Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır - ŞƏRH
Siyasət
Oxunub: 249
15:23, Bu gün
Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır - ŞƏRH
Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
 
Gəncə terroru Ermənistanın vandallığının, cinayətkarlığının ən bariz nümunələrindəndir. Belə ki, döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan hərbi-siyasi rəhbərliyi və ovaxtkı separatçı xunta rejimi mülki əhalini və yaşayış məntəqələrini hədəf alırdı. Burada iki əsas məqsəd var idi. Birincisi, Azərbaycan daxilində xaos yaratmaq, həmrəyliyi pozmaq, ikincisi isə mülki əhalini qorxutmaq və müharibəni dayandırmaq. Ermənistan biabırçı formada məğlub olacağını öncədən başa düşmüşdü.
 
Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini "SCUD/Elbrus" əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutub.
 
Düşmənin bu hücumu zamanı yaşayış binaları tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55 nəfər yaralanıb, bir çox mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
 
Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
 
 
Bundan başqa, Ermənistan silahlı qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 1 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasına malik Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
 
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2023-cü il oktyabrın 3-də separatçıların keçmiş rəhbəri Arayik Arutyunyanı saxlayıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində A.Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycanın Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə də əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
 
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 27 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə mülki infrastruktura, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
 
Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəyə raket hücumları barədə özünün sosial şəbəkə hesabında yazıb ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır.
 
 
"17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir. BCM üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır", - deyə o qeyd edib.
 
İndi Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu reallıq bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Həmçinin deməliyik ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün unikal tarixi şərait yaranıb. Bunu hər iki tərəf deyir. İndi əsas məsələ qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan, rəsmi İrəvanın kifayət qədər şansı var. Məsələn, Gəncə terrorunun araşdırılması buna nümunədir.
 
Məlum olduğu kimi, BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. Bu baxımdan, Ermənistan hakimiyyətinin Gəncə terrorunu araşdırması və cinayətkarların məsuliyyətə cəlbini tələb etməsi vacibdir. Beləliklə, Ermənistan həm də beynəlxalq hüquqa əməl etdiyini göstərmiş olar.
 
 
Gəncə terrorunun arxasında Qarabağdakı keçmiş separatçılar, onların rəhbəri A.Arutyunyan, eləcə də buna razılıq verən Ermənistan hərbi-siyasi rəhbərliyi dayanır. Hökumətin başçısı Nikol Paşinyan isə bunu bilə-bilə Azərbaycanda saxlanılan separatçıları hərbi əsir kimi təqdim edir, onların qaytarılmasını tələb edir. Hərçənd, keçmiş xunta rejiminin bütün nümayəndələri hərbi cinayətkardır və müvafiq formada cəzalarını almalıdırlar. Ermənistan hakimiyyəti isə onların qaytarılmasını tələb etməklə bu və ya digər formada Gəncə terrorunun şəriki olduqlarını etiraf edirlər. Beləliklə, qarşılıqlı etimad mühitinin yaranması və sülh sazişinin imzalanması sual altına düşür.
 
İki mümkün versiya var. Əgər Gəncə terrorunu separatçı xunta rejimi Ermənistan hakimiyyətinin xəbəri və əmri olmadan törədibsə, onda baş nazir Nikol Paşinyan separatçıları müdafiə etməməli və onların müvafiq qaydada cəzalanmalarını tələb etməlidir. Yox, əgər Ermənistan hakimiyyətinin bu əməldən xəbəri var idisə, onda Azərbaycandan üzr istənilməlidir.
 
Bundan başqa, Ermənistan Azərbaycana dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməlidir. Rəsmi Bakı hər an bu məsələni gündəmə gətirə bilər.
 
Beləliklə, Ermənistanın destruktiv mövqe sərgiləməsi, hansısa şərtlərlə çıxış etməsi üçün şansı yoxdur. Belə davam edərsə, Azərbaycan daha konkret tələblər ortaya qoya bilər. /Report/
 
Oxşar xəbərlər
18:14, Bu gün
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
18:09, Bu gün
Makronun antitezisinin qorxunc simaları - VİDEO
18:05, Bu gün
Uşağın boğaz ağrısı keçmir: valideynlər nə etməlidirlər? LOR həkiminin məsləhətləri
17:59, Bu gün
Azərbaycanda taksi və avtobuslara yeni fərqlənmə nişanları verildi
17:55, Bu gün
Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi BDU tələbələri ilə görüşüb - FOTO
17:52, Bu gün
Nazir jurnalistlərə minnətdarlığını bildirdi
17:48, Bu gün
Dörd oyun, dörd MƏĞLUBİYYƏT – Azərbaycan millisinin ƏSAS PROBLEMİ
17:42, Bu gün
Sabah qeyri-iş günüdür? - AÇIQLAMA
17:36, Bu gün
"Türkiyənin həm NATO, həm də BRICS-də olması alınmayacaq" - "Medya Gunlugu"
17:30, Bu gün
Füzulidə növbəti “Şəhər günü” keçirilir - FOTO
17:25, Bu gün
“Yalı çapkını”nın setində aktrisalarda qısqanclıq yaratdım, Afra mənə yaxınlaşıb..." - VİDEO
17:20, Bu gün
Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
17:16, Bu gün
Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
17:12, Bu gün
Prokurorluq BNA əməkdaşlarının azadlığa buraxılmasına da etiraz etdi
17:08, Bu gün
Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17:04, Bu gün
Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
16:59, Bu gün
"Nigarın 15 yaşını məzarının yanında keçirdik" - Gəncə terrorunun şahidləri danışdılar - VİDEO
16:55, Bu gün
Piyadanı vuraraq öldürən şəxs: "Qəzadan əvvəl ayı ödü yemişdim, ola bilsin spirtli olub"
16:51, Bu gün
Bütün dünya bir ölkə olsa nə baş verərdi? - NƏTİCƏLƏRƏ BAXIN
16:48, Bu gün
"Mənzurəni 20 ildir sevirəm" - Etirafa müğənninin oğlu da təəccübləndi
16:45, Bu gün
Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib
16:40, Bu gün
Qışa doğru bu avadanlıqlar xeyli ucuzlaşacaq
16:35, Bu gün
"İsrail bütün cəbhələrdə BMT-yə hücum edir" - Jozep Borrel
16:29, Bu gün
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO
16:26, Bu gün
İranda yaşayan azərbaycanlılar TƏHLÜKƏDƏ: İran-İsrail qarşıdurması BÖYÜYƏRSƏ...
16:25, Bu gün
XİN başçıları İstanbulda birgə bəyanat qəbul edəcəklər
16:20, Bu gün
“Gəlinlər, qayınana qədər daş düşsün başınıza” - VİDEO
16:15, Bu gün
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
16:10, Bu gün
Vilayət Eyvazov  kollegiya iclası keçirdi - FOTO/VİDEO
16:05, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
16:00, Bu gün
COP29-la bağlı maşınların hərəkət istiqaməti dəyişdirilir
15:55, Bu gün
Bakıda 20 yaşlı oğlan sevgilisini belə qətlə yetirdi: "Gəl qucaqlaşaq, ayrılaq..." - FOTO
15:50, Bu gün
“Azərkontrakt” ASC ləğv edildi - SƏRƏNCAM
15:45, Bu gün
Naxçıvanda erkən nikahın qarşısı alındı
15:41, Bu gün
"İsrail bizim çox yaxın müttəfiqimizdir, onu sıxışdıra bilmərik" - Bayden
15:37, Bu gün
42 milyon mənimsəmədə ittiham olunan "Şlyapa Zahid": "Nəcməddin Sadıkov gəlib özü danışsın"
15:33, Bu gün
Rusiya da Türk Dövlətləri Təşkilatına daxil ola bilərmi?...-Partiya sədri cavab verir...
15:32, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti onlayn təlim proqramını ictimaiyyətə təqdim edib
15:28, Bu gün
Fransada saxlanılan Kemi Seba azadlığa buraxıldı
15:23, Bu gün
Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır - ŞƏRH
15:18, Bu gün
Azərbaycan üçün Ermənistandan nüvə təhdidi: Hindistandan alınacaq yeni raketlərin təyinatı nədir?
15:13, Bu gün
Laçın və Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib - FOTO
15:08, Bu gün
Ülviyyə "Yalı çapkını"ndan danışdı: "Mert istiqanlı, Afra isə çox eqoludur"
15:05, Bu gün
Gənc futbolçu faciəvi şəkildə öldü - FOTO
14:59, Bu gün
"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH
14:54, Bu gün
Xalq artisti vəfat etdi
14:50, Bu gün
Qubada qeyri-adi görünüşlü körpə doğuldu - FOTO
14:45, Bu gün
Pensiya və müavinətlər bu qədər artacaq: Layihə parlamentə göndərildi
14:40, Bu gün
Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başladı
14:35, Bu gün
"Ukraynanın Qələbə planı ölkənin ərazisi və suverenliyi ilə alver edilməsi demək deyil" - Zelenski
14:29, Bu gün
Həbsdən çıxan kişi arvadının telefonunda yad nömrə tapdı: "Otellərdə..." – ŞOK
14:25, Bu gün
Türkiyə MN Azərbaycanı təbrik etdi
14:22, Bu gün
"Fuzüli cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə yendiən qurulur" - Azay Quliyev
14:19, Bu gün
Vasif Talıbovun şirkətinin 10 milyondan çox vergi borcu var - FOTO
14:14, Bu gün
Komaya düşən vəzifəli şəxs vəfat etdi - FOTO
14:09, Bu gün
“Yaşıl dünya naminə həmrəylik ili” - 1 milyon 611 min ağac əkiləcək
14:05, Bu gün
Diaspor tariximizin ən böyük elmi konfransı keçiriləcək
14:00, Bu gün
Sabiq Baş nazir müavininin oğlu Almaniyada itkin düşüb - YENİLƏNİB
13:58, Bu gün
Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
13:54, Bu gün
Elçin Əmirbəyov: "Cənubi Qafqazda sülh üçün tarixi şans var" - FOTO
13:49, Bu gün
İzmirdə “Azərbaycan Mədəniyyət və İncəsənət Günü”nün rəsmi açılışı olub - FOTO
13:44, Bu gün
Xətai rayonunda torpaq sürüşməsi oldu
13:39, Bu gün
Türkiyə yenidən SİLKƏLƏNDİ
13:35, Bu gün
"Azərbaycan Dəmir Yolları"nın daha bir maşinisti 20 455 manatlıq yanacaq satıb - HÖKM
13:30, Bu gün
"Putinin qələbə planı işləmir" - ISW
13:25, Bu gün
İqlim "hücuma keçir", COP29 daha da önəm qazanır - "Hər kəs öz payına düşəni götürəcək"
13:24, Bu gün
“Əhalinin əsas problemi budur: oğlumuzun orduya getməsinin qarşısını necə alaq?..”
13:20, Bu gün
Ehtiyatlı olun sizi belə aldadırlar: Rus dilində danışan qadın zəng edərsə....
13:18, Bu gün
Araz Ağalarov oğlu haqqında danışdı - VİDEO
13:13, Bu gün
Prezident COP29-a hazırlıqla tanış oldu - YENİLƏNİB + FOTO
13:09, Bu gün
Bakıda bu yol sürücülərin istifadəsinə verildi - VİDEO
13:04, Bu gün
UNEC Dərbənd filialının məzunları niyə diplom ala bilmir? - RƏSMİ CAVAB
12:59, Bu gün
Leysan yağacaq, dolu düşəcək... - Sabahın hava proqnozu AÇIQLANDI
12:56, Bu gün
Döyüşən şəhər Füzuli- TARİX, ZƏFƏR, MƏĞRURLUQ 
12:54, Bu gün
Bakıda bu bələdiyyələr birləşdirilir - SİYAHI
12:49, Bu gün
Yeni yaradılan bölmələrin əsgərləri ilə görüş keçirildi - FOTO
12:44, Bu gün
Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi necə nəticələnəcək? - RƏY
12:40, Bu gün
Stress, əsəb bağırsaq xərçəngi yaradır
12:35, Bu gün
“Mənə qaraciyərini verdi, özünün halı pisləşdi” - VİDEO
12:30, Bu gün
TƏBİB-dən ŞOK AÇIQLAMA: 35 min insan...
12:25, Bu gün
Füzuli şəhəri: Qarabağın hava qapısı
12:19, Bu gün
Binəqədidə şəhid abidəsini sökdülər -RƏZALƏT-FOTOLAR
12:15, Bu gün
“Ermənistan ağlını başına toplayıb qərarını verməlidir” - politoloq  
12:12, Bu gün
Mona Lizanın qaşlarına nə oldu?
12:10, Bu gün
Zəngəzur dəhlizi həm də qərbi azərbaycanlıların qayıdış yolu olacaq
12:05, Bu gün
Payız bu BÜRCLƏR üçün çətin olacaq
12:00, Bu gün
Azərbaycanda köşkdən 700 manatlıq lotoreya oğurlandı
11:56, Bu gün
"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxarılır
11:52, Bu gün
BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi davam edir
11:48, Bu gün
Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin EDİLİB
11:45, Bu gün
BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb
11:39, Bu gün
Bu, cəfəngiyatdır, daha böyük müharibə başlayacaq!
11:25, Bu gün
Xatirə İslam Naziləyə cavab verdi: "Heç kimin başı üçün deyil..."
11:19, Bu gün
İrana çağırış edildi: İşğaldan əl çək!
11:15, Bu gün
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
10:58, Bu gün
Bakıda su üzərindən yol çəkilir - Video
10:49, Bu gün
Hizbullah İsrailin 2 tankını vurdu: ölənlər var
10:42, Bu gün
Şəhid qardaşının qisasını döyüş meydanında alan Vətən Müharibəsi Qəhrəmanı...
10:35, Bu gün
Telefonunuzu belə doldurmaq batareyasına ZƏRƏRDİR  - TEZ XARAB OLUR 
10:24, Bu gün
Sürücülərin nəzərinə! Bu yoldan keçərkən diqqətli olun
GÜNLÜK
10:08, Bu gün
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
16 Oct 2024 | 19:23
Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTO-VİDEO
11:15, Bu gün
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
16 Oct 2024 | 19:56
“Ev yiyəsi Vəfadan imtina etmək istəyirdi, Şəbnəm Vəfaya görə ev yiyəsinə ağız açdı, minnət, xahiş etdi”- Aşıq Zülfiyyə SİRRLƏRİ açdı
16 Oct 2024 | 18:33
“Hamilə olduğumu bilmirdim” - Körpəsini unitaza atan qadın
16 Oct 2024 | 22:18
Üç asteroid Yerə doğru hərəkət etməkdədir, NASA ən pis ssenariyə hazırlaşır
16 Oct 2024 | 20:11
Paşinyan Avropada ifşa olundu: Rusiyaya kimyəvi silah transfer edirmiş
16 Oct 2024 | 19:45
Dünyanın ən bahalı maddəsi: Qramı 297 milyondur - FOTO
16 Oct 2024 | 18:55
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
16 Oct 2024 | 23:00
600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək - DETALLAR
HƏFTƏLİK
15 Oct 2024 | 14:36
“Kimdir bunlar, hansı əsaslarla şəhərə giriblər, nə işlə məşğul olurlar?”-ÖZƏL
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
10:08, Bu gün
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
AYLIQ
10:08, Bu gün
"35 övladım var" - 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı qadın müğənni + VİDEO
16 Oct 2024 | 19:23
Yüksəkliklərin fenomeni 200 metrlik məsafədən düşərək öldü - FOTO-VİDEO
11:15, Bu gün
Ali Məhkəmənin bu qərarı HƏR ŞEYİ DƏYİŞƏCƏK 
16 Oct 2024 | 19:56
“Ev yiyəsi Vəfadan imtina etmək istəyirdi, Şəbnəm Vəfaya görə ev yiyəsinə ağız açdı, minnət, xahiş etdi”- Aşıq Zülfiyyə SİRRLƏRİ açdı
16 Oct 2024 | 18:33
“Hamilə olduğumu bilmirdim” - Körpəsini unitaza atan qadın
16 Oct 2024 | 22:18
Üç asteroid Yerə doğru hərəkət etməkdədir, NASA ən pis ssenariyə hazırlaşır
16 Oct 2024 | 20:11
Paşinyan Avropada ifşa olundu: Rusiyaya kimyəvi silah transfer edirmiş
16 Oct 2024 | 19:45
Dünyanın ən bahalı maddəsi: Qramı 297 milyondur - FOTO
16 Oct 2024 | 18:55
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək
16 Oct 2024 | 23:00
600-dən çox bal toplayanlar əsgərliyini burada çəkəcək - DETALLAR