Azərbaycanla İƏT arasında yeni saziş qüvvəyə minir
Siyasət
257
14:23, Bu gün

Azərbaycanla İƏT arasında yeni saziş qüvvəyə minir

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Moderator.az xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini videokonfrans formatında keçirilən iclasında müzakirə olunub.
 
Beləliklə, 2025-ci il dekabrın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilir. Bununla mərkəzin qərargahının Azərbaycan Respublikasının Bakı şəhərində yerləşməsini nəzərdə tutan İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsinin VI Maddəsinə istinadən diplomatik davranış, immunitet və imtiyazlar üzrə beynəlxalq səviyyədə tanınmış norma və təcrübələrə, o cümlədən “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasına uyğunlaşdırılır.
 
Məsələ ilə bağlı digər amillər də müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər