Dünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEO
199
08:32, Bu gün

Dünyada güc balansı yenidən yazılır - Antalyada hansı mesajlar verildi? - VİDEO

Antalya Diplomatiya Forumu bu il "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" şüarı ilə qlobal diplomatiyanın əsas müzakirə platformalarından birinə çevrildi.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dünyada güc balansının dəyişdiyini, beynəlxalq sistemin transformasiya mərhələsinə daxil olduğunu və yeni siyasi konfiqurasiyanın formalaşdığını vurğulayıb. Bu prosesdə regional aktorların rolu isə getdikcə daha çox ön plana çıxır.
 
Ərdoğanın çıxışı Türkiyə-Azərbaycan münasibətlərinin strateji çərçivədə inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycanın rolu isə artıq yalnız regional çərçivə ilə məhdudlaşmır. Enerji marşrutları, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələləri Bakını daha geniş coğrafiyada önəmli aktora çevirir. Bu, Cənubi Qafqazın geosiyasi çəkisinin artdığını göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
 
Antalya forumunda verilən mesajlar qlobal güclər arasındakı rəqabətin yeni mərhələyə keçdiyini də ortaya qoyur. ABŞ, Rusiya və Çin arasında formalaşan çoxqütblü rəqabət mühiti regional oyunçular üçün yeni imkanlar yaradır. ABŞ daha çox müttəfiqlik şəbəkələrini gücləndirməyə çalışır, Rusiya öz təsir zonalarını qorumağa fokuslanır, Çin isə iqtisadi və loqistika layihələri vasitəsilə təsir dairəsini genişləndirir. Belə bir şəraitdə Türkiyə balanslaşdırıcı və təşəbbüskar aktor kimi çıxış edir. Azərbaycan isə bu balansın mühüm elementlərindən birinə çevrilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər