Erməni təxribatları və Şanlı Qələbəyə gedən yol...
Oxunub: 2012
18 Nov 2020 | 18:17
Erməni təxribatları və Şanlı Qələbəyə gedən yol...
(Araşdırma, birinci hissə)

Tovuz döyüşləri: Ermənistanın əsl mahiyyəti faktlarla ifşa edildi

Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoydular. Düşmən bu dəfə açıq təcavüz şəklində münaqişə ocağında (Dağlıq Qarabağ) deyil, birbaşa dövlət sərhədində təxribata əl atır. 
Belə ki, 12 iyul 2020-ci il tarixdə günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Hər iki tərəf itki verdi. Bu xəbər rəsmi şəkildə elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayımlandı. Ermənistan Müdafiə Nazirliyi isə o gün susmaq mövqeyi tutdu və bir gün sonra - iyulun 13-də (aşağıdakı fotoda nazirliyin rəsmi saytında iyul ayının 12-də heç bir məlumat yerləşdirilmədiyi açıq görünür) absurd bir məlumat yaydı. 
 
Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytı

Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə,  Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində "UAZ" markalı avtomobillə  Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Guya Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar. Nazirlik ardınca qeyd edir ki, sərhəddə vəzifəsini yerinə yetirən iki polis əməkdaşı mühafizə postunun yaxınlığında düşmənin silah tətbiq etməsindən yüngül xəsarətlər alıb. Ermənistan silahlı qüvvələri heç bir itki verməyib, əksinə rəqibin bütün cəhdləri hədəfə alınaraq zərərsizləşdirilib.
Azərbaycan tərəfi isə bunu inkar edərək bildirdi ki, Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsəydi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhədinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir.
Təbii olaraq, insidentin ilk günü düşmən sərt cəza tədbirləri ilə yerində otuzduruldu. Bəli, şəhidlər verdik. Amma artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edildi. 
 
Ermənistan Müdafiə Nazirliyi bu dəfə də rəsmi məlumat yaydı ki, guya silahlı qüvvələri heç bir itki verməyib, əksinə, düşmən geri çəkilməyə məcbur edilib.

Diqqət edin, Azərbaycan düşmən obyektlərinin məhv edilməsini konkret foto və videolarla sübut etdiyi halda, Müdafiə Nazirliyi hər şeyi olduğu kimi etiraf etdiyi, obyektiv məlumat yaydığı halda, Ermənistan tərəfi həmişəki kimi faktsız, yalan və qərəzli informasiyalarla çaşqınlıq yaratmağa çalışdı.
Beləliklə, məhz bu çaşqınlıqdan sonra Ermənistan cəmiyyətində bir çaxnaşma yaşandı. Sosial şəbəkə istifadəçilərinin fəryadları bir-birinə qarışdı.
Edqar Qasparyan adlı şəxs "Twitter”də məhv edilən erməni əsgərin şəkilini paylaşaraq yazıb: "Yalanlarla dolu Ermənistan. Dünən qonşumuz Henrix Baqdasaryanın 19 yaşlı nəvəsinin meyitini gətirdilər. Bizdə niyə geri dönən yalnız əsgərlərimizin cənazəsi olmalıdır. Hakimiyyətə gəlməsi üçün gecələr belə yatmadığımız, dəstək olduğumuz Paşinyan Ermənistanı məhvə aparır”.
Bəli, bu gün bir Ermənistan vətəndaşının söylədiyi bu fikirlər artıq bütün erməni cəmiyyətinin düşüncəsində hakimdir.

Erməni təxribatını və yalanlarını ifşa edən əsas faktlar

İndi isə mövzudan uzaqlaşmadan, gəlin, Tovuz döyüşləri zamanı erməni təxribatını və yalanlarını ifşa edən digər əsas faktlara diqqət çəkək.
Sərhəddə baş verənləri dərhal və operativ təhlil etmək məqsədilə iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Qapalı müzakirələr aparıldı. Mövcud vəziyyət və atılacaq addımlar təftiş edildi. Bəs, həmin gün Ermənistan tərəfi nə etdi? Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, səfirliyin hərbi-hava attaşesi Sergey Kopirkin ilə görüşdü. Azərbaycanla sərhəddə baş verənləri, Azərbaycan Ordusunun sərt cavab tədbirlərini ilk olaraq böyükağası Rusiya ilə müzakirə etdi.
                      
Yerevan.13 iyul 2020

Təkcə bu fakt Ermənistanın hərbi məsələlərdə nə qədər aciz və çarəsiz olduğunu göstərir. Nəinki hərbi, bütün dövlət idarəçiliyində Ermənistan daim vassal rolunda çıxış edib, nə özünün müstəqil qərarı, nə də fikri olub...
                                         
Bakı. 13 iyul 2020

Əlqərəz, iyulun 13-ü gecədən başlayaraq Azərbaycan sərt cəza tədbirlərinə start verdi. Düşmənin sərhədboyu əsas strateji obyektləri məhv edildi. Günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi. 
 
13 iyul 2020. Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilir

Qarşı tərəf yenə də itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam etdi. Bununla belə, Azərbaycan tərəfi cəza tədbirlərini davam etdirdi, ard-arda düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya diviziyasının idarəetmə məntəqəsi, uzunmüddətli atəş nöqtələri, daha bir neçə hərbi obyekti və döyüş texnikası, eləcə də hərbi nəqliyyat vasitələri, hərbi kazarması və səhra idarəetmə məntəqəsi ordumuzun dəqiq atəşi ilə yerlə yeksan edildi.

Bəli, bunlar Azərbaycan Müdafiə Nazirliyinin rəsmən təqdim etdiyi faktlardır. Bu qədər itkiyə rəğmən, yenə də erməni rəsmiləri bəyan etdilər ki, Ermənistan silahlı qüvvələrinin heç bir itkisi yoxdur. Halbuki, onlarla hərbçisi, bir hərbi obyekti və bir neçə hərbi texnikası artıq məhv edilmişdi.

Təbii ki, Ermənistan tərəfi sonrakı günlərdə baş verən hadisələri, verdiyi ciddi itkiləri də eyni qaydada gizlətməyə çalışdı, Müdafiə Nazirliyi cəmi 2 hərbi qulluqçusunu (1 mayor və 1 kapitan) itirdiklərini bəyan etdi. Sonradan Ermənistanın İstintaq Komitəsi bu döyüşlərdə erməni tərəfinin cəmi 4 hərbi qulluqçusunun öldüyünü və 36 nəfərin yaralandığını açıqladı. Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı növbəti dəfə itkiləri gizlətməkdə ittiham edərək onun azı yüzə yaxın hərbi qulluqçusunu itirdiyini bildirdi.
Bunlar azmış kimi, iyulun 14-də Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusuna məxsus hərbi bazaları vurduğunu iddia etdi. Belə ki, Nazirliyin rəsmi saytında Azərbaycan hərbi bazalarının vurulduğu iddia edilən qeyri-müəyyən videogörüntülər paylaşıldı.
Daha bir erməni hiyləsi və onu bataqlıqda boğan PUA

İndi isə gələk daha çox söz-söhbətə səbəb olan PUA-lara (Pilotsuz Uçuş Aparatı). 

Ermənistan Müdafiə Nazirliyi erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Amma erməni cəmiyyəti də sübut tələb edirdi. Elə buna görə də Ermənistanın Müdafiə Nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı.
         
Lakin fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.
Bu faktı Azərbaycanın Müdafiə Nazirliyi də təsdiqlədi. Nazirlik, həmçinin bəyan etdi ki, "Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir".
Təbii olaraq, Ermənistanın bu kimi saxtakarlıqları nəinki Azərbaycan daxilində, hətta dünya ekspertləri arasında da təftiş və ifşa edildi.

Almaniyanın tanınmış hərbi eksperti Julian Repke Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus İsrail istehsallı PUA-nın vurulması anı ilə bağlı yaydığı məlumatı ifşa etdi. Ekspert həmin saxta görüntüləri özünün "Twitter" hesabında paylaşaraq bunun yalan olduğunu bildirdi.
O, Ermənistan Müdafiə Nazirliyinə istinadən "Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin” deməklə, Ermənistanı çıxılmaz bir bataqlığa atdı.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı guya Azərbaycana aid PUA olduğu bildirilən videoda sərnişin təyyarəsi əks olunub.

Ermənistanın rəsmi səviyyədə yaydığı bütün yalanlara rəğmən, Azərbaycan Ordusu yenə də öz sözünü dedi. Belə ki, ümumilikdə Tovuz döyüşləri ərəfəsində düşmənin düz 4 (dörd) ədəd PUA-sı darmadağın edildi. Özü də hər birinin görüntüləri rəsmi şəkildə yayımlandı. Vurulduğu ana canlı olaraq sərhəd zonasında yaşayan sakinlər və ümumilikdə Azərbaycan xalqı şahidlik etdi.
              
16-22 iyul 2020. Düşmən PUA-larının məhvi
PUA hiyləsinin də işə yaramadığını görən düşmən bu dəfə fərqli dezinformasiyalara qucaq açdı. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının endirdiyi zərbə nəticəsində Tavuş vilayətinin Çinari kənd sakini Aramais Hovakimyanın yaralandığı barədə məlumat yaydı. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu təxribatını da cavabsız qoymadı. "Əlbəttə, Azərbaycan zəngin və özünü təmin edən bir dövlətdir, lakin öz pulunu boş yerə xərcləməyəcək. Birincisi, əvvəllər dediyim kimi, heç vaxt yaşayış məntəqələrini atəşə tutmuruq. İkincisi, bizim PUA-lar üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var, məsələn, Ermənistan ordusunun mövqeləri. Biz də elə bunu edirik” - deyə, nazirlikdən rəsmi açıqlama verildi.
Lakin düşmənin yalanları bitib-tükənmək bilmir. Belə ki, Tovuz döyüşlərinin gedişatı zamanı, iyulun 14-də Ermənistan Müdafiə Nazirliyi sözü ilə əməli üst-üstə düşməyən bir bəyanat yaydı. Bildirildi ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmur. Yalnız Azərbaycan Silahlı Qüvvələrinin mühəndis infrastrukturu və texniki vasitələri hədəf alınır...
Lakin nəticə göz önündədir:
Tovuzun Ağdam və Dondar Quşçu kəndləri, döyüşlərdən sonra

Onu da qeyd edək ki, mütəxəssislərdən ibarət qrup döyüşlərdən sonra Tovuz rayonunun atəşə məruz qalmış yaşayış məntəqələrində - Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində 61 fərdi ev və təsərrüfat sahəsinə baxış keçirdi. Baxış zamanı müəyyən olundu ki, 6 ev  tam yararsız vəziyyətə düşüb və əsaslı tikinti tələb olunur. Bundan başqa, 15 ev və yardımçı tikili, habelə tövlələrə ciddi zərərin dəydiyi, 40 ev və təsərrüfatda isə yüngül fəsadlar olduğu müəyyənləşdirildi.
Bunlarla yanaşı, artilleriya atəşi nəticəsində fərdi təsərrüfatlara da ciddi ziyan dəydi. Belə ki, kənd sakinlərinin 20-25 xırdabuynuzlu heyvanı və 70-75 ev quşu tələf oldu, qış ehtiyatı üçün toplanan 300-350 ot bağlaması tamamilə yandı, bir sıra vətəndaşların şəxsi avtomobilləri mərmi qəlpələrindən ciddi zədələndi, 15 evdə vətəndaşların məişət əşyaları və həyətyanı əkin sahəsi zərər gördü...
Beləcə, Ermənistan 2016-cı ilin Aprel döyüşlərindən sonra növbəti fiziki və mənəvi məğlubiyyətə uğradı. Doğrudur, Ermənistan nə qədər iddia etsə ki, guya ilk olaraq Azərbaycan təxribat törədib, guya ilk hücumu Azərbaycan Ordusu edib, buna heç kim inanmadı. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Birincisi, əgər Azərbaycan hücuma başlamaq və ya erməni silahlı qüvvələrini atəşə tutmaq qərarına gəlsəydi, bu, işğal olunmuş əraziləri azad etmək məqsədi ilə həyata keçirə bilərdi, daha Ermənistanla sərhəddə yox!
İkincisi, Azərbaycan Ordusu hücuma əlbəttə ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı kimi UAZ markalı avtomobildə keçməzdi. Azərbaycan daha güclü hərbi texnikaya malikdir və düşməni uzaq məsafədən darmadağın etməyə qadirdir. Hücuma bir UAZ ilə getməyi elan etmək axmaqlıq olardı.
İrəvanın budəfəki planı başqa idi - Azərbaycanı hücuma keçən tərəf kimi göstərmək, bununla da Bakını təcavüzkar kimi qələmə vermək. Təbii ki, bu plan alınmadı. Çünki Azərbaycan haqqın tərəfindədir, onun yeganə məqsədi işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək idi. 
Bütün bu dediklərimizə əsas nöqtəni isə elə Ermənistanın öz mediası qoydu. Belə ki, 15 iyul tarixində Ermənistanın nüfuzlu "İravunk" qəzeti “Tavuş münaqişəsindən kimlər fayda götürdü?” sərlövhəli yazı ilə Ermənistan hakimiyyətini ifşa etdi.
 
Kerob Sarksyanın müəllifi olduğu məqalədə qeyd olunur: "Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantı keçirəcəyi açıqlandı və tarix təyin olundu. Sonra məlum oldu ki, toplantı qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi izahat budur ki, KTMT baş verənləri öyrənmək istəyirdi. Daha dəqiq desək, Rusiyada sərhəddə baş verənlərlə bağlı bəzi suallar yaranmışdı. KTMT toplantısının təxirə salınmasının Ermənistanın müvafiq qurumları tərəfindən şərh edilmədiyi isə o deməkdir ki, bizim hökumət toqquşmaların mənşəyini izah edə bilməyib".
Məqalədə hücumun əslində Ermənistan hakimiyyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı olduğu təsdiqlənirdi. “Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir”- deyə, məqalədə vurğulanırdı.

2020-ci il erməni təxribatı Azərbaycan xalqının gözü ilə 

Ermənistanın təxribatı Tovuzda və ətraf rayonlarda yaşayan əhalidə çox böyük təəccüb doğurmadı. Çünki əhali vaxtaşırı ermənilərin sərhədboyu kəndləri ağır silahlardan atəşə tutduğunu bilirdilər və Azərbaycanın əsgərinin mövqelərinin basılmaz olduğuna da əmin idilər. Lakin erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimizin qisasının alınması üçün ölkənin müxtəlif yerlərində “Qarabağ” şüarları altında yürüyüşlər təşkil edildi. Azərbaycan xalqı bir tərəfdən şəhidlik zirvəsinə ucalan əsgərlərini böyük izdihamla qarşılayıb dəfn edir, digər tərəfdən isə Ali baş komandanın döyüş əmrini gözləyirdi. İyul ayının 13-ü və 15-də Azərbaycan Respubklikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi iclaslar keçirildi. Ali komandan çıxışlarında bildirdi ki, ermənistanın növbəti təxribatının qarşısı alındı və onlar Azərbaycan torpaqlarına bir santimetr belə girə bilmədilər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktını bütün dünya tanıyır. Prezidentimiz xalqa müraciət edərək Azərbaycan dövlətinin kifayət qədər gücə, orduya, silaha malik olduğunu bildirdi. Eyni zamanda bildirdi ki, bu təxribatın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Dünya miqyasında artıq Ermənistan hakimiyyəti uğursuzluğa düçar olmuşdur. Prezidentimizin də dediyi kimi bizim hakimiyyət xalq hakimiyyətidir və bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar ayağa qalxaraq “Qarabağa”, “Xocalıya” ədalət istəyirlər. 
Beləliklə, materialın təhlilindən belə nəticəyə gəlirik bu vaxta qədər Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün tutduğu yol yeganə doğru yol idi: tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qələbə çalmaq və hərbi-iqtisadi cəhətdən daha qüdrətli Azərbaycan dövləti qurmaq! Terror, soyqırımlar törədən və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşizmini diz çökdürmək!

Aysel Kişiyeva
Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin eksperti, 
I dərəcəli ədliyyə qulluçusu  
Oxşar xəbərlər
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM