“Azərbaycan hökuməti belə bir səhvə yol verməməli idi”
Oxunub: 6502
29 Dec 2014 | 15:35
“Azərbaycan hökuməti belə bir səhvə yol verməməli idi”
Ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ötən həftə 60 yaşını tamamladı. Əslində onunla yubiley söhbəti etmək istəyirdik, ancaq siyasi proseslərdə də yeri gələndə kifayət qədər fəal olmuş tanınmış hüquqşünasla ölkə gündəmindəki məsələlərdən də danışdıq. Ancaq facebook üzərindən.
Belə ki, axtardığımız zaman telefonlarına zəng çatmayan Vidadi bəylə yalnız sosial şəbəkə vasitəsilə əlaqə yaradanda ölkə xaricində olduğunu söylədi. Beləcə başladıq:

- Vidadi bəy, 60 illik yubileyinizi təbrik edirəm. Sirr deyilsə, yubileyinizi hansı ölkədə keçirirsiniz?

- Almaniyada, Berlindəyəm. Qızım burda universitetdə doktorluq işi üzərində işləyir. Nəvəm yaşyarımlıqdır. İndiyədək görməmişdim. Qərara aldım ki, həm nəvəmi görüm, həm də yeni ili burda birlikdə qarşılayaq
.
- Yaşın ağırlığı varmı? Özünüzü necə hiss edirsiniz, xüsusilə Avropada?

- Almaniya azad, demokratik bir ölkədir. Burda yaşamaq və çalışmaq, əlbəttə, çox xoşdur. Amma mənim üçün yox. Hara getsəm, 5-6 gündən sonra Vətən üçün burnumun ucu göynəyir. Bəlkə də yaşdandır. Amma düşünürəm ki, burda olan sistemi kaş Azərbaycanda qura biləydik. 60 yaşın heç bir ağırlığını hiss etmirəm. Hərdən mənə elə gəlir ki, 60 yaş mənim deyil. Kimindirsə, mən də onu təbrik edirəm özlüyümdə. Mən xəyalən hələ 40 yaşdan o yana adlamamışam.

- Almaniya azərbaycanlılar sarıdan “korluq” çəkməyən bir ölkədir. Yəqin ki, görüşdüyünüz insanlar da az olmayıb. Məsələn, hüquqşünas həmkarınız Əlövsət Əliyev və digərləri ilə... Yubileyinizi onlarla birgə qeyd etdinizmi?

- Yox. Burada heç kimlə görüşməmişəm. Ailə çərçivəsində yubileyimi qeyd etdik. Özü də Berlinin “Qaraba𔝠restoranında. Əlövsət bəy tələbəm olub. Telefonla danışmışıq. Məni olduğu yerə qonaq dəvət edib, hələ bu təklifi dəyərləndirməmişəm.

- Adətən, jurnalistlər xaricdə olanlardan “ordan Azərbaycan necə görünür” sualına cavab istəyir. Sizin cavabınız necədir?

- Azərbaycan mənim üçün həmişə hər şeydən əziz olub. Onu heç yerə dəyişmərəm. Amma Azərbaycanda da Avropa dəyərlərinə cavab verən dövlət qura bilsək, korrupsiya, rüşvət, inhisarçılıq mexanizmini aradan qaldıra bilsək, sosial güvənlikli, ictimai psixozdan uzaq, repressiyasız bir cəmiyyət yarada bilsək, bir çox Avropa ölkələri bizə həsəd aparardı. Amma çox təəssüf ki, biz hələ bunu bacara bilməmişik.

- Milli Şuranın üzvü olaraq elə getmişkən Almaniyanın hansısa siyasi dairələri ilə görüşmək planınız varmı?

“Bu, batan gəmidə rahat kayuta axtaran birisinin hərəkətlərinə bənzəyir”


- Yox. Hər hansı siyasi bir görüş keçirməyi düşünmürəm.

- Yəqin Azərbaycandan xəbər tutursunuz. “Azadlıq” Radiosunda axtarış aparılması, qapıların möhürlənməsi xəbərini necə dəyərləndirirsiniz?

- Məncə, Azərbaycan hökuməti belə bir səhvə yol verməməli idi. Azad medianı susdurmaq bu iqtidara baş ucalığı gətirməyəcək. Həm də nəzərə alsaq ki, “Azadlıq” radiosu sıradan bir media quruluşu deyil və onu ABŞ Konqresi maliyyələşdidir...

- Avropa Azərbaycana, iqtidarın təbirincə desək, niyə təzyiqləri artırır? Bilə-bilə ki, bu təzyiqlər Bakını Moskvaya yaxınlaşdırır?

- Demokratik ölkələr Azərbaycana demokratik institutlar yaratmaq üçün kifayət qədər vaxt verdi və çox güzəştlərə getdi. Lakin Azərbaycan hakimiyyəti bu vaxtdan səmərəli istifadə edib ölkə daxilində demokratik islahatlar aparmaq və korrupsiya sistemini aradan qaldırmaq əvəzinə avtoritaizmin diktatura formasına yuvarlandı və ölkədəki bütün seçkiləri total şəkildə saxtalaşdırdı, buna qarşı duranlara qarşı genişmiqyaslı repressiyalara başladı. Demokratik ölkələr bununla, əlbəttə, barışa bilməzlər. Yoxsa Avropa dəyərlərinin nə mənası olardı? O ki qaldı Azərbaycanın Rusiyanın yanında yer almasına, bu, batan gəmidə rahat kayuta axtaran birisinin hərəkətinə bənzəyir. Rusiya beynəlxalq aləmdə təklənib və onun yanında yer alması Azərbaycana gələcəkdə yaxşı heç nə vəd etmir.

- Vidadi bəy, 2015-ci ildə Azərbaycanda islahatlarla bağlı ciddi addımların atılacağı barədə proqnozları bölüşürsünüzmü? Ümumən 2014-ün qısaca dəyərləndirməsini və gələn illə bağlı gözləntilərinizi bilmək istərdim.

- 2014-cü il yaddaşlarda Azərbaycanda repressiyaların artması, vətəndaş cəmiyyətinin zəiflədilməsi, neftin qiymətinin kəskin aşağı düşməsi kimi qaldı. Bu tendensiyaların davam edəcəyi təqdirdə Azərbaycan hakimiyyətinin 2015-ci ildə hər hansı demokratik islahatlar aparacağı inandırıcı görünmür.

- Bəs, sizcə, 2015-də Azərbaycanın seçimi nə olacaq? Rusiyanın “Yeni SSRİ” layihəsinə qoşulmağımız mümkündürmü? Xüsusilə də Qərblə münasibətlərdə “soyuq müharibə” elementlərinin müşahidə olunduğu şəraitdə?

- Düşünürəm ki, Azərbaycan iqtidarında da bu vəziyyəti başa düşən şəxslər var. 2015-ci il Azərbaycan hakimiyyəti üçün seçim ili olacaq. Daha balanslaşdırılmış siyasət adı altında Azərbaycanın manevr imkanları daralıb və Qərblə Rusiya arasında seçim etmək lazım gələcək. İnanmaq istərdim ki, Azərbaycan iqtidarı bu seçimi düzgün edəcək və doğru olanın yanında yer alacaq.

- Hazırda Almaniyada olduğunuzu nəzərə alıb bir suala cavab almaq istəyirəm. Almaniya o ölkədir ki, Berlin divarını dağıdıb iki fərqli qütblərdə olan ölkələri və cəmiyyətləri birləşdirdilər. Bəs Azərbaycan müxalifəti parçalanmalara nə zaman birdəfəlik son verə biləcək? Bunun düsturu varmı? Yeri düşmüşkən, gələn il parlament seçkisidir, birlik müzakirələri də gedir...

- Azərbaycan müxalifəti deyəndə bu eyni rəngli, bir amala xidmət edən qüvvələr toplumu deyil. Onun tərkibində müxtəlif amallara qulluq edən, hər mövsümə uyğun rəngini dəyişən qüvvələr də var. Onları bir çadır altına yığmaq problemli görünür. Siz də bilirsiniz ki, uzun illərdir müxalifətin bir araya gəlməsi üçün qüvvə və bacarığımızı bu işlərə qoymuşuq. Gəldiyim nəticə budur ki, Azərbaycanda qeydiyyatdan keçmiş bütün partiyaları bir yerə yığmağın mənası yoxdur. Çünki onların içərisində bir özü, bir də möhürü olan, ictimai-siyasi proseslərə təsir qüvvəsi olmayan xeyli marginal qüvvə var. Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanı olan bir neçə siyasi qüvvə var ki, onların bir yerə toparlanması zəruri olardı.

“Mən xəyalən hələ 40 yaşdan o yana adlamamışam”


- Siz birlik modelində hansı partiyaları görürsünüz konkret halda? Məsələn, AXCP və Müsavatın indiki münasibətləri birliyin bərqərar olunmasına imkan verirmi?

- Bu partiyalar arasında olan mövcud münasibətlər çərçivəsində onların bir yerdə olması çətin görünür. Amma siyasətdə daimi münasibətlər və daimi rəqiblər olmur. 

- Vidadi bəy, adətən müxalifət düşərgəsində münasibətlərin nizama salınması üçün ağsaqqallar hərəkətə keçərdi. Siz bu missiyada iştiraka ehtiyac görürsünüz?

- Sizinlə razıyam, bu, həmişə belə olub. Düşünürəm ki, 2015-ci il parlament seçkiləri ilidir və belə təşəbbüslərin olması ümumilikdə demokratik düşərgənin xeyrinə olardı. 
Mən düşünürəm ki, növbəti ildə bir qədər gecikmiş də olsaq, proporsional seçki sisteminin bərpasına nail olmaq uğrunda mübarizə aparılmalıdır. Bu sistemin bərpası partiyaları seçkidə daha əzmlə mübarizə aparmaq üçün səfərbər edə bilər. Fərdi qaydada iştirak etmək bu seçki sistemi çərçivəsində müşkül məsələdir və böyük inzibati-maliyyə resursları olan iqtidar nümayəndələri ilə rəqabətdə müxalifətin ziyanına işləyən bir amildir.

- İlin son günlərində əfv gözləntisi var. Gözləntiniz necədir, həbsdən kimlər qurtula biləcək bu dəfə?

- Əfv hüququ prezidentə məxsus olduğu üçün bir şey demək çətindir. Amma dövlət başçısı ölkədə barış istəyirsə, düşünürəm ki, bu imkandan bəhrələnib bütün siyasi və vicdan məhbuslarını əfv etməklə cəmiyyətə böyük jest edə bilər və bu da 2015-ci ildə həqiqi iqtidar-müxalifət dialoqunun əsasını qoya bilər.

- Seçkilərədək Milli Şura formatının qalmasını daha uyğun sayırsınız, yoxsa yeni birlik modeli təşəbbüsü ola bilər?

- Bunu həyat göstərəcək. Əgər Milli Şuradan daha mütəhərrik bir qurum yaranmayacaqsa, əlbəttə ki, Milli Şuranın formatı birlik modeli olaraq qalacaq. 

- Müsavatın yeni rəhbərliyi ilə münasibətiniz necədir? Məsələn, belə görünür, AXCP rəhbərliyi yeni rəhbərliyi tanımır, ən azı təbrik etməmək, mitinqdə söz verməmək faktı var.

- Şəxsən mənim Müsavat Partiyasının yeni rəhbərliyi ilə münasibətlərim normaldır.

- Siz beynəlxalq miqyasda tanınan, nüfuzlu bir qurumun üzvü olan hüquqşünassınız. 29 dekabrda hökm oxunacaq kəlbəcərli girovların xilası barədə nə etmək olar?

- Əlbəttə, girovlara hökm oxunması bütün beynəlxalq hüquq normalarına bir hayqırıdır. Amma Azərbaycan hökuməti bununla bağlı bütün imkanlardan istifadə etməklə yanaşı, həmin girovların Azərbaycana ekstradisiya edilməsi məsələsini də qaldırmalıdır.

- 60 yaşına çatan iqtidar nümayəndələri ən azı “Şöhrət”ləndirilir. Sizin bu yaşda ürəyinizdən nə keçir?

- Mənim heç bir orden-medala ehtiyacım yoxdur. Mənim üçün ən böyük mükafat Azərbaycanımızı korrupsiyadan uzaq, azad, demokratik bir ölkə kimi görməkdir. Azad, demokratik Azərbaycanda yaşamaq hər yaşda xoşdur.

- Milli Şuranın növbəti sessiyası, deyəsən, gecikdi. Bu, nə ilə bağlıdır?

- Yer problemi ilə bağlıdır.

- Siz hara müraciət edibsiniz? Məsələn, Müsavat “yox” deməzdi, yəqin ki...

- Biz harda iclas edirik, oranı dağıdırlar və ya sahibini incidirlər. Bu mənada dostlarımızı pis vəziyyətdə qoymaq istəmirik.

- Almaniyada sizi daha çox çəkən ünvan haradır?

- Brandenburq qapısı, Reyxstaq, Bundestaq. Bir də yeni il ərəfəsi burda təşkil edilən Vaynax şənlikləri çox xoşuma gəldi.

Və... saata baxıram. Vidadi bəy şəhərə birlikdə gəzməyə gedəcək yol yoldaşlarından yarım saatlıq rüsxət istəmişdi, yazışmamız üçün. Bizsə düz 1 saat yarım danışdıq. “Əsl alman dəqiqliyi” buna deyərlər. Bizim vaxtımızla...

musavat.com
















Oxşar xəbərlər
11:23, Bu gün
Ana 3 yaşlı qızını caduya görə öldürdü
11:21, Bu gün
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir - YENİLƏNİB
11:19, Bu gün
İranda dörd məhkum edam edilib
11:17, Bu gün
Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı - SƏBƏB MƏLUM DEYİL - VİDEO
11:15, Bu gün
Ukrayna Silahlı Qüvvələrinin məşhur qadın snayperi öldürülüb
11:11, Bu gün
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”-bəstəkarın qızı onları məhkəməyə verir+FOTO+ÖZƏL
11:08, Bu gün
Bakıda evdə meyit tapılıb
11:00, Bu gün
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
10:55, Bu gün
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
10:52, Bu gün
Ukraynada sabiq nazir həbs edilib
10:49, Bu gün
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
10:48, Bu gün
İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını nəzərdən keçirir
10:41, Bu gün
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
10:39, Bu gün
Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib
10:36, Bu gün
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
10:33, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
10:20, Bu gün
Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamağı təklif edilib
10:18, Bu gün
"Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO
10:17, Bu gün
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:15, Bu gün
NİİM əhaliyə müraciət etdi - VİDEO
10:12, Bu gün
36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
10:12, Bu gün
ABŞ-də ilk dəfə insana süni ürək və donuz böyrəyi implantasiya edilib - FOTO
10:11, Bu gün
Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO
10:10, Bu gün
Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü - FOTO
10:08, Bu gün
Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var
10:05, Bu gün
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin “TRT Avaz” kanalı ilə ortaq layihələr həyata keçirəcək
10:00, Bu gün
"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi
10:00, Bu gün
Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
09:55, Bu gün
Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər
09:50, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK
09:46, Bu gün
Millət vəkilinə ağır itki
09:37, Bu gün
Gündə bir insanın yoxa çıxdığı ən təhlükəli ölkə - VİDEO
09:29, Bu gün
"iPhone" satışları rekord səviyyəyə düşüb
09:23, Bu gün
Aprelin sonu iki bürcə ciddi problemlər gətirəcək
09:18, Bu gün
Dəhşətli avtobus qəzası: 13 ölü, 40 yaralı var
09:11, Bu gün
Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
09:00, Bu gün
Azərbaycanda general vəfat etdi
08:47, Bu gün
Minsk NATO-ya qarşı - Yeni hərbi doktrina qəbul edildi
08:36, Bu gün
Rusiya irəli gedir, ABŞ isə 2 ölkədən qoşunlarını ÇIXARIR
08:24, Bu gün
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
08:11, Bu gün
Suraxanı və Binə qəsəbəsi illər əvvəl - NADİR GÖRÜNTÜLƏR - VİDEO
07:57, Bu gün
Arıqlamaq istəyənlər hansı meyvələrdən imtina etməlidirlər?
07:55, Bu gün
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
07:53, Bu gün
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
07:45, Bu gün
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
07:00, Bu gün
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
06:56, Bu gün
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
06:37, Bu gün
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
06:35, Bu gün
Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO
06:20, Bu gün
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
01:32, Bu gün
KİV: Müharibədən qayıtmış Rusiya hərbçiləri ümumilikdə 100-dən çox insanı qətlə yetiriblər
01:09, Bu gün
FHN bu stansiyada təlim keçirəcək
01:02, Bu gün
ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır
01:01, Bu gün
Niderlandlı baş məşqçi “Liverpul”un onunla maraqlandığını təsdiqləyib
00:39, Bu gün
Bakıda avtomobil aşıb: Xəsarət alanlar var
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
25 Apr 2024 | 22:26
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
25 Apr 2024 | 21:36
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
25 Apr 2024 | 21:36
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
25 Apr 2024 | 21:34
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
25 Apr 2024 | 21:33
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
25 Apr 2024 | 21:31
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
25 Apr 2024 | 21:06
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
25 Apr 2024 | 21:05
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
25 Apr 2024 | 20:52
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
25 Apr 2024 | 20:47
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
25 Apr 2024 | 20:30
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
25 Apr 2024 | 20:08
Şagirdlərin tətil günləri AÇIQLANDI
25 Apr 2024 | 20:05
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
25 Apr 2024 | 19:55
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
25 Apr 2024 | 19:50
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
25 Apr 2024 | 19:45
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
25 Apr 2024 | 19:40
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
25 Apr 2024 | 19:36
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
25 Apr 2024 | 19:32
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
25 Apr 2024 | 19:28
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
25 Apr 2024 | 19:25
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
25 Apr 2024 | 19:22
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
25 Apr 2024 | 19:20
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
25 Apr 2024 | 19:15
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
25 Apr 2024 | 19:10
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
25 Apr 2024 | 19:05
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
25 Apr 2024 | 19:00
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
25 Apr 2024 | 18:57
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 18:53
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
25 Apr 2024 | 18:47
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
25 Apr 2024 | 18:44
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
25 Apr 2024 | 18:40
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
25 Apr 2024 | 18:27
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
25 Apr 2024 | 18:24
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
GÜNLÜK
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 11:41
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 11:39
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
25 Apr 2024 | 11:27
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 11:55
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 12:10
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
25 Apr 2024 | 12:45
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 15:34
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
25 Apr 2024 | 11:41
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
25 Apr 2024 | 14:45
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
25 Apr 2024 | 11:39
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
25 Apr 2024 | 11:27
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
25 Apr 2024 | 14:47
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
25 Apr 2024 | 11:55
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir