Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb
Siyasət
243
12:20, Bu gün

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev sosial şəbəkədə paylaşım edib.

"2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşməkdən məmnun oldum.

Görüş zamanı Azərbaycan-Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ətrafında məhsuldar fikir mübadiləsi apardıq", - deyə H.Hacıyev bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər