Hüquq müdafiəçisi, qalmaqallı açıqlamalarıyla yola saldığımız 2013-cü ilə öz damğasını vuran vicdan məhbusu Vidadi İsgəndərli yeni ilə də deyəsən qalmaqalla başlamaq qərarı verib. Onun Moderator.az-ın poçtuna göndərdiyi yazısı başqa cür düşünməyə yer qoymur:
“Mən
türmədən azad olunanda “Azadlıq radiosu”na verdiyim müsahibəmdə qeyd etmişdim
ki, 2013-cü il seçki ili olduğu ücün 80 % siyasətlə, 20% hüquq müdafiəçisi kimi
fəaliyyət göstərəcəm.Məqsədim siyasətçi dostlarıma kömək etmək olacaq.Elə oldu
ki,bəzi siyasi iddiaları olanlarda mənim siyasətlə məşğul olmağım qısqanclıq
yaratdı.Nəticədə onlar məni MŞ görmək
istəməməklə, faktiki məni hakimiyyətlə üz-üzə qoydular.(deyərdim ki, mənə qarşı
siyasi cinayət tərətdilər) Hətta o vaxt 2 dəfə aprel -may aylrında inzibati
qaydada həbs edildim. O vaxt müxalifət
partiyasına məxsus qəzet susdu.Sonra noyabrın 30-da qondarma ittihamla Göyçayda
tutuldum.Hakimiyyət mənbələrinə istinad edərək həmin qəzet mənim sərxoş olub həbs
olunduğum barədə bütün
dünyaya səs saldı.İndi
əllərində olan qəzetlə müxalifət
lideri İsa Qəmbəri və Müsavat Partiyasını xalqın gözündən salmaq istəyirlər. Alınmayacaq bəylər, alınmayacaq
! Buna nə millət ,nə də bizlər imkan verməyəcəyik.Mən
artıq cındır siyasətlə məşğul olmuram.Öz sevimli peşəm- hüquq müdafiəçisi kimi fəaliyyət
göstərirəm. Ancaq
imkan verməyəcəm ki,siyasəti çındır peşəyə
çevirsinlər.Qoy hesab etməsinlər ki,mənim cəbhəçı qardaşlarımla bir problemim
var.Əsla yoxdur.Onların sədrləri ilə münasibətim korlandığından qardaşlarım
küsüb. Ancaq vaxt var idi cəbhəçi qardaşlar Cəmil Həsənlini də partiyadan
qovmuşdlar. Elçibəyə də xəyanət edildi. Ancaq indi onları faktiki lider kimi qəbul
edirlər.Hesab edirəm ki, bir müddət sonra problemlər öz həllini tapacaq. Elçibəy
demişkən, hər şeyin zamana ehtiyacı var.
Mənim
hörmət etdiyim böyük ziyalı Mehman Əliyev məni MŞ dəvət edib.Deyir gəlsin
proqramını qoysun ortaya.Mən hazır. Ancaq qoy Əli Kərimli xalqa açıqlama
versin.Səbəbi nə idi ki,siyasətdə ağzından süd iyi gələnləri,20 ildə bir dəfə də olsun bircə gün belə,mübarizə
aparmayanları MŞ-da görmək istədi? MŞ-da elə adamlar var idi ki,mən onlarla heç
xeyirdə-şərdə bir masa arxasında oturmağı da özümə təhqir bilirdim. Ümumiyyətlə,
mən həyatda da, siyasətdə də xayanət edənləri qəbul etmirəm.”