Vüqar Rəhimzadə: Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük
Siyasət
Oxunub: 304
11:29, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan  Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə  Bakının Azadlıq meydanında keçirilən  təntənəli hərbi paradda böyük inamla səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda  qaldırılan bayraqlarımız nümayiş olundu.  Paraddan çox keçmədi ki, 2020-ci ilin 27 sentyabr tarixində başlanan İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  tarixi Zəfərə imza atdı, dünya hərb tarixinə yeni səhifə yazdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi qələbəsi və Ermənistanın kapitulyasiyası təsdiqləndi.  44 gündə 30 ilin işğalına son qoyan Azərbaycan bununla bütün sahələrdə mövcud imkanlarını təqdim etdi. Prezident-Xalq-Ordu birliyi, həmrəyliyi  şanlı Qələbəmizin əsası oldu. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzü, həm də birliyimizi nümayiş etdirdi. Həmin il dekabrın 10-da  Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Dövlət başçısı İlham Əliyevin həmin paradda qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Tarixi Zəfərimizdən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə doğru irəliləyən Azərbaycan bu məsələni də sülh yolu ilə həll etməyə səy göstərdi. Lakin Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməmək üçün hər vasitəyə əl atdı,  mütəmadi olaraq hərbi təxribatlar törətdi. Düşmənin bu təxribatları Silahlı Qüvvələrimizin  Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə bir günlük antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Bu tədbirlər nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Sentyabrın 20-si yeni dövrün başlanğıcı oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, bu qürurverici hadisənin məhz “Heydər Əliyev İli”nə, Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyinin 20 illiyinə təsadüf etməsi dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin  etimadını doğrultması ilə yanaşı, ata vəsiyyətini tam yerinə yetirməsinin nümayişinə çevrildi. Ulu Öndərin ən böyük arzusu Qarabağı, Şərqi Zəngəzuru, Şuşanı azad görmək idi. Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı müraciətini də Şuşadan etdi, bu ilin 10 may tarixində  Şuşa şəhərinə ilk köçən sakinlərlə görüşdü. Ümumiyyətlə, son dörd ilin reallıqlarına diqqət yetirsək görərik ki, hər bir əlamətdar gün, bayramlarımız işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Prezidentliyinin 20 ilinin tamamında  Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucaltdı. Xankəndi şəhərindən müraciətində bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat  bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün  bu müqəddəs anı yaxınlaşdırırdıq. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Bu illər ərzində artıq tarixin arxivinə atılmış Qarabağ  münaqişəsini həll etmək üçün güclü  siyasi və hüquqi zəmin yaradıldı. Elə bir güclü ordu yaradıldı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadirdir. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi bunun bariz nümunəsidir.

    Vüqar Rəhimzadə qeyd edib ki, suverenliyimizin bərpasından,  separatçılardan təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasından ötən bir ildə tariximizə mühüm səhifələr yazıldı. Ötən ilin  noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərimizin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını ünvanladı: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

Milli Məclisin deputatı onu da bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il Novruz tonqalını da Xankəndi şəhərindəki Zəfər meydanında alovlandırdı və bu məkandan xalqımızı təbrik etdi. Bir daha qeyd etdi ki, dördüncü dəfədir bayram tonqalını  azad edilmiş Qarabağ torpağında qalayır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə  Talış kəndində,  2024-cü ildə  isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.  Belə bir çağırış da səsləndirildi ki, buradan xalqa təbrikləri çatdırmaq böyük xoşbəxtlikdir. Hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Fəxr edirik ki,  özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik,  gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə özü peşman olacaq.

Vüqar Rəhimzadə keçilən yolun qısa təhlili əsasında bu məqamı xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Azərbaycan addım-addım hədəfə doğru irəliləyir. Hədəflər ardıcıllığı ilə diqqət çəkir. Suverenliyimizin bərpası ilə  müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Suverenliyimizin bərpasının ildönümündə Prezident İlham Əliyev  Xankəndi, Şuşa, Ağdam şəhərlərində oldu,  mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etdi.  Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev müəllim və tələbə heyəti ilə görüşündə tarixi Zəfərimizə gedən yoldan, suverenliyimizin bərpasından və yaranan yeni reallıqlardan geniş bəhs edərək günümüzün əsas çağırışlarını diqqətə çatdırdı. Bildirdi ki, müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə  milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək,  -müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir. Hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.

Millət vəkili tarixi Zəfərimizin və suverenliyimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, bu gün  Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Dövlətimizin başçısı İlham Əliyev “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik” söyləməklə növbəti hədəfimizin də tezliklə reallığa çevriləcəyinə əminliyini ifadə edir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan  Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir.

Oxşar xəbərlər
14:15, Bu gün
Şəhərdəki sıxlığın aradan qaldırmağın YOLLARI - EKSPERT AÇIQLADI
14:12, Bu gün
İsrail indiyədək niyə birbaşa NATO-ya üzv olmur?.. -Diplomat cavab verir
14:10, Bu gün
"ABŞ İsrailə mane olmaq niyyətində deyil" - Ağ Evin mətbuat katibi
14:06, Bu gün
Dizellə işləyən maşınlar vergiyə cəlb olunacaq? - VİDEO
14:02, Bu gün
DİQQƏT! Bu qadınlarda ciddi psixoloji pozuntu var - ƏLAMƏTLƏRİ
13:58, Bu gün
AFFA bu komandaları cərimələdi
13:54, Bu gün
“Bizim peşəmiz çox qəddardır, tamaşaçının qarşısında biabır olmaqdansa...” - ÖZƏL
13:50, Bu gün
“Rahat Market”də HADİSƏ: İşçilər ZƏHƏRLƏNDİ
13:46, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
13:41, Bu gün
345 manat alan adam 500 manatlıq cəriməni necə ödəsin?
13:37, Bu gün
7 bürc üçün yeni qapılar açılmaq üzrədir
13:32, Bu gün
Türk serialında Xarıbülbül simvolu - VİDEO
13:28, Bu gün
Bağçalarda diaqnostik qiymətləndirilmə başlayır
13:25, Bu gün
Bələdiyyələrin sayı yarıdan çox azaldılır
13:20, Bu gün
Dərmanların qiymətinin BAHALAŞMA SƏBƏBİ açıqlandı - RƏSMİ
13:17, Bu gün
"Rusiya Kursk vilayətinə 50 min hərbçi göndərib" - general Sırski
13:13, Bu gün
“Azərbaycanın MDB məkanında nüfuzu artır” - Kamaləddin Qafarov
13:08, Bu gün
4 həftəyə sülh imzalana bilərmi? - ATƏT-ə müraciət bu şərtlə edilməlidir
13:04, Bu gün
Bakıda 20 yaşlı qız sübh tezdən özünü binadan atdı
13:00, Bu gün
Xeyrindən çox, zərəri olan "Nimesil" - Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
12:57, Bu gün
Müşfiq Ələsgərli: "Fakt yoxla" platformalarının özləri yanlış informasiyalar yaymağa fokuslanıb"
12:53, Bu gün
Xalq artistinə ölümcül xəstəlik diaqnozu qoyuldu
12:49, Bu gün
Aqşin Fatehin yanındakı qız kimdir? - O qədər dəyişib ki, tanıya bilmədilər - VİDEO
12:45, Bu gün
"Ukraynanın Qərb silahı ilə Rusiyaya zərbələrə icazə verilməsi müttəfiqlərin işidir" - NATO baş katibi
12:40, Bu gün
"Heç kim Ukraynanın NATO üzvlüyünə hazır olmayıb, indi müttəfiqlər buna can atır" - Zelenski
12:37, Bu gün
Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? - BİLİNDİ
12:32, Bu gün
Öz-özünə sağalmır, şok yaradır... - Həkimdən TƏCİLİ XƏBƏRDARLIQ
12:27, Bu gün
Kazımovanın bu geyimi 1300 manatdır - FOTO
12:23, Bu gün
"Evlənməyi düşünəndə əsməcə tutur" - VİDEO
12:18, Bu gün
Azərbaycanda qayınana gəlinini təmizlik işləri görmədiyinə görə döydü
12:13, Bu gün
İran hökuməti polisləri elektroşok cihazları ilə silahlandırır - FOTO
12:08, Bu gün
İki ordu Ermənistana girə bilər: Noyabrdan sonra şərtlər dəyişəcək
12:03, Bu gün
Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
11:59, Bu gün
Millimiz bu gün Estoniya ilə qarşılaşacaq
11:55, Bu gün
Zəngəzur dəhlizinə “həll yolu” tapıldı - Güzəştə getdilər
11:50, Bu gün
Paşinyanın komandasında bir gündə 3-cü istefa – Nə baş verir?
11:46, Bu gün
BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub - FOTO
11:41, Bu gün
Mübariz Tağıyev: “Bundan da gözəl xoşbəxtlik ola bilər?” - VİDEO
11:38, Bu gün
SOMDA-nin hərbi qulluqçuları könüllü qanvermə aksiyasında iştirak ediblər - FOTO
11:35, Bu gün
Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur
11:29, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük
11:26, Bu gün
Kamran Əliyev Gəncəyə səfər etdi - FOTO
11:23, Bu gün
Xüsusi ayrılan zolaqlardan çıxan avtobus sürücüləri cərimələnməlidir – RƏY
11:22, Bu gün
PA rəsmisi: COP29 ərəfəsində Azərbaycana qarşı hücumlara hazır olmalıyıq
11:20, Bu gün
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
11:16, Bu gün
Rəşad Məcid dezinformasiya ilə mübarizədə medianın fəaliyyətini qiymətləndirib
11:15, Bu gün
SEPAH generalı sorğu-sual zamanı infarkt keçirdi
11:09, Bu gün
Respublika başçısı onu Məhəmməd Əmin Rəsulzadəyə “yoldaş” dediyi üçün güllələtdi?...
11:08, Bu gün
Canlı efirdə aparıcının burnundan qan axdı - VİDEO
11:02, Bu gün
Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir
10:51, Bu gün
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
10:42, Bu gün
Zelenskini sağ buraxmayacaqlar - Rusiyalı general
10:34, Bu gün
Ən ağıllı uşaqların bu aylarda doğulduğu MƏLUM OLDU - ALİMLƏR İSBAT ETDİ
10:28, Bu gün
1 dəqiqədə donuz ətini necə ayırd etmək olar?
10:25, Bu gün
“Bombalar sabitlik, divarlar təhlükəsizlik gətirməyəcək...”- "Söhbət yəhudiliyə tamam zidd olan qisas almaqdan gedir..."- Yəhudi fəal 
10:19, Bu gün
Azərbaycanda broyler şirkəti ləğv edilir, əmlakları satışa çıxarılır
10:10, Bu gün
Qazaxda 18 tələbə dönərdən zəhərlənib
10:04, Bu gün
İki böyük şirkət Milli Aviyasiya Akademiyasının voleybol klubunun ortaq sahibləri oldu - FOTO
09:53, Bu gün
"Tesla"nın yeni maşını: Pedallar və sükan yoxdur - VİDEO
09:47, Bu gün
Tarixi kitabxana yandı
09:42, Bu gün
Şeyx İbrahim Əmir Teymura “40-cı qul mənəm” deyibmi?
09:34, Bu gün
Bakıda 330 min manatlıq saat oğurlanıb, Çin vətəndaşı şübhəlidir
09:26, Bu gün
Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? - Həkimdən tövsiyələr
09:19, Bu gün
Sabir Rüstəmxanlı: "Ermənilər bizə bir sıra cəhətdən yaxın olan xalqdır"- VİDEO 
09:11, Bu gün
Leyla və Arzu Qəbələdə bu ailənin qonağı oldu
09:00, Bu gün
Rusiya XİN: ATƏT böhran içindədir
08:55, Bu gün
Hər gün bir ovuc yemək xərçəngdən QORUYUR
08:46, Bu gün
Telefonlarınızı zərərli proqramdan belə qoruyun
08:31, Bu gün
Dizellə işləyən maşınlar vergiyə cəlb olunacaq?
08:22, Bu gün
Ali məktəbi yüksək nəticə ilə bitirən tələbə həyatını itirdi
08:09, Bu gün
Ərdoğan Serbiyaya səfər etdi - FOTO
08:00, Bu gün
Yeni Ulduzun Doğulmasının Şahidi Olacağıq: Bu, 80 İldə Bir Baş Verir!
07:54, Bu gün
Xamneinin əmri ilə bu İran generalı "Hizbullah"ın müvəqqəti komandiri oldu... -"Əl-Cərida"
07:46, Bu gün
"Sarı köhlənlər" niyə dünyanın ən qiymətli at cinsidir? - VİDEO
07:37, Bu gün
Qəhvənin ürək-dəmar sağlamlığı üçün daha bir faydası məlum oldu
07:27, Bu gün
Lukaşenko Putinə minlərlə ukraynalı uşağı oğurlamaqda kömək edib...-"ZMİNA"
01:07, Bu gün
Makron Zelenskiyə dəstəyin davam etdiriləcəyini söz verib
01:06, Bu gün
Süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq - Yenilik
10 Oct 2024 | 23:46
İsrail Beyrutun mərkəzində çoxmərtəbəli yaşayış binasına zərbə endirdi - VİDEO
10 Oct 2024 | 23:41
Türkiyə Rusiyaya qarşı bəyannaməyə qoşuldu
10 Oct 2024 | 23:39
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür
10 Oct 2024 | 23:34
"Covid-19" keçirmiş insanlar üçün yeni risklər ortaya çıxıb - CNN 
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
10 Oct 2024 | 22:54
İsrail Beyrutun mərkəzində iki binanı vurub
10 Oct 2024 | 22:52
Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
10 Oct 2024 | 22:48
İran Nəsrullaha sui-qəsdə görə SEPAH komandanı İsmayıl Kaanini dindirir
10 Oct 2024 | 22:46
Naxçıvanda “Şəhidlər bağı” salınacaq
10 Oct 2024 | 22:43
"İsrailin İranın neft obyektlərinə mümkün hücumu hansı nəticələrə səbəb olacaq?" - Ekspert rəyi
10 Oct 2024 | 22:40
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
10 Oct 2024 | 22:33
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
10 Oct 2024 | 22:31
Rusiya Ukraynaya qarşı dron əməliyyatlarında afrikalı qadınlardan istifadə edir... - İDDİA
10 Oct 2024 | 22:25
Ərdoğan yenilməz olduğumuza işarə etdi - Edi Rama
10 Oct 2024 | 22:18
Almaniya İsrailə silah tədarükünü artırır
10 Oct 2024 | 22:10
Tacikistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi
10 Oct 2024 | 22:00
İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili
10 Oct 2024 | 21:55
Azərbaycanın basketbol klubları yoxlama görüşündə üz-üzə gəliblər
10 Oct 2024 | 21:50
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
10 Oct 2024 | 21:44
Fatma Yıldırım: "ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur"
10 Oct 2024 | 21:41
"ABŞ Rusiya və Çinlə birgə nüvə silahından xilas olmaq barədə sazişə çox yaxın olub" - Donald Tramp
10 Oct 2024 | 21:38
127 ölkə Azərbaycanın BU TƏŞƏBBÜSÜNƏ QOŞULDU
GÜNLÜK
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 15:35
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 14:20
Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." – ŞOK
10 Oct 2024 | 15:00
Sülh üçün son şərtlər belədir: Dəhliz bu anlayışla açılır
10 Oct 2024 | 17:00
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
10 Oct 2024 | 17:40
Kadırov rusiyalı senator Süleyman Kərimovu qanlı qisasla təhdid etdi
10 Oct 2024 | 14:36
"Putin 2022-ci ilin payızında nüvə təhdidləri ilə ABŞ-ı əməlli-başlı qorxuya salıb" - "APNews"
10 Oct 2024 | 16:33
Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - VİDEO
10 Oct 2024 | 15:33
"Kreml rusiyalıların cəsədlərini torpağa dəyişmək strategiyasını seçib" - "Politico"
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
AYLIQ
10 Oct 2024 | 17:20
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
10 Oct 2024 | 15:35
Evində “silah-sursat aşkarlanan” bu müəllim də respublika başçısına “terror aktı hazırlayıb"...
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
10 Oct 2024 | 14:20
Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." – ŞOK
10 Oct 2024 | 15:00
Sülh üçün son şərtlər belədir: Dəhliz bu anlayışla açılır
10 Oct 2024 | 17:00
Sürücülərə şad xəbər: Bu ərazilərdə rahat maşın saxlaya bilərsiniz
10 Oct 2024 | 17:40
Kadırov rusiyalı senator Süleyman Kərimovu qanlı qisasla təhdid etdi
10 Oct 2024 | 14:36
"Putin 2022-ci ilin payızında nüvə təhdidləri ilə ABŞ-ı əməlli-başlı qorxuya salıb" - "APNews"
10 Oct 2024 | 16:33
Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - VİDEO
10 Oct 2024 | 15:33
"Kreml rusiyalıların cəsədlərini torpağa dəyişmək strategiyasını seçib" - "Politico"