Müsavatla AXCP arasındakı bitib-tükənməyən ziddiyyətlərə hüquq müdaqfiəçisi Vidadi İsgəndərli çox orijinal şərh verib. O Moderator.az-a açıqlamasında bu mübarizəni “Barselona” və “Real Madrid” futbol klubları arasındakı sonu görünməyən savaşa bənzədib:
“Müsavata
və AXCP-yə rəbərlik edən şəxslərin 26 illik siyasi təcrübələri var. Bu münaqişənin
bir neçə səbəbi var. Əsas səbəblərdən biri “ana müxalifət” adı uğrunda gedən
savaşdı. İkincisi, vaxtilə Müsavat-ın parçalanmış AXCP-nin legitim qanadı kimi
KXCP-ni tanıması, eyni zamanda 2000-ci ildə parlament seçkisində faktiki qalib
Müsavat olduğu halda,hakimiyyət parlamentdəki yeri cəbhəçilərə verməsi olub. O
vaxt Müsavat Cəbhəni hakimiyyətlə iş birliyində qınayırdı. Yəni, bu dava indi
başlamayıb və çox dərin kökləri var. İndi Müsavatın Milli Şuradan getməsindən cəbhəçilər
istifadə edir ki, Əli Kərimlini müxalifətin vahid lideri etsinlər, öənlərdə baş
verənlərin heyfini çıxsınlar. Bu səbəbdən də çəbhəçilər müsavatçılara qarşı
daha aqressivdi. Bu partiyaların ideologiyaları, məram və məqsədləri eyni olsa
da hər bir fanatlaşmış partiya üzvü digər partiyanın nüfuzdan düşməsi üçün hər
vasitəyə əl atır. Mən bu mübarizəni siyasətdə əbədi rəqib kimi “Barselona” və “Real
Madrid” futbol klublarının mübarizəsinə bənzədirəm. Ona görə də kimsə onları
barışdırmaq gücündə deyil və neçə ki, bu iki partiya var, intriqa da,
bir-birinin nüfuzuna zərbə vurmaq cəhdləri də davam edcək. Hətta hakimiyyətlər
dəyişsə belə bu savaşda heç nə dəyişməyəcək.”