Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
Oxunub: 2342
19 Feb 2020 | 18:43
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
Bu gün Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin liderliyi ilə daha da inkişaf edir və qüdrətlənir. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm siyasi, iqtisadi-sosial uğurlara nail olub. Respublikamız yeni minilliyin başlanğıcında ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir, möhtəşəm nailiyyətlərə imza ataraq dünya dövlətləri arasında layiqli yer tutmaqda davam edir. Bugünkü müasir, müstəqil Azərbaycan Respublikasının mövcudluğu üçün möhkəm bünövrənin yaradılması yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik ulu öndər Heydər Əliyev tərəfindən dərin islahatların həyata keçirilməsi nəticəsində mümkün olub. Hazırda həmin islahatlar xətti dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu isə vaxtilə uzaqgörənliklə həyata keçirdiyi inkişaf strategiyasına görə adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan ümummilli liderin ideyalarının həmişəyaşarlığına dəlalət edir.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra qısa dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, sabit və təhlükəsiz, müasir, demokratik, hüquqi və dünyəvi ölkə, etibarlı tərəfdaş kimi dünyada nüfuz qazanmışdır. Müasir dövlətimizin banisi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin ictimai-siyasi və sosial-iqtisadi əsaslarının formalaşdırılması və inkişafı strategiyası yeni dövrün lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ulu öndərin ideyaları reallığa çevrilərək ölkəmizin hərtərəfli inkişafında, qazanılan nailiyyətlərdə öz tarixi təsdiqini tapır. Bütün bu uğurların əldə olunmasında, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, yüksək intellektual səviyyəsi, analitik zəkası, ictimai-siyasi proseslərdə, dövlət idarəçiliyi və xarici siyasətdə zəngin təcrübəsi və böyük məharəti həlledici rol oynayır.

Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz regionun siyasi-iqtisadi və mədəni mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, mötəbər beynəlxalq tədbirlər məkanı kimi tanınmış, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuşdur.

Praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı ötən illərdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlib.
“Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkib, bu məqama mühüm önəm verib. Prezident İlham Əliyev demişdir: “Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, məni daha da güclü edir... Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır”.

Hazırda dövlət başçısının rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident cənab İlham Əliyev demişdir: “Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, Ümumi Daxili Məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.

Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.
Son illərdə sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin artırılması, bazar iqtisadiyyatı sisteminin təkmilləşdirilməsi və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi yüksək inkişaf tempinə malikdir ki, buna da əsas səbəb qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi şəkildə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb. Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli mühit yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərlə qlobal problemlərin müzakirəyə çıxarıldığı dialoq məkanına çevrilib. Bütün dünya indi ölkəmizi mədəniyyətlərin təmas yeri, tolerantlıq, multikulturalizm ünvanı kimi tanıyır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər Azərbaycandan qloballaşan dünyamıza humanizm ideyalarının yayılmasına, müasir dünyamızda ümumbəşəri dəyərlərin üstünlük qazanmasına xidmət edir. Son bir neçə ildə Azərbaycanda “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları kimi mühüm mədəniyyət tədbirlərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin dünyada tanınması, ölkəmizi görmək istəyən xarici qonaqların sayının artması nəticəsində milli iqtisadiyyatımızda turizm istiqamətinin formalaşması cənab İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesinin təntənəsidir.
Bu gün gərgin fəaliyyəti ilə daim humanizm meyarına söykənən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli işi ilə mərhəmət, xeyirxahlıq təmsilçisi kimi insanların düşüncə və yaddaşında daimi, bənzərsiz bir iz buraxıb. İctimai-siyasi, elmi yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti ilə təkcə Azərbaycanda yox, dünya miqyasında qadınlar üçün əsl nümunəyə çevrilən Mehriban xanım Əliyeva bu gün ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində möhtəşəm işlər görür.
Çoxşaxəli layihələrində Heydər Əliyev ideallarını rəhbər tutmaqla yanaşı, həm də insanlığın və bəşəriyyətin nicatına xidmət edən nəcib missiya həyata keçirmişdir. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir. Xatırlatmaq lazımdır ki, dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə milyonların sevgisini qazanmış bir şəxsiyyətin təyin olunması haqlı olaraq Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyətcə yeni və uğurlu mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir.
Yeni vəzifəsində cəmiyyətə ilk mesajlarını vermiş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva demişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır... Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir”.
Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: “Xoş söz, xoş niyyət, xeyirxah əməl”.
Bu gün Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanır. Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Bu oyunlarda idmançılarımız 21 qızıl,15 gümüş, 20 bürünc olmaqla 56 medal qazandılar. Ümumi rəyə görə, Azərbaycan dövləti Birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qaldı. İdmançılarımız 75 qızıla, 50 gümüşə, 37-si isə bürüncə sahib olmaqla ümumilikdə 162 medal qazanaraq birinci yeri tutdular. Bütün bunlar Azərbaycan idmanının sürətli inkişafından və dövlətin idmana olan diqqət və qayğısından xəbər verir. Nəcib əməlləri ilə xeyirxahlıq və mərhəmət ünvanına çevrilən, eləcə də hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qarşıya qoyulan yeni zirvələr fəth ediləcək, daim Azərbaycanımızın adı və üçrəngli Bayrağı yüksəklərdə dalğalanacaqdır. Mehriban xanımın Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqəti cəlb edir. Olimpiya Oyunlarında medal qazanmış idmançılara Heydər Əliyev Fondunun fərdi təqaüdçüsü adının verilməsi də idmanın inkişafına diqqət və qayğısının, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə verilən töhfənin bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. Mehriban Əliyeva respublikamızın Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcək, Azərbaycanın çiçəklənməsinə öz töhfəsini verəcək. İndiyə qədər olduğu kimi, bundan sonra da növbəti uğurlara və nailiyyətlərə imza atacaq.
Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir.
Artıq davamlı inkişaf yolunda inamla irəliləyən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Dövrün tələbinə uyğun olaraq təkmilləşmə, yeniləşmə dövlət siyasətimizin əsasını təşkil edir. Səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmaq mümkündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu fikirlərini xatırlatmaq istərdik: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimiz öz iqtisadi nailiyyətləri ilə dünyanın qabaqcılları sırasındadır. Qazandığımız hər bir uğur həm də onu təsdiqləyir ki, alternativi olmayan Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.
Etibar ƏLİYEV,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Oxşar xəbərlər
15:58, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:56, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:44, Bu gün
Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
12:53, Bu gün
Minimum əməkhaqqı nə qədər artırıla bilər? - Ekspert AÇIQLADI
12:50, Bu gün
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan etdi
12:48, Bu gün
"Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidirlər ki..."  - Tamam Cəfərova
12:45, Bu gün
Qanunsuz estetik əməliyyatlar icra edən klinikaların rəhbərlikləri məsuliyyətə cəlb olundu
12:43, Bu gün
İdarə rəisi 1500 manat cərimələnə bilər
12:40, Bu gün
Kişi para-taekvondoçularımızdan tarixi uğur
12:38, Bu gün
Mirzoyan Almatı görüşündən danışdı: "Konstruktiv keçib"
12:34, Bu gün
ATƏT sədri Bakıya gələcək
12:30, Bu gün
Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı endi
12:26, Bu gün
Azərbaycanda palçıq vulkanı AKTİVLƏŞİB: gecə saat 2 RADƏLƏRİNDƏ... - VİDEO 
12:22, Bu gün
Az qaldı: Yeni qərar qüvvəyə minir - Taksilərin qiyməti artacaq
12:18, Bu gün
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
12:14, Bu gün
“Qəhrəmanlar ucuz qiymətə işləmirlər” – amerikalı kəşfiyyatçının DTK zabiti haqqında istehzalı açıqlaması
12:06, Bu gün
Yüksək vəzifəyə təyin edilən Müşfiq Məmmədov kimdir? - DOSYE
12:02, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
12:00, Bu gün
“Anadolu Ankası - 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO
11:58, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - FOTO
11:55, Bu gün
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı - FOTO
11:53, Bu gün
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
11:51, Bu gün
"Qarabağ" bu göstəricidə 1-ci oldu
11:48, Bu gün
Güneyli fəalın evinə basqından sonra ailə üzvləri həbs ediliblər - FOTO
11:45, Bu gün
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi - FOTO
11:42, Bu gün
Otuz iki ildən sonra şuşalılar doğma yurdda...
11:39, Bu gün
Deputatlarla bağlı ARAŞDIRMA - SİYAHI
11:35, Bu gün
İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI
11:33, Bu gün
Müdafiə nazirinə yeni müavin təyin olundu - FOTO
11:31, Bu gün
Sabah Şuşaya növbəti köç olacaq
11:25, Bu gün
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
11:23, Bu gün
Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir
11:18, Bu gün
Nizami Rəmzinin qızı Reyhanın 7 ay sonra ŞOK DƏYİŞİMİ - Gözlərinizə inanmayacaqsınız... / ANBAAN VİDEO
11:10, Bu gün
Pantomim Teatrında mənimsəmə: Müttəhimə möhlət verildi 
11:05, Bu gün
Şoyqunun istefa verməzdən əvvəlki son açıqlaması ÜZƏ ÇIXDI
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
10:55, Bu gün
İranda Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadə haqqında  kitabı nəşr edilib
10:49, Bu gün
Azərbaycanda minimum əmək haqqı artırılacaq
10:44, Bu gün
Mətanət Tatlısəsi elə qucaqladı ki... - FOTO
10:35, Bu gün
"Sədərək"də YANĞIN olub? - RƏSMİ AÇIQLAMA
10:35, Bu gün
“Ermənistanda hakimiyyətə Köçəryan kimilər gəlsə də, Rusiya Azərbaycanla bir olacaq...”
10:32, Bu gün
Murad Muradov VƏFAT ETDİ
10:23, Bu gün
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
10:12, Bu gün
Sülhməramlıların son partiyasının daha bir qrupu Qarabağı BELƏ TƏRK ETDİ- GÖRÜNTÜLƏR 
10:04, Bu gün
Nazir müavini: 1,5 dərəcə məqsədinə çatmaq üçün kollektiv tədbirlər görülməlidir
10:00, Bu gün
Rahidə Baxışova 3-cü dəfə ƏRƏ GEDİR? – VİDEO 
09:52, Bu gün
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
09:49, Bu gün
Baytardan qorxunc XƏBƏRDARLIQ: “Bu toyuqlar insanda xərçəng yaradır”
09:46, Bu gün
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
09:33, Bu gün
Rusiyapərəst milyarder İvanişvilinin təsis etdiyi universitetin tələbələri də tətilə qoşuldu... 
09:33, Bu gün
2024-cü ilin ƏN ŞANSLI və XOŞBƏXT BÜRCLƏRİ - YENİ Evə sahib çıxacaq 4 BÜRC
09:21, Bu gün
Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim tapılmır - VİDEO
09:18, Bu gün
Son 230 ildə ilk dəfə baş verəcək hadisə: Planetə təhlükəsi var?
09:09, Bu gün
Zaqatalada DƏHŞƏT: Atası 32 yaşlı oğlunun çardaqda...
09:03, Bu gün
Bu avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO
08:55, Bu gün
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
08:51, Bu gün
Gürcüstan prezidenti müxalifətə səsləndi
08:49, Bu gün
Hande Erçelin çantasının qiyməti heyrətə gətirdi - FOTO
08:41, Bu gün
Uşağınıza bunları etməyin, ağılsız olacaqlar - Pediatr
08:19, Bu gün
Cəbrayılda Günəş Elektrik Stansiyası tikiləcək? - SƏFİR DANIŞDI + VİDEO 
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 16:20
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 16:33
FHN əhaliyə MÜRACİƏT ETDİ 
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 16:48
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
12 May 2024 | 17:09
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 16:54
HƏMAS-ın İsraillə bağlı – Şok planı
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 16:20
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 16:33
FHN əhaliyə MÜRACİƏT ETDİ 
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 16:48
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
12 May 2024 | 17:09
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 16:54
HƏMAS-ın İsraillə bağlı – Şok planı