\"Terrorçuları qırıb qurtarmaqla bu məsələni həll etmək mümkün olmayacaq...\"
Oxunub: 3299
15 Oct 2019 | 20:34
\
 Azərbaycan Milli Məclisinin sabiq sədri, professor Yaqub Məmmədovla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, Türk ordusunun Suriyada həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatını necə qiymətləndirirsiniz? Türkiyə bu əməliyyatla milli təhlükəsizliyinə yaranan problemi həll edəcəkmi?

- Bu məsələyə iki baxış var. Bir tərəfdən terrorçuları, onlara bağlı qrupları zərərləşdirməklə problem həll edilən deyil. Bu məsələni həll etməyin başqa yolunu tapmaq lazımdır. Baxın, neçə illərdir ki, Türkiyə terrorizmə qarşı mübarizə aparır, dağlarda vuruşur, şəhid verir, yüzlərlə qazilər yaranır. İllər əvvəl terrorçuların lideri Abdullah Öcalanı həbs etdilər. Amma nə dəyişdi? Bu gün də PKK problemi var və Türkiyə mübarizəsini davam etdirir.

İkincisi, hazırda Türkiyə Suriya ərazisində ona təhdid yaradan kürd yaraqlılarını zərərsizləşdirir. Bu tərəfdən də Avropa ölkələri, Amerika, İsrail və digər ölkələr Türkiyənin bu addımına etiraz edirlər. Deməli, proses yenə də uzanacaq.

Mənim fikrimcə, xəstəliyi müalicə etmək üçün onun səbəbi tapılmalı və o səbəb aradan qaldırılmalıdır. Amma səbəb tapılmır və ya onu aradan qaldırmaq mümkün olmur. Kürd separatçılarına dəstək verən, onlara silah ötürən dövlətlər var. Fikrimcə, bu dövlətlərlə oturub problemi həll etmək lazımdır. Əks təqdirdə terrorçuları qırıb qurtarmaqla bu məsələni həll etmək mümkün olmayacaq. Az qala bu proses İsrail-Fəlsətin məsələsinə çevrilib.

Sözsüz ki, türk ordusu ölkədə sabitliyi təmin etmək, sərhədlərini gücləndirmək, terror ünsürlərini özündən uzaqlaşdırmaq məqsədilə Suriyada əməliyyat aparır. Digər tərəfdən də, Qərb dövlətləri, ABŞ və İsrail buna etiraz edir. Kürdlər də dünyaya səpələnib, hər yerdə bu prosesə qarşı fəaliyyət göstərirlər. Biz ümid edirik ki, Türkiyə bu problemin öhdəsindən gələcək.

- Siz düşünürsünüz ki, ABŞ-ın kürd separatçılarını müdafiə etməsi, onlardan ibarət 30 minlik ordu yaratması və bu separatçıların Türkiyə milli təhlükəsizliyini təhdid etməsi konteksində türk ordusunun Suriyaya daxil olması yanlış addımdır?

- Xeyr, mən demirəm ki, bu addım doğru deyil. Türkiyə özünün təhlükəsizliyini təmin etmək məqsədilə Suriyada əməliyyat keçirir. Ancaq mən hesab edirəm ki, bu əməliyyatla paralel olaraq, kürd terrorçularının arxasında duran qüvvələr bu işdən əlini götürməlidir. Əks təqdirdə bu məsələ yenidən uzanacaq, gecikəcək, köklü həllini tapmayacaq. Yəni Türkiyənin Suriyaya daxil olub terrorçuları öldürməsilə məsələ həll edilmir. Terrorçuların arxasında duran dövlətlərlə məsələni müzakirə etmək, bu dövlətlərin separatçı və terrorçulara silah, maddi kömək, siyasi və diplomatik dəstək verməsinin dayandırılmasına nail olunmalıdır. Əgər bu dəstək olmasa, fikrimcə, Türkiyə çoxdan bu vəziyyətdən çıxmış olardı.

- Suriyanın gələcək taleyi necə olacaq, bu ölkədə hansı ssenarilər yaşana bilər?

- Mənim fikrimcə, hazırda Türkiyənin Suriyada apardığı əməliyyat Suriya dövlətçiliyi üçün son dərəcə xeyirlidir. Bu əməliyyat Bəşər Əsədi müəyyən qədər gücləndirəcək. Nəzərə alınmalıdır ki, Türkiyə ordusu əməliyyatı başa çatdırdıqdan sonra Suriya ərazisində qalmayacaq. Deməli, Türkiyənin terrorçulardan təmizlədiyi ərazilər sonra Suriya dövlətinin nəzarətinə keçəcək. Türkiyə özü dəfələrlə elan edib ki, Suriyada işğalçı siyasət aparmaq niyyəti yoxdur. Amma Suriya problemi özlüyündə mürəkkəb problemdir. Bu problemin necə başa çatacağı hələ gələcəyin məsələsi olaraq qalır. Böyük dövlətlərin Suriyada maraqları toqquşur, odur ki, bu proses hələ uzanacaq. Problemin həlli üçün ilk olaraq Suriyada marağı olan böyük güclər arasında razılaşma əldə olunmalıdır.

- ABŞ elan etdi ki, artıq Suriyadan çıxır. Sizcə, bu Suriya böhranının həlli istiqamətində mühüm gediş deyilmi?

- ABŞ əsgərləri Suriyadan çıxmayacaq. Ola bilsin ki, ABŞ-da qarşıdan gələn seçkilərlə əlaqədar olaraq, Prezident Tramp belə addımlar atır. Əslində bu boş söhbətdir. Mən inanmıram ki, ABŞ birtərəfli şəkildə Suriyanı tərk etsin. Bu, çətin məsələdir. Obama hakimiyyətə gələndən elan etmişdi ki, Əfqanıstanda olan ABŞ ordusunu çıxaracaq. Nə oldu, çıxardılarmı? Bəyanat vermək başqa, real addım atmaq başqa. Gah deyirlər çıxırıq, gah deyirlər, əsgərlərimizin sayını çoxaldacağıq. Yəni ABŞ-ın addımlarına birmənalı yanaşmaq lazım deyil.

- ABŞ həm də Türkiyəyə Suriyadakı əməliyyatlarına görə sanksiya tətbiq etmək qərarını açıqladı. İki müttəfiq ölkə arasında yaranan bu ziddiyyəti necə izah etmək olar?

- Əvvəla, Türkiyə bir NATO ölkəsidir, Amerika ilə yaxın əlaqələri var. Əgər indi ABŞ Türkiyənin Suriyada apardığı əməliyyata dəstək vermirsə, əksinə onun əleyhinə təbliğat aparırsa, üstəlik Ankaraya sanksiyalar tətbiq edirsə, deməli, çox mürəkkəb durum var. Odur ki, ABŞ, Rusiya, İran, İsrail və Avropa dövlətlərinin razılığı olmadan kürd separatizmi problemini həll etmək çox çətin olacaq. Ərdoğan qətiyyət nümayiş etdirərək, ordunu Suriyaya yeridib və fəal əməliyyatlar aparır. İndi görək, sonu necə olacaq.

- Siz türk ordusunun qarşısına qoyduğu məqsədi yerinə yetirəcəyinə inanırsınızmı?

- Yaxın dövr üçün ordu ona tapşırılan bütün məqsədilərə nail olacaq. Amma sonrası necə olacaq? Nəzərə almaq lazımdır ki, Suriyada kürdlərin sayı 20-30 min deyil. 20-30 min onların silahlı strukturudur. Amma belədə kürdlərin sayı daha çoxdur. Üstəlik xaricdə olan kürdlər ora dəstək verir, Qərb isə birmənalı dəstəyini ifadə edir. İranda da bu yandan mitinq keçirirlər. Vəziyyət çox qəlizdir. İndi deyirlər ki, türk ordusu Suriyada qarşısına qoyduğu hədəfə çatdıqdan sonra təcili Suriyanı tərk etməlidir. Mənə görə, bu, doğru yanaşma deyil. Əksinə ordu əməliyyatı başa çatdırdıqdan sonra bu ərazilərdə Türkiyənin mövqeyi gücləndirilməlidir. Əgər ordu geri qayıtsa, kürd silahlıları yenidən boşluğu doldura bilər. Türk ordusu əməliyyatdan sonra bu əraziləri o şərtlə tərk edə bilər ki, Suriya hakimiyyəti orada kürdlərin təşəkkül tapmasına, dağıdılan kürd silahlılarının toparlanmasına imkan verməsin. Bunun üçün Suriya dövləti gücləndirilməli, ordusu fəal iş aparılmalıdır. İndi buna imkan verib-verməyəcəklərini demək çətindir. Suriyada olan qüvvələrin hər birinin öz marağı var. Suriya dövlətçiliyinin saxlanılıb-saxlanılmaması məsələsinin özündə belə marağı olub-olmayan tərəflər var.

- Hazırda Suriya ilə Türkiyə arasında diplomatik əlaqələrin olmaması hansı çətinliklər yaradır?

- Mənə görə, əlaqələr bərpa edilməlidir. Əlaqələrin olmaması əslində türk ordusunun əməliyyatının nəticələrinə mənfi təsir göstərən amildir. Diplomatik əlaqələr olmalıdır ki, bu ərazilərin sonrakı taleyi, oranın idarə edilməsi məsələsi aydınlaşdırılsın.(teleqraf.com)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama