“Versace” Dağlıq Qarabağ ərazisində yüngül sənaye məhsulları istehsal etməyi planlaşdırır. İlkin məlumatlara görə, italyan şirkəti tekstil, xalça, geyim və s. profillərdə fəaliyyət göstərəcək. Separatçı rejimin baş nazirin müavini “Versace” nin fəaliyyəti üçün hər bir şəraiti yaradacağıni və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu da sözlərinə əlavə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS PRESS-ə açıqlamasında “Versace” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsindən xəbərdar olduğunu bildirib: “Bu məsələ XİN tərəfdən araşdırılır. Azərbaycanın İtaliyadakı səfirliyinə, bu barədə təlimatlar vermişik. Məsələ araşdırıldıqdan sonra, ictimaiyyətə məlumat veriləcək”.