İlham İsmayıl Belarusun birinci şəxsinin kürəkəni olmaqdan niyə vaz keçdi?
Oxunub: 7919
12 Apr 2016 | 01:53
İlham İsmayıl Belarusun birinci şəxsinin kürəkəni olmaqdan niyə vaz keçdi?
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131334.html


İxtisas artırma dövrü yekunlaşırdı. Hiss edirdim ki, Minskdən ötrü darıxıram. Orda gözləri yollarda, qulaqları telefon zənglərində qalanlarla tezliklə görüşməyin həyəcanı da bir başqaydı.
  
Bakıdan Minskə mən, Sevlan, bir də Şahnazarov eyni gündə uçası olduq. Vaxtından iki gün əvvəl. Təyyarə hava şəraitinə görə Minskə enə bilmədi, Kiyevin Borispol hava limanına endik, xeyli gözlədik. Minskdə də aeroportda qarşılamağa söz verən olduğunu bilirdim, təyyarə çox  gecikəndə o qənaətdə idim ki, gözləyən də bezib gedib. Minskə enəndə 12 saatdan çox gözləyənim olduğu məlum oldu. Enəndə bu zərif xanıma: 
- On  iki saatdı aeroportda gözləyirsən?
- Yox, bir aydı gözləyirəm...Bakıya getdiyin gündən - cavabını verdi...

Belə-belə işlər...Mən indi də Minsk üçün darıxıram. Bu, ötüb keçən gəncliyimdən ötrü darıxmaqdı, o günlər qayıtmayacaq, amma o günləri elə Minskin özündə xatırlamaq, o hisləri yenidən yaşamağa bərabər olardı.

İkinci semester daha təcrübəli idik. Müəllimlərlə dost münasibət yaranmışdı. Əvvəl  otaqda Penzadan, Voronejdən, Vilnyusdan olan üç rusla qalırdım. Heç xasiyyətimiz tutmurdu. Bu dəfə kursumuzun rəisi Vovk Pyotr İvanoviçdən xahiş etdim ki, məni qonşu otağa, ordakı leninqradlı Şibalovu da mənim otağıma dəyişdirsin. Rəis xahişimi yerə salmadı. Yeni otaq yoldaşlarım - gürcü Andro Londaridze, qazax Talqat Aydarbekov, rus Aleksandr Teplov idi. Əla uşaqlardı. Rəisimiz yerdəyişmədən sonra ”“ “yəqin ki, üçünüz birləşib bu rusu incitməyəcəksiniz” deyə zarafat etdi. Baxmayaraq ki, KQB məktəbiydi, burda millətçilik etmək olmazdı, internasional biri olduğunu göstərməliydin, yenə də rusların ”“ hamısında olmasa da - millətçi  hissləri, özlərini bizlərdən fərqli tutmaları başqa millətlərdən olanları əsəbləşdirirdi. Açıq formada onlardan  narazı olduğumuzu söyləyir, hansısa mübahisəli  məsələdə  bir-birimizin tərəfini tuturduq. Bir neçə məqamı qeyd etmək yerinə düşərdi. Mən partiya üzvlüyünə Minskdə keçdim. Qrup iclasında ruslar çoxlu sual verir, istəyirdilər ki, qaytarıb yenidən hazırlaşmağıma qərar versinlər. Erməni Viktor Qalustov söz alıb xeyli məni təriflədi, ardınca gürcü Andro, tuvin Vladimir Ondar tərəfimi saxlayıb müsbət qərar qəbul olunmasını təklif etdilər və səs çoxluğuyla təklif keçdi. Yeri gəlmişkən, o vaxt Tuvadan olan Volodyadan soyadınının nə məna verdiyini soruşanda Ondarın “Öndər “ olduğunu öyrəndim.
  
Yoldaşlarımızdan türkmən Allamurad Raxımov tətildə evlənib gəlmişdi. Hazırlıq dərsində  Krasnoyarskdan olan  Çetverqov soruşdu ki, ”Murad, evlənməmişdən əvvəl könlündən qız keçəndə nə edirdin? Axı sənin dediyindən məlum olur ki, qızları sizdə çox qapalı saxlayırlar”. Murad: ”Problem yox idi. Ürəyimdən keçəndə şəhərə gedir, restoranda rus qızı tapır, onunla gəzirdim (Murad daha sərt demişdi).” Təsəvvür edin, Muradın cavabı  sual verəni və digər rusları  necə pərt etmişdi. Andro özünü saxlaya bilməyib, necə şaqqanaq çəkdisə, Muradı buraxıb onun üstünə düşdülər ki, utanmırsan gülürsən? Hərdən Andro ilə söhbətlərimiz olurdu. Andro deyirdi: İlham, bizim bir Qamsaxurdiya adlı yazıçımız var, çox millətçidi. ”Dinamo” Tbilisi rus komandalarına uduzanda deyirmiş ki: ”Mən başa düşə bilmirəm, 11 rus, 11 gürcünü necə uda bilər?” Sonralar Konstantin Qamsaxurdiya haqqında oxudum, oğlu Zviad da təsadüfi deyildi ki, gürcü milli azadlıq hərəkatının lideri, sonra da Gürcüstanın prezidenti oldu.
      
Erməni Viktor Qalustov hər zaman bizim otağa gələr, hərdən mənə kəkotu göndərildiyini bildiyindən azərbaycanca :İlhamcan, kakotu var? Olanda dəmləyib içirdik, içdikcə yanımızdakı rus Teplova: Ты не знаешь да какоту? Saşa: Знаю, мята да?.Viktor üzünü mənə tutub: «Ильхам, он и «Аршын мал алан» не видел, и хашлама не кушал, и какоту не пил, он несчастный человек» - deyirdi. Qalustov Üzeyir Hacıbəyovun əsərlərini çox sevdiyini, onun əsərlərinin “dünya miqyaslı “ olduğunu söyləyərdi.
   
Ali Kursda  müəllimlərimizin arasında  o zaman və məkan üçün mütərəqqi fikirli, fərqli düşünənlər də vardı. Şarov familiyalı müəllimimiz bir müddət İsveçdə işləmişdi. Seminarda deyirdi ki, agentiniz gəlib sizə məlumat verəndə bəs hansısa iş yoldaşı “Azadlıq”radiosuna qulaq asır və Qərbi Avropada, Skandinaviya ölkələrində həyat tərzinin  yüksək olduğundan danışır, o adam barədə tələsik qərar verməyə çalışmayın. Birincisi, o radioda veriləni deyir, ikincisi bizimlə müqayisədə  orda həyat səviyyəsi həqiqətən də yüksəkdi. Belə açıq danışmaq KQB məktəbində hər müəllimin işi deyildi. 5- ci xətt üzrə müəllim isə Soljenitsından, qadağan olmuş ədəbiyyatdan danışanda deyirdi: Tədricən bu qadağaları yığışdırmaq  lazımdı, əgər biz Stalin dövrünü tənqid ediriksə, Soljenitsını niyə qadağan edək, o da o dəhşətli siyasətdən, insanların sürgündə necə əzab çəkdiyindən yazıb. Saxarovdan danışanda isə onun KQB haqqında dediyi ”KQB yeganə təşkilatdır ki, sovet korrupsiya sisteminə bulaşmayıb” sözlərini deyir və ardınca “axı ölkədə həqiqətən böyük rüşvət sistemi var və onun kökünü kəsmək hələ ki, mümkün deyil, çünki çox yuxarıdan başlayır.” Ardınca da “işləyəndə görəcəksiniz, sizi rüşvətlə mübarizə aparmağa qoymayacaqlar”. Bizi həqiqətən də rüşvətlə mübarizə aparmağa qoymadılar. Raykom katibindən komprmaterial gətirəndə deyirdilər: ”biz partiyaya qarşı mübarizə aparmırıq”. Sovetin dağılmasının səbəblərindən biri də bu idi. Elmi Kommunizm müəllimi sovet iqtisadiyyatında zəif yerlərdən danışırdı. Onun bu sözləri yadımdadı: ”Təsəvvür edin ki, bir gün bütün əmanətçilər Əmanət kassasına gəlir və əmanətlərini tələb edir. Ölkədə elə  iqtisadi böhran başlayar ki, qarşısını almaq çətin olar.”Belə fikirlər bizim üçün təzə idi. 
 
Ən maraqlı məruzələr, seminarlar millətçiliklə, dinlə bağlı idi.”SSRİ-də millətçilik” mövzusunda  məruzələrdə və ədəbiyatda “Ukrayna millətçiliyi”, ”erməni millətçiliyi”, ”gürcü millətçiliyi”, hətta “qazax millətçiliyi” ayrıca araşdırılırdı. Açığı təəssüf edirdim ki, “Azərbaycan millətçiliyi” deyilən nə termin vardı, nə də ötəri olsa da adı çəkilmirdi. Çox sadə bir səbəbdən - Azərbaycanda yuxarıda qeyd etdiyim millətçiliyin heç bir təşkilatlanmış forması olmamışdı. Amma 1937-cil repressiyasından  ən çox itki verən respublikalar içərisində Azərbaycanın adı  ilk üçlükdə gəlirdi. Baltikyanı respublikalardan danışanda millətçilikdən çox SSRİ-dən ayrılmaq üçün daxildən və xaricdən hansı fəaliyyətlərin  olmasından kursantlara məlumat verilirdi. Din barəsində danışanda birmənalı olaraq dini fəaliyyətin nəzarətsiz olmaması, dinin həssas sahə olması  və hər zaman təhlükə yarada biləcəyi xüsusi vurğulanır, İran İslam inqilabı və müxtəlif zamanlarda  SSRİ-də  dini zəmində baş vermiş kütləvi iğtişaşlar nümunə kimi göstərilirdi. Müəllimimiz din adamları içərisindən informasiya mənbəyi seçməyin, yəni agent əldə etməyin çətinliyini qeyd edir, amma xristian ruhanilərdən fərqli olaraq islam nümayəndələrinin daha asan cəlbedilməsini faktlarla göstərirdilər. Orta Asiyadan, Tatarıstandan  olan kursantlara və  bizlərə  informasiya mənbəyi əldə etməkdə çətinlik çəkməyəcəyimizi  deyəndə, buna inanmasam da, xidməti fəaliyyətimdə  deyilənlərin həqiqət olduğu təsdiq olundu.

 May ayında baş leytenant rütbəsi aldım. Maaşım 10 manat artıb 180 rubl oldu. Minskdə hərbi formamız rabitəçi nişanlarıyla gizlədilirdi, guya biz rabitəçiyik. Şəhərdə hərbi formada olanlara belaruslar xüsusi hörmət edirdilər. Minsk Ali Kursunda dərslər yekunlaşırdı. Son iki ay praktik dərslərimiz daha çox idi. Kursda polkovnik Puşkaryovla xüsusi yaxınlığım vardı. 5-ci xüsusi intizam (спец дисциплина) kafedrasının rəisi idi. Bir gün məni yanına çağırıb dedi: ”Gəl səni burda Minskdə Mərkəzi Aparatda işə düzəldim. Burda da evlənərsən, istəsən lap Kiselyovun (Belarusiya KP MK ”“nın birinci katibi) qızını sənə alarıq. Minnətləri olsun. Mən sənə hər cür kömək etməyə hazıram”. Düzü, həyatını xüsusi xidmət orqanına həsr edən bir zabit üçün bundan yaxşı təklif olmazdı və karyera üçün əsil trampilin idi. Mən fikirləşmək üçün vaxt istədim, amma bu nəzakət xatirinə idi. Bilirdim ki, mütləq Azərbaycana dönməliyəm.
  
Minsk Ali Kursu böyük məktəb idi. Dünən də, bu gün də oranı bitirənlər böyük vəzifələrdədi. Abxaziyanın, Cənubi Osetiyanın rəhbərləri bu məktəbi bitirib. Rusiya hökumətinin önəmli şəxsləri - Sergey İvanov, Patruşev də Minsk Ali Kursunda oxuyublar, RF Miqrasiya Xidmətinin rəisi Romadanovski Konstantin Oleqoviçlə isə eyni vaxtda oxumuşuq. FSB ”“ nin rəhbər heyətindən bir çoxları da Minsk Ali Kursunu bitirmişlər. Dövlətin idarə olunması, dövlətçilik, dövlətin qarşısında duran vəzifələr xüsusi xidmət işçıilərinin beyninə yeridilir. Ekstremal situasiyada idarəetməni ələ almaq kimi vəzifələr mənim peşəmin önəmli cəhətlərindəndi. Düzdü, burda fərdi xarakter də vacib tərəfdi, amma məktəb başqa amildi. Mən bunu praktik fəaliyyətimdə bütün varlığımla hiss etdim.
   
Yay imtahanları başladı. Əvvəlki həyəcan yox idi. Bu dəfə asanlıqla üç imtahanın ikisindən 5, birindən 4 aldım. Təyinat Azərbaycana verildi.
 Minskdən sonra Bakıya tələsmirdim. Minsk gəncliyimin gözəl bir səhifəsi olaraq ömrümün kitabına yazıldı. Minskini  tərk  etmək, yalnız bir şəhəri tərk etmək deyildi, gəncliyin bəxş etdiyi gözəllikləri tərk edib, xatirəyə çevirmək idi. Aeroportda həsrətlə yol gözləyən məni yola salmağa gəlmədi, incimişdi, əvəzində məktub göndərdi. Vaxtilə Yesenindən ona oxuduğum şeirdən bir kupleti yazmışdı məktuba:
            Я помню, любимая помню
            Сияние твоих волос.
             ÐÐµ радостно и нелегко мне, 
             ÐŸÐ¾ÐºÐ¸Ð½ÑƒÑ‚ÑŒ тебе привелось.
 
Bir aylıq məzuniyyətimi səmərəli keçirmək məqsədilə Vilnüsə gəldim. Polkovnik Puşkaryovun əlaqələri vasitəsilə  mehmanxana  problemim olmadı. Minskdən fərqli olaraq Vilnüsdə gəzməli, görməli tarixi yerlər çox idi. Dostum Andro bir gün sonra bacısı Liya ilə Vilnüsə gələcəyini demişdi. Andronu dəmiryolu vağzalında qarşıladım. Çox yerləri gəzdik, amma ən maraqlısı Trakay oldu. Trakay göllərin əhatəsində olan bir adada muzey ”“ qala, həm də bir qəsəbədi. Məlum oldu ki, trakaylılar Krımdan knyaz Vitautasın gətirdiyi türkdilli karaimlərdi. Androgili axşam qatarla yola salandan sonra, iki gün daha Vilnüsdə qaldım.
 
Vilnüsü tərk edib Kaunasa-Litvanın qədim paytaxtına  getdim. Kaunas qatı millətçi bir şəhərdi. Demək olar ki, rus dilində sorğulara cavab vermirdilər. Burda bizim” Torqovı” nı xatırladan küçə “Azadlıq bulvarı” (Laysveys Alleys) adlanırdı. Bu şəhərdə sanki Sovet hakimiyyəti yox idi. Baltikyanı respublikalar SSRİ-ni hamıdan tez tərk edəndə mən təəccüblənmədim. Kaunasda dünyada yeganə  “Şeytanlar muzeyi” , bəstəkar rəssam Çürlenisin muzeyi, 9-cu fort çox maraqlı idi. Kaunasda qatara minib Minskə qayıtdım, təyyarə biletim Bakıya Minskdən idi. Minskə çatandan bir neçə saat sonra Bakıya uçdum.

