\"Polad xalqın sevgisini rütbəsi ilə yox, bu cəhətlərinə görə qazanmışdı...\"
Oxunub: 7957
28 Jul 2020 | 15:45
\

Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik… bir dildən, bir qəlbdən.

Generalmızın yadigarı, bəlkə də onu hamıdan yaxşı tanıyan ömür yoldaşı Ofelya xanımla həmsöhbət olduq. Dildə deyil, əməlində qoruduğu, sevdiyi Vətən boyda Polad bəyi yenidən xatırladıq.

Beləliklə, Moderator.az Şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimovanın publika.az-a müsahibəsini təqdim edir.

- Ofelya xanım, generalımızın şəhidlik zirvəsinə ucaldığını eşidən kimi informasiya vasitələri onun haqqında xəbərlər paylaşmağa başladı. Haqqında nə fotolar, nə də dolğun məlumata rast gəldik...

- Poladın sağlığında nə vikipediyada, nə sosial şəbəkələrdə, nə də digər saytlarda haqqında məlumata rast gələrdiniz. Tutaq ki, gecədən hansısa informasiya vasitəsi haqqında məlumat paylaşırdı. Ertəsi gün zəng vurub, öncə minnətdarlığını bildirər, sonra da deyərdi ki, yazını silin, qələbə günü paylaşarsınız. Mən də onun yolu ilə getməyə çalışıram. İstəyirəm ki, hər şey onun ürəyincə olsun.

- Hər ikinizin siması nurludur. Bir-birinizə o qədər bənzəyirsiniz ki... Xarakteriniz də bənzəyirdi?

- Doğrudur, çox bənzəyirik. Həm də Poladla birgə yaşadıqca, sanki eyniləşirdik, ona oxşamağa başlayırdım. O, lider təbiətli insan idi. Ağıllı, polad iradəli idi. Özünü o qədər inkişaf etdirmişdi ki, hər sahədə bacarığı vardı, və təsirinə düşməmək mümkünsüz idi. Hər sahənin bilicisi idi... Dadlı yeməklər hazırlayırdı. Elmə, təhsilə dərin maraq göstərirdi. Hərb sahəsində oxumadığı ədəbiyyat yox idi. Evimizdə o qədər kitab var ki, bəzən qoymağa yer tapmırdıq. İncəsənətə, musiqiyə də marağı vardı. Hər şeydə olduğu kimi musiqinin də keyfiyyətlisinə önəm verirdi.

- Hansı musiqiləri daha çox dinləyirdi?

- Klassik əsərləri, xalq mahnılarımızı daha çox sevirdi. Mədəniyyət kanalında efirə gedən konsertləri izləyirdi. Özü internet isifadəçisi deyildi, uşaqlardan xahiş edirdi ki, Bethovenin əsərlərini tapıb ona dinlətsinlər. Özünü o qədər mükəmməlləşdirmiş insan idi ki, getdikcə sehrinə düşüb, Polad Həşimova çevrildim.

- Taleyimiz haqda dəqiq bildiyimiz bir proqnoz var - ölüm. Hərbçi ilə həyatını quran insan bu faktı daha real dərk edir. Lakin bilmək və yaşamaq tam fərqli ağrılardır. Əmin olun ki, yaşadığınız itki hamımızındır.

- Hərbçi xanımlarının beynində bir yaddaş yeri olur. Anlayırsan ki, həyat yoldaşının əsas amalı vətən uğrunda canından keçməkdir. Xüsusən də Poladın ailəsi üçün bu məqam gözlənilirdi. Çünki hər zaman ön cərgədə idi. Səngərdə vəziyyət gərginləşən kimi ilk sırada o gedirdi. Hamı geri dönsə də, o, gəlmirdi. Qəribədir ki, son vaxtlar bunu durmadan mənə xatırladırdı. Onsuz da gözəl siması vardı. Amma sanki üzünə nur çökmüşdü. Tez-tez deyirdi, bir gün mən olmayacam. Özünü həmin günə hazırla. Lakin dediyiniz kimi düşünmək başqa, yaşamaq tam başqa...Və bir gün qapı açılır, hamı içəri girib bir ağızdan deyir: "Poladı gətiririk".

Biz ailə qurduğumuz gündən bəri heç vaxt ayrı qalmamışıq. Hansı hərbi hissəyə xidmətə yollansa, rayon, kənd, fərq etməz, məni də özü ilə aparıb. Hətta bəzən elə kənd oludu ki, mənə deyirdi, bax bu ərazidə səndən başqa heç kim yoxdur. O qədər gözəl qarşılıqlı münasibətimiz, sevgimiz, hörmətimiz vardı ki, bütün çətinliklərin öhdəsindən gəlirdik. Qarşımdakı insanın mərdliyinə heyranlığım heç vaxt imkan verməyib ki, yorulub rudan düşüm.

- Yəni Polad Vətənə ön cəbhədə, sizsə arxa cəbhədə xidmət etmisiniz...

- Uşaq vaxtından valideynlərimdən də eşidirdim ki, bir kişinin uğurlarında yanındakı qadının da rolu var. Bakı Dövlət Univerisitetinin riyaziyyat-informatika ixtisası üzrə bakalavr və magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra universitetdə qalıb çalışmaq arzusunda idim. Lakin Poladla tanış olandan sonra anladım ki, belə güclü insanın yanında özü kimi qadın olmalıdır. Yəni mən ondan uzaqda elmi fəaliyyətimlə məşğul olsam, yarım qalacaq. Əslində Polad üçün çox böyük işlər də görmürdüm. Amma ailəsindən güc alırdı. Bizim bir ənənəmiz vardı. Axşamlar çay süfrəsi ətrafında toplaşırdıq. Özü də çayı balaca oğlumuz Teymura dəmlədirdi. Övladları ilə gözəl zaman keçirdirdi. Hər dəfə evdən çıxıb cəbhəyə yollananda, o qədər enerjili, xoşbəxt gedirdi ki, indi dərk edirəm ki, yəqin biz onu xoşbəxt edə bilirdik. Bilirsiniz, Polad o qədər gözəl həyat yoldaşı idi ki, sanki mən onunla 17 yox 77 il birgə yaşamışam.

- Necə tanış olmuşdunuz?

- Bu sualı bizə verəndə, həmişə gülümsəyib deyirdik, Polad Murov dağın başında, mənsə Universitet kitabxanasında... Necə tanış ola bilərdik?! Ailələrindən məni görüb bəyənmişdilər. Poladın 28 yaşı vardı, mənsə magistraturanın ikinci kursunda oxuyurdum. Hər ikimiz qərar verdik ki, öncə görüşüb danışmaq mütləqdir. Universitetin həyətinə gəldi. Gördüm ki, üzü nurlu, çox ədəbli isandır. Bir saata yaxın danışdıq, gözünü qaldırıb, üzümə baxmadı. Amma hərbçilərə məxsus məxfilik, sirr vardı cümlələrində. Açıq şəkildə dedim, yəqin bizim münasibətimiz alınmayacaq. Çünki anlaşa bilməyəcəyik. Siz çox sirli danışırsınız. Gəlin, elə hərəmiz öz yolumuza qayıdaq. Poladdan ayrılıb, geri qayıdanda, gördüm arxamca gəlir.

“Yaxşı, bəlkə gedib, bir yerdə oturub söhbətimizə davam edək?”

Həmin məqamda anladım ki, qarşısında hərbçi olmadığının fərqinə varıb, və mənimlə münasibət qurmağı ürəkdən istəyir.

- Ailəniz hamımıza çox doğmadır, örnəkdir.

- Çox sağ olun. Ümumiyyətlə düşünürəm ki, ailə vacib şərtdir. Bu tarixən belə olub. Güclü ailə güclü cəmiyyət deməkdir. Güclü cəmiyyəti olan dövlət isə qüdrətlidir. Xüsusən də ailənin təməli qadındır. Sırf buna görə həmişə istəmişəm ki, qızlarımız təhsilli olsunlar. Şərt o deyil ki, universitet bitirsinlər. Qoy peşə məktəbində oxusunlar. Cəmiyyətdə özlərinə yer tuta bilsinlər. Halal qazancları olsun. Qadın nə qədər güclüdürsə, cəmiyyətə daha faydalı övlad bəxş də bilər. Hərbçi yoldaşları təsdiqləyər. Biz Poladla ən soyuq bölgələrimizdə taxta evvlərdə yaşamışıq. Mən hər şeyə tab gətirirdim. Çünki yanımdakı insanın vətən sevgisinə, mənəviyyatına əmin idim. Polad peşəsi üçün hər şeyindən imtina etmişdi. İnanın, özünə paltar almağa da qıymırdı. Övladlarımız böyüdükcə, təkid etməyə başladılar ki, ay ata, sən də özünə təzə paltar al. Daim hərbi formada, ayaqqabıları toz-palçıq içində qayıdardı səngərdən. Çox şərəfli yaşadı.

- Bizim təsəvvürümüzdə qüsursuz general modeli formalaşdırdı Polad Həşimov.

- Hər dəfə maaşını alıb gəlirdi evə. Aylıq qida ehtiyacımızın siyahısını tuturdum. Onlar üçün pul ayırıb yerdə qalanını hərbi hissəyə aparırdı ki, əsgərlər üçün hamam tikirəm, yol çəkirəm. Deməyimə ehtiyac yoxdur, çünki hamı bilir. Mətbəxdə qab yuduğum vasitənı götürüb aparırdı ki, əsgərlərin əlləri yara olur. Qabları bununla yusunlar. Bir müddət Daşkəsəndə briqada komandiri oldu. Həmin bölgə çox soyuq olur. Paltarı yuyurduq, bəlkə aylarla qurumurdu. Amma yun köynəklərinin hamısını əsgərlərinə payladığı üçün cəmi bir geyimi qalırdı. Bəzən qurumayanda da o soyuqda lap nazik geyinib gedirdi. Uzunboğaz çəkmələri su içində olurdu, amma ikinci cütü olmadığına görə yaş ayaqqabı geyinirdı. Çünki hamısını əsgərlərinə paylayırdı. Polad xalqın sevgisini rütbəsi ilə yox, bu cəhətlərinə görə qazanmışdı. Hətta ona verilən evi şəhid ailəsinə hədiyyə etdiyini də ölümündən sonra öyrəndik. Bizim illər boyu arzumuz vardı ki, maaşlarımızı toplayıb ev alaq. Bu evi də kreditlə almışdıq. Amma məni sıxıntıdan uzaq tutmaq üçün ev xərclərimiz haqda danışmırdı. Bir yandan da əsgərlərini düşünürdü.

- 3 övladınız var?

- Bəli Bir qızımız, iki oğlumuz.

- Yəqin ki, övladları ilə də xüsusi münasibət qurmağa nail olmuşdu?

- Əlbəttə. Bilirsiniz, ideal insan yoxdur. Amma o zirvəyə doğru ucalanlar var. Çox yanımızda olmasa da, sanki nəfəsi üstümüzdə idi. Bəzən Bakıya gedirdi. Uzaq məsafədən yenə qayğımıza qalırdı, problemlərimizi həll edirdi. Övladları ilə ən çox ünsiyyətdə olan atalardan idi. Hər birinə öz xarakterlərinə uyğun yanaşırdı. Qızım Aybənizin 16 yaşı var. Bəlkə ilk övladımızdır ona görə, amma onu xüsusi sevirdi. 1 yaş yarımlıq vaxtlarından ona kitablar alırdı. Aybəniz 3 yaşına çatanda, artıq əlifbanı əzbər bilirdi. Yaşıdı kimi söhbətləşirdi, müzakirələr edirdi. Hamısı birgə elmi yarışma proqramlarına baxırdılar. Evdə olduğu zamanını yalnız bizə, övladlarına həsr edirdi. İnanın, bunu Poladı tərifləmək naminə demirəm. Amma elə bir cəhəti yox idi ki, biz ondan yarıçmıq qalaq. Mən sağlığında Polad haqda danışmamışam. Amma indi xatırladıqca bir daha onun mükəmməl insan, ailə başçısı olduğunu özüm üçün təsdiqləyirəm. Sanki itirəndən sora daha yaxşı tanımağa başladım. Deyirdi, ağlama, başını dik tut həmişə. Çalışıram ağlamayım, amma əldə deyil.

- Ofelya xanım, heç bir anlıq da olsa, fikrinizdən keçibmi ki, kaş Polad bütün bu xüsusiyyətlərini qoruyaraq tam başqa, daha təhlükəsiz sahədə çalışardı.

- Heç vaxt olmayıb belə bir şey. Yeni evlənmişdik. Atası da ağır xəstə idi. Dedim, Polad, valideynlərinin də sənə ehtiyacı var. Bəlkə Sumqayıta qayıdaq? Başqa iş taparsan, amma onların da yanında olarsan. Bu insan işi ilə nəfəs alırdı. Vaxt keçdikcə anladım ki, Poladın seçiminə müdaxilə etmək olmaz. Ümumiyyətlə insanları sevdikləri peşədən ayırmaq, buna səy göstərmək doğru deyil. Ondan sonra özümə söz verdim ki, bir də bu mövzuya toxunmayacam. Poladın yanında olum, öz vəzifəmi yerinə yetirim, o, özü hər şeyin öhdəsindən gələcək. Amma əminəm ki, hansı sahədə çalışsaydı, yenə vicdanla, qüsursuz yerinə yetirəcəkdi. Elə şəfalı əlləri, gözəl nitq qabiliyyəti vardı ki, xəstəni sözlə sağaldırdı.

- Təbii ki, məxfilik generalımızın əsas iş prinsipi idi. Amma elə bir itkisi, acısı olmuşdu ki, gəlib evdə bölüşsün?

- Heç vaxt danışmazdı. İşin problemləri də, ağrıları da evin kəndarında qalırdı. Girişindən, duruşundan anlayırdım ki, bu gün üzülüb, pis hadisə baş verib. Ümumiyyətlə evimiz onun üçün çox müqəddəs idi. Bəli dostları çox idi, amma hər kəsi evə dəvət etməzdi. Amma xatırlayıram ki, atasının ölümü Poladı çox sarsıtmışdı. Həmin gün onu ilk və son dəfə ağlayan gördüm. Poladgil ailədə 4 uşaqdırlar. Uşaqlıqdan həm dəcəl, həm də şirin olduğu üçün atası onu xüsusi sevib. Hətta anası danışır ki, müəllimləri onu harda görsələr, öpərmişlər. Balaca oğlum Teymur da bu cəhətdə atasına bənzəyib.

Aprel döyüşlərini də xatırladım. Poladın gözü önündə döyüş yoldaşları, əsgərləri ölmüşdü. Bizə bildirməsə də, içində qopan fırtınanı görürdüm. Çalışırdım elə mən də səssizcə ona dəstək olum. Sirli insan idi. Onu çözmək mümkün deyildi. Amma dediyim kimi, işdə nə yaşasa da, evin qapısından ata kimi, həyat yoldaşı kimi girirdi. Birgə mətbəxə keçirdik. Hətta bir neçə yeməyi bişirməyi mənə Polad öyrətmişdi. Mən xəstə olanda əvəlikli umaclı şorba bişirdi. Bəzən qohumlar, dostlar deyirdilər ki, Polad evdə heç gülür? İnanın o mənim üçün dediyim kimi yemək də hazırlayırdı, çay da dəmləyirdi, evimizi də şənləndirirdi.

- Qarşımızdakı insan, xüsusən doğmamız nə qədər qüsursuz olsa da, mütləq bizə görə yanlış bir cəhəti var. Polad Həşimovda nəyi dəyişmək istəyirdiniz?

- Özünə heç qıymırdı. Xahiş edirdik, təkid edirdik ki, yeni geyimlər alsın. Cəmi bir cüt alıb kifayətlənirdi. Evə gəlib paltarlarını yığırdı ki, ehtiyacı olan əsgərlərə aparıram. Günlərin bir günü evə gəldi. Mətbəxdən eşidirəm ki, yanında kimsə var. “Əladır, yaxşıdır, geyin, get”, deyir. Qonağı yola salandan sonra deyirəm, Polad, kim idi gələn? Deyir, iş yoldaşımdır, imkansız yaşlı kişidir. Axşam toya gedəcək. Kostyumumu ona verdim ki, geyinsin. İnanın, heç özü o kostyumu bir dəfə geyinməmişdi. O qədər müdrik, uzaqgörən idi ki, ani doğru qərar verməyi bacarırdı. Həmin dəqiqə üçün qərarı mənə bir az yanlış gələ bilərdi. Amma bir müddət keçəndən sonra anlayırdım ki, yerində və doğru addım atıb. Özünə qarşı xəsislik etsə də, bizim ehtiyaclarımızı imkan daxilində qarşılayırdı.

- Həyatınıza, seçimlərinizə müdaxiləsini hiss edirdiniz?

- Polad heç vaxt qarşısındakı insanı sıxmırdı, özündən aşağı görmürdü. Mən də kimin xanımı olduğumu dərk edirdim. Sevmədiyi bir hal olanda üzümüzə vurmurdu. Başqa bir nümunədə göstərirdi ki, bu doğru deyil. Biz də boynumuza düşəni anlayırdıq ki, demək belə etsək xoşuna gəlməz. Evdə olmağı çox sevirdi. Harasa gedəndə, deyirdi ev daha gözəldi. Anlayırdıq ki, evdə olmağa daha çox üstünlük verir. Amma imkan tapdıqca bizi təbiətə gəzməyə aparırdı. Allahın yaratdıqlarını, təbiətin rənglərini belə sevdirirdi uşaqlarımıza. Sözə yox əmələ üstünlük verirdi. Bir dəfə uşaqlara dedi ki, Bəxtiyar Vahabzadənin Bayraq şeiri çox gözəldir. Bir cümlə bəs etdi ki, uşaqlar bu şeiri əzbərləsinlər. Çünki, bildilər, ata üçün xoş olacaq. Vətəni tarixlə, qəhrəmanlarımız haqda söhbətlərlə sevdirirdi övladlarına.

- Generalımızın mərhəməti, mərdliyi haqda sıravi insanlar arasında əfsanələr dolaşır. Amma nə qədər humanist olsaq da, kiminləsə ünsiyyətdən qaça bilərik. Polad bəyin qarşısındakı insanda sevmədiyi cəhət nə idi?

-Bilirsiniz, hərbçilərin bir andı var. Vətən torpağı üzərində gəzən vətəndaş kim olursa-olsun onu qorumaq, sağlığını təmin etmək vacibdir. Bəlkə də deyəcəksiniz ki, həyat yoldaşımı aliləşdirirəm. Polad həqiqətən hər kəslə gözəl ünsiyyət qurmağı bacarırdı. Elə mehriban, səmimi münasibət göstəriirdi ki, qarşısındakı insan buna layiq olmağa çalışırdı. Amma biz onun insanlığından yola çıxırdıq. Məsələn bu insan bəlli situasiyada özünə xas reaksiya verdi. Polad belə reaksiya verərdimi? Veməzdi. Sırf bu yolla təxmin edirdik.

- Ofelya xanım, Polad Həşimovun şəhidlik xəbəri hamımız üçün faciə oldu. Gözlənilməz idi.

- Sizə bir məqamı deyəcəm. Aprel savaşında evə daha tez-tez gəlirdi. Sanki ürəyinə nə isə dammışdı. Mən də hiss edirdim ki, narahatdır. Amma heç nə demirdi. Sırf bu hadisə qəflətən baş verdi. 29 iyunda bizi Şəmkirdən Qəbələyə yola salırdı. Əşyaları maşına yüklədi. Bizimlə sağollaşdı, maşının yola çxmağını gözləmədən korpusa geri qayıtdı. Bu mənim üçün çox qəribə oldu. Həyəcanla pəncərədən arxasınca baxdım. Çünki Polad heç vaxt belə etməzdi. Maşın gözdən itənədək arxamızca baxardı. Mən bu çətinliklərə alışmışdım. Bəzən 10 günlərlə əlaqə saxlaya bilmirdik. İş başında olurdu. Amma bu dəfə çox narahat oldum. 9 iyulda son dəfə danışdıq. 13 iyulda əlini telefona atır ki, bizimlə əlaqə saxlasın. Görür, telefon cibində deyil. İş yoldaşı deyir, o qədər məyus oldu ki, axı mən ailəmlə danışacaqdım. Yoldaşı telefonun təklif etsə də razılaşmır ki, öz telefonumdan zəng vuracam. Amma simasındaki dəhşəti mənə təsvir edəndə çox üzüldüm. Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik.

- Ofelya xanım, bütün xalqımız sizin gözəl ailənizi sevir, rəğbət bəsləyir. Əminəm ki, bundan sonra övldalarınızı Polad Həşimova layiqli şəkildə böyüdəcəksiniz.

- Mən onun bütün həyat prinsiplərinə sadiq qalacam. Məncə Allah hər birimizə bütün duyğulardan bəxş edib. Onları inkişaf etdirmək bizim öz boynumuza düşür. Görünür, Polad özü də içindəki gözəllikləri daha çox qabartmışdı. Dini bayramlar yaxınlaşanda, toy-bayram içində olurdu. Həddən çox qurban kəsərdi. Üzündəki nur da imanından gəlirdi. Peyğəmbər əleyhissalamı çox sevirdi. Hətta yemək yeyəndə peyğəmbərimiz kimi boşqabı önündən başlayırdı ki, artıq yemək qalsa təmiz olsun ki, başqaları da yeyə bilsin. Polad məni yenidən yaratdı. Hər dəfə şüuraltıma hopdururdu ki, güclü olmalısan, dözümlü olmalısan. Cavab verirdim ki, məni güclü olmağa öyrətmə, dözümlü olmaq istəmirəm. Polad ömrünün 28 ilini hərbə həsr etmişdi, hətta elə ağır bölgələrə xidmət etmişdi ki, həmin yerlərdə 1 il 3 ilə bərabərdir. Belə çıxır ki, onun xidmət yaşı özündən böyükdür.

Yəqin xalqımız onun xatirəsini yaşadacaq. Bizə gələn gənc analara da deyirəm ki, övladlarınızın əlindən telefonları alın, evin bir divarına bayraq asın. Heç olmasa, bir neçə milli qəhrəmanımızın fotolarını divara düzün. Evin dizaynının dəyişəcəyindən ehtiyat etməyin. Ermənilər o qədər hiyləgər millətdir ki, bizim vətən sevgimiz önündə acizdirlər. Şəmkir məktəblərinin birində riyaziyyat müəlliməsi kimi çalışıram. Bir də şagirdlərimlə dərsdən çıxırdım. Hava yağışlı, palçıqlı idi. Gördüm yerə balaca kağız bayraq düşüb, tez götürdüm, cibimdən salfet çıxardb təmizlədim. Bununla mən onlara örənk oldum. Bayrağı sev deməklə deyil, bayrağı, xalqı, vətəni sevməyi öz timsalımızda göstərməliyik. Övladlarını böyütmək xüsusi çətin olmayacaq. Çünki onlar Poladın davamçılarıdır. Polad həmişə deyirdi ki, mən heç sənə bir boyunbağı da ala bilmədim. Mənim üçün əsas o idi ki, Polad məni daha mərd, cəsur, özgüvənli, insan kimi yetişdirdi.

- Və nə yaxşı ki, ilk görüşdə geri qayıtdı...

- Nə yaxşı ki...

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."