Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsindən Moderator.az-a daxil olan məlumata görə, paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Noyabrın 23-də saat 21
radələrində paytaxtın Binəqədi rayonu
ərazisində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq
yolu keçən piyada, 1956-cı il təvəllüdlü Məmmədov Qaramolla Xasay oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun
aldığı xəsarətlərdən noyabrın
24-də xəstəxanada
ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri
ilə cinayət işi başlanmışdır.
Həyata
keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd olunan
yol nəqliyyat hadisəsinin Məmmədov Allahverdi Valeh oğlunun idarə etdiyi
“Kamaz” markalı avtomobillə törədilməsində əsaslı şübhələr olduğundan sonuncu
tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş
üzrə istintaq davam etdirilir.