Bizi sosial şəbəkələrdən izləyin:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelinin fəaliyyətini dayandırıb.
Bu barədə Moderator.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edildiyi üçün həmin hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.