Əli Əliyev Ukrayna olaylarını şərh etdi
Araşdırma
Oxunub: 5984
05 Mar 2014 | 14:45
Əli Əliyev Ukrayna olaylarını şərh etdi

VİP sədri Əli Əliyev Ukrayna olayları ilə bağlı analitik yazı ilə çıxış edib. Moderator.az partiya sədrinin sözügedən məqaləsini oxuculara təqdim edir:

 

Ukrayna dərsləri

 

Ukraynada baş verənlər keçmiş postsovet məkanı ölkələri üçün ibrətamiz, müntəxabat səciyyəsi daşıyan hadisələrdir. Velikoros şovinizmi maşınının bütün mexanizmləri  tam gücü ilə işə salınıb. Məlum Ukrayna hadisələri isə Rusiyanın imperiya iddialarının nə qədər  geniş və dərin olduğunu bir daha təsdiq etdi.

Son günlər Rusiya Federasiyasının rəsmi qurumları və şəxsləri bütün səviyyələrdə demək olar ki, Ukrayna dövlətçiliyinə qarşı təbliğat aparır, bu ölkənin işğalını təşviq  edir, qəhrəman ukraynalıların ünvanına təhqir yağdırmaqdan belə çəkinmirlər.

Bu işdə təbliğat vasitələri  kimi, mülkiyyət və tabeçilik formasından asılı olmayaraq, Rusiyanın informasiya məkanı bütöv şəkildə səfərbər edilib. Diqqət çəkən digər məqam isə Rus pravoslav kilsəsinin prezident Vladimir Putinə Ukraynaya qarşı müharibəyə başlamaqda xeyir-dua verməsidir. Son günlər RF-nin bir sıra şəhərlərində təşkil olunmuş aksiyalarda Rusiya rəsmi dairələrinin dəsti-xətti açıq-aydın sezilirdi.

İsteriya vəziyyətinə düşmüş Rusiya cəmiyyəti bütün dünyaya əsl mahiyyətini nümayiş etdirməkdədir. Dünənə qədər Ukraynanı Gömrük sazişinə və Avrasiya İttifaqına mütəvazi tərzdə dəvət edən edən Rusiyanın davranışlarındakı kəskin dönüşün hansı mətləblərdən xəbər verdiyi maraqlıdır.

Yaxın dövrdə baş verənlərə nəzər yetirdikdə üzə çıxan məqamlar bu çərçivədə yaranan bir çox sualara aydınlıq gətirir. Belə ki, Rusiya-Ukrayna münasibətlərindəki gərginliyin son fazası ötən ilin noyabr ayında Vilnüsdə keçirilmiş Avropa Birliyinin (AB) sammitinə təsadüf edir. Adıçəkilən tədbirin gündəliyinə görə, GUAM-a daxil olan 4 dövlətdən 3-nün (Azərbaycandan başqa) Aİ ilə assosiativ üzvlük barədə saziş imzalaması nəzərdə tutulurdu. Ukraynanın o dönəm Rusiyameylli prezidenti Viktor Yanukoviç tədbirin gedişində bəzi manevrlər edərək, sazişi imzalamaqdan boyun qaçırdı və Moskva ilə razılaşdırdığı yeni kredit layihəsi ilə hadisənin siyasi mahiyyətini arxa plana keçirməyə cəhd göstərdi.

Sammitin gedişində sazişi imzalamış Moldova və Gürcüstan birdəfəlik inkişaf vektorlarını tərəddüdsüz məyyənləşdirərək, Avropa ailəsinə daxil olmaq istiqamətində çox önəmli addım atdılar. Yeri gəlmişkən, bu mühüm hadisənin tarixi əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Çünki Rusiyanın bu dərəcədə qeyzlənməsinin tərkib hissəsi olaraq, keçmiş SSRİ-nin bərpası və yaxud yeni rus imperiyasının qurulması kimi nəzərdə tutulan  Avrasiya ittifaqı məkanının belə sürətlə daralması xəstə təxəyyüllü imperiya şovinistlərinin siyasi müvazinətini böyük ölçüdə pozub.

RF-nin siyasi isteblişmenti anlamaqdadır ki, prosesin inkişaf perspektivi Yeni Rus ideyası kimi dövriyyəyə buraxılmış Neoimperiya layihəsini məhv edə bilər. Ona görə də tarixin obyektiv inkişaf axarını dayandırmağa, mümkün olarsa, geri döndərməyə kobud və fikrimcə, mənasız cəhdlər göstərirlər.

Qayıdaq sammitdən sonra baş verənlərə - Yanukoviçin kredit manevrini anlayan müxalifətçilər Maydanda təşkilatlanaraq, təpədən-dırnağa qədər korrupsiyaya bulaşmış, toplumda etimad limitini tam tükətmiş Moskva orientirli Regionlar partiyasının iqtidar komandasına qarşı misli görünməmiş şücaət nümunəsi göstərdilər.

Yalnız milli maraqlarını şüurlu surətdə dərk edən, millət olaraq özlərini tanıyan cəmiyyətlərə xas olan fədakarlıqla  3 ay ərzində çox əlverişsiz hava şərtlərinə baxmayaraq, təsəvvürəgəlməz  məhrumiyyətlərdən, hətta ölümdən çəkinməyərək Yanukoviçin kriminal komandasını diz çökdürməyə nail ola bildilər.

Prezidentin fərariliyindən sonra Ukraynada yaranmış siyasi tablo Maydan qalibləri üçün əldə olunmuş nəticəni səlis və yetkin siyasi qərarlarla inkişaf etdirmək zərurətini doğurmuşdu. Ukrayna müxalifəti böyük əzm sərgiləyərək, bu imtahandan da çıxmağı bacardı. Parlament müstəvisinə keçirilmiş mübarizənin gedişində demək olar ki, bütün qərarlar vaxtında və lazımi səviyyədə qəbul edilib. Tam legitim şəkildə həyata keçirilən tədbirlər - parlament sədrinin seçkisi, 2004-cü il Ana Yasasının bərpası, hökümətin təşkili və digər qərarlar tam konstitusion əsasda həyata keçirilib.

Bütün qanuni tədbirlərə baxmayaraq, Rusiya 21 fevral  razılaşmasından sonra baş verənlərin hamısını “qanundankənar” elan etməklə, özünü gülünc vəziyyətə saldı. Ardınca isə dünyada dəyəri qalmayan reputasiyasına növbəti ağır zərbəni endirdi. Krımın işğalı, Ukrayna vətəndaşlarına kütləvi şəkildə Rusiya pasportlarının verilməsi, Ukraynaya məxsus ticarət gəmilərinin Qara dənizdə blokada edilməsi, şərqi və cənubi Ukraynanın yaşayış məntəqələrində gərginliyi gücləndirmək təşəbbüsləri və digər bu xarakterli tədbirlər silsiləsi Moskvanın beynəlxalq məsələlərə, daha dəqiqi, qonşularına münasibətinin ibrətli göstəricisidir.

Bununla belə, Rusiya cəmiyyətinin bəzi istisnalarla, bütövlükdə Patriarxdan sıravi insana kimi, prezidentdən adi vətəndaşa, generaldan əsgərə qədər işğalçı düşüncənin əsiri olması bizlər üçün əminəm ki, yenilikdir. Dövriyyəyə buraxılmış fərqli üslublarla yanaşı, yeni siyasi terminologiya da maraqlıdır. Bu qarşıdurmanın gedişində rus dili və rusdilli əhalinin müdafiəsi, Rusiyanın həyati əhəmiyyətli maraq çevrəsi kimi köhnə terminlərlə yanaşı, yeni termin sayıla biləcək “Rus dünyası” ifadəsi də diqqətdən kənarda qalmamalıdır.

Rusiya ura-patriotlarının leksikona daxil etdiyi bu söz birləşməsi, belə başa düşülür ki, rus dilində danışan bir neçə nəfərin olduğu məkana istənilən vaxt müdaxilə olunması mümkündür ”“ həmin ərazilər onların anlamında “rus dünyası”nın tərkibi hesab edilməlidir.

Yaşananlar bizə, Azərbaycan dövlətinə nə qədər həssas zaman və məkanda olduğumuza yönəlik ciddi siqnaldır. Yeri gəlmişkən, ötən il prezident seçkilərindən istifadə edərək, Azərbaycanı da Avrasiya İttifaqı avantürasına salmaq cəhdləri aydın surətdə görünürdü. Bu oyuna baş vurmuş bir neçə siyasətçinin sözlərini hələ də xatırlayıram::”Bəy, sən istəməzsən lap Rusiya Azərbaycanda demokratik seçki keçirsin? Sənin üçün nə fərqi var?” Digəri isə deyirdi: ”Biz 90-larda olan kimi Rusiyanın əli ilə hakimiyyətə gəlib, yenə onları aldadacağıq!”

Düzdür, ola bilər, ayrı-ayrı şəxslərin fikirləri həlledici ola bilməz, amma bu şəxslər orta statistik vətəndaşlar deyil, ictimai rəyə tasir imkanları və siyasi təcrübəsi olan fərdlərdir. Bir də ki, belə yanaşma 2-3 nəfərlə çərçivələnsə idi, qorxulu olmazdı. Təəssüf ki, həmin yanaşma kifayət qədər böyük sayıla biləcək təşkilatın və çox sayda tanınmış siyasətçinin mövqeyi idi.  

Rusiya ilə belə oyunlara getməyin necə təhlükəli olmasının izaha ehtiyac yoxdur. Belə “kombinasiya”larda oynamaq cəhdləri hakimiyyət mənsublarının içərisində də sezilir. Siyasi duyumu olmayan bu var-dövlət hərisləri kapitallarını qorumaq üçün dövləti təhlükəyə salacaq istənilən addımı atmağa çox həvəsli görünürlər.

Zənnimizcə, hakim partiyanın seçki öncəsi qurultayının artıq anons edilmiş vaxtının dəyişdirilməsi bu qəbildən olan “Rus uşaqları”nın köpünü müvəqqəti də olsa ala bildi. Şimaldan dövlətin varlığına olan təhlükəni bitmiş sanmaq olmaz. Ukrayna dərsləri bir daha göstərdi ki, Azərbaycan da belə bir imtahana çəkiləcək. Ukraynanın bu imtahandan çıxmasını isə demokratik yolla seçilmiş parlament, idarəçilik təcrübəsinə malik siyasi institutlar, oturuşmuş siyasi cərəyan və ənənələr, liberal şərtlərlə formalaşmış bazar, milli burjuaziya, vətəndaş cəmiyyəti kimi daxili amillər şərtləndirdi.

Azərbaycanda bu köməkçi amillərin heç biri yoxdur, yaxud yox səviyyəsindədir. Seyid cəddinə arxayın olan kimi, oturub gözləmək yanlış mövqedir. İllərin təcrübəsi göstərir ki, mövcud iqtidar ölkədə islahat aparmaq niyyətində deyil.

Yalnız müqavimətin təşkili yolu ilə hakim elitanı tutduğu kontrməhsuldarlıqdan daşındırmaq mümkündür. Şübhə yoxdur ki, həlledici məqamda ölkənin taleyi yenə müxalifətdə olub min bir əzaba qatlaşan, məhrumiyyətlər yaşayan insanların üzərinə düşəcək.

Heç şübhəsiz ki, dövlətə layiqli xidmət istəyi, bacarığı və haqqı olan insanlar bu günki hakimiyyət komandasının sıralarında da var. Onların mövcud sistemin girovu olması hamımıza bəllidir. Bu kateqoriyadan olan qabiliyyətli insanlara hər zaman ehtiyac duyulur - yetər ki, mövcud şərtlər daxilində ümumi evimiz olan Azərbaycanın ərazi bütövlüyünün bərpası və demokratikləşməsi yönündə hərəkət etsinlər.

Digərləri Moskvada oturan sabiqlərə salam göndərmə yolunu tutacaq, bu da fayda vermədikdə, qaçacaqlar. Amma hara..?

İsveçrədə yoxlamalar gedir, Avstriyanın  isə istənilən bank hesablarını dondurmaq praktikası var...

Cənablar, Azərbaycanı düşdüyü bu vəziyyətdən çıxarmağın ən məqbul yolu ölkəni daxildən sağlamlaşdırmaqdır. Biz azərbaycanlılar qürbəti sevmirik. Səhv etmiş sabiqlərdən birinin ötən il vətən torpağında basdırılmağa icazə diləməsi isə hamıya dərs olmalıdır...

 

Əli Əliyev

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri


Oxşar xəbərlər
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”