Dünyaya səs salan
287
08:20, Bu gün

Dünyaya səs salan "Tayfun Blok-4"ün gücü - Rusiya, İran, Çin və ABŞ ilə müqayisə - VİDEO

Baku TV"nin "Hərbi Xronika" rubrikasının yeni buraxılışında Türkiyənin müdafiə sənayesində, xüsusilə raket texnologiyaları sahəsində əldə etdiyi son mühüm nailiyyətlər və bunun regional strateji balanslara mümkün təsiri müzakirə olunub.
 
Qeyd edilib ki, İran-ABŞ-İsrail xəttində gərginliyin danışıqlar mərhələsinə keçməsi fonunda bu mövzu qismən arxa planda qalsa da, aprel ayı Türkiyənin müdafiə sənayesi üçün əlamətdar nəticələrlə yadda qalıb. "ROKETSAN" tərəfindən keçirilən son tədbirdə şirkətin dünyanın aparıcı müdafiə sənayesi aktorlarından biri kimi mövqeyi bir daha təsdiqlənib. Vurğulanıb ki, sektorun transformasiyasında əsas istiqamətlərdən biri raket texnologiyalarıdır. Bu kontekstdə diqqət mərkəzində olan əsas sistem isə "Tayfun Blok-4" raketi olub.
 
Bildirilib ki, sözügedən sistem əvvəlki "BORA" və ilkin "TAYFUN" mərhələlərindən fərqli olaraq, tamamilə yeni texnoloji səviyyəni təmsil edir. Təxminən 10 metr uzunluğa və 7 tona qədər kütləyə malik raketin 700-1 000 kiloqramlıq döyüş başlığı daşıdığı, real mənzilinin isə 1 000-1 500 kilometrdən artıq olduğu bildirilib.
 
Raketin əsas üstünlüklərindən biri yüksək dəqiqliyidir. Təxminən 5 metrlik yayınma göstəricisi (CEP) onu strateji zərbə vasitəsi kimi ön plana çıxarır.
 
Ekspert dairələri bu platformanın gələcəkdə 2 000, hətta 3 000 kilometrlik mənzil sinfinə yüksələ biləcəyini istisna etmirlər. Bu isə Türkiyənin artıq ortamənzilli ballistik raket kateqoriyasına daxil olmaq üzrə olduğunu göstərir.

 

Link kopyalandı!
Son xəbərlər