Rusiyadakı azərbaycanlılardan savaş çağırışı: “Vətənə qayıdıb Qarabağda döyüşməyə hazırıq”
Oxunub: 2524
17 Oct 2019 | 11:28
Rusiyadakı azərbaycanlılardan savaş çağırışı:  “Vətənə qayıdıb Qarabağda döyüşməyə hazırıq”

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbərliyinin Rusiya səfəri davam edir. Səfərin ikinci günündə yolumuz Kaluqa vilayətinin mərkəzi, paytaxt Moskvanın 170 km-liyində yerləşən Kaluqa şəhərinədir. 

Bu istiqamətə uzanan magistral yol boyunca, Rusiyanın mərkəzləri üçün adi hal olan tıxacı “yara-yara” irəliləyirik. Sürətli və ödənişli yolun sağ-solunda ecazkar təbiət mənzərələri, nəinki balta-mişar, hətta insan əli və baltası dəyməyən meşəliyin, uzaqdan şumu qaralan məhsuldar əkin sahələrinin “müşayiəti” ilə növbəti Qarabağ tədbirinin keçiriləcəyi istiqamətə gedirik. Şirin və maraqlı söhbət uzaq yolu yaxın edir, deyərlər. Bu mənada Moskvadakı diaspor üzvləri Sultan Mərzili və Fikrət Tağıyevlə Rusiya-Azərbaycan münasibətləri, Rusiyada yaşayan soydaşlarımızın problemləri, həmçinin uğurları barədə çox maraqlı müzakirələr gedir. Milli məsələlərlə bağlı söhbətlərin “məstliyindən” onda ayılırıq ki, Kaluqadan xeyli uzaqlaşıb, Ukrayna sərhədlərinə doğru irəliləməkdəyirik...


Bu yerdə qeyd edək ki, Qızıl Orda tarixi ilə sıx bağlı olan, səliblərə qarşı döyüşmüş Kaluqa şəhəri Oka çayının sahilində yerləşir. Mənbələrdən oxuyuruq ki, türk-monqol mənşəli və “qala” mənasını verən Kaluqa adı həm də “qala qapısı” kimi yozulur. mənası ilə bağlayırlar. Burada vaxtilə tatar zastavasının giriş-çıxış qapısı yerləşib. Eyni zamanda məşhur türk əsilli soylardan olan rus familiyası Kaluginlər zadəgan nəsli bu torpaqla bağlı ailələrdən olub. Münbit, ucsuz-bucaqsız torpaq sahələrinə malik Kaluqa şəhəri hazırda Rusiyanın ən iri müasir sənaye mərkəzidir. Burada Şeyx Şamilin ev muzeyi, kosmik nəzəriyyənin müəlliflərindən olan Tsiolkovvskinin şərəfinə ucaldılmış möhtəşəm abidə Kaluqanın simvollarından sayılır.


Şəhərdə bizi diasporumuzun fəal nümayəndələri qarşılayır. Bu yerdə qeyd edək ki, Kaluqa Vilayətində təxminən 5 min azərbaycanlı yaşayır. Burada fəaliyyət göstərən və soydaşlarımızın toplaşdığı əsas diaspor təşkilatı –Azərbaycanlıların Kaluqa Regional Milli-Mədəni Muxtariyyatıdır. Təşkilatın sədri Mahir Amanov, sədr müavinləri Əli Cavadov və Afət Əsədovadır. Onu da vurğulayaq ki, Kaluqa Vilayətində gənclər parlamentinin üzvü olmuş Afət xanım hüquq elmləri namizədidir, hazırda vəkillik fəaliyyəti ilə məşğuldur. Daha bir soydfaşımız, Babaxan Səfərov isə Kaluqa vilayətinin Babınin rayon sovetinin deputatıdır . Kaluqada ikinci qeyri-hökumət təşkilatı, Rusiyada Azərbaycan Gənclər Təşkilatı da fəaliyyət göstərir.


Yeri gəlmişkən, Kaluqa vilayətində yaşayan ermənilərin sayı azərbaycanlılardan dəfələrlə çoxdur. Hətta sayın 50 minə çatdığı deyilir. Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı Samvel Karapetyan da Kaluqada “parlayıb”. Soydaşlarımız danışır ki, Samvel vaxtilə yerli biznesmenlərdən borc alıb işlərini görürmüş. İndi isə sərvətləri o həddədir ki, hətta işğal olunmuş Azərbaycan ərazilərində də qanunsuz fəaliyyətlə məşğuldur. O cümlədən Xankəndi hava limanının tikintisinə 10 milyon dollardan artıq vəsait köçürüb.


**
Tanışlıqdan və ayaqüstü söhbətdən sonra “Dağlıq Qarabağ münaqişəsi və diaspor təşkilatlarımız” mövzusunda (Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə - E.P.) dəyirmi masa başlandı.


QAT sədri Akif Nağı iştirakçıları salamladıqdan sonra səfərin məram-məqsədi, Moskvada keçirilən görüşlər, diaspor nümayəndələri ilə görüşlər barədə məlumat verdi, növbəti görüşlərin anonsunu verdi: “Bizim bu tədbirimiz Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Konkret olaraq bizim fəaliyyətimizə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir”. A.Nağı indiyədək xaricdə keçirilən tədbirlər haqda danışdı. Həmçinin dünyaya səpələnmiş azərbaycanlıların bu işdə aktiv olmasını zəruri saydı. O, diaspor üzvlərini Qarabağ həqiqətlərinin yayılmasında fəallığa səslədi: “Biz nəyin bahasına olursa-olsun Qarabağı işğaldan azad etməliyik! Bu yolda hər bir azərbaycanın vəzifəsi, borcudur ki, torpaqların işğaldan azad olunması üçün əlindən gələni etsin. Amma Qarabağ məsələsi təkcə torpaqların işğaldan azad olunması demək deyil. Bvu, həm də dövlətimizin, millətimizin sonrakı taleyi məsələsidir. Bu gün Qarabağ məsələsi, Qarabağ ideyasından başqa soydaşlarımızı bir araya gətirən ikinci bir ideya yoxdur”.


QAT sədri soydaşlarımızı birliyə çağırdı: “Qüvvələrimizi bir araya gətirmək üçün təşkilatlanma getməlidir. Bu təşkilatlanmanın müxtəlif formaları var. Dünyada yaşayan hər bir azərbaycanlı deməlidir ki, mən Qarabağın azadlığına çalışan Qarabağ hərəkatının sıra nəfəriyəm”. A.Nağı Rusiyadakı azərbaycanlılardan gözləntilərini də bölüşdü: “Rusiyada 3-4 milyon azərbaycanlının yaşadığı deyilir. Biz istəyirik ki, Rusiyadakı hər bir azərbaycanlı Rusiya cəmiyyətinə inteqrasiya olunsun. Burdakı azərbaycanlılara yaranan rəğbət həm də Azərbaycana yönələcək. Eyni zamanda biz Rusiyanın Qarabağ məsələsindəki rolundan hamımız danışırıq. Lakin biz istəyirik ki, Rusiyanın bu istiqamətdə addım atması üçün burdakı azərbaycanlılar da öz sözünü desin”.


QAT sədri region daxilində təşkilatlanma işini gücləndirməyə, həmçinin digər regionlardakı azərbaycanlı təşkilatlarla koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırdı: “Biz Rusiyadakı təşkilatların arasında problemlərin olduğunu da bilirik. Oktyabrın 18-də bu məsələ Moskvada geniş şəkildə müzakirə olunacaq. Çalışmaq lazımdır ki, təşkilatlar arasındakı nifaq toxumunu aradan qaldıraq və Qarabağ naminə birgə fəaliyyət göstərək! Unutmamalıyıq ki, bizim Qarabağla bağlı 100 illik strategiyamız olmalıdır. Çünki sabah Qarabağı azad etsək belə, ermənilər bizdən 100 il əl çəkməyəcəklər, necə ki, Türkiyəyə qarşı xain planlarından əl çəkmirlər. Hər bir millətin milli ideyası var. Azərbaycanlıların da milli ideyası Qarabağın işğaldan azad edilməsidir. Hər kəs bu ideyada özünə yer almalı və töhfəsini verməlidir”. A.Nağı QAT-ın Kaluqada şöbəsini yaratmaq arzusunu dilə gətirdi. Həmçinin Kaluqadakı təşkilatla QAT arasında əməkdaşlıq sazişini imzalamaq istədiyini bildirdi. QAT rəhbəri Qarabağla bağlı təşkilatlar yaratmağa da çağırdı.


Azərbaycanlıların Kaluqa Regional Milli-Mədəni Muxtariyyatının sədr müavini Əli Cavadov çıxış edərək onları narahat edən məsələlərdən danışdı: “Biz elə bilirik ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların bir ideyası olmalıdır və kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız o ideyanın ətrafında birləşməlidir. Təəssüf ki, birləşməyimizə mane olan qüvvələr çoxdur. Ortaya qüvvə qoyan kimi bizi parçalamağa cəhd göstərirlər”.


Təşkilatın Şura üzvü Natiq Fərzəliyev çıxış edərək dedi ki, son sözü ordumuz deməlidir: “Mən Azərbaycan ordusunda xidmət etmişəm, 4 il Qarabağda döyüşmüşəm. Daim deyirəm ki, bu gün Qarabağ işğaldan azad edilsin, kim bizim rəhbərliyə qarşı çıxış etsə, həmin adama qarşı birinci mən çıxacağam. Azərbaycan ordusu öz sözünü deməyə qadirdir. Hökuməti qətiyyətli addım atmağa çağırırıq”. Rusiyanın özünün də münaqişədə maraqlarının olduğunu deyən N.Fərzəliyev bir daha dedi ki, Qarabağın azadlığı ordumuzun qətiyyətindən asılıdır.
A.Nağı əlavə etdi ki, Rusiyada yaşayan azərbaycanlıların ən azı 50 min nəfəri fəal mövqe nümayiş etdirsə və Rusiya hökumətinə qarşı normal mövqe sərgiləsə, o halda hökumət də öz vətəndaşlarının səsini eşidəcək. QAT sədri Rusiyada ermənilərin əsasən bir təşkilatda birləşdiyini xatırlatdı və bildirdi ki, azərbaycanlılar da vahid təşkilatda birləşməlidir: “Bizim bir böyük təşkilata ehtiyacımız var. Artıq biz sözdən işə keçməliyik”.


QAT Ali Məclisinin sədri Barat İmani Qarabağ həqiqətlərinin yaymaq üçün rus vətəndaşları da prosesə cəlb etməyi vacib saydı: “Ermənilər 100 ildir bizə qarşı dünya boyunca təbliğat aparırlar. Özü də təşkilatlanıb bizə qarşı çıxışlar edirlər. Biz onların saxtakarlıqlarını ifşa etməkdən ötrü ruslardan da istifadə etəliyik”.


Əli Cavadov Qarabağın azadlığına maneçiliklərin olması fikrini qəbul etmədi: ““Kimsə bizə icazə vermir”, yaxud “lazım gəlsə”, demək doğru deyil. Bu zaman millət çaşqın vəziyyətə düşür. Burada çox insanlarımız var ki, deyirlər hər an gedib Qarabağ uğrunda döyüşməyə hazırırq. Bizim maliyyə ehtiyatlarımız da var, güclü ordumuz da. Belə olan təqdirdə biz niyə torpaqlarımızı işğaldan azad etmirik? Konstitusiya ilə torpaqlarımızı azad etmək hüququmuz var, Qarabağı azad etmək istəsək, kim bizə nə deyə bilər? Azərbaycan hakimiyyəti bu ideya ilə çağırış etsə, inanıram ki, bütün dünya azərbaycanlıları birləşəcək, torpaqların azadlığı ilə bağlı hərəkətə keçəcək. ATƏT-in Minsk Qrupu Qarabağ məsələsini həll etməyəcək. İllərdir dünya 1 milyon azərbaycanlının taleyini düşünmür, amma 70 min erməninin dərdini çəkir. Bizim milləti birləşdirmək üçün vahid ideya lazımdır, bu ideya da Qarabağ məsələsidir. Bu istiqamətdə əsas mövqe hakimiyyətdən gəlməlidir”.
A.Nağı bu yerdə dedi ki, QAT nə hakimiyyətdədir, nə müaxlifətdə: “Bəlkə hakimiyyətin də hansısa arqumentləri var, biz xəbərsizik. Amma Türkiyənin Suriyada terrora qarşı savaşa başlaması Azərbaycanda da cəmiyyəti hərəkətə gətirib. Hakimiyyət artıq nida işarəsini qoydu. Hər yerdən Qarabağ tələbi gəlsə, hakimiyyət də Qarabağda müharibə qərarı verəcək. İctimai rəyin formalaşmasında Rusiyada yaşayan soydaşlarımızın-sizin də rolunuz olmalıdır. Maksim Şevçenko, Serey Markov, Oleq Kuznetsov kimi rusiyalı ekspertlər də Azərbaycanın sözünü deyir. Siz də onları dəvət edin, gəlsinlər, Kaluqada sizlərini desinlər”. A.Nağı tədbirdə iştirak edən gəncləri rus dilini yaxşı mənimsəməklə yanaşı, Azərbaycan dilini unutmamağa çağırdı. Bildirdi ki, bu, çox həssas mövzudur.


***
Diaspo fəalı Elvin Mikayılov azərbaycanlılar arasında birliyin olmamasından şikayətləndi. Bildirdi ki, ermənilərə meydan verirlər: “Bizim yeganə aparıcı jurnalistimiz Fuad Abbasov idi ki, ermənilərə qarşı aksiyalar keçirirdi, televiziyalarda erməni yalanlarını ifşa edirdi, onu de deport etdilər”. Gənc fəal dedi ki, azərbaycanlıların aksiyasına icazə verilmədiyi halda, ermənilərə “yaşıl işıq” yandırılır. E.Mikayılov ermənilər Şuşadakı Gövhər ağa məscidini “təmir” etdiklərini və “İran məscidi” adı ilə təqdim etdiklərini dedi, narahatlığını ifadə etdi.


Azərbaycan diasporunun üzvü, vətənpərvər ziyalı Sultan Mərzili da ağsaqqal öyüd-nəsihəti verdi: “Bizim taleyimiz bir-birinə bağlıdır. Siz özünüzü bu dövlətin qurucusu olmuş xalqın nümayəndəsi kimi hiss edin. Unutmayın ki, biz imperiya xalqıyıq. Ərzurumdan Sibirə kimi imperiyamız olub. Lakin gürcü və erməninin imperiyası olmayıb. Biz bu gün diaspor olaraq parçalansaq, hamımızı “hopp” edib udacaqlar. Moskvada 1,5 milyon azərbaycanlı var. Kifayət qədər ciddi rəqəmdir. Özü də Azərbaycan xalqı işgüzar, təhsil alan, intellektual xalq olaraq tanınır. Ümumilikdə Rusiyada 4 milyon azərbaycanlı yaşayır. Bİz Rusiyada hətta çeçenlərdən də sayca çoxuq. Birləşsək, gücümüz on qat artcaq, böyük uğurlar qazanacağıq”. Sultan Mərzili dedi ki, biz Qarabağı yox, Abşeronu da versək, ermənilər kifayətlənməycəklər: “Ermənilərin məqsədi türklərin kökünü Qafqazdan kəsməkdir. Hətta dünyaya yayılsaq da, yenə də bizdən əl çəkməycəklər, bizi dənləyəcəklər. Bu gün bizim iş adamlarımız var ki, kənarda dayanmağa üstünlük verir Amma unutmasınlar ki, bir gün erməni onlara da problem yaşadacaq.Harda yaşamağımızdan asılı olmayaraq, heç birimiz unutmayaq ki, bizim Qarabağ problemimiz var. Qarabağ bizim beşiyimizdir, o bizim ocağımızdır. O ocağın məhv edilməməsi üçün əlimizdən gələni etməliyik”.


Tədbirdəki digər çıxışlarda Qarabağ savaşına çağırışlar səsləndi. Erməni daşnaklarına qarşı misilsiz xidmətləri olmuş, Soltan bəy Sultanovun şəcərəsindən olan gənc fəal Qalib Qənbərov da maraqlı nitq söylədi. “Mən Soltan bəyin övladıyam. Fəxr edirəm ki, elə bir kişinin övladıyam. Amma çox istəyirəm ki, Qarabağ azad edilsin. Qarabağdan nə qədər danışmaq olar? Nəhayət, sözdən işə keçmək lazımdır!” Digər bir iştirakçı gəncisə “mənə “lazım” lazım deyil, Qarabağ lazımdır”, bunu da digər gənc söylədi.


Tədbirin yekununda A.Nağı Azərbaycan, rus və ingilis dilində nəşr olunmuş kitablar barədə iştirakçıları məlumatlandırdı və gətirdiyi nəşrləri onlara hədiyyə etdi.


QAT rəhbərliyinin növbəti tədbirləri Rusiyanın ikinci ən böyük şəhərində - Sankt – Peterburqda keçiriləcək.


Elşad PAŞASOY, Musavat.com
Rusiya, Kaluqa şəhəri

Oxşar xəbərlər
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu