CHP-nin anti-türk siyasəti: Erdoğdu Bakıya niyə hücum edir? 
Oxunub: 3372
03 Feb 2022 | 22:41
CHP-nin anti-türk siyasəti: Erdoğdu Bakıya niyə hücum edir? 
Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə qanunverici orqanları tərəfindən ratifikasiya olunduğu, Bakı-Ankara qardaşlıq xəttində siyasi, iqtisadi və hərbi, ümumilikdə bütün sektorlar üzrə əməli fəaliyyətin həyata keçirildiyi vaxt çatlaq səslər yenidən eşidilir. Və bu səslərin qardaş ölkədən gəlməsi xüsusilə diqqət çəkir.
 
Nə baş verir, hansı qruplar Bakı-Ankara yoluna tramplinlər düzmək istəyirlər və gerçək hədəf nədir?
 
Bu sual ətrafında daha geniş müzakirələr də açmaq olar, hərçənd, son proseslər fonunda diqqəti konkret məqamlara çəkməklə nə baş verdiyini və gerçək hədəfin nə olduğunu anlamaq mümkündür.
 
CHP-nin İstanbuldan olan millət vəkili Aykut Erdoğdu Türkiyədə təbii qaz qiymətinin çox olması iddiası ilə AKP hökumətini tənqid edib. Bunu qardaş Türkiyənin iç məsələsi, ana müxalifət partiyası ilə iqtidar arasındakı siyasi mübarizənin bir hissəsi hesab etmək olardı, amma və lakin...
 
Erdoğdunun iki iddiası məsələnin mahiyyətinin təkcə daxili siyasi mübarizə olmadığını, arxasında qaranlıq güclərin dayandığı oyunların dövriyyəyə salındığını deməyə əsas verir:
 
- CHP-li millət vəkili iddia edir ki, 2007-ci ildə Türkiyə Azərbaycandan ucuz qiymətə qaz alırdı, lakin AKP bu qiyməti Azərbaycanın istəyi ilə iki qatına çıxardı;
 
Halbuki, 2011-ci ilin 25 oktyabrında Azərbaycan və Türkiyə arasında “Şahdəniz – 2” layihəsi üzrə imzalanan sazişə əsasən Türkiyə Azərbaycandan təbii qazı bazar qiymətindən 30 faiz ucuz almağa başlayıb. Təkcə BTC ilə daşınan qazın qiymətinin aşağı salınması Ankaraya 3,7 milyard dollar qazanc gətirib. Bu, başlanğıc idi və sonrakı dövrdə Türkiyə enerji ilə bağlı nə vaxt sıxıntı yaşasa, Azərbaycan qardaşının köməyinə çatıb. İki həftə öncə İrandan idxal olunan qazın dayanması zamanı da Azərbaycan dərhal prosesə qoşuldu və qardaş ölkəyə ixrac olunan qazın həcmini artırdı. Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaşının yanındadır və “bir millət iki dövlət”in qardaşlığını siyasi ambisiyalara alət etmək bu millətin yanında yox, qarşısında olmaq deməkdir. Görünür, Erdoğdu bunu anlamır, yaxud anlamaq istəmir və ittihamlarını davam etdirir.
 
- İddia edir ki, Azərbaycan Türkiyə üçün həyati əhəmiyyət daşıyan “Nabucco” layihəsinin qarşısını aldı və yerinə Türkiyə üçün heç bir əhəmiyyəti olmayan TANAP layihəsi qoyuldu. Ardınca Türk axını layihəsinə qarşı çıxır, bildirir ki, “Rusiya bu layihə ilə Ukrayna tranzitini sıradan çıxararaq, Qara dənizdən keçirəcəyi boru xətti ilə Avropaya qaz satacaqdı”...
 
Və Erdoğdu, eləcə də onun təmsil olunduğu CHP bu sözlərlə gerçək niyyətlərini də açmış olur.
 
Qərb tərəfindən irəli sürülən “Nabucco” layihəsi əslində Cənub Qaz Dəhlizi layihəsinin başqa forması idi və nəticə etibarilə Azərbaycan qazı Avropaya çıxacağı üçün Bakı üçün divident də vəd edirdi. Lakin Azərbaycanın bu layihəyə razılaşmamasının ciddi səbəbləri var idi.
 
Birincisi, layihə kifayət qədər bahalı idi;
İkincisi, bu layihədə iştirak etmək bölgədə Rusiya ilə üz-üzə gəlmək demək idi və Bakı regional prosesləri nəzərə alaraq, ağıllı strategiya tətbiq etdi;
Üçüncüsü və ən mühümü bu layihənin altında yatan anti-Türkiyə hədəfi idi.
 
“Nabucco” adı buradakı gizli oyunu anlamağa imkan verir: layihə adını İtaliya operası olan “Nabucco”dan götürüb, bu operanın da adı qədim Babil hökmdarı “Nabukadnezar”ın adından ilhamlanır. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul oluna bilər, hərçənd, Babil torpaqlarının “Kürdüstan dövləti” yaratmaq istədikləri əraziləri əhatə etməsi təsadüfi deyildi və hədəf bu coğrafiyada qurmağı planlaşdırdıqları “Kürdüstan”ın iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Yaxın Şərqdən təbii qazın gələcəkdə bu layihəyə qoşulmasının və boru xətlərindən birinin də Şimali İraq ərazisindən keçməsinin nəzərdə tutulması da uzaqmənzilli hədəfi aydınlaşdırır.
 
Azərbaycan lideri bu oyunu pozdu: Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan strateji gediş etdi, Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi.
 
Bu prosesdə Əliyevlə Ərdoğan “bir millət iki dövlət”in gələcəyi naminə böyük strategiya izlədilər. Sonrakı proseslər də “Nabucco” layihəsinin yerinə TANAP-ın icra edilməsinin nə qədər doğru qərar olduğunu təsdiqləyir.
 
Suriyanın şimalında, Türkiyənin cənubunda “terror dəhlizi”ni həyata keçirmək istədilər: hədəf Şimali İraqdan başlayaraq, Suriyanın şimalı boyunca aralıq dənizinə çıxış əldə etmək və Türkiyənin cənub sərhədlərində “Kürdüstanı” yaratmaq idi; “Nabucco” layihəsi qəbul olunsaydı, bu coğrafiyada qurulacaq “terror dövləti”nin iqtisadi müstəqilliyi də bu layihənin hesabına təmin olunacaqdı və “enerji təhlükəsizliyi” adı altında Türkiyəni də bunu qəbul etməyə məcbur edəcəkdilər;
 
Türkiyə Suriyadakı əməliyyatları ilə bu planın qarşısını böyük ölçüdə ala bildi, lakin bu gün belə həmin ssenari rəfə qaldırılmayıb, Vaşinqton PKK-nın Suriya qanadı olan PYD/YPG-ni açıq şəkildə silahlandırır, bölgədəki “müttəfiqi” olaraq qəbul edir.
 
Hadisələr göstərdi ki, Əliyevlə Ərdoğanın TANAP gedişi təkcə enerji siyasəti yox, Türkiyənin dövlət təhlükəsizliyinin bir parçasıdır.
 
TANAP layihəsi ilə Bakı və Ankara dünyanın enerji xəritəsində müstəqil oyunçu olmaq imkanı da əldə etdilər və bu gün Avropanın enerji təhlükəsizliyində həlledici gücə sahibdirlər.
 
Şərqi Aralıq dənizinə Türkiyəyə qarşı oynanılan oyunu xatırlayın: Əliyev Bakıda Yunanıstan səfirini qəbul edərkən bəyan etdi ki, “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”; bununla Türkiyəyə qarşı Yunanıstan üzərindən hücum edənlərə mesaj verdi ki, “Türkiyənin bölgədəki təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyinə risklər yaradır” və bu amil prosesdə Ankaranın əlini gücləndirən faktorlardan biri oldu.
 
TANAP layihəsi qardaş Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında da əhəmiyyətli rol oynayır: Azərbaycan qazını bazar qiymətindən daha ucuz idxal edir və istənilən vaxt qaz tədarükündə problem yaranacağı təqdirdə, qardaşının onun yanında olduğunu bilir; İrandan qaz idxalında texniki problem yarananda bunu gördük;
 
Və sual yaranır: bütün bunları Aykut Erdoğdu bilmirmi?
 
- CHP “Nabucco”nun uzaqmənzilli hədəflərinin nə olduğunu anlamırdımı?
- CHP TANAP-ın Türkiyəyə gətirdiyi iqtisadi və siyasi dividentlərdən xəbərsizdirmi?
- CHP gerçəkdənmi Türkiyənin milli maraqlarını müdafiə edir?
 
Sonuncu sualın cavabı hər şeyi ortaya çıxarır və Erdoğdunun niyə indi Bakıya hücum etməsini, niyə indi “Nabucco”nun xiffətini çəkməsini aydınlaşdırır: Qərb kartları yenidən qarışdırır və Türkiyədə “5-ci kalon” kimi istifadə etdiyi CHP üzərindən Bakı-Ankara xəttində çatlar yaratmağa cəhd edir; və proseslər Erdoğdunun iddialarının daxili siyasi mübarizədən daha çox, böyük oyunun bir hissəsi olduğunu deməyə əsas verir;
 
Geosiyasi oyun və hədəflər: ABŞ-Rusiyanın qarşıdurması pik həddə çatıb və ötən ilin dekabrından başlanan proseslər Vaşinqtonun istəyinə hələ də nail ola bilmədiyini göstərir. ABŞ-ın əlini zəiflədən, əksinə Rusiyanın əlini gücləndirən Avropadır, daha doğrusu, “Köhnə Qitə”nin rus qazından asılılığı. Bayden Administrasiyası məhz buna görə Avropanı tamamilə anti-Rusiya cəbhəsinə çəkə bilmir, Fransa və Almaniya faktiki Rusiya ilə ayrı danışıqlar aparır və istər Ukrayna, istərsə Şərqi Avropada kartların paylanılmasında Vaşinqtonsuz anlaşmaya gedirlər. Paris və Berlinin əsası var, Rusiya ilə qarşıdurma Avropanın donması deməkdir, bununla yanaşı, almanlar ruslarla birlikdə “Şimal axını” layihəsinin həyata vəsiqə almasına çalışır. Əgər “Nabucco” layihəsi gerçəkləşmiş olsaydı, hazırda Avropa “rus qazı”ndan asılılığı böyük ölçüdə olmayacaqdı və “Köhnə Qitə” ABŞ-ın Şərq ekspedisiyasında yer alacaqdı. Və bütün bunlar Türkiyənin milli təhlükəsizliyi hesabına başa gələcəkdi.
 
Geosiyasi qarşıdurma fonunda Türkiyədə CHP üzərindən TANAP-ın hədəfə alınması, “Nabucco”nun dirçəldilməsinə yönəlik təbliğatın qurulması sıradan məsələ deyil və böyük oyunun bir hissəsidir: Türkiyə ictimaiyyətində TANAP-a qarşı rəy formalaşdırılır, buna paralel olaraq, “Nabucco” layihəsinə rəğbət yaradılır; Əliyevlə Ərdoğanın iki ölkənin milli təhlükəsizliyi və gələcəyi naminə tətbiq etdikləri strategiyaya türk cəmiyyətində etiraz yaratmağa cəhd olunur; Bakı-Ankara xəttində çatların yaranması iki ölkənin birlikdə və müstəqil həyata keçirdikləri enerji siyasətini riskə ata və “Nabucco”nun dirçəldilməsinin yolu açıla bilər;
 
Erdoğdunun məsələni türk insanının məişət problemi üzərindən qabartması və sözü TANAP-a, “Nabucco”ya, “Türk axını”na gətirməsi incə işlənmiş təbliğatdır. Və bunun məhz CHP-li millət vəkilinin etməsi təəccüblü deyil.
 
- O CHP ki Türkiyənin Suriyada “terror dəhlizi”nə qarşı əməliyyatlarına qarşı çıxır;
- O CHP ki Öcalanı lideri görən HDP ilə ittifaqa gedir;
- O CHP ki Türkiyənin Qarabağ məsələsində belə Azərbaycanın yanında olmasını istəmir;
- O CHP ki Türkiyənin milli və müstəqil siyasətini yox, Qərbin dəsti-xəttini dəstəkləyir;
 
Və bunu məhz Şuşa Bəyannaməsinin ratifikasiya edildiyi ərəfədə edirlər. Bu, bir daha təsdiq edir ki, hədəf Türkiyə vətəndaşlarının məişət problemi yox, Bakı-Ankara qardaşlığıdır.
 
Bu gün qardaş Türkiyə CHP-nin timsalında “5-ci kalon” problemi ilə üz-üzədir. Bu problem Azərbaycana yaxşı tanışdır, lakin biz istər Ramiz Mehdiyevin timsalında şimalın, istərsə radikal müxalifətin timsalında qərbin ölkədəki “kalonu”nu neytrallaşdıra bildik. Şuşa Bəyannaməsinə qeyd-şərtsiz dəstək də buradan qaynaqlanır. Türkiyə dövləti və xalqı da “5-ci kalon”dan xilas olmalıdır...
 
Asif Nərimanlı
Oxşar xəbərlər
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI