“Koalisyon hökumət ideyası Heydər Əliyev irsinə hörmət olardı”
Siyasət
Oxunub: 8813
25 Oct 2013 | 09:53
“Koalisyon hökumət ideyası Heydər Əliyev irsinə hörmət olardı”

“Mövcud komanda ilə də demokratiyaya keçid etmək olar”

Sərdar Cəlaloğlu : “İlham Əliyev indiki şərtlərlə reformalar həyata keçirməyə cəhd etsə, bu reformalar onun məhvinə gətirib çıxardacaq”

 9 oktyabr seçkilərindən sonra ölkədə mövcud olan siyasi gərginlik getdikcə artmaqdadır. Yerli ictimaiyyətlə yanaşı beynəlxalq aləmin də tanımadığı seçkilərin nəticəsinə etiraz edən müxalif qüvvələrin keçirdiyi aksiyalar, bu yöndə verilən müxtəlif bəyanatlar, rəsmi Bakının Qərb dünyasından təcrid edilməsi və s. mövcud hakimiyyətin durumunun kifayət qədər ağır olduğunu göstərir. Məhz belə bir məqamda hakim komanda daxilində bəzi dəyişikliklər həyata keçirilib ki, bu da siyasilər tərəfindən ictimai rəyi çaşdırmaq, insanlarda hansısa ciddi dəyişiklərin baş verəcəyinə inam hissi yaratmaq cəhdi kimi qiymətləndirilməkdədir. Siyasilərin qənaətincə, ciddi dəyişikliklər niyyətində olan, demokratik islahatlar həyata keçirmək istəyən hakimiyyət hökumətdə yeni simaların təmsil olunmasına şərait yaratmalı, formal dəyişikliklərə deyil, köklü, rassional dəyişiklərə imkan yaratmalı idi. Mövcud situasiyada isə bu cür dəyişikliklərin müşahidə edilməməsi hakimiyyətin yeni dönəmi də köhnə qaydalarla idarə etməkdə maraqlı olduğunu göstərir. Habelə, hakimiyyətin ADP sədri, prezidentliyə sabiq namizəd Sərdar Cəlaloğlunun müxalifətlə iqtidarın əməkdaşlığını nəzərdə tutan kosliyon hökumət ideyasına reaksiya bildirməməsi də, hakim komandanın demokratiyaya təcridi keçiddə maraqlı olmadığını göstərir. Odur ki, ADP sədri S.Cəlaloğlu ilə söhbətimizdə, bütün bu məsələlərə aydınlıq gətirməklə yanaşı, koalisyon hökumət ideyasına olan bu münasibəti də təhlil etməyə çalışdıq.

 - Sərdar bəy, öncə Milli Şuranın 27 oktyabr tarixinə təyin edilən aksiyasına münasibətinizi öyrənmək istrədik. Sizcə bu aksiyaların hansısa formada səmərəsi olacaqmı?

 - Təbii ki, bu aksiyaların siyasi səmərəsi olmayacaq. Ancaq müəyyən mənada, yəni ictimai etiraz kimi, insan hüquqlarından istifadə və beynəlxalq ictimaiyyətin diqqətini ölkədəki vəziyyətə cəlb etmək kimi ikinci dərəcəli vəzifələri yerinə yetirmək baxımından bu aksiyalar heç şübhəsiz ki, əhəmiyyətlidir.Amma bu aksyalarla seçkilərin nəticəsinin ləğv ediləcəyi və yeni seçkilərin keçiriləcəyini düşünmək yanlışdır. Çünki bu, olmayacaq. Çox güman ki, zaman keçdikcə, bu aksiyalar zəifləyəcək. Bir müddətdən sonra isə aksiyalardan ümumiyyətlə imtina olunacaq. 2003-cü ildə mitinqlərə yüz mindən çox adam çıxdı. Axırda 15-20 minlik mitinqlərlə prosesi yekunlaşdırdıq. Indi proses on mindən başlayıbsa, hardasa iki ildən sonra aksiyalarda cəmi 600-77 nəfər şəxs iştirak edəcək. Bu baxımdan mitinqləri siyasi məqsədə çatmaq baxımında  effektiv hesab eləmirəm.

 - O zaman çıxış yolunu nədə görürsünüz?

 - Biz seçkidən sonra fərqli bir addım atdıq. Baxmayaraq ki, seçkilərin nəticəsi ilə biz də tam razı deyilik. Ancaq bununla belə hökumətə yeni ideyalar verdik. Biz elan etdik ki, seçkinin mövcud nəticəsi siyasi inkişafa səbəb ola bilməz. Siyasi inkişafın yoxluğu şəraitində birtərəfli iqtisadi inkişaf ölkəni fəlakətə aparır. Əgər doğrudan da birtərəfli iqtisadi inkişaf varsa, az-çox iqtisadi inkişafa səbəb olan islahatların nəticəsində monopolya və korrupsiya inkişaf edib. Siyasi inkişaf olsaydı, korrupsiya heç vaxt bu həddə çatmazdı. Iqtisadiyyat ciddi gəlirləri təmin edir, lakin bunun üzərində siyasi nəzarət olmadığı üçün, korrupsiya inkişaf edir. Ölkədə bir sferada baş verəın dəyişikliklər başqa sferada baş verən dəyişikliklərlə müşahidə olunmursa, o dəyişilməni pozitiv qiymətləndirmək olmaz. Deməli, bu neqativ dəyişiklikdir. Çünki siyasi inkişaf olmayacağı təqdirdə nə qədər çox neft və ya qaz çıxarılacasa, o qədər də çox oğurlayacaqlar. Dövlət nə qədər çox pul qazanacaqsa, bir o qədər də dövlətin pulunu çox oğurlayacaqlar. Amma iqtisadi inkişafa paralel siyasi inkişaf olsa, ona uyğun hüquqi inkişafa nail olunsa ”“ qanunlar və hüquq-mühafizə orqnaları təkmilləşsə, təbii ki, ölkə doğrudan da həqiqi inkişafa nail ola bilər.

 - Siyasi dəyişilmələri necə həyata keçirmək olar?

 - Siyasi dəyişilmələr üç cürdür. Bunlardan biri komandaların yer dəyişməsidir. Ikincisi, komandanın öz daxilində dəyişilmələr, üçüncüsü isə komandanın qalıb öz siysətini dəyişdirməsidir. Bu baxımdan Azəerbaycanda keçirilən son prezident seçkiləri komandanın dəyişilməsinə gətirib çıxartmadı. Hesab edirəm ki, mitinqlərlə siyasi inkişafa, siyasi dəyişilmələrə nail olmaq mümkün deyil. Hakimiyyəti mitinqlərlə məcbur etmək mümkündürmü ki, siyasətini dəyişsin? Mümkün deyil. Biz fərqli bir yol tutmuşuq. Hakimiyyətə koalisyon hökumət ideyasını təklif edirik. Tutaq ki, elan edilən rəqəmlər realdır və biz 1% və ya 1%-dən az yer tutmuşuq. Əgər hökumət tədrici demokratiyaya keçid istəyirsə, o zaman bu addımı atmalıdır. Bütün problemlərin həlli üçün siyasi dəyişilmələr zəruridir.

 - Elan edilən faizlərlə koalisiyaya getmək mümkündürmü? Hakimiyyət iddia edə bilərmi ki, bu göstəricilər müxalif qüvvələrin koalisiyada iştirakı baxımından yetərli deyil?

 - Birincisi deməliyəm ki, elan edilən göstəricilər formaldır. Onların hamısı konnikturaya məruz qalıb. Hökumət bunu etiraf etsə də, etməsə də bu, belədir. Demokratiya çoxunluq prinsipi ilə işləyirsə, bu bolşevizmdir. Əgər sən azlıqla konsesnsusa gəlmirsənsə, deməli bu demokratiya deyil. Biz hakimiyyətə deyirik ki, tutaq ki, çoxunluq sənin tərəfindədir. Biz hökumətdə hakim partiya ilə bərabər şəkildə təmsil olunmaq istəmirik ki. Buna koalisiyanın kiçik qanadı deyirlər. Biz topladığımız səsə uyğun koalisiyada çıxış etmək istəyirik. Iqtidar özünü Heydər Əliyev yolunun, Heydər Əliyev siyasətinin davamçısı hesab edir. Əslində səmimi şəkildə deməliyəm ki, bizim bu ideyanı H.Əliyev Azərbaycanda tətbiq eləmək istədi. Çox təəssüf ki, yalnız Naxçıvanda bu alındı. Orada parlament Xalq Cəbhəsi və kommunitslərdən ibarət oldu. Icra hakimiyyətlərini də böldü. Burada da cəbhəçilər və kommunistlər yer aldı. Azərbaycana gələndən sonra isə H.Əliyev təklif etdi ki, Elçibəyin komandası onunla qalıb işləsin. Onlar bundan imtina etdilər, vəzifələrini dondurdular və s. Etibar Məmmədovu hökumətə dəvət etdilər. Lakin E.Məmmədov müəyyən iddialarına görə bundan imtina elədi. Sonra bizim üstümüzə hakimiyyətdə təmsil olunmaq üçün elçi göndərdilər. Mən, eləcə də Qurban Məmmədov bundan imtina elədi. Daha sonra Nemət Pənalını dəvət etdi. Tək bir N.Pənahlı bütünlükdə o komandaya əks qüvvə kimi çıxış edirdi. H.Əliyev dönəmində özünü radikal elan edən partiyalardan biri hakimiyyətlə gizli şəkildə əməkdşalıq etmişdi. Hətta koalisyon hökumət ideyası ilə bağlı danışıqlar aparmışdılar. Sonda bundan imtina etdikləri üçün bu iş pozuldu. Bir sözlə, H.Əliyev ikinci dəfə Azərbycan qayıdandan sonra koalisiya yolunu tutub. O, ölənə qədər koalisiyalarla Azərbaycanı idarə edə bildi. Son günlərə qədər o bu ideyanı gündəndə saxlayırdı.

 - Sizcə bu ideyanın reallaşmamasının günahkarı sadəcə əməkdaşlıqla bağlı təklif alan qüvvələr oldu?

 - Ədalət naminə etiraf etməliyəm ki, bunun alınmamasının günahı H.Əliyevdə olmadı. Bunun günahı Heydər Əliyevin koalisiya təklif etdiyi qüvvələrdə oldu. Biz bundan imtina edib getmədik, E.Məmmədov H.Əliyevin vermək istəmədiyi səlahiyyətləri istədi, Xalq Cəbhəsi fəaliyyətini dondurdu və istefa verdi, dediyim radikal qanad da hökumətə “atdı”. N.Pənahlı isə koalisiyanın tərəfi kimi öhdəliklərini yerinə yetirmədi. H.Əliyevin stolunun üstündən hansısa sənədi götürüb aşkarladı və s. Hansı ki, bu cür addım atmaq düzgün deyildi. Çünki koalisiyada iştirak edən tərəflərin həm də məsuliyyə məsələsi var. N.Pənahlı səlahiyyət əldə etmişdi, amma məsuliyyəti bölüşdürmürdü. Bu gün biz əslində yeni bir şey təklif etmirik. H.Əliyevin özünün gündəmə gətirdiyi, reallaşdırmağa çalışdığı idarəetmə modelini yenidən tətbiq edilməsini istəyirik. Bu gün biz bu məsələdə üzərimizə düşən öhdəliyi yerinə yetirəcəyimizə əmin olduğumuz üçün bunu təklif edirik. O vaxt H.Əliyevin koalisiyada görmək istədiyi qüvvələrin heç biri öz öhdəliyini yerinə yetirməyib. Imkan düşən kimi cığallıq edib və ya başqa addımlar atıb. Bu baxımdan əslində bizim bu ideya H.Əliyev irsinə hörmət olaraq qəbul edilməlidir. Olunar olunar, olunmaz özləri bilər. Əgər ölkə iqtidarı demokratiyaya keçid eləmək istəyirsə, onun koalisiya yaratmaqdan başqa yolu yoxdur.

 - Sizcə mövcud siyasi böhranı koalisiya yaratmadan həll etmək mümkün deyil?

 - Bildiyiniz kimi, seçkilərin nəticəsində böhran yaranıb. Avropa Birliyi, Amerika, ATƏT-in DTİHB bu seçkilərin nəticəsni tanımır. Hansı ki, ATƏT-in məlum bürosu 54 ölkənin bürosudur. Deməli 54 dövlət rəsmi şəkildə seçkilərin nəticəsini tanımır. Ölkə daxilində də seçkilərin nəticəsini əksər siyasi partiyalar qəbul etmir. Bu isə öz növbəsində ciddi siyasi böhrandır. Bu böhrandan qurtulmağın isə iki yolu var. Iqtidar ya növbədənkənar parlament seçkiləri elan edib həqiqətən Qərbin, ATƏT-in dediyi tövsiyyələrə əməl edərək demokratik seçki keçirməli, real güclər nisbətinə uyğun parlament formalaşdırmalıdır. Hansı ki, koalisyon hökumətin görə biləcəyi işi parlament üzərinə götürməlidir. Yəni dempkratiyaya keçid parlamentdən başlamalıdır. Ya da koalisyon hökumət yaradılmalı və demokratiyaya keçidə icradan başlamaq lazımdır. İndiki halda biz bunu daha məqbul hesab edirik. Biz demirik ki, yalnız ADP ilə koalisiyaya gedilsin. Biz deyirik ki, əgər hökumət ölkədə demokratik reformalar həyata keçirmək istəyirsə, anlamalıdır ki, təkpartiyalı siyasi sistemdə bu mümkün deyil. Təkpartiyalı siyasi sistemlərdə reformaların iki acı nəticəsi olur. Ya reformaları həyata keçirən qüvvənin özü hakimiyyətdən gedir. Ya da dövlət dağılır. Buna nümunə olara SSRİ-ni göstərmək olar. Xuruşov Stalindən sonra reformalara başladı. Nəticədə təyyarədə ikən onu istefaya göndərdilər. Qarbaçov isə islahatlar apardı, SSRİ dağıldı. Amma Çin fərqli addım atdı. O, reformaların əhəmiyyətini başa düşdü, eyni zamanda SSRİ-nin aqibətini də gördü. Anladı ki, təkpartiyalı siyasi sistemdə bu mümkün deyil. Buna görə də Çin reformlar həyata keçirməmişdən öncə 6 partiya yaratdılar. 7 partiya birlikdə islahatlar həyata keçirdi. Nəticədə Çin nəinki dağılmadı, dünuyanıln ən inkişaf etmiş ölkələri sırasına çıxdı. Bu bir daha göstərdi ki, təkpartiyalı siyasi sistemdə reforma aparmaq mümkün deyil. Əgər bu gün indiki şərtlərlə İlham Əliyevin özü də reformalar həyata keçirməyə cəhd etsə, bu reformalar onun məhvinə gətirib çıxardacaq. Reformalar keçirmək və onun effektivliyini təmin etmək baxımından koalisiyaların yaradılması olduqca vacibdir. Bunun adını koalisyon hökumət deyil, nə istəyirsinizsə qoyun. Amma əsas olan bu ideyadır ki, Azərbaycanın mövcud durumu bunu gerçəkləşdirməyi zəruri edir.

 - Ancaq bəzi siyasilər iddia edir ki, Azərbaycan parlamentli respublika olduğu üçün burada koalisyon hökumət yaratmaq mümkünsüzdür. Bu qənaəti bölüşürsünüzmü?

 - Bu fikirlərlə mən də mətbuatdan tanışam. Bəziləri iddia edir ki, Azərbaycan parlamentli respublika deyil ki, koalisyon hökumət yaradılsın. Indi mən soruşuram. Əgər doğrudan da biz hər şeyi qanunla, konstitusiyaya uyğun ediriksə, o zaman bu seçkilərin nəticəsi ləğv eilməlidir. Çünki dünya bu nəticələri tanımır. Yox əgər konstitusiyanı bir kənara qoyub demokratiyaya keçid eləmək, hakimiyyətin legitimliyini təmin etmək, Azərbaycanı beynəlxalq təcriddən xilas etmək istəyiriksə, o zaman qeyri-ənənəvi addımlar atmalıyıq. Azərbaycanın dövlət quruluşu qarışıq quruluşdur. Əslində Azərbaycana nə prezidentli respublika demək olar, nə də parlamentli respublika. Əgər baş nazir varsa, bu o deməkdir ki, burada prezidentli respublika yoxdur. Çünki heç bir prezidentli respublikada baş nazir yoxdur. Prezidentli respublikalar o respublikalardır ki, orada prezident baş naziirn səlahiyyətlərini yerinə yetirir. Azərbaycanda baş nazir var. Bu isə o deməkdir ki, Azərbaycan prezidentli respublika deyil. Lakin  eyni zamanda Azərbaycan parlamentli respublika da deyil. Ona görə ki, baş nazir parlamentdən seçilmir. Faktiki olaraq elədir. Guya YAP seçkilərdə qalib gəlib, parlamentdə çoxluq təşkil edib, hökuməti o təşkil edir. Amma formal olaraq parlamentli respublika deyil. Beləliklə, konstitusiyanın özü imkan verir ki, konstitusyalı hökumət yaransın. Kim ki Azərbaycanda inkişaf istəmir, onlar məsələnin bu tərəfini qabartmağa çalışırlar. Iddia edirlər ki, guya bu mümkün deyil. Baxın, Amerikada Obama demokratların prezidenti ola-ola respublikaçıları hakimiyyətə dəvət eləmədi? Amerikada bir neçə nzir respublikaçıdır. Başqa ölkələrdə də bu cür nümunələr yetərincədir. Əsas odur ki, niyyət təmiz olsun. Əgər sənin niyyətin təmizdirsə, formal tələbləri əsas götürməyə ehtiyac yoxdur. Yox əgər sənin niyyətin, məqsədin təmiz deyilsə, bunun baş tutmaması üçün yüzlərlə bəhanə gətirə bilərsən.

 - Ola bilərmi ki, iqtidar bu ideyanın hansısa mərhələdə onun zərərinə işləyə biləcəyindən ehtiyat edir və buna görə də, bu ideyanı reallaşdırmaq istəmir?

 - Bizim bu təklifimiz ilk növbədə iqtidarın özünə xeyirdir. Yalnız bu, iqtidarı mövcud problemdən xilas edə bilər. Biz təklif edirik ki, iqtidar koalisyon hökumət təcrübəsinə keçsin. Iqtidarın da, xalqın da təkpartiyalı idarəçilikdən canı qurtulsun. Bu, Azərbaycana qarşı olan iddiaların da yumşalmasını təmn edə bilər. Bu, cəmiyyətdə real inkişafın baş verməsi üçün zəruridir. Bizim istəyimiz bununla bağlıdır. Buna müsbət və ya mənfi cavab verməsi isə iqtidarın özündən asılıdır.

 - Sərdar bəy, əgər iqtidar koalisyon hökumət ideyasına gedərsə, o zaman sizə hansı post ayrıla bilər? Hansısa vəzifə ilə bağlı müəyyən gözləntiniz varmı?

 - Məndən bu barədə tez-tez xəbər alırlar. Mən bildirirəm ki, bizim məqsədimiz vəzifə davası aparmaq deyil. Biz nə hökuməiti silahlı yolla yıxmaq, nə də korrupsiya ilə məşğul olmaq istəyirik ki, iddia edək ki, bizə mütləq güc nazirliklərini verin. Bizim nə güc, nə də iqtisadi nazirliklərdə gözümüz yoxdur. Bizim niyyətimiz ictimai-siyasi situasiyanı dəyişmədkir. Niyyətimiz hakimiyyəti içəridən dəyişmək və ya ona daxildən “xox” eləmək deyil. Buna görə də biz hakimiyyət nəyi təklif edərsə, ona uyğun da addımımızı atacayıq. Biz görsək ki, hökumətin bu təklifindən isifadə edib demokratik dəyişikliklərə nail olmaq mümkündürsə, o zaman böyük məmnuniyyətlə bu təklifi qəbul edərik. Bu vəzifə nə olursa-olsun, bunun mətləbə dəxli yoxdur.

 - Son günlər hakimiyyət bəzi kadr dəyişikliklərə imza atdı ki, bunlardan da biri yeni nazirliklərin yaradılması, habelə müdafiə naziri postuna başqa bir şəxsin gətirilməsi oldu. Sizcə bütün bunları hakimiyyətin kadr islahatı kimi dəyərləndirmək mümkündürmü?

 - Dəyişilmələr ici cür olur. Biri var ki, vəzifəyə yeni kadr təyin edirsən. Bir də var ki, bir kadrı burdan çıxardıb başqa yerə qoyursan. Daxili Qoşunlar komandanı olan bir şəxsin müdafiə naziri postuna gətirilməsini dəyişiklik hesab etmək olmaz. Çünki o, yeni sima deyil. Ikincisi, komanda həqiqətən də 86% səs toplayıbsa, bu uğura komandanın fəaliyyəti nəicəsində nail olunubsa, o zaman bu komanda da hansısa dəyişiklik həyata keçirməyə nə lüzum var ki? Axı məntiqlə götürsək ki, bu komanda sənə 86% səs gətirib? Məntiqlə İ.Əliyev bu komandanı dəyişdirməməlidir. Buna görə də mən bütün bu məsələlərin hamısını qırağa qoyuram. Hesab edirəm ki, kadr dəyişiklikləri ola bilər. Lakin bu dəyişikliklər heç nəyə dəyişməyəcək. Vaxtilə bu gün bizi narahat edən bu məsələ kommunistlərin də qarşısında durmuşdu. Nikoloy öz qardaşının xeyrinə hakimiyyətdən imtina edəndə Lenin buna etiraz etmişdi. Bildirdmişdi ki, xarab olan maşının özüdür. Maşın sındırılmayana kimi adamların dəyişilməsi heç nəyi dəyişməyəcək. Azərbaycanda da situasiya dəyişdirilməlidir. Kadrların dəyişdirilməsi ilə nəyəsə nail olmaq mümkün olmayacaq. Elə ola bilər ki, sən eyni kadrlarla başqa bir situasiyada başqa bir dövlət yaradasan. Elə də ola bilər ki sən başqa adamlarla bu situasiyada bundan da pis dövlət yarada bilərsən. Mən seçki prosesində də məsələləri bu səbəbdən şəxsiləşdirmədim. Mən həmişə bildirmişəm ki, sosial-siyasi məsələlər şəxslərlə bağlı deyil. Azərbaycan xalqının böyük demokratlarından Şeyx Məhəmməd Xiyabaninin gözəl bir sözü var. O deyib ki, dövrün qabaqcıl insanının başlıca düşməni insnalar deyil, öz dövrlərinin ideyalarıdır. O ideyalar ki, xalqa, millətə, dövlətə ziyan verir. Biz korrupsiayaya düşmən olmalıyıq, korrupsionerə yox. Biz iqtidarın apardığı siyasətə düşmən olmalıyıq, iqtidarda təmsil olunan adamlara yox. Biz dövlətin idarəçiliyinin dəyişdirilməsinə daha çox cəhd etməliyik, nəinki fərdlərin dəyişdirilməsinə. Biz əgər ictimai-siyasi prosesləri fərdiləşdiririksə, o zaman bizim apardığımız mübarizənin heç bir effekti olmayacaq. Bu baxımdan hesab edirəm ki, mövcud komanda ilə də demokratiyaya keçid eləmək olar. Bu şərtlə ki, belə bir keçiddə həqiqətən də maraq olsun və o keçidi həyata keçirmək istəyən qüvvələr olsun.

 

Seymur Əliyev 

 

 

Oxşar xəbərlər
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək