Ermənistan bu dəfə “xaçlı tələ”yə düşə bilər - sülhə qarşı dini yürüş
Siyasət
Oxunub: 3712
31 May 2024 | 15:35
Ermənistan bu dəfə “xaçlı tələ”yə düşə bilər - sülhə qarşı dini yürüş
Mövcud durumda erməni xalqı kilsə agentlərinə geniş dəstək vermir, amma...
 
Ermənistan revanşist, terrorçu siyasətçilərin ardınca “xaçlı tələ”yə düşə bilər. Hazırda gedən proseslər bunu deməyə əsas yaradır. “Vətən uğrunda” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın ardınca Ermənistanda dini revanşizmə, faktiki sülh əleyhinə daha bir keşiş qoşulub.
 
“Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş məmuru, arxiyepiskop Baqrat Qalstanyanın özünü qurban etməsi məni çox da sevindirmir”.
 
Bunu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikayel Acapaxyan Sərdarabad memorial kompleksində çıxışı zamanı bildirib.
 
Onun fikrincə, bu işi öz üzərinə götürəcək siyasi qüvvələr olmalı idi, lakin onlar olmadığına görə Baqrat Qalstanyan qabağa düşüb.
 
Acapaxyan Paşinyan iqtidarı nümayəndələrinin Baqrat Srbazanın başlatdığı hərəkatı faşizm hesab etməsinə reaksiya göstərib: “Burada faşizm yoxdur. Nikol Paşinyan qaçır: qorxaq həmişə qaçır. Qorxaq olmasaydı, görüşərdi. Onun yalançı olduğunu bilmirsiz? Bu adam əvvəllər deyirdi ki, Qarabağ Ermənistandır, vəssalam, amma indi heç Qarabağı dilinə gətirmir”, - deyə erməni keşiş bildirib.
 
“Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün hələ çox iş görülməlidir”.
 
Bunu isə dini revanşizmə dəstək verən “İrs” partiyasının rəhbəri, Ermənistanın birinci xarici işlər naziri Raffi Ovannisyan deyib. Onun fikrincə, bundan sonra “Vətən uğrunda” hərəkatının lideri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan cəmiyyətin etimadını qazanaraq hökumətin başçısı ola biləcək.
 
Revanşist Ovannisyanın sözlərinə görə, ermənilərin türklər üzərində savaşı yarımçıq qalıb, bir əsr sonra Ermənistan yenidən dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzədir.
 
Görünən budur ki, Ermənistanın xilası olan sülh prosesinə qarşı “xaçlı tələ” qurulur və bunu elə keşişlərin əli ilə edirlər. Düzdür, sülhə qarşı proseslər bütün bölgəyə ziyanlıdır, ancaq ən böyük faciəni elə Ermənistan yaşayacaq. Əgər Paşinyan tezliklə vəd etdiyi kimi kilsələri siyasi təsir agenti olmaqdan qurtara bilməsə, proseslər arzuolunmaz məcraya yönələ bilərmi? Yoxsa keşişlərin bu imkanları məhduddur? Ekspertlər Ermənistanda böyüyən “xaçlı proses”in sonunu necə görür?

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bəzi dövlətlər Ermənistana dəstək verərək Cənubi Qafqazda qalıcı sülhü əngəlləməyə çalışsalar da hazırda iki ölkə arasında vasitəçilərsiz danışıqlar gedir və bu danışıqlar təkliflərin layihəsi üzərində aparılır: “İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlayıb. Delimitasiya prosesinin ilkin mərhələsində Ermənistan tərəfindən işğal olunmuş dörd kəndin qaytarılması davam edən sülh müzakirələri prosesində nəzərə çarpacaq nailiyyətdir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror əməliyyatı zamanı qələbəmizin davamıdır.

Göründüyü kimi, baş nazir Nikol Paşinyan iqtidarının son vaxtlar nümayiş etdirdiyi konstruktivliyə baxmayaraq, kilsə prosesi əngəlləmək üçün daxildəki və xaricdəki müəyyən siyasi qüvvələri qızışdırır. Bunun nəticəsində onlar bir müddət öncə Azərbaycanla şərti sərhədə yaxın kəndlərdə kütləvi etirazlara başlayıblar. İndi isə prosesi İrəvanda davam etdirməyi qarşıya məqsəd qoyublar. Ümumiyyətlə, son ayın tendensiyası göstərir ki, kilsə Ermənistanda siyasi proseslərə daha aktiv şəkildə qatılmaqdadır və əslində hazırda sülh prosesinə əngəl yaradan əsas institut hesab oluna bilər. Güman etmək olar ki, Ermənistanın dünyəvi müxalifəti reytinqinin çox aşağı olmasını nəzərə alaraq geri çəkilib və “din xadimləri” adlanan siyasiləşmiş şəxsləri qabağa verib. Əslində onlar dünyəvi müxalifət adını daşımağa da layiq deyillər. Bunlar Ermənistanda 20 il talançılıqla məşğul olan Robert Köçəryan və Serj Sərkisyanın dəstəsinin üzvləridir. Köçəryan bu siyasi avantürada “xaç atası” rolunda çıxış edir. Ancaq onun aqibətinin yaxşı olmayacağı göz qabağındadır. Çünki erməni cəmiyyəti bu qüvvələrdən bezib, onları 2018-ci ildə siyasi səhnədən, necə deyərlər, birdəfəlik süpürüb atıb. Görün, bu talançılar 20 il ərzində xalqın başına hansı oyunları açıblar ki, haylar 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində hətta müharibəni uduzmuş baş naziri belə hakimiyyətdə saxlamağa razılaşdılar, təki “Qarabağ klanı” yenidən hakimiyyətə qayıtmasın. Bu mənada əlləri hər yerdən üzülmüş revanşist qüvvələr Paşinyanı “din xadimləri”nin mübarizəsi ilə devirməyi planlaşdırıblar. Köçəryanın, Sərkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin əlindən qidalanan barışmaz müxalifətin, eləcə də erməni apostol kilsəsinin bəzi nümayəndələrinin son zamanlar etdikləri də məhz budur. Bu qüvvələr Ermənistanı yanlış istiqamətə yönəldir. Ermənistanda kilsə ilə hakimiyyət arasında savaş tam sürətlə davam edir. Artıq hakimiyyətin siyasi elitası erməni kilsəsini sıxışdırmaq üçün vergi tətbiqi ilə bağlı məsələni gündəmə gətirməkdən belə çəkinmir. Erməni apostol kilsəsi tərəfindən bir sıra ərazilərdə toqquşma, iğtişaş və aksiyalar da planlaşdırılıb. Apostol Kilsəsi cəmiyyəti korlayan və parçalayan sektalarla mübarizə aparmaq əvəzinə, dövlətə qarşı mübarizə aparmaq və bu təriqətləri dərinləşdirmək məqsədi ilə onlarla gizli görüşlər keçirir".

Deputat diqqətə çatdırıb ki, hazırda Paşinyan iqtidarının xaricdəki erməni lobbi və diaspor təşkilatlarına təsir iradəsi də yoxdur. Bu tendensiya özünü son zamanlar daha qabarıq formada göstərməkdədir: "Nəzərə alaq ki, əvvəlki Ermənistan hakimiyyətləri ilə lobbi və diaspor arasında dərin bağ və birgə fəaliyyət var idi. Bu gün bu fəaliyyətdən əsər-əlamət qalmayıb. Ona görə də onlar Paşinyanı və komandasını ölkənin maraq və mənafelərini qoruya bilməməkdə günahlandırırlar. Hazırda erməni cəmiyyəti həssas bir dönəmdədir. Paşinyan ya Azərbaycanın sülh çağırışına cavab verib Ermənistanın inkişaf və rifahına nail olmalı, ya da xalq kilsənin təbliğatına qoşulub, fəlakətə yuvarlanmalıdır. Əgər erməni xalqı ikinci yolu seçərsə, bu zaman Ermənistanda yeni fəlakət və münaqişələrin əsası qoyulmuş olacaq".

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı erməni cəmiyyətinin keşişlərə dəstək vermədiyini söylədi: “Ermənistanda başlanan "kilsə inqilabı" birbaşa revanşist qüvvələrin - Köçəryan və Sərkisyan cütlüyünün dəstəklədiyi prosesdir. Bunlar açıq şəkildə kilsəni siyasətə qoşublar. Çünki bu qüvvələr uzun müddət hakimiyyətdə olublar, xalqa qarşı amansız davranıblar, qəddarlıq ediblər, böyük həcmdə korrupsiyaya bulaşıblar. Erməni cəmiyyəti də məhz bu cütlüyün zülmündən Nikol Paşinyanı hakimiyyətə gətirib. İndi də kilsəni qabağa verməklə xalqın dəstəyini qazanmaq istəyirlər. Paşinyanı devirmək istəyirlər. Ermənilərin xəstə təfəkkürünün yayılmasında, genişlənməsində - “dənizdən dənizə böyük Ermənistan quracağıq” kimi xoş xülyaların daşıyıcısı olan kilsə nümayəndələrinin hər zaman rolu olub. Kilsəni siyasiləşdiriblər. Özlərinin siyasi məqsədləri üçün kilsə faktorundan istifadə ediblər. Artıq Paşinyan hakimiyyəti erməni xalqı üçün vacib addımları atdığını, indiki Ermənistanın ərazisinin qorunmasını və gələcək nəsillərin sağ qalması üçün Azərbaycanla sülh prosesinin bağlanmasını bəyan edir. Ermənilər üçün ən doğru addım budur. Əks halda, daha böyük və ağır vəziyyətlə qarşılaşacaqlar. Hansısa dövlətin vasitəçi rolu ilə Azərbaycana qarşı rol alsalar, Prezident İlham Əliyevin dediyi dəmir yumruq başlarını əzəcək. Hələlik görünən odur ki, indiki vəziyyətdə xalq kilsə agentlərinə geniş dəstək vermir. Çünki onların əsl simalarını və kimə qulluq etdiklərini bilirlər".

Oxşar xəbərlər
10:32, Bu gün
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə ehsan mərasimi təşkil olunub və şəhid ailələrinə maliyyə yardımı göstərilib
10:15, Bu gün
Bakı COP 29-a hazırdırmı? - RƏSMİ 
10:03, Bu gün
XİN: Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı müraciət olmayıb
09:59, Bu gün
Nar qabığında mükəmməl müalicə! - Qaynadıb içənə şəfa olur
09:49, Bu gün
Apple ilk dəfə Hindistanda iPhone 16 Pros istehsalına başladı
09:41, Bu gün
Niderland millisinin sabiq futbolçusu vəfat etdi
09:37, Bu gün
“Sən gəbərəcəksən... Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq...”- Ona Azərbaycan rəhbəri belə demişdi...
09:32, Bu gün
Azərbaycanda zeytun yağı niyə bahadır?
09:26, Bu gün
"Neftçi"də yeni baş məşqçi kim olacaq? - NAMİZƏDLƏR
09:18, Bu gün
Təzyiq xəstələri saat neçədə yatmalıdır?
09:09, Bu gün
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür
08:59, Bu gün
Ukrayna onları cəzalandıracaq
08:48, Bu gün
C vitamini baxımından limonu üstələyən yeganə meyvə!
08:39, Bu gün
Şuşaya qayıdan sakin: Şəhidlərimizin əllərinin dəydiyi yerləri öpəcəm
08:20, Bu gün
Şuşaya növbəti köç karvanı yola salındı
08:10, Bu gün
Boşanmanı geridə qoymağın 13 yolu- ZAMAN ŞƏFA GƏTİRƏCƏK 
07:59, Bu gün
Lukaşenko Rusiya PUA və dronlarını vurmağa icazə verdi...-"TASS"
07:55, Bu gün
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
07:45, Bu gün
“Instagram”ın 14 yaşı var - Haqqında nə bilirik?
07:29, Bu gün
Bu içkilər insulta səbəb olur - Araşdırma
07:14, Bu gün
"İranın İsrailə sərt cavab üçün ən azı 10 ssenarisi var..."- "Tasnim"
07 Oct 2024 | 23:56
Ukraynanı tərk edən deputatlar cəzalandırıla bilər
07 Oct 2024 | 23:26
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
07 Oct 2024 | 22:55
İnyesta karyerasını başa vurdu
07 Oct 2024 | 22:50
"Mənə geri qayıdacaq..." - Ülviyyə
07 Oct 2024 | 22:45
Cənubi Avropada səhra təhlükəsi... - BMT xəbərdarlıq etdi
07 Oct 2024 | 22:40
Arıqlamağa kömək edəcək çərəz hansıdır?
07 Oct 2024 | 22:37
Gəncliyin və sağlamlığın başlıca sirləri nədədir? - 71 yaşlı həkimdən məsləhət
07 Oct 2024 | 22:33
Korotçenko Fransanın Ermənistan vasitəsilə Rusiyaya daxil olan saxta mallarından danışıb
07 Oct 2024 | 22:23
Ermənistan prezidenti: "İrəvan Bakı ilə sülh sazişinin COP-29-a qədər imzalanacağına ümid edir"
07 Oct 2024 | 22:19
Üç uşaq anasının baldızı tərəfindən döyülməsi ilə bağlı iddia araşdırılır
07 Oct 2024 | 22:08
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirildi - FOTO
07 Oct 2024 | 22:00
Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını AÇIQLADI
07 Oct 2024 | 21:53
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
07 Oct 2024 | 21:48
Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı
07 Oct 2024 | 21:40
Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
07 Oct 2024 | 21:39
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
07 Oct 2024 | 21:35
İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
07 Oct 2024 | 21:30
Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”
07 Oct 2024 | 21:23
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
07 Oct 2024 | 21:15
"Maşın" şouda qazandığı avtomobillə Şuşaya getdi - FOTO
07 Oct 2024 | 21:08
"Aygün stil ikonası, möcüzədir"
07 Oct 2024 | 21:00
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİLƏNİB - FOTO
07 Oct 2024 | 20:52
Sabahın tibbi-meteoroloji PROQNOZU
07 Oct 2024 | 20:51
İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyir
07 Oct 2024 | 20:44
"Apple" hər il yeni məhsullar təqdim etməyi dayandırır
07 Oct 2024 | 20:36
İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"
07 Oct 2024 | 20:28
Lətifə virusa yoluxdu
07 Oct 2024 | 20:21
"Dünya Hitlerin qarşısını aldı, indi növbə onundur" - Ərdoğan
07 Oct 2024 | 20:20
Bu həftə cekpot vuracaq BÜRCLƏR
07 Oct 2024 | 20:13
Tanınmış rəssamın qızının faciəvi ölümü - Toyu olacaqdı...
07 Oct 2024 | 20:05
"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə alındı
07 Oct 2024 | 19:55
“Qarabağ” ciddi itki ilə üzləşdi
07 Oct 2024 | 19:48
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
07 Oct 2024 | 19:40
Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir
07 Oct 2024 | 19:30
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
07 Oct 2024 | 19:18
Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
07 Oct 2024 | 19:10
Azərbaycanda 3 ulduzlu hotellər də bahalaşdı
07 Oct 2024 | 19:05
Məşhur türk serialı FİNAL EDİR
07 Oct 2024 | 19:00
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR
07 Oct 2024 | 18:55
Astiqmatizm nədir?
07 Oct 2024 | 18:50
Mask və "Tesla" üçün vacib həftə
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 18:32
Prezident generalı nazir müavini TƏYİN ETDİ - DOSYE
07 Oct 2024 | 18:27
Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi
07 Oct 2024 | 18:23
Soçidən Bakıya birbaşa aviareyslər açılır
07 Oct 2024 | 18:21
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya - FOTO
07 Oct 2024 | 18:15
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
07 Oct 2024 | 18:13
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
07 Oct 2024 | 18:08
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
07 Oct 2024 | 18:05
Putin Ərdoğanla müzakirə APARDI
07 Oct 2024 | 18:00
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
07 Oct 2024 | 17:54
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
07 Oct 2024 | 17:48
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
07 Oct 2024 | 17:40
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
07 Oct 2024 | 17:36
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:30
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
07 Oct 2024 | 17:24
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
07 Oct 2024 | 17:18
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
07 Oct 2024 | 17:13
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
07 Oct 2024 | 17:07
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
07 Oct 2024 | 17:02
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
07 Oct 2024 | 16:57
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
07 Oct 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
07 Oct 2024 | 16:50
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 16:42
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
07 Oct 2024 | 16:37
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
07 Oct 2024 | 16:32
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
07 Oct 2024 | 16:27
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
07 Oct 2024 | 16:22
Prezidentin adından saxta məlumat yayıldı
07 Oct 2024 | 16:17
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
07 Oct 2024 | 16:12
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
07 Oct 2024 | 16:07
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
07 Oct 2024 | 16:03
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
07 Oct 2024 | 15:59
Çavuş arvadını öldürüb intihar etdi
07 Oct 2024 | 15:55
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
07 Oct 2024 | 15:50
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
07 Oct 2024 | 15:38
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
GÜNLÜK
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 12:30
Azərbaycana qarşı 2010-cu il “ssenarisi”: “Qərbi Ermənistan ideya”sının pərdəarxası...
07 Oct 2024 | 14:41
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
07 Oct 2024 | 11:15
16 sanatoriya ləğv olundu - SİYAHI
07 Oct 2024 | 10:56
Yer kürəsində maqnit qasırğası başladı
07 Oct 2024 | 11:39
“Ermənistan Azərbaycandan rəsmi üzr istəsin...” - Qüdrət Həsənquliyev
07 Oct 2024 | 11:03
Ukraynada həyəcan siqnalı verilib, Kiyevdə partlayışlar eşidilir
07 Oct 2024 | 12:36
"Rusiyaya təzyiqimizi artıracağıq, yalnız güclə sülhü yaxınlaşdırmaq olar" - Zelenski
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 12:57
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
07 Oct 2024 | 16:47
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
07 Oct 2024 | 12:30
Azərbaycana qarşı 2010-cu il “ssenarisi”: “Qərbi Ermənistan ideya”sının pərdəarxası...
07 Oct 2024 | 14:41
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
07 Oct 2024 | 11:15
16 sanatoriya ləğv olundu - SİYAHI
07 Oct 2024 | 10:56
Yer kürəsində maqnit qasırğası başladı
07 Oct 2024 | 11:39
“Ermənistan Azərbaycandan rəsmi üzr istəsin...” - Qüdrət Həsənquliyev
07 Oct 2024 | 11:03
Ukraynada həyəcan siqnalı verilib, Kiyevdə partlayışlar eşidilir
07 Oct 2024 | 12:36
"Rusiyaya təzyiqimizi artıracağıq, yalnız güclə sülhü yaxınlaşdırmaq olar" - Zelenski
07 Oct 2024 | 18:45
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
07 Oct 2024 | 12:57
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...