"Mənim ətrafımda olan ən zəif kişi belə özünü güclü və xoşbəxt hiss edir" - FOTO+VİDEO
Şou-biznes
Oxunub: 5558
31 Dec 2019 | 17:38
Moderator.az məşhur aktrisa Çimnaz Sultanovanın oxu.az-a müsahibəsini təqdim edir:

- Bütün tamaşaçılar sizi “Vicdan haqqı” serialında canlandırdığınız qalmaqallı “Larisa” obrazı ilə tanıdı və bu adla da yaddaşlarda həkk olunduz. Bəs bu seriala qədər Çimnaz harada idi?

- “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax nəyə görə məni bu obraza layiq gördü? Çünki o məni serial və filmlərdə görüb. Tamaşaçılar məni məhz aktrisa kimi Gəncə teatrında peşəkar fəaliyyətimdən tanıyıb. Gəncə teatrı ilə mənim sıx əlaqələrim var. Gəncə televiziyasında demək olar ki, hər ay qonaq olurdum. Aktrisa kimi ən böyük rolum isə “Mən sənə inanıram” serialı olub. Gəncə dram teatrının aktyorları o rolumu diqqətlə izləyiblər. “Vicdan haqqı” serialında İmran obrazını canlandıran əməkdar artist İlham Hüseynov çəkildiyim “Mən sənə inanıram” serialını izləyib. Rövşənə Larisa obrazına görə məni məsləhət görüblər. O zamanlar sosial şəbəkələr bu qədər məşhur deyildi, amma çəkildiyim serial o vaxtlar çox populyar və keyfiyyətli idi.

- Çimnazı “Larisa” ilə nə bağlayır ?

- Düşünürəm “aksent” (gülür). “Larisa”nı canlandırmaq mənim üçün çox çətin idi. Mən həyatda Larisa obrazının əksi olmuşam. “Larisa” mənim uğurumdur. Serial iki ildir ki efirə getmir, amma çox adam mənə “Larisa” deyə müraciət edir. Bu möhürdür.

“Vicdan haqqı” serialından sonra “Sarı gəlin” serialına çəkildim. Rol və obraz baxımından qat-qat üstün idi. Mən öz rus “aksent”imlə Azərbaycan qadını obrazını canlandırmışam. Müəllimlə məşq edirdim ki, sözləri düzgün tələffüz edim. Obrazım isə, uşağını itirən, əri tərəfindən xəyanət edilən ruhi xəstə idi. Əsl Azərbaycan qadının faciəsini oynamışam. Bu rolumdan kim danışdı? Mən yaratdım o obrazı. “Larisa” heç “Sarı gəlin”də “Almaz” obraznın on faizi belə deyildi. Amma “Larisa”da şık var idi.

- Real həyatda Dilarə obrazının yerində olsaydınız, nəcə bir addım atardınız ?

- Bu obraz mənə çox yaxındır. Millətindən asılı olmayaraq hər bir xanım Dilarə obrazında olub. Bir var ki, bunu qorxmadan, çəkinmədən deyir, biri də var, ağıllı qadın olduğuna görə demir, özünü görməməzliyə vurur. Əgər real həyatda bu obrazda olsaydım, heç vaxt Larisa ilə ünsiyyət qurmazdım. Heç vaxt özümü o dərəcədə alçatmazdım. Öz uşaqlarımın atasını da heç vaxt təhqir etməzdim. Heç zaman da bildirməzdim ki, sizin atanızın kənarda başqa bir ailəsi var. Ata nə qədər pis olsa belə, uşaqlar üçün o əvəzolunmazdır. Əgər qadın öz həyat yoldaşı barədə uşaqlarının yanında onu pisləyirsə, bu artıq böyük faciədir.

- Deyirlər ki, Çimnazın öz biznesi var. Bəs bu biznes nədən ibarətdir ?

- Mən hər zaman biznes ilə məşğul olmuşam. İncəsənətə gec gəlmişəm. Hər zaman aktyorların az qonorar və maaş aldığını bilirdim. Mənim ixtisasım marketoloqdur. Atamın bir neçə obyekti var. Onların marketinq məsələləri ilə şəxsən özüm məşğul olurdum. Aktrisalıq və müğənnilik mənim hobbimdir. Müğənnilərin, aktyorların və aktrisaların “Əziyyətlə bu sənətə gəlmişəm” deməkləri mənə çatmır. Nə vacibdir axı? Gəlmə... Səni kim və nə vadar edir? Mən işimdən həzz alıram. “Vicdan haqqı” serialında çəkiləndə mənə verilən qonorar heç lazım da deyil idi. Mən aldığım maaşımı uşaq evlərinə vermişəm. Çünki, o pula ehtiyacım yox idi. O mənim halal pulum idi.

- Deyirlər “Qadın böyük qüvvədir”. Bəs kişi?

- Kişi mənim üçün “Allahdır”. Kişiyə qarşı hörmətsiz yanaşan qadın bədbəxtdir. Ailədə isə atam mənim üçün hər şeydir. Ya sən təksən, azadsan, ya da ki, həyatında kişi varsa, dəxli yoxdur o göyərti satandır, menecerdir - ona hörmətlə yanaşmalısan. Ona hörmət qoymalısan, qayğı göstərməlisən. Mənim ətrafımda olan ən zəif kişi belə özünü güclü və xoşbəxt hiss edir. Çünki, o yanımda əsl kişi olduğunu hiss edir. Kişinin yanında ağılsız, zəif görünməkdən qorxmuram. Mənim üçün ən böyük təhqir “sən güclü qadınsan” kəlməsidir. Kişilər məgər ölüblər ki, qadın güclü olsun ? Qadın hara, güclü olmaq hara? Mən güclü deyiləm.

- Hamı sizin şəxsi həyatınızla maraqlanır. Çimnazın hazırda həyatında kimsə var ?

- Mənim ürəyim məhəbbətlə alışıb, yanır. Sevgi, məhəbbət varsa da, yalnız özümə qarşıdır. Özümdən başqa heç kimi sevə bilmirəm. Mən, mən yenə də mən!

- Bəs ürəyinizi fəth edən kişinin nəyi olmaldır ?

- Kişiliyi, hülqumu olmalıdır. Pul, ev, avtomobil - bunlar üçüncü, dördüncü məsələlərdir. Mən ümümiyyətlə, ərə getmək istəmirəm. Planımda ərə getmək kimi bir şey yoxdur. Qadın nə dərəcədə gərək həyatdan küssün ki, ərə getmək istəsin.

- Bir müddət öncə ölkədə vəzifədə olan bir şəxsin qohumunun sizin evinizdən külli miqdarda qızıl-zinət əşyalarını oğurlaması barədə açıqlamalar verdiz. Bu qalmaqallı olayın sonu nə ilə bitdi? Qızıllarınız sizə qaytarıldı?

- Həyatımda yaxın sandığım insanlar olub ki, onlara ikinci şans vermişəm və çox yanılmışam. Mənim evimdə böyük oğurluq hadisəsi olub. Özümə yaxın saydığım rəfiqəm evimdən oğurluq edib. Təəsüf ki, bu hadisənin üzərindən bir il keçsə də, işə qanunverici orqan baxmır. “Damiani”, “Bvlgari” və “Leo Pizzo” kimi brilliant dəstlərim keçmiş rəfiqəm tərəfindən oğurlandı. 80 min avroluq həmin dəstin dəyəri var idi. Mən o qadınla danışdım. Söylədi ki, Çimnaz, mən brilyantların pulunun hamısını ödəyə bilmirəm. Öz əli ilə iki il ərzində o pulun 40 minini ödəyəcəyini bildirdi. Polisə mən müraciət etmədim. Çünki o qadınla çörək kəsmişik. Sonradan söhbəti elə “fırlatdı” ki guya evimdən oğurluğu özü deyil, 11 yaşlı Zərifə adlı qızı edib. Qanunvericilikdə isə azyaşlı olduğundan ona iş düşmür deyib, məsələdən uzaqlaşdı. Elə şey olar? Belə çıxır ki, əgər sən cinayət törətmək istəyirsənsə öz uşağını qat bu işə və məsuliyyətsiz qal. Halbuki məndə səs yazıları var. Buna rəğmən polis bu işə baxmır. Həmin insan isə indiyə kimi azadlıqdadır. Çünki böyük vəzifəli şəxsin qızıdır. Şou-biznes aləmində bu qadın hamıya pul “atıb”.

Bu qadına o qədər etibar edirdim ki, hətta evimin açarlarını belə ona vermişdim. Amma çox yanıldım. Özünü mənə bədbəxt və xərçəng xəstəsi kimi təqdim etdi. Amma söylədikləri hamısı yalan imiş. Çox kövrək bir insanam. Ona inandım. Sonda isə bu cür xoşagəlməz hadisələrlə üzləşdim. Hələ ki baş verənlərə dözürəm, susuram. Bu insan saxta işlərlə məşğul olur, insanlara kələk gələrək, onları aldadır. Hamıya da deyir ki, mən yüksək vəzifədə olan şəxsin qardaşı qızıyam. İnsanlar da susur, heç kim heç nə etmir. Əgər onlar şikayət etmirlərsə, mən niyə susmalıyam? Bu qadın atasına, anasına, əmisinə arxayındır.

Aktrisa Çimnaz Sultanova ilə daha geniş müsahibəni təqdim etdiyimiz videoreportajda izləyə bilərsiniz:

Rəşad

Oxşar xəbərlər
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb