Prezident seçkilərindən sonra Milli Şurada yaşanan qopmaların hakimiyyətlə əlaqədar olması ilə bağlı səslənən ittihamların sayı sürətlə artmaqdadır. Bəzi siyasilər hesab edir ki, bir çox partiya və fərdlərin seçkidən dərhal sonra Milli Şura sıralarını tərk etməsi onların bu quruma öz iradələ əsasında, səmimi şəkildə daxil olmadığını, hakimiyyətin yazdığı ssenari əsasında fəaliyyət göstərdiyini isbatlayır.
Bununla bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili, Müsavat Partiyası Divanının üzvü İkram İsrafil məlum ittihamlarla razılaşmadığını vurğuladı:
“Milli Şuradan qopmaların hakimiyyətlə heç bir əlaqəsi yoxdur. Bu cür ittihamlar kimin tərəfindən səslənməsindən asılı olmayaraq, reallığı əks etdirmir. Milli Şura prezident seçkilərində demokratik qüvvələrin birgə iştirakına hesablanan, bu məqsədlə yaradılan bir təşkilat idi. Prezident seçkilərinin bitməsi ilə Milli Şura da bitdi. Buna görə də, Milli Şuradan qopmaları hakimiyyətlə əlaqələndirmək doğru deyil”.
Seymur Əliyev