Sevgilisinə zülm etdi: “Gecə fermada qaldıq, ata-anası gələndə...” - TƏFƏRRÜAT
Oxunub: 945
19 Jan 2022 | 16:19
Sevgilisinə zülm etdi: “Gecə fermada qaldıq, ata-anası gələndə...” - TƏFƏRRÜAT

Quba rayonunda 1993-cü il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində qeyri-rəsmi arvadı Mahirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 7-də baş verib. Elçin qeyri-rəsmi şəkildə ər-arvad münasibətində olduğu Mahirənin ayrılmaq məqsədilə həmin günü saat 12 radələrində idarə etdiyi “Ford Tranzit” markalı yük avtomaşınında onu Bakı-Quba magistral yolu ilə Qusar rayonundakı evlərinə aparıb.

Quba rayonu Paşaoba kəndi ərazisindən keçən zaman Mahirə ondan şikayət edəcəyini deməsini bəhanə gətirib, onunla mübahisə edib. Daha sonra maşını saxlayıb və Mahirənin maşından düşməsini tələb edib. Qadın maşından düşməkdən imtina etdiyinə görə əlləri ilə onun üzünə, ayaqları ilə bədəninin digər nahiyələrinə təpik zərbələri vurub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şabran rayonu Məliklər kəndində yaşayır: “Evliyəm, iki azyaşlı uşağım var. Atam Bəşirə məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən ferma sahəsində xırda buyunuzlu heyvanlara baxıb, ailəmi dolandırıram.

Bir il əvvəl Quba şəhərində Qusar rayon sakini Mahirə ilə tanış oldum. Mahirə əvvəl bir dəfə evli olub, sonra boşanıb. Onun bir uşağı var, aliment alır. Özümün evli olmağıma baxmayaraq Mahirənin istəyi ilə onu qeyri-rəsmi ikinci arvad kimi saxlamağa başladım. Öz ailəmdən gizli olaraq əvvəlcə Quba şəhərinin mərkəzində, sonra isə Şabran şəhərində ona kirayə ev tutdum.

Hətta ara-sıra onu Şabran rayonu Aygünlü kəndində yerləşən “Göyçə” adlı ərazidəki fermaya da qalmağa aparmışam. Lakin Mahirə mənimlə qalmırdı. Hara istəyirdi, gedib-gəlirdi. Mənə gedəcəkləri yerləri bildirmirdi. Mahirənin başqa kişilərlə görüşməsindən şübləndiyim üçün aramızda narazılıq olurdu. Ona dəfələrlə xəbərdar etmişdim ki, əlaqəni kəsəcəm. Mahirə isə məndən əl çəkmirdi”.

Elçinin sözlərinə görə, iyulun 29-da ad günü qeyd etmək münasibəti ilə Mahirəni fermaya aparıb: “İyulun 30-da Mahirəni Quba şəhərindən taksi maşını ilə Qusar rayonuna yola saldım. Avqustun 4-də fermada tək qaldığım üçün Mahirəni yenidən fermaya apardım. Avqustun 6-da aramızda söz-söhbət yarandı. Bu zaman məni söydüyünə görə Mahirənin kürəyindən iki yumruq zərbəsi vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri günü anası Xumar və qardaşı Samir fermaya gəliblər: “Onlar Mahirəni fermada gördülər, məndən onu aparmağımı tələb etdilər. Bu zaman qardaşım Mahirə ilə sözlə mübahisə etdi. Anamgil gedəndən sonra Mahirəni qardaşımın adına olan “Ford-Tranzit” markalı yük maşında evlərinə aparmaq üçün Qusar rayonu istiqamətində yola düşdüm.

Saat 12 radələrində yolüstü Quba rayonu Paşaoba kəndi ərazisindən magistral yolla keçdik. Yolda Mahirə dedi ki, ya sən mənə 1000 manat pul verəcəksən, ya da polisə sənin məni döyməyin barədə şikayət edəcəm. Həmin vaxt Mahirəyə bərk əsəbləşdim, maşını saxlayaraq ondan maşından düşməsini tələb etdim. Lakin Mahirə maşından düşmək istəmədi. Ona görə aramızda mübahisə yarandı, Mahirənin üzünə şillə vurdum. Sonra təpik zərbələri ilə onun qarın nahiyəsinə vuraraq maşının kabinəsindən yerə yıxdım. Bundan sonra maşını sürərək ordan uzaqlaşdım”.

Elçin ifadəsinin sonunda əməlindən peşman olduğunu və barəsində Zəfər günü münasibəti ilə Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək, məsuliyyətdən azad olunmasını xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirənin sözlərinə görə, əvvəllər bir dəfə evli olub: “Həmin nikahımdan bir azyaşlı uşağım var. Heç bir yerdə işləmirəm. Təxminən iki il bundan əvvəl Elçinlə tanış olmuşam. Qısa müddət ərzində aramızda yaxın münasibət yarandı. Elçindən öyrəndim ki, onun arvadı və iki uşağı var. Təklif etdi ki, ikinci arvad kimi məni saxlasın. Hətta kəbin etdirməyə və hər ay mənim ehtiyaclarım üçün 500 manat verməyə boyun oldu.

Elçinə inandım, onunla razılaşdım. Daha sonra kəbin etdik, birlikdə yaşamağa başladıq. Bir müddət sonra Elçin məni qısqanmağa başladı. Onun valideynləri və qardaşı bizim münasibətlərimizdən xəbər tutdu, mənimlə əlaqəni kəsməyi tələb etdilər”.

Mahirə qeyd edib ki, avqustun 4-də Elçinin işlədiyi fermada olub: “Bu zaman qoyunlar nəzarətsiz qalaraq uzağa getdiklərinə görə Elçin mənimlə mübahisə etdi, başıma yumruq zərbələri vurdu. Səhəri gün fermaya Elçinin anası və qardaşı gəldilər. Qardaşı ilə aramızda mübahisə yarandı. Onlar getdikdən sonra Elçindən özüm istədim ki, məni Qusar rayonundakı evimizə aparsın. Elçin xahiş etdi ki, ondan şikayət etməyim. Mən də onunla razılaşdım”.

Mahirə deyib ki, avqustun 7-də saat 12 radələrində Elçin onu idarə etdiyi avtomobilə mindirib və Qusar rayonuna aparıb: “Quba rayonu Paşaoba kəndi ərazisindən keçəndə Elçini xəbərdar etdim ki, Qusara çatan kimi onu polisə verəcəm. Elçin yenə xahiş etdi ki, ondan şikayət etməyim. Lakin and içərək ondan polisə şikayət edəcəyimi söylədim.

Bunu deyəndə Elçin mənə əsəbləşdi. Əvvəlcə sifətimin sol nahiyəsinə yumruq atdı, sonra isə maşında qarın nahiyəmə və sol ayağıma bir neçə dəfə təpik zərbələri vurdu. Məni maşından çölə itələdi.

Məni təpiklə itələyərkən avtomobilin kabinəsinin sağ qapısına sıxıldım. Bu məqamda qapı açıldı və mən asfalta yıxıldım. Maşından yıxılarkən hər iki qollarımdan, əllərimdən müxtəlif sayda sıyrıq xəsarətləri aldım.

Maşından yerə yıxılan kimi Elçin avtomobildən düşdü, yanıma gəldi. Məni təzədən maşına mindirmək istədi, minmədim. Bundan sonra Elçin getdi. Oraya toplaşan adamlar təcili yardım çağırdılar. Məni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına apardılar”.

Mahirə ifadəsinin sonunda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, ona ağır cəza verilməsini istəyib.

Bu cinayət işinə Quba rayon Məhkəməsində baxılıb.

Elçinin barəsində “8 Noyabr–Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilib. Onun cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Oxşar xəbərlər
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:56, Bu gün
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:40, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova