Moderator.az xəbər verir ki, “ƏSA” teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatrlara səslənib. O, “Facebook” səhifəsində 10 aydır ki, dövlət teatrlarının fəaliyyətsiz oludğunu vurğulayıb:
“Dövlət teatrları son 10 aydır nə iş görür? Axı dövlət sizə hər ay pul ödəyir. Həm müharibə dövründə, həm də 10 aylıq pandemiya dövründə hansı fəaliyyətiniz olub?
Susursan
ki, dostların, tanışların, böyüklərin var, amma bu qədər də susmaq vicdansızlıq olar.
Onlayn məşqlər edib, evdə yeni tamaşa
işləməklə, bədii əsərlər oxuyub, təhlil eləməklə iş bitmir. Teatr cəmiyyət
üçündür. Dövlət teatrları
cəmiyyətə fokuslanan hansı layihələr edib?
Bu qədərmi qeyri-kreativsiniz? Əgər
belədirsə, sizin orada nə işiniz var? Əlinizdə hər cür imkan ola-ola bundan nə
üçün yararlanmadınız? Tutalım ki, bir neçə ay sonra pandemiya bitdi. Siz bu bir
illik fasilədən sonra hansı yeniliklərlə (yenilik yoxdursa hansı üzlə)
cəmiyyətin qarşısına çıxmağı düşünürsünüz? (Yenilik dedikdə təkcə yeni tamaşa
nəzərdə tutmuram)
Mədəniyyət Nazirliyi icazə
vermir, karantin qaydaları var və s. bunlar
bəhanələrdir. İşləmək, yenilik etmək istəyən bunu qayda pozmadan da edə bilər”.
N.Qulamzadə öz iradını teatrların texniki-yaradıcı heyətinə deyil, idarəçilərinə, menecerlərə ünvanladığını bildirib.