"Həm qızların baxışları, həm də çıxışın həyəcanı sonda məni çaşdırdı"
Oxunub: 6109
09 Apr 2016 | 23:33
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/130872.html


...Dərslər üç istiqamətdə idi. İctimai biliklər (yəni elmi kommunizm), hüquq və əsasən əks-kəşfiyyat, əməliyyat dərsləri. 17 ”Xüsusi İntizam”dərslərimiz vardı. Əsaslarına, xüsusilə agentura işinə daha çox saat ayrılırdı. Ətrafda baş verən hadisələrin görünməyən tərəfləri olduğunu  və bu görünməyən tərəf  barədə informasiyanı necə əldə etməyin sirlərini öyrəndikcə özünün də ətrafa münasibətin, baxışların dəyişir və bu dəyişiklik ömrünün sonunadək  xarakterinə çevrilir. Təsadüfən deyilmir ki, keçmiş xüsusi xidmət orqanı işçisi olmur. Adətən bu ifadə belə deyilir ”Ð±Ñ‹Ð²ÑˆÐ¸Ñ… чекистов не бывает”. Bu təkcə çekistlərə deyil, dünyanın bütün xüsusi xidmət orqanlarının kadr əməkdaşlarına aiddi. Dünya xüsusi xidmət orqanları, onların strukturları haqqında mühazirələr oxunur və o təlqin olunurdu ki,”bir nömrəli rəqib”Amerika Birləşmiş Ştatlarıdı. Soyuq müharibənin kəskin vaxtlarıydı və casusluq, qarşı tərəf barədə informasiya əldə etmək məsələləri öyrəndiklərimiz içərisində qırmızı xətlə keçirdi. Bu barədə ətraflı danışmağa zərurət görmürəm. SSRİ dağılandan sonra KQB haqqında, ümumiyyətlə dünya xüsusi xidmət orqanları barədə o qədər yazılıb, kitablar çap olunub ki, oxucunu nə iləsə təəccübləndirmək mümkün deyil. O zaman tutaq ki, öyrəndiyimiz “Penkovskinin işi” (ABŞ-ın xeyrinə casusluq etmiş QRU zabiti), ”Rəcəbovun işi”  Kursda tədris olunurdu. İndi həmin “işlər” barədə o qədər yazılar internetdə var ki...

Düzdü, Penkovskidən fərqli olaraq Rəcəbov haqqında material yoxdu. Rəcəbov Bakı biskvit fabrikinin direktoru olub. Yuqoslaviyaya səfər zamanı ABŞ səfirliyinə müraciət edib sığınacaq istəyir. Amerikanlar da onu inandırırlar ki, əvvəl Amerikaya xidmət edib pul qazanmalısan ki, ABŞ-a  gələndə yaşaya biləsən. Verbovka edirlər, Bakıya qayıdandan sonra əlaqə üçün şıfrə göndərirlər. Şifrəni evdə vanna otağında açıb oxuyanda DTK işçiləri elə vanna otağında həbs etmişdilər. Bu əməliyyat işləri dərs vəsaitləri kimi tədris olunurdu. Dediyim kimi indi keçmişdən elə bir sirr qalmayıb ki, oxucunu təəccübləndirəsən.  Məqsədim keçdiyim yolun vətənimin tarixiylə, vaxtilə yaşadığım SSRİ adlı ölkənin tarixiylə bağlı olan hissələrini  müəyyən həyat detallarıyla göstərməkdi.
   
Fiziki hazırlığımıza xüsusi diqqət verilirdi. Turnikdə 10 dəfə çəkilə bilməyən şəhərə buraxılmırdı. Əlbəyaxa döyüş dərsləri, gündəlik səhər idmanı, 6 km məsafəyə hərbi ”“ səhra paltarında, agır çəkmələrlə meşədə qaçmaq, qışda xizəklə hərəkət etmək və s. Hərbçi, təbii ki, yaxşı atıcı da olmalıdı. Tapançadan, snayper tüfəngindən, qumbaraatandan, avtomatdan atəş açmaq mütəmadi dərslər idi. İlk atıcılıq dərsində müəllim Makarov tapançasını əlinə alıb dedi: ”Biz sizə adam öldürməyi öyrədəcəyik!. Qəddarcasınadı, eləmi, amma faktdı. Biz idman yarışlarına hazırlaşmırıq.”Qeyd edim ki, sonda  necə atıcı olmağına qiymət verilir və zaçot atış keçirilirdi. 3 atış edirdik. Atdığım güllələrin üçü də 9-luğa dəydi. Müəllim yaxınlaşıb soruşdu: ”niyə heç 10 ”“ luq vura bilmədin?” Tez də əlavə etdi: ”narahat olma, bu o deməkdi ki, sənin yaxşı  tuşqulluğun(kучность) var. Bir on, bir doqquz bir səkkiz vurmaqdan, üç 9-luğu vurmaq daha yaxşıdı”. Xizək dərsini meşədə keçirdik. Birinci dəfə xizək geyinirdim. Elə ilk təkanı vuranda arxası üstdə yıxıldım. Durub çox çətinliklə bir neçə metr hərəkət etdim. Müəllim  mənə yaxınlaşıb haralı olduğumu soruşdu və biləndən sonra dedi ki, xizəyi çıxar, sən vətənində xizəklə düşmən qovmayacaqsan. İndi ayağını sındırarsan bütün zəhmətin hədər gedər. Bu həyatımda ilk və son xizək sürməyim oldu.
  
Minskdə Ali Kursun şefliyində olan müəssisələr vardı. Hərdən bizi kolxoza qarağat yığımına, xəstəxana tikintisinə köməyə aparırdılar. Bir peşə məktəbi də şefliyimizdə idi. Bir dəfə mənə tapşırdılar ki, SSRİ-nin 60 illiyi yubileyi ərəfəsi olduğundan ”Azərbaycan SSR haqqında” mövzusunda peşə məktəbi şagirdləri qarşısında çıxış etməliyəm. Özümlə “Azərbaycan“ şəkilli albomunu götürüb 10 nəfər zabit ”“ kursantla  görüşə getdik. Standart bir çıxış hazırlamışdım. Neft, pambıq, Bakı, musiqimiz, ədəbiyyatımız, təbiətimiz barədə Sovet ruhunda bir çıxış etdim, başqa cür də ola bilməzdi. Bakıda adət etdiyimiz peşə məktəblərindəki kontingentdən fərqli olaraq burda peşə məktəbi şagirdlərinin əksəriyyəti yeniyetmə qızlar idi. Hərbi formada olan gənc zabitlərə maraqla baxıb, bir-birlərinə nəsə pıçıldayırdılar. Həm qızların baxışları, həm də çıxışın həyəcanı sonda məni çaşdırdı. Respublika haqqında son sözlərimi deyib, qonaqpərvər bir xalq olduğumuzu və hamını ölkəmizə dəvət etdiyimi dedim. Rus dilində “всех приглашаю к нам в республику” demək əvəzinə” всех приглашаю ко мне” dedim və səhvimi düzəldənə qədər qızlar xeyli güldülər və biri də «обьязательно к  Ð’ам приедем ” dedi. Qız zarafatından qalmayıb: “если вы приглашете всех, то наверное у вас большой дом?” Mən: ”Ð½ÐµÑ‚, у меня большая душа” deyəndə xeyli alqışladılar.

Bir dəfə də xəstəxana tikintisinə kömək etməyə getmişdik. Qrupumuzdakı Andro Londaridze ikinci mərtəbədən aşağı yumşaq torpağın üstünə kimin tullana biləcəyini soruşdu və heç kəsdən səs çıxmadığını görüb özü ikinci mərtəbəyə qalxdı və tullandı. Sonra yenə müraciət etdi, kim tullana bilər, bu dəfə özümə sığışdırmayıb - mən, dedim, başqa heç kim dillənmədi. Andro mənimlə birlikdə qalxdı və tullandıq. Hündür yerdən tullanmağın həyəcanı bir tərəfə xəsarət almağın qorxusu olsa da atlandım. Uşaqlardan biri  bu anın fotosunu çəkmişdi. Yeni il divar qəzetini buraxanda həmin şəkli qəzetdə verdik və belə bir başlıq qoyduq: ”Səmada Qafqaz rəqsi”. Andro adrenalin efekti verən hərəkətləri sevirdi. Bir dəfə də bazar günü Minsk parklarının birində  attraksion “qorka” olan yerdə Andro dirəndi ki, gəl “qorka”da bir dəfə fırlanaq, etiraz etdim. Bu vaxt iki gənc qız yanımızdan keçəndə: ”Ð±Ð¾Ð¸Ñ‚есь ?» deyib faktiki bizə sataşdılar. Bu sözdən sonra ”namusa boğulub” razılıq verdim. Andro tez qızlara dedi ki, biz minirik, amma bir şərtlə, sizinlə birlikdə. Qızların bu işdə yaxşı praktikası varmış. Nə isə, “qorka” dayananda ürəyimdə Andronu da, məni qınağa dolduran qızları da söyürdüm...

Qrupumuz tam mənasında internasional bir qrup idi. Rus, belarus, qazax, türkmən, tuvin, erməni, gürcü, tatar və iki azərbaycanlı - mən və Sevlan Qasımov. Azərbaycandan gedən Musa Məmmədov, Əliguşad Mirzəyev, Pərviz Musayev, Aleksandr Şahnazarov başqa qruplarda idilər. Şahnazarovdan xoşumuz gəlmirdi, daha doğrusu onun bizdən xoşu gəlmədiyini bildiyimizdən münasibətlərimiz rəsmi idi. Çox vaxt bir yerdə olur, ad günlərimizi bir yerdə qeyd edir, evdən gələn sovqatlarımızı bölüşür, bazar günləri  şəhərə bir yerdə çıxardıq. Sonralar Musa Məmmədov Səbayel rayonunun rəisi oldu, Əliguşad Mirzəyev kadrlar şöbəsində çalışdı, Pərviz Musayev  Göyçay rayonunun  rəisi vəzifəsində işlədi, indi isə Miqrasiya Xidmətinin rəis müavinidi, general rütbəsindədi. Şahnazarov Gəncədə mənimlə bərabər 5 il işlədi, Qarabağda hadisələr başlayanda Azərbaycandan köçdü. Ən faciəli tale dostum Sevlan Qasımova nəsib oldu. Minskdən sonra Sevlan 3 il Tallində işlədi, sonra Bakıya gəldi, bir müddət nazirlikdə işləyəndən sonra Qazaxa rəis təyin edildi və Qazaxda yeməkxanada polis rəisi və başqa şəxslərlə şam edəndə kabinetə girib onları güllələdilər. Sevlan həlak oldu. Deyilənlərə görə güllə atanlar Sevlanı deyil, polis rəisini öldürmək istəyiblər, amma polis rəisi sağ qalmışdı. O vaxtlar - 1996-cı ildə bu hadisə mətbuatda uzun müddət müzakirə edildi...

Ardı var...
Oxşar xəbərlər
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
14:56, Bu gün
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
14:52, Bu gün
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
14:48, Bu gün
“Qarabağ”ın oyununda qadın hakimlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:28, Bu gün
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 16:00
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:05
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 16:00
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
16 May 2024 | 16:10
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16 May 2024 | 16:21
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16 May 2024 | 16:05
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16 May 2024 | 16:38
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16 May 2024 | 16:46
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16 May 2024 | 16:35
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"