Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiyada bir şəxs çəkic və gözyaşardıcı qazla əvvəlcə yoldan keçənlərə, daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə TBS məlumat yayıb.
Fussa şəhərində təxminən 40 yaşlarında olan kişi küçədə çəkiclə uşaqlara hücum etdikdən sonra öz evinə girərək gizlənib. O oradan hüquq-mühafizə orqanlarının əməkdaşlarına və yeniyetmələrin anasına gözyaşardıcı qaz sıxıb. Daha sonra isə içəridə barrikada quraraq oradan qaçıb.
Son məlumatlara görə, hadisə nəticəsində doqquz nəfər xəsarət alıb: iki 17 yaşlı məktəbli, onların anası və altı polis əməkdaşı. Cinayətkarın hələ də azadlıqda olduğu və hazırda axtarıldığı bildirilir. /oxu.az/