Tahir Süleymandan sensasion açıqlamalar
Oxunub: 14151
12 Sep 2013 | 13:38
Tahir Süleymandan sensasion açıqlamalar


 “Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Tahir Süleyman bir neçə gün öncə Moderator.az-a açıqlamasında Azərbaycanda yaşayan kürdlərin sayi ilə bağlı mübahisə doğuracaq fikirlər səsləndirmişdi. Odur ki, onunla bu barədə ətraflı danışaraq iddia etdiyi statistikanı hardan götürdüyü ilə maraqlandıq. Onun sensasiya doğuracaq fikirlərini təqdim edirik.

 - Hazırda Azərbaycanda nə qədər kürd yaşayır?

 - Rəsmi məlumatlara görə, Azərbaycanda yaşayan kürdlərin sayı 13 mindir. Ancaq bu, doğru məlumat deyil, Azərbaycanda yaşayan kürdlərin sayı əslində təxminən iki milyon, iki milyon yarım civarındadır. Mən say məsələsi ilə bağlı narazılığımı Dövlət Statistika Komitəsinə bildirmişəm. Görəsən bu idarədə bir nəfər ağıllı adam varmı? Heç olmasa köhnə statistikalara baxib rəy verəydilər.13 min bir kəndin əhalisidir. Heç başqalarını demirəm, qohum-əqrəbamın sayı 13 min olar.

 1920-ci ilin statistikasına görə təkcə Kürdüstan qəzasında 280 min kürd olub. Özünüz də bilirsiniz ki, hazırda dünyada ən böyük artıma malik olan xalqlardan biri də kürd xalqıdır. Yaxşı, bu 93-ildə artim olmadi,  bəs onda 280 min hara yoxa çıxdı? Hər halda kosmosa uçmadılar.

 Qarabağdan, keçmiş  Kürdüstan qəzasından ermənilər tərəfindən didərgin düşən kürdlər, hazırda Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. İndi güclü assimilyasiya gedir. Belə getsə, yaxın illərdə respublikada kürd dilində danışan bir ailə də tapılmayacaq.

 Bu məsələ ilə bağlı Prezidentə müraciət etmişdik ki, yerlərdə kürd dilinin öyrənilməsinə, kürd adət-ənənəsinin itməməsinə şərait yaradılmalıdır. Bundan başqa Azərbaycanda yaşayan azsaylı xalqlara İTV efirində heç olmasa həftədə bir saat vaxt verilməlidir. Dünyada 64 milyon kürd xalqı var. Heç olmasa dünya kürdlərinə çatdıraq ki, ermənilər keçən əsrin əvvəllərindən başlayaraq günümüzə qədər  başımıza nələr gətiriblər.

 Şükr ki, bu gün Türkiyədə illərdən bəri gedən münaqişəyə son vermək üçün barışıq addımları atılır, biz də öz tərəfimizdən bu barışığa “alqış” deyərək, dəstək veririk.  İki qardaş xalqların arasına yüz ildən artıqdır ki, münaqişə salmışdılar. Arada kasıb-kusub, türkün-kürdün balaları ölürdü. Hesab edirəm ki, Ərdoğan doğru mövqedədir, bu məsələ öz həllini çoxdan tapmalı idi.

 Türkiyənin elə gözəl coğrafi təbii şəraiti var ki, qardaşlar arasında problem olmasa, Türkiyə qısa bir vaxtda dünyanın öndə gedən dövlətlərindən birinə çevrilə bilər.

 Təsəvvür edin, Atatürkün və onun tərəfdarlarının düzgün olmayan siyasətinə görə, 80 ildir Türkiyədə qarşıdurmalar yaranaraq, bu günümüzə qədər gəlib çıxıb. Kürd xalqının indiyə qədər cümhuriyyət dönəmində 170-dən çox silahlı üsyanları baş verib. Bu üsyanlar Fransanın, Türkiyənin, Çar Rusiyasının, keçmiş SSRİ-nin və başqa dövlətlərin hesabına yatırılıb. Ümumiyyətlə silah satan dövlətlər, maraqlı qüvvələr səbəb olublar ki, türk və kürd qardaşlar bir-birini qırsın və Avropanın astanasında olan müsəlman Türkiyə dövləti güclənməsin. Düşünün, bu illər ərzində, silahlara verilən pullar Türkiyənin və bölgənin rifahına yönəldilsəydi, təsəvvür edin, Türkiyənin inkişafında  nələr əldə etmək olardı.

 Türkiyədə son 40-illik  PKK münaqişəsi ilə bağlı 5 min kürd kəndi boşaldılaraq böyük şəhərlərə, metropollara daşınıb. 5 min kənd bir Azərbaycan deməkdir.  5 min kəndin şagirdi, müəllimi, çobanı, əkinçisi, biçinçisi, həkimi, polisi, sadə vətəndaşları şəhərlərə köç etdi, kəndlər boş qaldı. Əkin-biçin, maldarlıq inkişaf etmədi. İstər-istəməz dövlətin iqtisadiyyatına ağır zərbə dəydi, çətinliklər yarandi. Ona görə də bu kəndləri  bərpa etmək lazımdır, insanlar öz kəndlərinə, doğma yerlərinə qayıtsın. Bəzi qüvvələr bu çətinlikdən istifadə edərək, Türkiyəyə borc kredit verərək özlərindən asılı vəziyyətə salmağa çalışdılar və qismən məqsədlərinə çatdılar.

 Kürdlər nə istəyir? Özlərinin adi insani haqlarını. Heç kimin ixtiyarı, haqqı yoxdur ki, Allahın yaratdığı hər hansı bir milləti assimiliyasiya  etsin və ya kölə halına salsın. Türkiyə dövləti ümum düşmənimiz olan ermənilərə verdikləri insani haqları kürd və orda yaşayan başqa xalqlara da versəydilər 80-illik münaqişə olmazdı. Ermənilərin Türkiyədə bütün milli haqları, siyasi şəraiti var. Niyə Türkiyə dövləti İran rəhbərliyindən tələb etmir ki, qardaşlarımızın insani hüquqlarına hörmətlə yanaşsınlar, mədəni haqlarını versinlər?

 - Deyirsiniz Azərbaycanda 2,5 milyon kürd var. Bu rəqəmi hardan almısınız?

 - 280 min nəfərə uyğun təxmini hesablama aparın, bu 93 ildə dediyim rəqəmdən artıq olar, əksik olmaz. Mənim təxmini hesablamalarıma görə 2,5 milyondur. Hələ mən Ermənistandan 1937-ci, 1948-ci illərdə gələnləri, başqa yerlərdən köçənləri demirəm. Sırf Azərbaycanda yaşayan kürdləri deyirəm.

 Tarixən heç vaxt azərbaycanlılarla kürdlər arasında qarşıdurma olmayıb. Sultan bəy, Qaçaq Nəbi, Koroğlu kimi qəhrəmanlar hər zaman bu xalqlara dayaq olublar, kasıb-kusubun arxasında durublar. Andronik kimi dəyyusu qovan, Qarabağ əhalisini erməni qırğınından xilas edən Sultan bəyi təəssüf ki, həbs elədilər, Nərimanov işə qarışandan sonra buraxdılar, İran qəbul eləmədi, Türkiyəyə getdi. Orda vəfat etdi, Qaçaq Nəbi İranda dünyasını dəyişdi, xalqın qəhrəmanına niyə burda qalmağa imkan vermədilər?

 - Dövlət yaratmaq istəyən kürdlərin öz əlifbası var?

 - Var, necə yoxdur.  Kürdlərin 5 min illik tarixə malik olan əlifbası olub. Və bu sırf kürd xalqına aid olub. İslama qədər o qədim əlifbadan istifadə olunub. İslamdan sonra kürdlər başqa xalqlar kimi islam dinini qəbul edərək ərəb əlifbasından istifadə etmişdilər. Sovet dövründə 1934-cü ilə qədər latın, sonra isə kiril əlifbasından istifadə edilib. Sovetlər dağılandan sonra yenə latın əlifbasına keçid baş verib. İranda və Şimali İraqda fars və ərəb əlifbasından istifadə edirlər. Hazırda qədim əlifba istifadə olunmur, ancaq hərflərin varlığı və onu  təsdiq edən sənədlər var.

 - Müxtəlif ölkələrdə yaşayan kürdlər bir-birlərini anlamaqda çətinlik çəkirlər. Bunu nə ilə izah etmək olar?

 -  Belə demək olmaz, müəyyən ləhçə fərqi var. Məsələn, mən tələbə olan zaman şəkili bir tələbə yoldaşım vardı. Onu ikinci kursa qədər anlaya bilmirdim. Kürdlərdə də təxminən buna bənzər şivə problemdir. Kürdüstan 5 yerə parçalanıb deyə, hər ölkədə kürd dilini həmin dövlətin rəsmi dilinə uyğunlaşdırıblar. Şivə fərqi var, sən deyən elə böyük fərq yoxdur. Bir həftə bir yerdə qalmaqla nədən danışdıqlarını başa düşmək olur.

 Kürdlərin beş ləhcəsi var. Ləhcələr arasında müəyyən fərqlər var. Cüzi anlaşılmazlıq bundan yaranır. Amma sözlərin kökü eynidir.

 

 - Kürdüstan dövləti iddiaları var. Ümumiyyətlə Kürdüstan hansı coğrafiyanı əhatə edir?

 - Osmanlı imperiyası yaranmamışdan qabaq Kürdüstan imperiyası olub. Bəziləri Med deyirlər, bəziləri başqa cür adlandirirlar, bunlar müxtəlif adlara malikdir. Med imperatorluğu- Əfqanıstanı, Pakistanın yarısını, Hindistanın bir qismini, Tacikistanı, Dərbəndi, Gürcüstanı, indiki Türkiyənin bir hissəsini, Ərəbistanı, İranı və Şimalı İraqı əhatə eyləyib. Kürdüstan sonralar Qəsri-Şirinə müqaviləsi ilə  İranla Osmanlı imperiyaları arasında iki yerə bölündü.  Osmanlı imperiyası vaxtında isə müstəqil və yarımmüstəqil Kürdüstan dövlətləri yaranıb. Bu dövrdə “Kürdüstan” adında böyük hərbi gəmilər olub. Bundan başqa hər zaman “Kürdüstan” adında yenilməz ordular olub.Osmanlı imperiyası dağılandan sonra isə Suriya, İraq kimi dövlətlər yarandı. Bundan başqa torpaqların bir qismi İranda, bir qismi Türkiyədə qaldı. Naxçıvandan başlayaraq, Gürcüstanın bir qismi, Ermənistanın bir qismi isə SSRİ tərəfində qaldı. 

 - Kürdlərin dini inancları barədə nə deyə bilərsiniz?

 - Kürdlər içərisində bütpərəstlər, atəşpərəstlər-zərdüştlər, musəvilər, xristianlar və müsəlmanlar var. Bəzən deyirlər ki, yezidilər xristiandır, ancaq belə deyil, onlar atəşpərəstlərdir, zərdüşt inancına inananlardır, inancları Qara Kitabdır-“Avesta”, indi də o kitabdan istifadə edirlər. Kürdlərin 80 faizi müsəlmandır. Onların 60 faizi sünnidir, qalanları şiə.

 - Niyə kürdlər hər Novruz bayramında münaqişə yaradırlar?

 - Bu heç də belə deyil, münaqişə hokumət dairələri tərəfindən yaradılırdı. Örnək, bu il heç bir inisitent baş vermədi. Çünki münaqişəni dövlət yaradırdı, lakin bu il yaratmadı, çünki sülh addımları atılmaqdadır. Bu il 3 milyona yaxın əhali Novruz şənliklərində iştirak etdi, bir nəfərin də burnu qanamadı. Bunların hamısı dövlətin siyasətindən asılı olan hadisələr idi.

 - Sizi çox vaxt separatçılıqda ittiham edirlər. “Diplomat” qəzetində bəzən qıcıq doğuran materiallar çap edirsiniz...  

 - 1990-93-cü illərdə könüllü olaraq Qarabağda döyüşmüşəm. Heç kim məni məcbur etmirdi, sadəcə daxildən gələn Vətən hiss idi. Bu gün mən bir kürd kimi öz xalqıma hörmət etməsəm, sənə necə hörmət edə bilərəm? Bu gün öz xalqımı sevdiyim, Abdulla Öcalanı Milli Azadlıq Hərəkatının rəhbəri kimi qəbul etdiyim üçün, qəzetdə bu mövzuda yazılar yazdığım üçün, Türkiyədən maliyyə dəstəyi alanlar, sifarişlə məni separatçı adlandırıblar. Sabir Rüstəmxanlı mənim məsələmi Milli Məclisdə qaldırdı və qeyd etdi ki, guya mən “Diplomat” qəzetində PKK-nı təbliğ edirəm. Hüquq mühafizə orqanları məni həbs etsinlər. Sabah Öcalan Türkiyə parlamentində yer tutanda, rəhbər vəzifəyə gələndə Sabir Rüstəmxanlı nə deyəcək? Sabir Rüstəmxanlı Cənubi Azərbaycanda hüquqları pozulan soydaşlarımızın, Çində uyğurların, Sibirdə altayların azadlığını istəyir. Bəs mən niyə öz xalqımın azadlığını istəməyim? Öcalanın atası ilə mənim babam əmioğludurlar, onun azadlığını niyə istəməyim? Mənim bu cür kəskin mövqeyimə görə müxalifətçilər məni separatçı adlandırırdılar. Ta ki İraq türkmənlərini bura dəvət edənə qədər. Bundan sonra bu ad tədricən mənim üstümdən götürüldü.

 - Öcalan sizin əmioğlunuz sayılır ki...

- Çində yaşayan uyğurlar Sabir Rüstəmxanlının soydaşı ola bilir, hələ aramıza iki baba girməyən Öcalanla niyə Əmioğlu  olmayım? Onu da bilmənizi  istəyirəm ki, kürdlərin hamısı biri-birinə əmioğludur. Qohum oldu-olmadı (gülür). 

 

- Nəyinsə uğrunda mübarizə aparan insanın terrora əl atmasına necə haqq qazandırmaq olar?

 

- Siz buna terror deyirisiniz, biz Milli Azadlıq Hərəkatı. Sizcə Milli Azadləq Hərəkatı necə olur?

Cənubi Azərbaycanda PKK kimi bir təşkilat yaransa və xalqın azadlığını istəsə, siz nə ad verərsiniz?

 

- Amma harasa partladılanda, uşaqlar da ölə bilər, sıravi kürd də.

 

- PKK haranısa partlatmaq praktikasından istifadə etmir. Dağlarda savaşır, polis idarələrinə və  hərbi bölmələrinə hücum edir. Partlayış törədən isə Türkiyə dövlətidir, partladırlar və PKK-nın üzərinə atırlar. Hər halda 5 min kənd PKK tərəfindən boşaldılmayıb. “Erqenekon” və maraqlı qüvvələr bunları törədirdilər. İndi niyə törənmir?

 

- Kürdlərin Azərbaycana qarşı da ərazi iddiaları varmı?

 

-          1923-cü illərdə yaranmış, 1929-cu ildə dağıdılmış Kürdüstan Qəzasının əvəzinə ermənilərin DQ muxtar vilayəti dağıdılsaydı yəqin ki, bu bəlalar başımıza gəlməzdi?

     Kürdlərin Azərbaycana torpaq iddiası olmayıb.Sovet hakimiyyətinin dağılışı zamanı, Məhəmməd Babayev Moskvada mitinqlər təşkil etdi, kürd xalqını bir yerə yığmaq üçün, bir qurum yarandi, lakin sovet hakimiyyəti dağıldı və o məsələ yarımçıq qaldı.

   O vaxtlar Babayev  Ayaz Mütəllibovun, Elçibəyin yanına gəlmişdi. Demişdi ki, biz camaatımızı yığaq Keçmiş Kürdüstan Qəzasına, erməniləri Qarabağdan qovaq,  Elçibəy razılaşmadı, dedi ki, özümüz hər şeyi edəcəyik, bizim kürdlərin köməyinə ehtiyacımız yoxdur.Beləliklə də, o dövrki hakimiyyət kürd kartından istifadə etmədi, ermənilər Vəkil Mustafayev vasitəsi ilə istifadə etdilər, sonda da Vəkili oyundan uzaqlaşdırdılar.

   Kürdüstan olsa, Kürdüstan böyükdür, kürdlər üçün də, azərbaycanlılar üçün də yer var. Kürdüstan azad olsa, Yaxın Şərq xaqlarının hamısı azad olacaq. Mən bir yazı yazmışdım ki, “Cənubi Azərbaycanın azadlığı, kürd xalqı ilə birgə mübarizədədir, yəni PKK ilə”. Təəssüflər olsun ki, bu yazıya qarşı çox xoşagəlməz cavablar yazıldı.  PKK bu gün İranda da mübarizə aparır. Cənubi Azərbaycanda yaşayan türklərin hərəsi bir güllə yardım etmiş olsaydı, indi çoxdan azadlıq əldə edilmişdi. Bizim Azərbaycanla bağlı torpaq iddiamız olmayıb, indi də yoxdur.

 

- Azərbaycanda yaşamış kürdlərdən PKK tərəfdə vuruşan varmı?

 

- 90-cı illərdə keçmiş sovetlər birliyindən, eləcə də Azərbaycandan bir qisim gənclər döyüşmək üçün PKK tərəfindən vuruşmağa getdi. Qayıdan da oldu, şəhid düşən də, orada qalan da. Mən özüm də bir jurnalist kimi getmişdim, sonra qalmaq istədim, amma Öcalan təhsil aldığımıza görə bizi geri qaytardı. Onu da deyim ki, Azərbaycandakı kürdlərin hamısı üzdə olmasa da, qəlbən  PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir.

 

- Abdulla Öcalanla görüşmüşdünüz?

 

- Yox, Öcalanın qardaşı Osmanla və başqa rəhbərlərlə görüşmüşdüm. O söylədi ki, Öcalan getməyimizi, siyasi mübarizə aparmağımızı istəyir. 

 

- Bərzani və Tələbani ilə görüşə bilmisinizmi?

 

- Onlarla ilk dəfə 2004-cü ildə , sonralar dəfələrlə görüşmüşəm. Kürdüstanın prezidenti Məsud Barzanidən və bir sira dövlət rəhbərlərindən  müsahibələr də götürmüşəm və qəzetimizdə çap edərək Azərbaycan oxucularına çatdırmışam.

 

- İraq Kürdüstanındakı vəziyyət sizi tam qane edir deyəsən...

 

- Düşünürəm ki, məni qane etdi-etmədi aparıcı dövlətlər öz istəklərini həyata keçirəcəklər. ABŞ, Avropa Birliyi, Yaxın Şərqdə maraqlı olan qüvvələr bu ölkələrdə münaqişə yaradaraq öz planlarını həyata keçirirlər. Belə ki, Suriya Kürdüstanı ilə İraq Kürdüstanını birləşdirib müstəqil Kürdüstan dövləti yaradacaqlar. Bir neçə ildən sonra isə Türkiyədə illərdən bəri, qardaş xalqlar arasında qırğınlar törədən kamalizm sistemi tamamilə məhv olacaq. Ərdoğanın rəhbərliyi ilə demokratik bir islam qurumu yaranacaq. Türkiyə federativ kürd-türk dövləti kimi böyük gücə sahib olacaq. Mən bunu görürəm. İran da maraqli qüvvələr tərəfindən dağılacaq. ABŞ-ın planı var ki, 2030-cu ilə qədər müstəqil vahid, böyük Kürdüstan dövləti yaratsınlar. Necə edəcəklər, hər halda bu, aparıcı dövlətlərin işidir. ABŞ və Avropa Birliyi Yaxın Şərqin yeraltı sərvətlərini tam ələ keçirmək üçün bunu edəcək. Onlar kürdlərin ala gözünə vurulmayıblar. Öz maraqlarını təmin etmək məqsədilə Kürdüstan dövlətini yaratmaq istəyirlər və yaradacaqlar.

 

- Bu dövlət həm də bir təzyiq vasitəsi kimi düşünülür, eləmi?

 

- Aydın məsələdir, dövlət yaradırlarsa, istədiklərinə qarşı da istifadə edə biləcəklər.

 

- Kürd mədəniyyətində hansı məşhurların adını çəkmək olar?

 

- Türkiyədə oxuyan müğənnilərin 90 faizi olmasa da 80 faizi kürddür. Şivan Pərvəri Türkiyəyə çağırırlar. O isə deyir ki, kürdlərə konstitusiya ilə haqq verilməyənə qədər ora gəlməyəcəyəm. Deyir ki, mən xalqları sevirəm, xalqların heç bir günahı yoxdur, silah-sursat satan qüvvələr xalqları qarşı-qarşıya qoyur ki məqsədlərinə çatsınlar. İnanıram cənab Ərdoğan bu münaqişəyə son verəcək, ondan sonra mən Vətənə qayıdacam.

 

- Bayaq Qaçaq Nəbinin, Koroğlunun adını çəkdiniz. Belə başa düşdük onları kürd hesab edirsiniz. Nizaminin də kürd olduğunu iddia edirdiniz.

- Düzünü desək  mən hesab etmirəm, siz hesab edirsiniz. Hələ bizim Kürdüstan adlı dövlətimiz, dayaq, dayanacaq yerimiz yoxdu ki, kimisə öz şairimiz hesab edək. Ancaq mən belə düşünürəm. Dərsliklərdə Nizaminin anasının kürd olduğu yazılır, amma atası haqqında heç bir məlumat verilmir. Nizami “Xəmsə”ni fars dilində yox, kürd dilinin sorani ləhcəsində yazıb. Bunu farsşünaslara, nizamişünaslara sübut etməyə hazıram. Bir də hər halda Şəddadi Kürd dövləti dönəmində dövlət dili kürd dili olar, fars dili olmaz.Qaldı xalq qəhrəmanı Koroğlu cəlali kürdlərindəndər, Qaçaq Nəbi qaraçolu kürdlərindəndir, Sultan bəy sofu kürdlərindəndir. Bunu sizdən başqa hamı bilir.

 

- Kürd ailələr öz aralarında bu dildə danışır?

 

- Mən öz ailəmdə kürdcə danışıram. Kürdcə danışan ailələr çoxdur, amma Azərbaycan dilində danışanlar da var. Bir məsələni deyim: Qarabağ işğalından sonra kürdlər məcburi şəkildə evlərində Azərbaycan dilində danışmağa başladılar.  Uşaqlar məktəbdə,  küçədə Azərbaycan dilini öyrəndi, danışdı, evdə kürdcə danışa bilmədi. Buna görə Azərbaycan dövləti tərəfindən kürd xalqına dəstək verilməlidir ki, qədim xalqımız öz varlığını,mədəniyyətini, dilini itirməsin.

 

- Türkiyədə yaşayan kürdlərdən Azərbaycana oxumağa gələnlər varmı?

 

- Eşitdiyimə görə, hazırda Azərbaycanda 3 minə qədər kürd tələbə təhsil alır. Onlar Türkiyə dövləti tərəfindən, rəsmi qaydada imtahan verərək Azərbaycana təhsil almağa gəlirlər.

 

- Yəqin, onlarla görüşüb fikir və düşüncələrinizi çatdırırsınız?

 

- Olur və burada pis bir şey görmürəm. Bu yaxınlarda Kürd Mədəniyyət Mərkəzi adından televiziyaya da çıxmışdılar. Xalqımızın mədəniyyətinin inkişafı üçün onlardan istifadə olunsa məncə yaxşı olar.

 

- Bir video vardı, mitinqlərin birində polis zabiti kürdcə əmrlər verirdi. Bu videonu görmüsüz?

 

- Baxmışam, bu əmrlər kürd dilində deyildi. Bu, məncə polislərin məxfi paroludur yəqin ki. Bu əmrlər kürdcə verilsəydi belə, burada qəbahətli bir şey olmazdı, ancaq kürdcə deyildi.

 

 

 

- Çox maraqlı bir məqam var. Azərbaycanda kürdlər haqqında müxtəlif maraqlı lətifələr var. Halbuki bu lətifələr Türkiyədə yoxdu. Bu lətifələr necə yaranıb?

 

- Deyilən lətifələr haqqında söz açırsınız, amma Azərbaycan ədəbiyyatında kürd xalqının qəhrəman, mərd, qorxmz, etibarlı, sədaqətli dost simvolundan danışmırsınız. Məncə çeçen oğlanın azərbaycanlılar haqqında dediyi sözləri yadına salsam pis olmaz. Təxminən 1999-cu il olardı, bir çeçen uşağı bir hadisə torədir, polis onu tutur və ona deyir:” Qorxmursan səni tutarlar?” O cavab verir: “Niyə, mən azərbaycanlıyam qorxam?” bu kimi həqiqətləri çox sadalamaq olar. Jirinovskinin sozlərini heç demirəm.

Lətifələr haqqında da,  belə izahat verə bilərəm, Sovet hökumətinin yaranışı zamanı Respublikanın yaranmasında türklərin sayı az olduğundan, burda yaşayan xalqları azərbaycanlı yazdıraraq Azərbaycan Respublikasını qurmaq istəmişlər, kürd xalqı buna razılıq vermədiyinə gorə,vəziyyəti belə görən hökumət dairələri kürdləri milli ruhdan diksindirmək üçün bilərəkdən müxtəlif lətifələr yaratdılar və bu lətifələr sayəsində qismən də olsa öz məqsədlərinə çatsalar da, qəhrəman Kürd Xalqı tarixdə mübariz və qəhrəman bir xalq olaraq damğasını əbədi vurmuşdur. Onun şir ürəkli Riçardı diz çökdürən Səlahəddin Əyyubi kimi qəhrəmanları var.

Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..