Təzəpirin siyasi tarixində nələr var? - Camal Əbdül Nasirin, Sukarnonun namaz qıldığı, Qorbaçovun lənətləndiyi məscid
Oxunub: 2509
01 Apr 2020 | 19:47
Təzəpirin siyasi tarixində nələr var?  - Camal Əbdül Nasirin, Sukarnonun namaz qıldığı, Qorbaçovun lənətləndiyi məscid
Martın 31-də Azərbaycan xalqı daha bir kədərli tarixini yad etdi. 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş vəhşi qırğın ölkəmizdə  Soyqrım Günü kimi qeyd olunur.
Həmin gün Bakıda minlərlə soydaşımız erməni quldur dəstələrinin hucumu nəticəsində həlak oldu. Qanlı hadisələrin  şahidi olmuş məkanlar bu gün də o ağrını daşıyan tarixi yerlərdir. 
Onlardan biri də Təzəpir məscididir. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə özünün sosial şəbəkədəki səhifəsində mart soyqırımı ilə bağlı “o günləri unutmadıq. Təzəpir mart soyqırımından sonra” yazaraq məscidin qırğından sonrakı halını əks etdirən fotosunu paylaşıb. 
Bu gün QMİ-nin yerləşdiyi Təzəpir XX əsrin əvvələrində baş vermiş ictimai-siyasi proseslərdə, o cümlədən mart hadisələrində ictimai rəyin idarə olunmasında əsas yerlərdən birini tutub.   
Bakıda yerləşən, Şərqdə nadir gözəlliyi ilə seçilən Təzəpir məscidi təkcə Azərbaycanın deyil bütün Qafqazın dini mərkəzi hesab olunur. 

Nabat xanım Aşurbəylinin vəsaiti ilə memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilən  bu məkan müsəlmanların dini ritullarını yerinə yetirdikləri bir yer olmaqla yanaşı Azərbaycanın son yüz ildəki  siyasi tarixində öz unudulmaz yerini tutur. 
Təzəpir məscidi çar imperiyasının məzhəb savaşları salan siyasətinə qarşı qorxmadan dayanan, 1918-ci il mart soyqırımnın ağır yaddaşını daşıyan, ateist sovet rejiminin zərbələrini alan, 20 yanvar 1990-cı il qırğınında xalqın önündə olan, nəhayət müstəqil Azərbaycanın son 28 ilində onun dini cameəsində möhkəm yerini tutmuş bir məkandır . 
1918-ci ilin mart günlərində Təzəpir məscidi Rusiya imperiyasının dağılmasından sonra xaosa bürünmüş Qafqaz və Azərbaycan müsəlmanlarının ümidgahına və siyasi meydanına çevrilmişdi. Hələ mövcud olmayan Azərbaycanın tarixi ərazilərində at oynadan xarici qüvvələrin və erməni daşnaklarının görünməmiş qanlı təcavüzünə məruz qalan azərbaycanlılar Təzəpirə toplaşaraq necə hərəkət etmək barədə müzakirələr aparırdılar.  Bakının siyasi  mərkəzə çevrilməsində Təzəpir məscidinin mühüm rolu olub.  
Çarizmin müsəlmanlar arasında təbliğ etdiyi sünni-şiə  məzhəb ixtilafları bir qisim avam və savadsız kütlə arasında öz tərəfdarlarını da tapa bilirdi. Xalqın birliyinin və bütövlüyünün dağıdılmasına hesablanmış bu siyasət o dövrdə Azərbaycanın dini və siyasi liderləri bacardıqları qədər müqavimət göstərməyə çalışırdılar.    
Araşdırmaçı alim Ceyhun Məmmədov “AXC dövründə dövlət-din münasibətləri” adlı kitabında yazır ki, çar Rusiyasının sünni-şiələr arasında  saldığı ixtilafı aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurlultaynın  çağırılması qərara alınır. 1917-ci ilin aprelində “İsmailiyyə” binasında işə başlayan geniş toplantı 3 gün davam edib.  Qurultaya  Azərbaycanın hər tərəfindən, o cümlədən, Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr gəliblər. İclasdan sonra nümayəndələr Təzəpir məscidinə yollanıblar. Şeyxülislamın iştirakı ilə yüzlərlə din xadimi məsciddə cümə namazı qılıb. Bundan sonra Qafqaz tarixində çox mühüm hadisə baş verir: Sünni-şiə ixtilafına son qoymaq üçün  Şexülislamla müfti qucaqlaşırlar,  müqəddəs “Quran” a əl  basaraq çar hokumətinin qızışdırdığı ədavətin aradan qaldırılacağına and içirlər. 
Göründüyü kimi son dərəcə mürəkkəb şəraitdə atılan bu addım xalqın milli və dini vəhdəti üçün böyük töhfə idi. Bu, həmçinin azərbaycanlıların parçalanaraq zəifləməsini , onları Qafqazda aparılan geopolitik siyasətdə arxa plana atmaq istəyən Rusiya və digər maraqlı dövlətlərin planlarına zərbə idi. 
Belə cəhdlər zaman-zaman edilib. 
1918-ci ildə bolşevik Şaumyanın sədri olduğu Bakı Soveti Nuru Paşanın  rəhbərlik etdiyi türk qoşunlarının hucum qarşısında dayana bilmirdi.  Min bir siyasi fırıldağa əl atan Bakı Sovetinin müsəlman əhalini türklərə qarşı silahlandırmaq cəhdi boşa çıxmışdı. Bu zaman Şaumyan idbar siyasət işlətmək qərarına gəlir. 
Bakı Sovet Təzəpirin axundu Ağa Axundzadədən Bakını azad etməyə gələn türk əsgərlərinin hərəkətini lənətələyən fətva verməsini tələb edir. Bu addımla Bakı Soveti şəhərin şiə əhalisinə guya sünni olan Osmanlı əsgərlərinin Bakıya daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi.
Əhalisinin əksəriyyətinin  şiə olduğu Bakıda belə təhlükəli avantura nəticə vermir: Bütün hədə -qorxulara baxmayaraq Ağa Əlizadə bu tələbi rədd  edir. 
1918-ci ilin sentyabrında Qafqaz islam Ordusu tərəfindən şəhər azad olunur. Bakı əhalisinin xahişi ilə Ağa Əlizadə Nuru Paşanı sentyabırn 16-da Təzəpirə dəvət edir. Nuru Paşa minbərə çıxır və çıxış edir. Şəhər əhalisi çıxışı böyük coşğu ilə qarşılayır. 

 1918-ci il mart qırğını günlərində soyqırıma məruz qalmış on minərlə müsəlmanın dəfn mərasiminin təşkilinə, azərbaycanlıların təşkilatlanmasına Təzəpir məscidi rəhbərlik edirdi.  Həmin dövrdə dini təyinatlı yerlər xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri milli oyanışa dəstək verirdilər. Təzəpir  bu qəbildən olan mərkəz sayılırdı. O qanlı günlərdə milli ziyalıların əksəriyyəti Təzəpirə gedərək əhali qarşısında çıxışlar edirdilər.
Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-20-ci illərdə ilk dini idarəni məhz Təzəpir məscidi ərazisində yaratmışdı.
Azərbaycanın 1920-ci ilin aprelində sovet Rusiyası tərəfindən işğalının ilk illərində də Təzəpir məcsidi istimai-siyasi çəkisini saxlaya bilmişdi. İlk vaxtlarda bolşeviklər dindarların maraqlarını nəzərə almağa məcbur olurdular. 
Tarix elmləri doktoru Anar İsgəndərovun araşdırmalarına görə, 1920-ci ilin mayında Azərbaycan hökumətinin başçısı N.Nərimanov Təzəpir məscidində çıxışında İslam dininin müsəlman kütlələrinin şüurunda tutduğu yeri, onun Şərq xalqlarının mənəviyyatında, məişətində, həmçinin həyatın müxtəlif sahələrində mühüm rolunu dərk edərək vurğulayırdı: “Şərqdə dinə münasibət fövqəladə əhəmiyyətli məsələdir”.
1921-ci il avqustun 30-da N.Nərimanovun göstərişi ilə Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı.
1921-1922-ci illərdə taxıl rayonları olan Volqaboyunda, Ukraynada, Krımda və Qafqazda başlanan aclıq 90 milyon əhalini əhatə edirdi. Əhaliyə yardım məqsədi ilə 1922-ci il mayın 23-də Təzəpir məscidində Azərbaycanın din xadimlərinin başçıları – Axund Ağa Əlizadə, qazi axund Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya müsəlmanlarına kömək üçün müraciət etdilər. Təzəpir məscidinə toplaşan Azərbaycan üləmaları İran, Türküstan, Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə səslənərək onları aclara fəal kömək etməyə çağırırdı. Azərbaycan partiya təşkilatına rəhbərlik edən S.Kirovun Moskvaya, şəxsən Stalinə Azərbaycan dindarlarının müraciəti haqqında verdiyi xəbər mərkəzi dövlət radiosu ilə elan olunmuşdu.
N.Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyununda Azərbaycan qadınları qarşısında oldu. N.Nərimanov İslam dininin ən humanist addımlarından biri olan qadın və kişi bərabərliyi üzərində xüsusi dayandı və qadınların məscidə gəlib onu dinləməsini yüksək qiymətləndirdi. N.Nərimanov çıxışında Təzəpir məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirdi.
1920-ci illərin sonu – 30-cu illərin əvvəllərində SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da islam dini üzərinə açıq hücumlar başlandı. Azərbaycanda da məscidlərin və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına başlandı. Quran zərərli bir kitab kimi qadağan edildi. Azərbaycan qəzalarında bütün məscidlər,  ya dağıdıldı, ya da anbar, klub və kitabxanaya çevrildi. 
Bu illərdə Təzəpir məscidi məhdud sayda da olsa dindarların üz tutduğu yer idi. İkinci dünya müharibəsindən sonra Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini bərpa edən sovet hökuməti bununla müstəmləkə sisteminin dağılması ilə azadlığa çıxmış Şərq ölkələrində öz nufuzunu artırmaq niyyətində idi. Həmin dövrlərdə Şeyxülislam Ağa Əlizadənin İrana və digər şərq ölkələrinə səfəri böyük əks-səda doğurmuşdu. SSRİ-nin Məkkəyə ziyarət icazəsindən sonra  son dərəcə məhdud olan kvotada QMİ-də yer ala bilirdi. 
Təzəpir məscidi 80-90-cu illər də ictimai münasibətlərin fəal meydanına çevrilmişdi.  
Dindar cameənin üz tutduğu bu yer 80-ci illərdə gənc Şeyxulislam Allahşükür Paşazadənin sayəsində yenidən aktiv ictimai-siyasi müstəviyə çıxa bilmişdi. Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi məsciddə keçirilən bir sıra tədbirlər diqqəti bura  çəkə bilmişdi. Bu sırada 1986-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilmiş “Müsəlmanlar sülh uğrunda” beynəlxlaq konfransını qeyd etmək olar. Dünyanın 30-dan çox ölkəsindən Bakıya gəlmiş 600 nümayəndə müsəlman dünyasının bir sıra problemlərini müzakirə etdilər. 
Qarabağ  münaqişəsinin başlanması ilə Təzəpir məscidi ictimai-siyasi münasbətlərin mərkəzi xəttinə düşdü. 1990-cı il 20 yanvar faciəsi Azərbaycan xalqının başına gətirilən müdhiş qırğın oldu. SSRİ rəhbərliyinin , Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilən sovet ordusu şəhərdə qanlı qırğın törətdi. Faciənin səhəri günü Təzəpir məscidindən bütün dünyaya səslənən QMİ sədri Allahşükür Paşazadə SSRİ rəhbəri Qorbaçovu bu qanlı qırğına görə qorxmadan lənətlədi. Bu, sovet tarixində din xadiminin SSRİ rəhbərini ittiham edən ilk bəyanatı idi.  Şəhidlərin dəfninə hazırlıq proses Təzəpir məscidində aparıldı. Sovet əsgərlərinin avtomatlarının lüləsi altında heç nədən çəkinməyən din xadimləri Şəhidlərimizin dəfn karvanını Təzəpirdən qaldıraraq Azadlıq meydanına gətirdilər. Allahşükür Paşazadənin rəhbərliyi altında gedən milyonluq dəfn izdihamı SSRİ-ni şoka saldı. 
Zaman-zaman  Təzəpir məscidi dövlət başçılarının ziyarət yeri olub.  Azərbaycana, Bakıya səfər edən adlı-sanlı qonaqlardan Misir Ərəb Respublikasının prezidenti Camal Əbdül Nasir, İndoneziya prezidenti Sukarto, Türkiyə prezidenti Turqut Özal və Süleyman Dəmirəl, Ərdoğan, İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani və başqaları Təzəpiri ziyarət etməklə yanaşı, burada namaz qılıblar.
Azərbaycan prezidenti Heydər Əliyev tez-tez Təzəpir məscidinə gələr və burada çıxışlar edərdi. Prezident İlham Əliyevin sərəncamı ilə məscid yüksək səviyyədə təmir edilib. 
Bu gün Təzəpir məscidi dövlətimizin dini siyasətinin daşıyıcısı olmaqla yanaşı həm də bütün Qafqazın dini icmalarının əsas məbədi, ölkəmizin əsas dini rituallarının keçirildiyi məkandır. Azərbaycan müsəlmanları müqəddəs dini bayramlarını və mərasimlərini burada keçirirlər. 

Sınaqlardan çıxmış Təzəpir məscidi adını Azərbaycan tarixinə həkk edə bilib.
Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB