Azərbaycan futbolunun "oliqarxiologiyası"
2 xəbərimiz
var: biri yaxşı, biri pis.
Pis xəbər odur ki,
Azərbaycan futbolu regionda sonuncu yerlərdən birini tutur - FİFA-nın beynəlxalq sıralama cədvəlinin 85-ci yer ayırdığı milli
komanda Rusiyadan, Ermənistandan və İrandan geridədir.
Yaxşı xəbər
isə odur ki, Azərbaycan millisi 103-cü yerdə qərarlaşan Gürcüstanı qabaqlayır və
ötən illə müqayisədə irəliləyib.
Əgər FİFA-nın tərtib
etdiyi bu cədvəldə ölkələr üzrə futbola xərclənən pullar da hesablansaydı, Azərbaycan
xeyli yuxarı qalxardı, başqa ölkələrdəki futbol xərclərini də bura əlavə etsəydilər,
ümumiyyətlə liderlər sırasına çıxardı.
Amma Azərbaycanın
Avropa futbol səxavətini bir yana qoyub ölkəyə qayıdaq və baxaq ki, Azərbaycan
çempionatının futbol klubları nəyin, daha doğrusu - kimin hesabına mövcudluğunu
təmin edir.
Mediadan və digər
açıq mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən Azərbaycan futbol
klublarının rəsmi və qeyri-rəsmi sahiblərini təqdim edirik. Siyahıya əlavə və
ya düzəlişlərin varsa bizə yaz. Və ya yaz ki, səncə alnına boş tribunalar
yazılan Azərbaycan futboluna qəyyumluq etməkdə Azərbaycan oliqarxlarının məqsədi
nədir:
Gələcəkdə
tribunaların dolacağına inam? Futbol sevgisi? Azərbaycan futbolunu dünyaya
çıxarmaq ehtirası? Yoxsa yazılmamış inzibati-oliqarx qanunları? (Azadlıq Radiosu)








