“Azərbaycanda din pərdəsi altında fəaliyyət göstərən missionerlərin işi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tənzimlənməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Azəri-Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycanda missionerlərin müəyyən din pərdəsi altında fəaliyyətlərinin hansı məqsədlərə xidmət etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin dini təriqətləri təmsil edən missionerlər 90-cı illlərdə Azərbaycana gəlməyə başlayıb: “Azərbaycana gələn bu cür dini təriqətləri təmsil edənlər, hansı ölkədən gəlirlərsə, oranın təlimatlarını və missiyalarını yerinə yetirilər. Ona görə də, bu məsələyə ciddi sürətdə nəzarət olunmalıdır. Bunların nə iş görmələri ilə maraqlanmalıdırlar. Qafqaz Müsəlmanlar İdarəsi kimi qurumlar məhz onların işi ilə ilgilənmək üçün fəliyyət göstərməlidirlər. Əksinə bəzən, həmin dini qurumlar bu kimi missionerlərin fəaliyyət göstərməsi üçün özləri şərait yaradır”.
Bununla yanaşı Tənzilə Rüstəmxanlı sözügedən missionerlərin ətrafa təsirindən də danışdı: “Vəhabilər adı altında birləşən bir qrup insanların Azərbaycanda dəfələrlə nə işlərlə məşqul olduqlarını və hansı işlərə bulaşdıqlarını qabartmışıq. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi onların fəaliyyətlərini nəzarətdə saxlamaq üçün bu yöndə dəfələrlə əməliyyatlar aparıb. “Nurçular” adı altında təqdim olunan missionerlər bu gün Azərbaycanda ən böyük qrumların başında oturanlardır”.