Azərbaycan-Türkiyə təlimləri intensivləşir: Səbəb nədir? - Səfir
Oxunub: 1424
23 Sep 2021 | 13:01
Azərbaycan-Türkiyə təlimləri intensivləşir: Səbəb nədir? - Səfir
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçının müsahibəsini təqdim edirik:
 
- Cənab səfir, Qarabağda 44 günlük əməliyyatların birinci ildönümü yaxınlaşır. Ölkə başçısı və Azərbaycan cəmiyyəti haqlı savaşımızda Türkiyənin siyasi, mənəvi, hərbi dəstəyini yüksək qiymətləndirir. O günləri necə xatırlayırsınız?
 
- Öncəliklə təşəkkür edirəm. Təbii ki, Qarabağ sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının, türk yurdlarının, bir sözlə, dünyanın harasında türk varsa, hamısının ortaq kədəri idi. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Çox şükür, 30 il keçdi, amma sonda bu kədər sevincə çevrildi.
 
Bütün türk dünyası və türk toplumunun Qarabağda yaşananlarla, Xocalı soyqırımı və işğal dövründəki digər qətliamlarla ürəyi dağlandı. Qafqazdan Ərzuruma, Sivasa qədər dərdlər ortaqdır, amma dərdlərin ortaq olduğu bir dövrdə bir-birimizə edə bildiyimiz yardımlar çox məhdud idi.
 
Türkiyə 1974-cü ildə bir sanksiya ilə qarşı-qarşıya qalmışdı, 1991-ci ildə bu embarqo ləğv edildi. Buna baxmayaraq, Türkiyə bu şərtlər altında Azərbaycanın haqlı davasını və ərazi bütövlüyünü müdafiə etdi. Amma sovet hökumətinin dağıldığı bir dövrdə bu işğalın qarşısını almaq mümkün olmadı.
 
Ümummilli lider Heydər Əliyevin övladlarına və Prezident İlham Əliyevə ən önəmli, bəlkə də ən böyük, hətta ən başlıca vəsiyyəti Qarabağın azad olunması idi. Qəhrəman ordunun və cənab Prezidentin əzmkarlığı, iradəsi və Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Qarabağ erməni işğalından azad olundu. Artıq ağrı-acılar geridə qalıb.
 
Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi haqqında “Biz” adlı tarixi-sənədli film nümayiş olunurdu. Orada bir şəhid anasının çıxışını heç unutmuram. Dedi ki, “bir gözümüz ağlayır, digəri gülür. Bir gözümüz ağlayır, çünki mən bir şəhid anasıyam, körpə balaları var, onlar bizə, Azərbaycana əmanətdir. Biz bu kədəri keçəcəyik, sızıltı içimizdə qalır. Bir gözümüz gülür, çünki artıq Qarabağ azaddır”. Bu baxımdan ağrı-acılar geridə qaldı, indi artıq sevinclə irəliyə baxmaq, inkişaf etmək zamandır.
 
İkinci Vətən müharibəsinin birinci ildönümünü yaxınlaşır. Bu zəfər münasibətilə Azərbaycan xalqını, qalib Ordunu və Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevi təbrik edirəm.
 
- Azad olunan torpaqlarımızda bir neçə dəfə səfərdə olmusunuz. 30 il işğal altında qalan Azərbaycan torpaqlarında gördükləriniz barədə danışmanızı istərdik, Qarabağda hansı dəyişikliklərin şahidi oldunuz?
 
- Şuşaya ilk gedən səfir mənəm. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri zamanı Füzulidə, Şuşada oldum. Həqiqətən də dəhşətli mənzərələrin şahidi olduq. Füzuli rayonunun Qaraxanbəyli kəndindəki ilk postdan keçəndə mina sahələrini, sipərləri, ətrafa dağılan top-tank batareyalarını, mövqeləri görəndə dəhşətə düşmüşdüm. Yüzlərlə kilometr dərinlikdə olan mina sahələrinin arasından keçərək öncə Füzuliyə, daha sonra Çanaqçı, Daşaltı kəndlərini keçib Şuşaya çatdıq.
 
Şuşanı təsvir etmək olduqca çətindir. Qədim şəhərdir, min illərdir adət-ənənəsi olan Qafqazın ən məşhur məkanıdır. Mənim deyimimlə Qarabağ Azərbaycanın ürəyidir, amma Şuşa Qafqazın incisidir, tacıdır.
 
Doğrudan da ilk görəndə duyğularımı ifadə edə bilmədim. Biz ora gedəndə yol yox idi, 8-10 saatlıq yorucu bir səfər etmişdik. Hər tərəfdə inşaat işləri gedirdi, Zəfər yolunun da inşasına yeni başlanılmışdı. Bu qədər yorğun olmağıma rəğmən, o gecə tez yatmaq istəmədim. Şuşanın səssizliyini, quşların səsini dinləmək, Qafqazın o gözəl havasını içimə çəkmək istədim.
 
Səhər oyananda isə sanki dincəlmişdim. Bunları unuda bilmərəm. İnşallah, qismət olarsa, bunları bir xatirə kitabı şəklində yazmağı düşünürəm.
 
- Son zamanlarda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlər intensivləşib. Bu intensivlik nədən xəbər verir?
 
- Əslində, bunlar davamlı həyata keçirilən təlimlərdir. İllərdir Türkiyənin Azərbaycanla hərbi sahədə əməkdaşlığı var. Bu əməkdaşlığın əsası 1990-cı illərə, hətta ondan öncəyə söykənir. Son dövrlərdə qardaş Pakistan, Azərbaycan və Türkiyə çoxlu hərbi təlimlər keçirir. Bunlar təbii proseslərdir. Bu təlimlərin bir qismi də Türkiyədə baş tutur. Güclü bir Azərbaycan ordusu var. Azərbaycanın bu qüdrətli ordusunun hərbi təlimləri Türkiyə və Pakistanla imzaladığı müqavilələr çərçivəsində keçirilir.
 
- Türkiyə Müdafiə naziri Hulusi Akar son çıxışında bildirdi ki, Şuşa Bəyannaməsi gələcəkdə iki ölkə arasında atılacaq addımların başlanğıcıdır. Sizcə, Azərbaycan və Türkiyə buna uyğun olaraq, hansı yol xəritəsini izləyə bilər, nə kimi yeniliklər bizi gözləyir?
 
- Hələ uzun illər Şuşa Bəyannaməsi haqqında danışılacaq. Beynəlxalq əlaqələr üzrə mütəxəssislər, siyasi şərhçilər, tarixçilər Qars müqaviləsindən sonra Şuşa Bəyannaməsinin nə məna verdiyi ətrafında çox müzakirələr aparacaqlar. Mənə görə, Şuşa Bəyannaməsinin bir cümlə ilə xülasəsi budur - Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi və dərinləşdirilməsidir. Türkiyə-Azərbaycan əlaqələri müttəfiqlik səviyyəsindədir. Sənəd bütün sahələrdə - parlamentlər arasında, mədəni, təhsil, səhiyyə, o cümlədən hərbi, ticari və media sahəsindəki əməkdaşlıqları inkişaf etdirməyi və xüsusilə dərinləşdirməyi ehtiva edir.
 
Neft-qaz sektorunu saymasaq, qeyri-neft sektoru üzrə ticari əlaqələrdə Türkiyə ilə Azərbaycan birinci sıradadır. Bu baxımdan biz hər sahədə neftlə qazı da daxil edərək, iki ölkə arasında ticari əlaqələrdə birinci sırada olmağı arzu edirik. Prezidentlərin də bu istiqamətdə təlimatları var.
 
İki ölkə əlaqələrinin genişləndirilməsi istiqamətində bir hədəf də var. Azərbaycanla Türkiyə arasında ticarət münasibətləri bundan sonra bu ilin martın 1-dən qüvvəyə minmiş Preferensial Ticarət Sazişi çərçivəsində tənzimlənəcək. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Növbəti 3 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Heyətlər arasında təşkil edilən görüşlərinin mahiyyətində bu hədəf müzakirə edilir.
 
Keçən həftə Türk Şurasının iqtisadiyyat nazirlərinin iclası gerçəkləşdi. Toplantıda da bu mövzular dərinliklə müzakirə olundu. Şuşa Bəyannaməsi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü qorumaq istiqamətində Türkiyənin strateji tərəfdaşlıq əlaqəsi üçün təsis edilib. Digər tərəfdən də əlaqələri hər ölçüdə birləşdirmək, inkişaf etdirmək, dərinləşdimək məqsədi ilə ərsəyə gəlib.
 
- Türkiyə Azərbaycandakı komandanlığına 4 ən seçkin generalını göndərdi. Bu təyinatlar nəyə hesablanıb?
 
- Bizim əməkdaşlıqlarımız artır, bir çox yeni təmsilçiliklər açılır. Hazırda hərbi, müdafiə sənayesi, kənd təsərrüfatı, hərbi attaşe müşavirlikləri fəaliyyət göstərir. Hərbi əməkdaşlığımız olduqca dərindir. Onsuz da sülhü müşahidə edən bir generalımız var və o, missiyasını davam etdirir. Digər bir generalımız da burada işləyirdi, onun da vəzifə müddəti uzadıldı. Hazırda vəzifədə olan iki polkovnik də general rütbəsinə yüksəldi. Yəni onlar Türkiyədən gəlmir. Hazırda Azərbaycanda polkovnik statusunda vəzifədə olan iki general da Türkiyədə son hərbi şurada rütbə almışdı. Onlar hələ də buradadır. Dolayısilə bu, fövqəladə bir hal deyil.
 
Hərbi sahədəki əməkdaşlıqları irəli səviyyəyə çatdırmaq üçün səy göstərilir. Digər tərəfdən də monitorinq işləri həyata keçirilir. Laçın koridoru və Xankəndi bölgəsindəki sərhəddə pozulma varsa, bunlarla bağlı vəzifələrini icra edirlər. Onsuz da məhdud sayda bir fəaliyyət icra edilir.
 
- Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə müzakirələrə hazır olduğunu bildirir. Ankaranın buna münasibət nədir: münasibətlər hansı halda normallaşa bilər?
 
- Əslində, cənab prezidentimizin ifadələrində bu, aydın şəkildə var. Əlavə söz söyləməyə də lüzum yoxdur. Rəcəb Tayyib Ərdoğan açıq olaraq bəyan etdi ki, bölgədə normallaşmaya gedən yol əməkdaşlıqdan keçir. Bir sözlə, Ermənistan normallaşma arzu edirsə, əməkdaşlığa yanaşmalıdır. Ermənistan konstruktiv addımlar atmalıdır və Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Türkiyənin cəhdi heç şübhəsiz bu yöndədir. Amma Ermənistan konkret addım atmasa, normallaşma müddətində görüşməyin mənası olmayacaq. Çünki atəşkəs müqaviləsinin içərisində konkret bir məsələ var, Zəngəzur dəhlizi. Bu məsələ ilə bağlı konstruktiv addımlar atılmalıdır.
 
Mövzu sadəcə Zəngəzur, Azərbaycan, Türkiyə və Ermənistan məsələsi deyil. Bu, Gürcüstanı, Rusiyanı, İranı da maraqlandırır. Şərqdən qərbə bütün ölkələrin xeyrinədir. Məsələyə bu istiqamətdə baxmaq lazımdır. Türkiyə bu məsələnin həlli istiqamətində cəhd göstərir. Müşahidə etdiyimiz qədəri ilə Gürcüstanın da bəzi səyləri var. Məlumdur ki, Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək məqsədilə regional əməkdaşlıq formatının yaradılması üçün işlər aparılır. Məsələnin həlli yönündə cənab prezidentimiz də ortaya iradə qoyub.
 
- Açılması gözlənilən Zəngəzur dəhlizinin region dövlətlərinə qazandıracağı iqtisadi üstünlüklər nələrdir?
 
- Bir nümunə çəkim. Keçən aylarda içərisində maska, dezinfeksiya və sair məhsullar daşıyan bir gəmi Çindən Avropaya gedərkən Süveyş kanalını bağladı. Bir gəmi ucbatından dünya iqtisadiyyatı alt-üst oldu. Aralıq və Qırmızı dənizdə minlərlə gəminin hərəkəti məhdudlaşdı, mallarını son nöqtəyə çatdıra bilmədilər. Buyurun, sizə alternativ koridor təklif edirik. Bu, daha qısa və ortaq koridordur, hər kəsin də xeyrinə olan yoldur.
 
Təbii ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti var, amma bu marşrutdan Ermənistan, Gürcüstan və İranın faydalana biləcəyi əlavə və daha qısa bir koridordan söhbət gedir. Bu məsələyə ikili əlaqələrin inkişafına, ticarətə töhfə veriləcəyi mənasında baxmaq lazımdır.
 
Bu bölgədə hüzur və sabitliyi, sülhü qorumaq səylərini davam etdirdiyimiz müddətcə, ikili əlaqələr inkişaf edəcək və Körfəz ölkələri kimi önəmli bir nöqtəyə gələcək. Körfəz ölkələrində neftlə qaz xaricində ən vacib şey Süveyş kanalına yaxın bir tranzit nöqtəsidir. Bu, şərqdən qərbə gedən yüklərin köçürülməsi üçün hazırlanmış keçid nöqtəsidir və uzun bir koridordur.
 
Pekindən çıxan bir qatar 15 gündə Londona, 45 günə də London limanlarına çatır. Halbuki ortada daha qısa zamanda və daha az maliyyə vəsaiti tələb edən bir koridor var. Bu koridorun mərkəzi də Xəzər hövzəsidir. Burada Türkmənbaşı limanı da, Qazaxıstan da, Türkmənistan da və ən önəmlisi Bakı da dəhlizin üstünlüklərindən yararlanacaq. Bu koridor ticarətin inkişafına, istehsalın Xəzərə axmasına qatqı təmin edəcək. Bir sözlə, hər kəsin maraqlarını təmin edir.
 
- 30 ilə yaxın erməni işğalına məruz qalan torpaqlarımızda vandalizm izləri böyükdür. Amma buna baxmayaraq biz tezliklə Qarabağda canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Türkiyə şirkətlərinin azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazır olduqlarını hər zaman bəyan edib. Təsadüfi deyil ki, ilk müqavilələr də qardaş Türkiyənin şirkətləri ilə imzalanıb. Onlar artıq ermənilərin dağıtdığı şəhər və kəndlərimizin bərpasında iştirak edirlər, yol çəkirlər. Bu mənada iki ölkənin strateji əməkdaşlığı yeni müstəvidə inkişaf edir. Maraqlıdır, Türkiyə şirkətləri bölgədə daha hansı sahələrə investisiya yatırmaq istəyər?
 
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin son zirvə toplantısında bu məsələ müzakirə olundu. Qarabağda sadəcə Türkiyə deyil, bütün türk dünyasına yönəlmiş imkanlar və fürsətlər var. Azərbaycan tərəfindən qardaş ölkələrə kənd təsərrüfat, enerji, sənaye və yaşayış sahələrində işlərin olacağı elan edildi. Bu sahələrə töhfə vermək istəyən ölkələrə şirkətlərini Qarabağa yönləndirmək təklif olundu.
 
Heç şübhəsiz, türk şirkətləri dünyada ən sürətli və keyfiyyətli iş görən şirkətlərdir. Bunu hər kəs bilir. Cənab prezidentin təlimatı hər şeyin zirvəsindədir. Zəfər yolu 6 ayda başa gəldi, bundan əlavə, Füzuli Beynəlxalq Hava Limanının inşası 1 il olmadan başa çatdı. Ötən həftə Füzuli Beynəlxalq Hava Limanını ziyarət etdim, ərazidə olan bir təyyarənin yerlə əlaqələri yoxlanılırdı. Demək olar ki, təyyarə uçuşa hazırdır, terminal binasında da işlər bitib, uzağı iki həftəlik xırda-para işləri qalıb.
 
Dünyanın harasında bir hava limanı 9 aya başa gəlib?! Belə bir nümunə yoxdur, amma Azərbaycan bunu bacardı. Əl əməyi ilə 24 saat işlər görüldü. Türk şirkətləri ilə bərabər Azərbaycan şirkətləri də var. Bu baxımdan dəmiryolu, magistral yol, enerji, sənaye bölgələri, yaşayış sahələri, infrastruktur, smart işlər kimi layihələrdə türk şirkətləri işləməyə hazırdır.(Teleqraf.com)
Oxşar xəbərlər
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