Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEO
145
08:05, Bu gün

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir? - VİDEO

Oxu.Az "Qanun nə deyir" adlı yeni rubrikaya start verir. Rubrika cəmiyyətin fərdlərinin hüquqi biliklərini artırmaq və insanları qanunvericilik çərçivəsində maarifləndirmək məqsədi daşıyır. Burada gündəlik həyatda qarşılaşılan məsələlər qanun prizmasından sadə və anlaşıqlı şəkildə izah olunacaq. Məqsəd hər kəsin öz hüquq və vəzifələrini bilməsinə dəstək olmaqdır.
 
Bugünkü mövzumuz xaricdə bağlanan nikahlarla bağlıdır.
 
Xaricdə bağlanmış nikah Azərbaycanda etibarlı sayılır?
 
Ailə Məcəlləsinin 148-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan vətəndaşları arasında, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycanda etibarlı hesab edilir.
 
Nikahın bağlanmasına mane olan hallar isə aşağıdakılardır:
 
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
 
- övladlığa götürənlər və övladlığa götürülənlər;
 
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
 
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
 
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
 
- nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
 
- ikisindən biri və ya hər ikisi Azərbaycan ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;
 
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər