Heydər Oğuz: “Nədənsə hamı İlyas İsmayılovdan öz evini yandırmasını gözləyir”
Oxunub: 7016
14 Oct 2013 | 10:44
Heydər Oğuz: “Nədənsə hamı İlyas İsmayılovdan öz evini yandırmasını gözləyir”

 Tanınmış şair-publisist, Ədalət Partiyasının sədr müavini Heydər Oğuz  Moderator.az-ın suallarını cavablandırır. Onunla partiyalarının son prezident seçkilərinin nəticələrini tanımamasının səbəblərini müzakirə etdik.

-Heydər bəy, partiyanızın sədri İlyas İsmayılovun prezident seçkilərinin nəticələrini tanımaması cəmiyyətimizdə sürpriz kimi qarşılandı. Hər kəs bu sürprizi doğuran səbəb haqqında müxtəlif mülahizələr yürütdü. Sizcə, məlum bəyanat nədən doğmuşdu?

-Təəssüf ki, əlimizdə kütləvi informasiya vasitələrinin yoxluğu və digər media qurumlarının özlərinə yaxın olmayan siyasilərin görüşlərinə və fəaliyyətlərinə az yer ayırmaları, İlyas müəllimin isə media ulduzu kimi parlamaqdan daha çox, əməli fəaliyyətə əhəmiyyət verməsi, KİV-lərinin arxasınca sürünməyi öz xarakterinə zidd hesab etməsi bəzilərinin Ədalət Partiyasının dəsti-xəttindən xəbərsiz qalmasına gətirib çıxarıb. Nəticəsə onlar İlyas İsmayılovun səssiz-səmirsiz deputatlardan olduğunu düşünürlər. Görünür, buna görə də indi birdən-birə onun səsini eşidəndə şok keçirirlər. Halbuki İlyas müəllimi siyasi fəaliyyətini izləsəydilər, onun hər zaman qanunsuzluqların, qeyri-əxlaqi davranışların üstünə getdiyini, rejim mənsublarını kəskin tənqidə məruz qoyduğunu görərdilər. Azərbaycan siyasi liderləri arasında bəlkə yeganə şəxsiyyət “Ədalət” lideridir ki, ölkədə bərqərar olmuş anti-konstitusion, qeyri-demokratik, insan varlığını heçə sayan mövcud rejimin siyasi xarakterini kitablaşdırıb. Yazdığı “Hüquqi dövlət” kitabıyla yalnız problemi göstərməklə qalmayıb, ondan çıxış yollarını da ortaya qoyub. Onun deputatlıq fəaliyyəti dövründə dəfələrlə qaldırdığı məsələlərin mahiyyətinə baxanda rejimin müxtəlif hakimiyyət orqanlarını qeyri-qanuni yollarla ələ keçirdiyini ən yüksək kürsülərdə dilə gətirdiyini görə bilərik. Məsələn, İlyas müəllim israrla bir çox məmurun qanunsuz yollarla deputat olduğunu bəyan edib və bu barədə tutarlı dəlillər irəli sürüb. Problemlə bağlı müraciət etmədiyi ünvan qalmayıb. İlyas müəllimin bu təsbitləri indiyə qədər Milli Məclisdə çıxarılan bütün qanunların legitimliyini də şübhə altına alır. Nə yazıq ki, demokratik müxalifət apardığı siyasi mübarizədə onun bu fikirlərindən, təsbitlərindən faydalanmayıb. Nəticədə həm özləri arqumentsizlikdən əziyyət çəkiblər, həm də İlyas müəllimi yürütdüyü mübarizəsində yalnız buraxıblar. İndi də qulaqlarını tıxadıqları tərəfdən səs eşidəndə təəccüblənirlər. Məsələlərin mahiyyətinə baxanda əslində İlyas İsmayılovun daha tutarlı arqumentlərlə çıxış etdiyini görə bilərik. Məsələn, parlamentdən kənarda qalan müxalifətin mübarizəyə başladığı ilk dövrlər irəli sürdüyü şüar “parlament buraxılsın, çünki qeyri-legitimdir” arqumenti idi. Ədalət lideri bunu onlardan qabaq parlament kürsüsündən deyirdi. Son prezident seçkilərindən sonra müxalifət seçkinin nəticəsi saxtalaşdırılıb arqumentiylə meydana çıxdı. Etiraf edərsiniz ki, İlyas İsmayılovun reaksiyası da onlardan heç də geri qalmırdı.

-Etiraf edim ki, bu fikirləriniz tamam başqa yanaşmadır. Halbuki bir çoxları İlyas müəllimi parlamentin legitimliyini tanımaqda ittiham edir.

-Bilirsinizmi, parlamentdə təmsil olunmaqla onun legitimliyini tanımaq ayrı-ayrı məsələlərdir. Bir çoxlarının İlyas müəllimi ittihamının kökündə parlamentdə niyə təmsil olunması məqamı dayanır. Halbuki bu, onun haqqıdır. Seçkidə iştirak edib və deputatlıq haqqı qazanıb. Başqaları kimi qeyri-qanuni şəkildə o postu tutmur ki. Niyə öz haqqından istifadə edib daha yüksək kürsüdə mübarizəsini davam etdirməsin? Hər zaman qarşı tərəfə yaxın məsafədə dayanaraq mübarizə aparsan daha effektli nəticələr əldə edə bilərsən. Necə ki, müqəddəs kitabımız da “kafirlərdən sizə yaxın olanlarla vuruşun” deyir. Uzaqla vuruşmaq yel dəyirmanıyla vuruşmaq kimidir. İlyas müəllim başqaları kimi Don Kixotluq eləmir, mübarizə aparır. İkincisi, məlum ittihamla çıxış edənlərin arqumenti yalnışdır. “Təmsil olunduğun qurumun legitimliyini tanımırsansa istefa verməlisən” məntiqi ona bənzəyir ki, bir quldur dəstəsi bir kəndə girir, bütün evlərə od vurub yandırırlar. Kəndlilər səndən şübhələnsin deyə sənin evinə toxunmurlar. Sən də kəndlilərinin qəzəbinə gəlməmək üçün öz əlinlə öz evinə od vurmalısan. Allah eşqinə, bu nə dərəcədə sağlam məntiqdir? Hətta misal gətirdiyim hadisədən fərqli olaraq Azərbaycanda kəndə od vuranın kimliyi bəllidir. Amma nədənsə, hamı İlyas müəllimdən öz evini yandırmasını gözləyir.

-Xeyr, onu gözləmir. İlyas İsmayılov son parlament seçkilərində seçkilərin ədalətli keçirildiyini bəyan etmişdi. Hamının narazı qaldığı məqam da bununla bağlıdır.

-Elə bir bəyanatının olduğundan xəbərim yoxdur. Amma İlyas müəllimin xarakterini bilən bir şəxs kimi deyirəm, o cür bəyanat verməz. O, yalnız özünün deputat seçildiyi dairədən danışar. Ümumiyyətlə, İlyas İsmayılov hüquq sahəsindən siyasətə gələn adamdır. Onun xarakterində hüquqşünas əxlaqı dərin iz salıb. Bir çox hallarda siyasətçidən çox hüquqşünas kimi düşünür. Hüquqşünas kimi əlində iddianı təsdiqləyəcək faktlar olmadan İlyas müəllim mülahizə irəli sürməz. Azərbaycan miqyasında keçirilən seçkilər haqqında isə onun əlində müfəssəl bilgilərin, faktların olması qeyri-mümkündür və belə bir qiymət vermək səlahiyyəti də yoxdur. MSK üzvləri əllərində toplanan faktlara əsasən seçkinin demokratik keçirilib keçirilmədiyinə qiymət verə bilər. Deputatlığa namizəd isə öz seçki dairəsində vəkillərinin və səlahiyyətli nümayəndələrinin topladığı faktlara əsaslanır. İlyas müəllim də belə fikir söyləyibsə öz dairəsini nəzərdə tutub. Digər tərəfdən istənilən arqumenti təsdiqləməyin müxtəlif yolları var. Bu yollardan bəziləri dolayı, bəziləri isə birbaşa yollardır. Parlamentin qeyri-legitim olmasını sübut etmək üçün bütün dairə və məntəqələrdə seçkilərin necə keçirildiyini sübut etmək suyunun duzlu olub olmadığını bilmək üçün bütün dənizi içməyə bənzəyir. Qəbul edin ki, bu, olduqca çətin və mübahisəli yoldur. Qısa yol bir damlayla kifayətlənməkdir ki, İlyas İsmayılovun parlament nümayəndələrinin qanunvericiliyə əsasən seçilmədiyini əsaslı şəkildə sübuta yetirməsi və bu haqda dəfələrlə məsələ qaldırması qanunvericilik orqanının legitimliyinə kölgə salır. Bilirsiniz ki, İlyas müəllim bir çox deputatın həm də hakimiyyətin icraedici qolunda təmsil olunduğunu və bunun konstitusiyaya, seçki qanunlarına, beynəlxalq hüquq normalarına, hüquqi dövlətçilik prinsirlərinə zidd olduğunu sübuta yetirib. Bir deputat ki, qanuna zidd şəkildə fəaliyyət göstərir, onun seçilməsində qanunlar ayaq altına salınıb tapdalanıb, namizədliyi belə qanunsuz şəkildə qeydə alınıb, onun seçilərkən nə qədər səs aldığını saymağa nə ehtiyac var? Bir bina ki, özülündən əyridir, balkonunun və ya damının arxitekturaya uyğun gəlib gəlməməyinin məsələyə nə dəxli var? İlyas müəllim bu rejimin təməldən əyriliyinə baxar. Arxitekturasıyla baş qatmaz. Eyni zamanda o, binanın təməlinin səhv olduğunu bəyan etdiyi halda, arxiterturasının yaxşı olduğunu da deməz.

-Gələk, prezident seçkilərinə. İlyas İsmayılov məlum bəyanatında kimlərinsə seçkiləri saxtalaşdırmaqla süni gərginliklər, toplumda parçalanmalar yaratdığını bildirib. Konkret kimləri nəzərdə tutub.

-Dedim, axı, İlyas müəllim əlində əsaslı dəlil olmasa kiminsə haqqında ittiham irəli sürməz, fakta qiymət verər. Son seçkilərin bu qədər biədəb şəkildə elan olunması, çoxsaylı qanunpozuntularıyla müşaiyyət olunması bir faktdır. Bu işin arxasında kimlər durur, kimlərin marağına uyğundur, bunları dövlət yetkililəri araşdıra bilər. Zira informasiya almaq, onu araşdırmaq imkanı dövlət yetkililərindədir. İndiki şəraitdə bu fakt məlumdur ki, İlham Əliyevin seçkiləri saxtalaşdırmadan rahat seçilmək imkanı olduğu halda, bu fürsət yelə verildi. Bütün dünyanın gözü qarşısında ən primitiv üsullarla seçki saxtalaşdırıldı. Bunun 84% kimi əzici üstünlüklə hər kəsdən yüksəkdə dayanmağı sübut etmək məqsədiylə həyata keçirildiyi şəxsən mənə inandırıcı gəlmir. Dünyada artıq əzici səsçoxluğu güclü və ya super lider olmağın şərti kimi qəbul olunmur. Hər kəsin xarizmatik lider olaraq qəbul etdiyi Rəcəb Tayip Ərdoğan 40-50% arasında səs alır. Amma o, nəinki Türkiyənin, hətta deyərdim ki, bütün dünyanın ən güclü sosial dəstəyə malik lideri hesab olunur. Seçicilərin bəlkə də 99.99%-ini aldığını iddia edən Şimali Koreya liderini isə hər kəs diktator, xalqına qənim kəsilən şəxs olaraq görür. İndi İlham Əliyevi Şimali Koreya liderinə bənzətmək istəyənlər nə məqsəd güdürlər? Niyə bu biabırçı üsullarla ölkəmizin onsuz da zəif olan demokratik imicinə kölgə salırlar? Məncə bu haqda ölkə başçısı fikirləşməlidir.

-Yəni sizcə, bütün bunlar ölkə başçısının iradəsi xaricində cərəyan edir?

-Təəssüf ki, bu haqda məndə heç bir informasiya yoxdur. Sadəcə mülahizə yürüdə bilərəm. Əgər bütün bu baş verənlər ölkə başçısının iradəsindən kənardadırsa, deməli ona qarşı hansısa təxribat var. Yox, əgər ölkə başçısı özü belə istəyirsə, onda onun ətrafı bu haqda fikirləşməlidir. Burada Azərbaycanın taleyüklü məsələsi həll olunur. Heç kim yaxasını kənara çəkə bilməz. Bu ölkə hamımızındır. Onun dövlətçilik marağını da hamımız fikirləşməliyik. Mən ümid edirəm ki, bütün bu eybəcər nəticələr İlham Əliyevin iradəsindən kənarda baş verir. Bu ümid dolu ehtimalı qüvvətləndirən arqumentlər də var. Məsələn, bu arqumentlərdən biri adı seçki saxtakarlığında hallanan bəzi məmurların ləkəni öz üstündən atmaq təşəbbüsü ilə bağlı ola bilər. Məlumdur ki, Elşad Abdullayevin yaydığı videogörüntülərdə seçkilərin necə saxtalaşdırdığı bütün detallarıyla üzə çıxmışdı. Orada bir sıra məmurların adı hallanırdı. Hər kəs gözləyirdi ki, seçkilərdən sonra adları ən ağır dövləti cinayətlərdə hallanan bu məmurlar ciddi şəkildə cəzalandırılacaqlar. Mümkündür ki, bu cür eybəcər oyunla həmin məmurlar yalnız özlərinin və bir çox deputatların ləkəli olmadığını, ən üstün post sahibinin də eyni yolun yolçusu olduğunu sübuta yetirməklə həm ictimai rəydə öz imiclərini təmizləsinlər, həm də beynəlxalq təzyiqlərlə üz-üzə qoyduqları ölkə rəhbərini özlərindən asılı vəziyyət salsınlar. Beləcə öz təhlükəsizliklərinə şərait yaratsınlar. Etiraf etməliyik ki, əgər belədirsə, buna nail də ola bildilər. Ən dəhşətli hadisə bu da deyil. Legitimliyi ciddi şübhə altına alınan ölkə rəhbəri yalnız ölkə daxilində yox, həm də beynəlxalq arenada zəif vəziyyətə düşür. Bax, ən böyük təhlükə də budur. Artıq qeyri-demokratik və şübhəli seçkilərlə iş başına gələn Prezidentin xarici dövlət adamlarıyla münasibətlərində hər hansı üstünlüyündən söhbət gedə bilməz. Bu isə bizim dövlətçilik maraqlarımıza ciddi zərbədir. Ölkənin qlobal siyasi iradədən asılı vəziyyətdə qalan çox sayda problemləri var. Qarabağ bu problemlərin başında gəlir. İndi ermənilər rahatlıqla Azərbaycan hakimiyyətinin ölkə xalqının iradəsini ifadə etmədiyini söyləyə və danışıqlardan yayına bilərlər. Beynəlxalq imici ləkəli olan Azərbaycan hakimiyyətinin isə onarla hərbi dillə danışmaq ehtimalı gözükölgəliyindən minimum həddə düşdü. Zira beynəlxalq arenada təcrid vəziyyətə düşməklə bu işə girişmək xeyli təhlükəli və risklidir.

-Beynəlxalq təşkilatların Azərbaycandakı seçkilərə münasibəti birmənalı deyil. Sizcə, bizi nə gözləyir?

-Məncə, bizim ən böyük problemimiz beynəlxalq təşkilatlara həddən artıq bel bağlamamızdır. Xarici dövlətlər və onların təmsilçiləri heç vaxt Azərbaycanın maraqlarını düşünməyib və düşünməyəcək də. Bunun əslində ciddi əsasları da var, özünüzü onların yerinə qoyun. Dini dininizdən olmayan, uzun əsrlər hətta bir millət kimi sizin kabusunuza çevrilən insanlara necə baxarsınız? Məsələn, istərsinizmi ki, Ermənistanda demokratik bir rejim olsun, millət yaxşı yaşasın, inkişaf etsin? Əlbəttə, yox. Üstəlik, Ermənistan rəhbərliyi də öz xalqının sərvətini sizinlə bölüşür, əxlaqsızlıqdan çöllərə düşən erməni qızları yatağınızın canalıcı dilbərinə çevrilir. Bu da azmış kimi, hakimiyyət hər səfərinizdə cibinizi rüşvətlə doldurur, səhər yeməyinizdə dadı damağınızda qalan kürüylə sizi ölkənizə yola salır. Bu qədər gözəl neməti yalnız Allah insana cənnətdə nəsib edər. Azərbaycan hakimiyyəti də Qərb dövlətləri üçün bu dünyada yaradılmış cənnətin açarıdır. Heç kim bu açarı Xəzər dənizinə atmaz. Məncə, Azərbaycan xalqı öz iradəsinə söykənib doğru-düzgün dövlət qurmalıdır. Bu, yalnız müxalifətin də vəzifəsi deyil. Hakimiyyətdə təmsil olunan hər bir vətənpərvər məmur, deputat, nazir bu haqda düşünməlidir. Baxsınlar, İlyas müəllimdən dərs götürsünlər. Yoxsa, tarix bizi çox pis cəzalandıracaq.

 

 

 

 

 

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."