrləri arasında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, meydana gəlmiş iki dövlətimiz əlaqəli şəkildə fəaliyyət göstərir, vahid ərazi, bir dövlət, ümumi Azərbaycan türk dili, birgə mədəni-mənəvi dəyərlərin formalaşmasına doğru gedir, əvvəlki dövrlərdə əldə olunmuş nəticələri möhkəmləndirirdi…
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
2. Azərbaycan tarixi (ən qədim zamanlardan- XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Bakı, “Bakı Universiteti”, 2014.
3. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
4. Kalankatlı M. Albaniya tarixi, II kitab, XII fəsil. Bakı, “Avrasiya Press”, 2006.5. Kalankatlı M. Albaniya tarixi, II kitab, 48 fəsil. Bakı, “Avrasiya Press”, 2006.
5. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
6. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, “Elm”, 1986.
7. Бартольд В.В. Сочинения. Москва, изд.-тво «Восточная литература», 1963, т.II, часть 1.
8. Гейбуллаев Г.А. К этногенезу азербайджанцев, т.1. Баку, «Элм», 1991.
9. Кубарев В.Д. Древние изваяния Алтая (Оленные камни). Новосибирск, «наука», 1979.
10. Халилов М. Антропоморные каменные изваяния Карабаха.- журнал «Азербайджанская археология», № 1-4, 2004.
11. Трог П. «История Филиппа», 41-я кн. Санкт-Петербург, изд-во Санкт-Петербургского Университета, 2005, гл. 1- symposium.ru/ru/node/79.
12. Юсифов Ю.Б., Бабаев И.А. Кавказская Албания в эллинистическую эпоху. В кн.: Причерноморье в эпоху эллинизма// Мат-лы III Всесоюзн. симпозиума по древней истории Причерноморья. Тбилиси, 1985.
13. Ямпольский З.И. О приосхождении храмовой собственности древнего мира. BDU, 1959, № 4.
 
 
Oxşar xəbərlər
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
GÜNLÜK
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi