Azərbaycan Milli Paraolimpiya Komitəsinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, paraolimpiyaçılarımız Dünya çempionatında iştirak etmək üçün Fransanın Lyon şəhərinə yola düşəcək.
16-30 iyul 2013 cü il tarixlərində Fransanın Lyon şəhərində Atletika üzrə Dünya çempionatı keçiriləcəkdir. Bu mötəbər yarışda Azərbaycanı 10 nəfər idmançının daxil olduğu milli komandamız təmsil edəcəkdir.
Yarış keçirilən ərəfədə Atletika idman növünün bəzi texniki məsələlərinin müzakirəsi ilə bağlı forum keçiləcəkdir. Forum iştirakçıların 2016 ci il Rio-de-janeyro Yay Paraolimpiya Oyunlarında keçiriləcək atletika idman növü ilə bağlı proqram təqdim ediləcəkdir.
Yarışda milli komandanın aşağıdakı üzvləri iştirak edəcəklər:
1. Əliyev Kamil ”“ uzunluğa tullanma (T13)
2. Bilalov Zeyidin ”“ üç təkanla tullanma (T11)
3. Gornak Yuriy ”“ 400m (T13)
4. Muradov Elçin ”“ 100m (T11) (Bulichev Valentin (lider))
5. Musayev Orxan ”“ nüvə itələmə (F56/57) ”“ Disk atma (F54-56)
6. Nəbiyev Samir ”“ Disk atma (F57/58)
7. Osmanov Rza ”“ uzunluğa tullanma (T12)
8. Rəfiyev Rüfət ”“ nüvə itələmə (F36)
9. Şıxvəliyev Ülvi ”“ 100m (T13)
10. Zayets Vladimir ”“ üç təkanla tullanma (T12)
11. Təhməzov Sergey ”“ Baş məşqçi
12. Şahtaxtinski Oqtay ”“ məşqçi