Rəsul Quliyevdən Xəzərdəki faciə ilə bağlı şok iddia...
Hadisə
Oxunub: 14208
07 Dec 2015 | 01:31
Rəsul Quliyevdən Xəzərdəki faciə ilə bağlı şok iddia...
Eks - spiker Rəsul Quliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

- Rəsul müəllim, son günlər Azərbaycanda faciə ilə qurtaran və başqa diqqəti cəlb edən hadisələr baş verib. İlk növbədə son hadisədən başlayaq. "Günəşli" neft - qaz platformasında baş verən qəza nəticəsində 30 adam itkin düşüb. Sizin fikirinizcə bu qəzanın səbəbi nədir və günahkar kimdir?
 
- İtkin düşmüş 30 insandan kimlərinsə salamat qurtarmaq ehtimalı cüzidir. Düzdür, hətta okeanda aylarla itmişlərin sağ qalması hadisələri olub, ancaq tufanlı Xəzərdə bu çox problemli məsələdir.
İstehsalatda, xüsusilə yanğına həssas mallar istehsal edən sektorda yanğınları, partlayışları tam neytrallaşdırmaq mümkün deyil. Belə hadisələr ola bilər və gələcəkdə də olacaq, Əsas məsələ baş vermiş hadisənin səbəblərini dərindən analiz edib bu tipli hadisələrin gələcəkdə baş verməsinin qarşısını almaq üçün tədbirlərin (texniki) görülməsidir. Belə qəzaların səbəblərini dəqiqliklə müəyyənləşdirməkdə heç bir saxtakarlığa yol vermək olmaz. Çünki məsul şəxslər cəzalandırılacaqlarından qorxub hadisənin baş verməsinin səbəblərini saxtalaşdırmağa cəhd edirlər. Buna qəti sürətdə yol vermək olmaz. Bir neçə sual öz cavabını tapmalıdır. Məsələn, xilasedici gəmilərdən birinin ipi hansı səbəbdən qırılıb, (ölən və itənlər bu səbəbdən olub) keyfiyyətsiz material olub və ya konsruktiv olaraq səhvdir...
 
Dənizdə dalğa olanda belə dərin qatlarda bu az hiss olunur ki, hansı səbəbdən boru fundamentindən düşüb və sınıb. Borunu və fundamentin erroziya və korroziya vəziyyəti axırıncı dəfə nə vaxt yoxlanılıb. 
 Yanğın o biri quyuya necə olub keçib, layihə səhvidir, ya istismar düzgün olmayıb - bir sözlə, onlarlarla bu tipli suallar araşdırılmalı və tədbirlər görülməlidir. 

Bu hadisənin terrorçularla əlaqəsinin olması az inandırıcıdır. Amma belə bir işi Xəzər dənizinin hər güşəsində üzə bilən Rus donanması asanlıqla edə bilər. Onların diversiya ilə məşğul ola bilən xüsusi akvalanq qrupları var.Türkiyənin baş naziri və Azərbaycan prezidentinin görüşündən sonra onların qaz kəməri inşaatının sürətləndirmək barədə verdikləri bəyanat Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikirinə sala bilər. Mən özüm Rusiyanın belə bir işi görə biləcəyinə az inanıram, ancaq yoxlamaq pis olmaz. Sadəcə olaraq qəza baş verməmişdən öncə o zonada hansı gəmilərin olması müəyyənləşdirilməlidir.

- Nardaranda dinçilərlə polis arasında insan tələfatı ilə qurtaran atışma olub, 7 nəfər ölüb, onlarlarla adam həbs edilib.

- Mən istənilən variantda dini fundamentalizmin, fanatizmin əleyhinə olan bir şəxsəm. Bu idealogiyanın ictimai münasibətlərin, elmi və iqtisadi inkişafların qayçısı olduğuna heç bir şübhəm yoxdur. Dövləti bir neçə min il bundan öncə yazılmış dini qanunlarla (buddizm 3000, iudizm 2500, xristian 2000, islam 1400) idarə etməyi kompromissiz  tələb edənləri qeyri - normal əqidəli adamlar hesab edirəm. Ancaq bu o demək deyil ki, bu insanlara əqidələrinə görə silah tətbiq etmək lazımdır. Azərbaycanlılar heç vaxt, hətta Şah İsmayıl vaxtı belə fundamentalist müsəlman olmayıblar. Azərbaycan ən loyal islam daşıyıcısı olan ölkələrdən biridir. Ona görə də sünni türklər bizə şiə iranlılardan daha yaxındır. Ona görə də fundamentalist islamçıların sayı Azərbaycanda çox deyil. Hökümətin imkanları kifayət qədərdir. O vaxtında cinayətkar çağırışlar edib sialhlanan dəstələri neytrallaşdırmalı və həbs etməlidir, silahlı basqınlar təşkil etməməlidirlər. Bu gün nə 1993 - cü, (hökümətin demək olar ki, olmadığı il) nə də 1994 - 95 -ci (hökümətin hələ tam güclənmədiyi illər) deyildir, hökümət hətta izafi nəzarətlə məşğuldur. Hökümət çox ehtimal ağırlaşan iqtisadi vəziyyətin verə biləcəyi nəticələrdən qorxub belə amansız tədbirlərə əl atır. Ancaq paralel verilə biləcək cavabın da adekvat olacağından çəkinməlidir. Əsas iqtisadiyatın zəifləməsinin yarada biləcəyi xaosun qarşısını almaq üçün real reforma tədbirləri görməlidir. Xaos yaransa istənilən "Allahu Əkbər" deyən liderə çevrilə bilər.

- Azərbaycan mətbuatında zaman - zaman M.Ə.Rəsulzadə şəxsiyyətinə münasibətlər müzakirə olunur. Bu günlərdə parlamentin yeni üzvlərindən birinin onun barəsində təhqiramiz sözlər deməsindən sonra  mövzu yenidən alovlanıb. Sizin M.Ə. Rəsulzadə haqqında özünüzün fərqli fikriniz var”¦

- M. Ə. Rəsulzadə barədə təhqramiz sözlər demək, onu xalq düşməni adlandırmaq ən azı nəzakətsizliyin yüksək formasıdır. İstənilən variantda istənilən şəxs tərəfindən onun barəsində fikir söyləməmişdən öncə ən azı 1917 - ci ilin oktyabr, 1920 - ci il aprel fəaliyyətini səthi olsa da bilmək lazımdır. Yazılardan məlum olur ki, nə onu tərifləyənlər, nə də əleyhinə danışanlar heç bir arqumentə istinad etmədən söz güləşdirirlər. Rəsulzadəni xalq düşməni adlandıranların arqumenti mənim üçün ulu öndər Əliyevdən başqa heç kim dahi ola bilməz deməsində, başqa sözlə, intellektinin olmamasındadırsa, Rəsulzadə ilk Azərbaycan demokratik respublikasını yaradandır deyənlərin də tarixə nəzər yetirdikləri şübhə altındadır.
 Rəsulzadə ömrü boyu Azərbaycanın demokratik yolla inkişaf etməsi üçün vuruşan, bu yolda əlindən gələn hər şeyi etməyə can atan bir şəxsdir. Ölənə qədər Azərbaycanın parlaq gələcəyini görmək arzusunda olan bir adamdır, onun səhvlərini qeyd etmək olar, fetişləşdirmək, dahiləşdirmək olmaz, ancaq heç vəchlə Azərbaycanın düşməni adlandırmaq da olmaz. Bu ədəbsizlikdir. 
 Onu Azərbaycanın yaradıcısı adlandıranlarsa o dövrdə Gürcüstanın müstəqillik elan edəndən sonra məcbur olub müstəqil Azərbaycan elan edən iclasın üzvlərini təhqir etmək zəhmətlərini yerə vurmaq olar.  Rəsulzadənin sədr seçildiyi 28 may iclasında heç özü iştirak etməyib. Nə üçün gənc Rəsulzadə Milli Şuranın sədri seçilib? Çünki onun hökümətin işinə qarışa biləcəyi heç bir təcrübəsi yox idi. Müsavat partiyasının başqanı kimi həm sollar, həm konservatorlar, həm də millətçilər onun namizədliyini qəbul edirdilər. Həmin milli şura 20 gün ərzində onun sədrliyi ilə ancaq bir iclas keçirdi və özünü buraxdı. Başda Fətəli Xan Xoyski olmaqla (8 üzvüdən ibarət hökümət) iyun 1918-ci ildən dekabr 1918-ci ilə qədər təkbaşına dövlət formalaşdırdı. İyun - dekabr 1918-ci ildə M.Ə.Rəsulzadə heç Azərbaycanda olmadı. İyunda Türkiyəyə gedib ayda bir dəfə, Xoyskinin teleqrafla göndərdiyi tapşırıqları yerinə yetirib, dövlət institutlarının yaranmasında heç bir rolu olmayıb. Xoyskinin rəhbərliyi altında 8 nazir ölkədə fövqəladə vəziyyət elan edib, ölkənin İslam ordusunu, maliyə, iqtisadiyyat, təhsil, səhiyyə və sair sistemlərini yaradıb. Nuri Paşanın başçılığı altında işğal olunmuş torpaqlarımızı və o cümlədən ölkənin paytaxtı Bakını işğalçılardan azad edilməsində  hökümətin fövqələdə rolunun olması danılmazdır. Türklər müqavilə əsasında Bakını İngilislərə təhvil verdikdən sonra hökümətin fövqəladə ağıllı siyasəti nəticəsində ingilislərin General Qubernatoru Fətəli Xan Xoyskini və onun hökümətini Azərbaycanın yeganə leqitim orqanı kimi tanıyıb. M.Ə.Rəsulzadə Bakıya qayıdanda Fətəli xanın höküməti artıq ingilislərin qəbul etdiyi parlamenti də formalaşdırmışdı.
 Azərbaycanın birinci hökümətinin 8 üzvündən 3 - ü Rus imperiyasının 1və 2-ci Dumasının (1905-1907) üzvüləri olmuşdular, yəni kifayət qədər dövlətçilik təcrübəsi olan adamlar idi. Hökümətin üzvlərinin hamısı xarici ölkələrdə təhsil almaqla yanaşı bir neçə avropa dillərini bilirdi. Ona görə də heç bir əsas olmadan kimisə Azərbaycanın yaradıcısı adlandırmaq bu fədakar 8 - liyin xatirəsinə xəyanət etmək deməkdir. Fikirimcə Azərbaycanda 28 may Milli şuranın mütəqillik  iclası mövzusunda monument heykəl kompozisiyası yaradılmalıdır. Həmin monumentdə onların hər biri xidmətlərinin səviyyəsinə görə yer tutmalıdır. Biz xalqımızın düşmənləri 26 - lara monument yarada bildiyimiz, hətta toy edənlərin o monumentin qarşısında and işmələrinə nail olduğumuz halda nəyə görə ilk Azərbaycan dövləti yaradanların xatirəsini əbədiləşdirməməliyik? Nəzərə alsaq ki, onların çoxu sonradan bolşeviklər tərəfindən ya terror, ya da repesiyalarla məhv edildi, gec də olsa bu işi hökmən görməliyik. İstənilən saray tikməkdənsə onların xatirəsini əbədiləşdirmək daha önəmlidir. Və sözsüz çoxunun iddia etdiyi kimi M. Ə. Rəsulzadə üçün ayrıca heykəl qoymaq yox, öz silahdaşları arasında ona layiq olan yerin verilməsində olmalıdır.
Mənim yazdıqlarımı tarixi faktlarla (nağıl xarakterli fərziyələrlə yox) təkzib etməyi istəyən varsa buyursun.
 Xalqın böyüklüyü hansısa dahi şəxsiyyətlərin olmasında yox, əksinə, onların olmamasındadır. Eramızın möcüzələrindən biri 18-ci əsrdə, daha doğrusu 1776-cı ildə ABŞ açıq cəmiyyət dövlətinin yaradılmasıdır. Kimdir bu ölkənin yaradıcısı, yoxdur. Ümumiyyətlə müstəqillik aktına ABŞ-ın birinci prezidenti Vaşinqton heç qol çəkməyib. Dahiləri ancaq totalitar rejimlər yetişdirir. Mən bütün intelektimi qoyub 1918-20 ci illərin totalitar rejimli olmadığını sübut etmək istəyirəm, siz isə hökmən dahi axtarışını davam etdirirsiniz. İstər Vaşinqtonu (ABŞ-ın birinci prezidenti, Silahlı qüvvələrin ali baş komandanı, müxtəlif lagerdə olanları ölkənin maraqları naminə birləşdirə bilən şəxs), istər Linkolnu (ABŞ-nı vətəndaş müharibəsində parçalanmaya imkan verməyən şəxs), istər Çörçilli (ikinci dünya müharibəsində Almaniyanın faşist rejimini süquta çatdıran əsas şəxs), istər Adenaur (müharibədən sonra dağılmış Almaniyanı qısa müddətdə bərpa edən, NATO ”“nu yaratmağın ideyasını verən şəxs) bu günə qədər heç kim tərəfindən dahi adlandıramayıb, yazılan kitabların hamısı müsbət və mənfi keyfiyyətlərin müqayisəsi ilə yazılıb. Sovetlər dağılandan sonra tutduğumuz yer, mövqe  bizim avropalı olmağımıza dərin şübhə yaradıb. Belə bir vəziyyətdə kimlərisə dahi, fövqəlbəşər adlandırmağımız ancaq istehza doğura bilər.
Oxşar xəbərlər
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
13 May 2024 | 08:55
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış