Siyasi rəqiblər çaşqın vəziyyətdə: Niyə erkən seçki?
Siyasət
Oxunub: 2255
23 Jun 2024 | 12:38
Siyasi rəqiblər çaşqın vəziyyətdə: Niyə erkən seçki?
İyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında parlament seçkilərinin önə çəkilməsi müzakirə olunub. İclasda YAP-ın Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət olunması üçün təşəbbüs göstərmələri tövsiyə edilib.
 
Hakim partiyanın əsas arqumenti parlament seçkiləri ilə keçirilməsi gözlənilən beynəlxalq tədbirlərin eyni vaxta təsadüf etməsidir.
 
Hələ prezident seçkilərindən əvvəl də parlamentin yeni tərkibinin formalaşıdırılması zərurətindən bəhs edilir, bu zaman azad olunmuş ərazilərdə ilk dəfə seçki keçiriləcəyi, beləliklə, parlamentin ilk dəfə olaraq bütün seçki dairələrini əhatə edə biləcəyi amili qabardılırdı. Qarabağ və Şərqi Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.
 
Bu faktorlar yetərlidirmi? COP 29 və paralel olaraq keçirilən Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası iştirakçı sayına, müzakirə ediləcək mövzuların sanbalına görə Azərbaycanın müasir tarixində şahidlik edəcəyimiz ən böyük beynəlxalq tədbirdir.
 
Bu cür beynəlxalq tədbirlərin əhəmiyyətini izah etmək üçün öz tariximizdən bir neçə nümunəni yada salmaq istərdim .
 
1940-cı illər - II Dünya müharibəsinə qədər, müharibə gedə- gedə və sonra Azərbaycan Nizami Gəncəvinin 800 illiyi ilə bağlı beynəlxalq toplantı keçirməyə hazırlaşmışdı. Bu tədbir yalnız Nizaminin Azərbaycan mədəniyyətinə mənsubluğunu vurğulamağa xidmət etmirdi, həm də xalqımızın öz mədəniyyəti, ədəbiyyatı, tarixi, şəhərsalma ənənələrinə görə dünyanın mədəni xalqları ilə eyni səviyyədə durmağa layiq olduğunun sübutuna çevrilməli idi. Mərhum jurnalist Cavad Cavadlı xatirələrində yazırdı ki, xarici qonaqların gəlişindən əvvəl respublikanın o zamankı rəhbəri Mircəfər Bağırov tanınmış ziyalılarla görüşüb onlardan geyim qiyafətlərini dəyişərək Avropa geyimlərinə keçməyi xahiş edibmiş. Yəni 1930-cu illər Türkiyəsində yaşanmış “qiyafət inqilabı” Azərbaycanda belə ağrısız, rahat həyata keçirilmişdi. Azərbaycan kinosu ilk dəfə məhz o illər dünya ekranına daşınmışdı və s.
 
Sovet İttifaqı dağılan ərəfədə başlayan Qarabağ münaqişəsinə erməni tərəfi daha hazırlıqlı qoşulmuşdu, bizi “xristian sivilizasiyasının beşiyi başında duran” məzlum xalqa təcavüz edən islamçı fundamentalistlər kimi tanıdır, Qərbdə də, Rusiyada da bu təbliğatla yardım ala bilirdilər. O zaman Bakıda keçirilən Beynəlxalq Biznes Forumu həm də Qarabağla bağlı Azərbaycan həqiqətlərinin tanıdılmasına xidmət etmiş, bu miflər müəyyən qədər dağıdılmışdı.
 
Ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını da Qarabağ həqiqətlərinin tanıdılması məqsədilə istifadə edə bilmişdi. Sonralar ermənilər etiraf edəcəkdilər ki, Heydər Əliyev o mərasimlə Lissabon sammitində Qarabağ üzərində erməni iddialarını rədd etməyin, erməni tərəfinin hüquqi məğlubiyyətinin əsasını qoymuşdu.
 
İndi sirr deyil ki, 2010-cu illərdə keçirilmiş bir çox beynəlxalq tədbir (“Avroviziya-2012”, Avropa oyunları, İslamiada, Formula-1 yarışları, Bakı humanitar forumları, Qoşulmama Hərəkatının sammitləri və s.) əsas məqsədləri ilə yanaşı II Qarabağ savaşına beynəlxalq dəstək qazanmaq, əks tərəfin bizi “qəddar işğalçı” kimi göstərmək təşəbbüslərinin qarşısını bəri başdan almağa da xidmət edirdi.
 
Dövlətlər, mədəniyyətlər özlüyündə bir geosiyasi brenddirlər, bu brendlərin reklamına, təqdimatına ehtiyac həmişə olur. Xüsusən də gənc, ərazi bütövlüyünü bərpa edərək özünü tanıda bilmiş bir ölkənin belə təqdimata daha çox ehtiyacı var. Yəni 5 ildən bir təkrarlanan daxili siyasi hadisədən deyil, Azərbaycan üçün çox mühüm olan qlobal tədbirdən bəhs edirik.
 
İkinci faktora gəlincə, müstəqillik dövrümüz ərzində ilk dəfə bütün ölkə ərazisini əhatə edən bir seçkiyə həqiqətən də ehtiyac var, üstəlik, 10-a yaxın dairədə hazırda deputat yeri boşdur.
 
Amma təəssüf ki, erkən seçki qərarı ilə bağlı bəzi açıqlamalar ifrat tənqidi, ironik, bəzən də gələcək boykot qərarlarını əsaslandırmaq ruhundadır: seçkilərin qəfil və gözlənilməz olduğu iddia edilir, “yayın cırhacırında“ keçirilməsindən narazılıq edilir və s.
 
Halbuki hələ Prezident seçkilərindən əvvəl də parlament seçkiləri haqda müzakirələr var idi. Cop29-un Azərbaycanda keçiriləcəyi dəqiqləşdikdən sonra isə bu müzakirələr daha da intensivləşmişdi. Hakim komandanın ayrı- ayrı fiqurları tərəfindən erkən seçki anonsu verilmiş, bunun səbəbləri də əsaslandırılmışdı. Nəhayət, MSK sədri seçkilərin zamanının önə çəkiləcəyini bildirmişdi. Seçkinin keçirilməsinə məsul dövlət qurumu rəhbərinin iki ay əvvəl açıqlama verdikdən sonra hər hansı gözlənilməzlik, qəfillik haqda danışmaq absurddur.
 
Daha bir absurd odur ki, qəfillikdən danışanlar cəmi bir gün əvvəl parlament seçkilərinin təxirə salındığını yazır, bunun da səbəbinin Ukrayna-Rusiya savaşındakı qeyri- müəyyənlik üzündən hökumətin gözləmə mövqeyi tutması ilə izah edirdilər. Yəni istənilən halda ya gecikmədən, ya qəfillikdən bəhs edənlər, bunu da geosiyasi amillərlə, Rusiya-Qərb qarşıdurması ilə əlaqələndirənlər tapılır.
 
Problem bundadır, təəssüf ki, bir çoxları ölkə siyasətindən, ölkə reallığından, sosial bazadan qopmuş vəziyyətədir, sanki özləri üçün qurduqları virtual dünyada yaşayır, hər şeyi Qərb-Rusiya qarşıdurmasına müncər etməyə çalışırlar. Məsələn, Ankara və Moskva münasibətlərinin gərginləşəcəyini və bunun Azərbaycanın daxili siyasətinə təsir edəcəyini proqnozlaşdırırlar. Amma Türkiyənin BRİKS-ə üzv olmaq təşəbbüsləri onları çaşdırır, Türkiyəni qurumda “Qərbin Troya atı” olacağını iddia etməyə başlayırlar və s. Qısa təsbit edə bilərik: siyasi rəqiblər yetərincə çaşqın vəziyyətdədir, reaksiyalar adekvat deyil, prosesləri düzgün dəyərləndirə bilmirlər.
 
Etiraf edilməlidir ki, bu, erkən seçkiyə gedən siyasi qüvvənin digər üstünlüklərinə daha bir pozitivlik əlavə edəcək faktdır. Daxildəki və xaricdəki opponentlərin (siyasi mühacirətin) beynəlxalq birliyin seçkinin nəticələrini qəbul etməyəcəyi haqda ümidləri də yersizdir. Axı prezident seçkiləri ərəfəsi də belə yersiz ümidlənmələr vardı, amma seçkidən az sonra Qərblə, xüsusən ABŞ-la artan təmaslar məyusluq yaratmış, “demokratiyaya keçid (Qərbdən dəstək almaq) ümidimiz növbəti dəfə dəfn olundu” deyə etiraf etməyə məcbur olmuşdular.
 
Təbii ki, parlament seçkiləri Prezident seçkiləri ilə müqayisədə daha çox siyasi qüvvəni - çoxlu siyasi partiyanı əhatə edir. Amma partiyalararası dialoq mühiti bu istiqamətdə mümkün tənqidləri xeyli səngidib. Siyasi partiyaların sayının şişirdilmiş rəqəmlərdən real qüvvələr nisbətinə dəyişməsi, partiyalar haqda qanunvericiliyin dəyişməsi belə beynəlxalq hesabatlarda ciddi tənqid olunmadı. Bu o mənaya gəlir ki, proses ağrısız və düzgün idarə olunub. Demək, mövcud, real qüvvələrdən formalaşacaq yeni çağırış parlamentin Qərb institutları tərəfindən qəbul edilməsi də ağrısız olacaq. Noyabrda keçiriləcək mühüm beynəlxalq tədbirlər isə ədalətli seçkinin obyektiv nəticələrinin beynəlxalq birlik tərəfindən qəbul olunmasının təntənəsi olacaq.
 
Cəmaləddin Quliyev, siyasi ekspert
Oxşar xəbərlər
09:32, Bu gün
Kürdəmirdə ağır qəza: Yaralılar var
09:31, Bu gün
Baş direktordan səhər saatlarında baş verən güclü zəlzələ ilə bağlı AÇIQLAMA
09:25, Bu gün
Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının sessiyasında...
09:18, Bu gün
Dağıntı və tələfat varmı? - Zəlzələ ilə bağlı FHN-dən RƏSMİ AÇIQLAMA
08:55, Bu gün
İranda prezident seçkisi rəsmi olaraq başlanıb
08:54, Bu gün
ABŞ-nin növbəti prezidenti kim olacaq?
08:51, Bu gün
Lənkəranda baş verən zəlzələnin görüntüsü - VİDEO
08:42, Bu gün
Gözlənilən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ
08:38, Bu gün
Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Laçına yola salınıb
08:36, Bu gün
ABŞ-də futbol meydançası çökdü
08:33, Bu gün
Səhər saatlarında baş verən güclü zəlzələ hansı rayonlarda hiss olunub?
08:00, Bu gün
28 İyun üçün xalq adətləri: pulun sizə gəlməsi üçün qapının ağzına...
07:57, Bu gün
Putinin Sovet imperiyası ərazilərini bərpa etmək niyyəti təsdiqləndi...-TELEDEBAT+VİDEO
07:52, Bu gün
Lənkəranda güclü zəlzələ olub
07:52, Bu gün
Milyardlarla insan hərəkətsizlik səbəbilə risk altındadır – XƏBƏRDARLIQ
07:51, Bu gün
Laçın sakini: Üç yaşımda çıxdığım yurduma üç yaşında oğlumla qayıdıram
07:44, Bu gün
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
07:31, Bu gün
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb- FOTOLAR 
07:22, Bu gün
İyulun 1-dən kreditlər haqqında yeni qanun QÜVVƏYƏ MİNƏCƏK-ŞƏRTLƏR
07:09, Bu gün
Yer orbitindəki Rusiya peyki 100-dən çox hissəyə parçalandı...-"REUTERS" 
06:55, Bu gün
Pəncərə təmizləyən qız 18-ci mərtəbədən yıxıldı - BU ŞƏKİLDƏ SAĞ QALDI
06:44, Bu gün
Bayden Trampı belə təhqir edib- "ÜZR İSTƏMƏLİSƏN"
06:26, Bu gün
Azərbaycanda quyruqlu uşaq doğulub - VİDEO
06:12, Bu gün
Bakıda dəhşətli hadisə olacaq - Zirəddindən QORXULU PROQNOZ
05:51, Bu gün
Bu içki mədə üçün təhlükəli elan edildi
05:35, Bu gün
Hava limanına yaxın yaşayanlar - Bu xəstəliklər sizi gözləyir
27 Jun 2024 | 23:53
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
27 Jun 2024 | 23:48
Nepalda musson yağışlarının fəsadları səbəbindən 28 nəfər ölüb
27 Jun 2024 | 23:47
Fələstin lideri avqustda Rusiyaya səfər edə bilər
27 Jun 2024 | 23:45
Bu 3 səbəbə görə qısa boylu kişilərlə SEVGİLİ OLUN
27 Jun 2024 | 23:33
QANUNDA DƏYİŞİKLİK: Bu sürücülər 100 manat cərimələnəcək
27 Jun 2024 | 23:25
Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək
27 Jun 2024 | 23:20
Xorultunu aradan qaldıran dərman istehsal olunacaq - YENİLİK
27 Jun 2024 | 23:15
“O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular”
27 Jun 2024 | 23:10
Bakıda bu məşhur məktəb BAĞLANDI
27 Jun 2024 | 23:09
Qiymət daha da qalxacaq, gizli taksilərin sayı artacaq
27 Jun 2024 | 22:55
Keçmiş nazir vəfat etdi - FOTO
27 Jun 2024 | 22:39
DİN: Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb - YENİLƏNİB
27 Jun 2024 | 22:24
Ərəb şeyxindən Aytac Vidadiqızına ŞOK TƏKLİF
27 Jun 2024 | 22:19
Riyaziyyat müəllimləri ən yüksək nəticə göstərən bölgələr
27 Jun 2024 | 22:13
İyunun 29-da TOEFL iBT imtahanı keçiriləcək
27 Jun 2024 | 21:55
Əsəd Suriyanın Türkiyə ilə münasibətlərini nizama salmaq qərarına gəlib
27 Jun 2024 | 21:52
Ərdoğan: Aİ-yə tamhüquqlu üzv olmaq Türkiyənin strateji hədəfi olaraq qalır
27 Jun 2024 | 21:51
Daxili işlər nazirinin müavini BMT-nin Polis Rəisləri Sammitində iştirak edir
27 Jun 2024 | 21:49
Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib
27 Jun 2024 | 21:20
İyulun 1-dən bu qanunlar QÜVVƏYƏ MİNƏCƏK
27 Jun 2024 | 20:56
80 il “gecikən” və “heç vaxt baş tutmayan oyun” bu il reallaşacaq
27 Jun 2024 | 20:51
"Şimali Koreya iyul ayında mühəndis qoşunlarını Donbasa göndərəcək" - ISW
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
27 Jun 2024 | 20:50
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq
27 Jun 2024 | 20:48
Direktor və direktor müavinləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar
27 Jun 2024 | 20:45
İranda güclü meşə yanğınları davam edir
27 Jun 2024 | 20:42
Bakıda 52 yaşlı kişi özünü ASDI
27 Jun 2024 | 20:36
Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur
27 Jun 2024 | 20:33
Ukrayna Rusiya aviasiya və kosmik sənayesinin avanqardını VURDU
27 Jun 2024 | 20:31
Qarabağdan köçən 10 mindən çox şəxs Ermənistanı tərk edib
27 Jun 2024 | 20:31
COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib
27 Jun 2024 | 20:30
Qadınlar buna görə peyğəmbər seçilməyibmiş… - Maraqlı açıqlama
27 Jun 2024 | 20:26
Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ
27 Jun 2024 | 20:19
Cəlilabadda faciə: 11 yaşlı uşağın meyiti su anbarından çıxarıldı
27 Jun 2024 | 20:14
Türkiyə MN: "III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırıq"
27 Jun 2024 | 20:13
“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı
27 Jun 2024 | 20:12
“Türk əsgəri, Azərbaycan əsgəri tarix boyu heç vaxt mülki əhaliyə zərər yetirməyib”
27 Jun 2024 | 20:12
Boşandığı bakılı əri Alsuya 2,5 milyardlıq sərvət təklif etdi
27 Jun 2024 | 20:07
"Damlanı, Günayı, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım"
27 Jun 2024 | 20:05
Məşhur kriminal avtoritet həbsxanada öldü
27 Jun 2024 | 19:41
Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
27 Jun 2024 | 19:32
Elçin Babayev: "Ən böyük uğurlardan biri BDU məzunu olmaqdır"
27 Jun 2024 | 19:26
Bakının mərkəzində gənc oğlan nişanlısını yumruqladı - DETALLAR
27 Jun 2024 | 19:03
Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ: Dərs saatı artırıla bilər
27 Jun 2024 | 18:50
Qubada sürücü avtoxuliqanlığa görə həbs edilib
27 Jun 2024 | 18:45
Kürdəmir və Lənkəranın qaz təchizatında fasilə yaranacaq
27 Jun 2024 | 18:43
Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib
27 Jun 2024 | 18:33
Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul CƏDVƏLİ
27 Jun 2024 | 18:32
İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib?
27 Jun 2024 | 18:05
İş həyatının 2-ci ilindən rəhbər vəzifələrdədir - “United Payment”in icraçı direktoru ilə müsahibə
27 Jun 2024 | 18:01
"Kim Çen minlərlə hərbçi yollasa da, Rusiya üçün heç bir faydası olmayacaq...”-General
27 Jun 2024 | 17:55
Yeni növraqla süslənən Sus… - VİDEO
27 Jun 2024 | 17:49
ACCA imtahanları artıq UNEC-də!
27 Jun 2024 | 17:45
Ukraynada müharibə iştirakçısı "Rusiya Qəhrəmanı" adından məhrum edildi
27 Jun 2024 | 17:40
Kürdəmirdə göldə bir nəfər batıb
27 Jun 2024 | 17:35
Rusiya hərbi gəmiləri Bakı buxtasında - FOTO
27 Jun 2024 | 17:30
Bakıda mənzildən meyit tapıldı
27 Jun 2024 | 17:25
Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalov Göygöldə dəfn edilib - FOTO
27 Jun 2024 | 17:20
14 il əvvəl taksi sürücüsünü öldürməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır
27 Jun 2024 | 17:16
Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonlar - Siyahı
27 Jun 2024 | 17:12
Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirildi - SİYAHI
27 Jun 2024 | 17:08
"AmCham Azərbaycan"ın Direktorlar Şurası yenidən formalaşdırılıb
27 Jun 2024 | 17:05
"Vaşinqtonun Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməz qalır" - Con Kirbi
27 Jun 2024 | 17:00
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
27 Jun 2024 | 16:57
Bu seçki dairələrinin hüdudları dəyişdirildi
27 Jun 2024 | 16:53
Liftdə köməksiz qalan şəxslər xilas edildi - VİDEO
27 Jun 2024 | 16:49
İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edildi - VİDEO
27 Jun 2024 | 16:45
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edəcək
27 Jun 2024 | 16:41
Ceyranbatan su anbarında qadın meyiti AŞKARLANDI
27 Jun 2024 | 16:37
Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB
27 Jun 2024 | 16:33
"Alatava"nın "Emka"sı: "Qətiyyən özümü kişi kimi hiss etmirəm" - MÜSAHİBƏ + FOTO
27 Jun 2024 | 16:28
Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib - FOTO
27 Jun 2024 | 16:24
Dövlət Gömrük Komitəsindən ƏMƏLİYYAT: Həbs olunanlar var - FOTO
27 Jun 2024 | 16:19
Bayden və Tramp debatlara başlayır - "Financial Times"
GÜNLÜK
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 10:02
Ürək sağlamlığı üçün bu əlavələrə diqqət edin: Kardioloqlar hansını tövsiyə edir?
27 Jun 2024 | 15:52
Azərbaycan və Gürcüstan XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
27 Jun 2024 | 11:44
Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - FOTO
27 Jun 2024 | 09:52
Ali Məhkəməyə Aparat rəhbəri təyin olundu
27 Jun 2024 | 11:30
Kərə yağı BAHALAŞDI - Açıqlama
27 Jun 2024 | 14:49
“O öləndə uşaq kimi ağlayırdım, son günündə yaddaşını itirmişdi, amma məni tanıdı” - ÖZƏL
27 Jun 2024 | 11:13
Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb
27 Jun 2024 | 09:51
Azərbaycan 2024-cü il ərzində Ermənistan üzərindən uçuşlar üçün nə qədər pul ödəyib?..
27 Jun 2024 | 13:36
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - YENİLƏNİB
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
23 Jun 2024 | 09:28
İlham İsmayılın ailəsində ağır itki....
AYLIQ
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 10:02
Ürək sağlamlığı üçün bu əlavələrə diqqət edin: Kardioloqlar hansını tövsiyə edir?
27 Jun 2024 | 15:52
Azərbaycan və Gürcüstan XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
27 Jun 2024 | 11:44
Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - FOTO
27 Jun 2024 | 09:52
Ali Məhkəməyə Aparat rəhbəri təyin olundu
27 Jun 2024 | 11:30
Kərə yağı BAHALAŞDI - Açıqlama
27 Jun 2024 | 14:49
“O öləndə uşaq kimi ağlayırdım, son günündə yaddaşını itirmişdi, amma məni tanıdı” - ÖZƏL
27 Jun 2024 | 11:13
Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına başlanılıb
27 Jun 2024 | 09:51
Azərbaycan 2024-cü il ərzində Ermənistan üzərindən uçuşlar üçün nə qədər pul ödəyib?..
27 Jun 2024 | 13:36
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib - YENİLƏNİB