Ardı var...
Oxşar xəbərlər
23:04, Bu gün
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
23:00, Bu gün
Avropa Liqasında 939 milyon avroluq final
22:56, Bu gün
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
22:55, Bu gün
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
22:50, Bu gün
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
22:27, Bu gün
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
22:25, Bu gün
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
22:23, Bu gün
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
22:22, Bu gün
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
22:21, Bu gün
Çeçenistan rəhbərinin oğlu nazir oldu
22:20, Bu gün
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
22:12, Bu gün
Jerar Depardye jurnalisti yumruqlayıb
22:05, Bu gün
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
22:02, Bu gün
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21:55, Bu gün
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21:53, Bu gün
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21:38, Bu gün
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21:35, Bu gün
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21:34, Bu gün
Paşinyandan yeni təyinat
21:23, Bu gün
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21:00, Bu gün
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
20:58, Bu gün
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
20:57, Bu gün
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
20:38, Bu gün
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
20:37, Bu gün
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
20:24, Bu gün
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
20:23, Bu gün
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
20:22, Bu gün
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
20:21, Bu gün
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
20:01, Bu gün
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
19:49, Bu gün
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
19:45, Bu gün
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
19:35, Bu gün
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
19:27, Bu gün
Almaniya kansleri İrana başsağlığı verib
18:51, Bu gün
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
18:40, Bu gün
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
18:34, Bu gün
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
18:27, Bu gün
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
18:18, Bu gün
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
18:16, Bu gün
Nigar Camalın qızı çempion oldu
18:14, Bu gün
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
18:12, Bu gün
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
18:08, Bu gün
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
18:04, Bu gün
Hacıqabulda məktəbli qız qızılcadan öldü
17:59, Bu gün
Bakıda narkokuryer tutuldu - VİDEO
17:56, Bu gün
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
17:54, Bu gün
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
17:50, Bu gün
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
17:47, Bu gün
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
17:45, Bu gün
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
17:38, Bu gün
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
17:35, Bu gün
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
17:30, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
17:25, Bu gün
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
17:22, Bu gün
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
17:20, Bu gün
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
17:15, Bu gün
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
17:13, Bu gün
“Evdə bir yerdə olanda dava düşür”
17:05, Bu gün
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
17:00, Bu gün
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
16:56, Bu gün
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
16:54, Bu gün
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
16:46, Bu gün
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
16:44, Bu gün
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
16:42, Bu gün
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
16:40, Bu gün
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
16:37, Bu gün
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
16:35, Bu gün
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
16:28, Bu gün
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
16:22, Bu gün
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
16:16, Bu gün
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
16:09, Bu gün
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
16:04, Bu gün
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
16:02, Bu gün
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
15:58, Bu gün
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
15:52, Bu gün
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
15:46, Bu gün
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:41, Bu gün
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
15:35, Bu gün
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
15:30, Bu gün
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
15:25, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
15:20, Bu gün
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
15:15, Bu gün
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
15:10, Bu gün
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
15:05, Bu gün
Əziz Orucovun həbs müddəti uzadıldı
15:00, Bu gün
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
14:56, Bu gün
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
14:52, Bu gün
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
14:48, Bu gün
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
14:44, Bu gün
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
14:40, Bu gün
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
14:36, Bu gün
"International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər
14:30, Bu gün
Bakıda 62 illik körpüdən geriyə qalanlar - FOTO/VİDEO
14:26, Bu gün
Məşhur aktrisa Skarlett Yohansson süni intellekti oğurluqda günahlandırdı
14:25, Bu gün
Samir Ağabalayev aparat rəhbəri TƏYİN OLUNDU
14:20, Bu gün
”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti...” - Zahid Orucdan SENSASİON AÇIQLAMA
14:14, Bu gün
Dini cərəyana qoşulan oğlanın şok əməlləri: pul-qızıl oğurluğu, ana qətli... – TƏFƏRRÜAT
14:09, Bu gün
Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi
14:08, Bu gün
Zaqatalada məktəb və bağça birgünlük bağlandı
14:06, Bu gün
Oğlu Karlo Ançelottini yarı yolda qoyacaq?
GÜNLÜK
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
12:19, Bu gün
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar