“Suriya getsə, Tehran da gedəcək” - İki ölkəni ABŞ və İŞİD-in əlindən alan general
Oxunub: 4888
19 May 2019 | 11:20
“Suriya getsə, Tehran da gedəcək” - İki ölkəni ABŞ və İŞİD-in əlindən alan general
İranın İraqdakı bir nömrəli adamı Hadi əl-Əmiri ilə bağlı dünən təqdim etdiyimiz yazının sonunda onun aşağıdakı fikrinə diqqət etmişdik: ”Əgər Qasım Süleymani İraqda olmasaydı Heydər əl-Abadi (İraqın sabiq baş naziri. 2014-2018) öz kabinetini mühacirətdə yaratmalı olardı”. 
Onu da vurğulamışdıq ki, Qasım Süleymani olmasaydı Bəşər Əsəd də ən yaxşı halda İranda mühacir kimi yaşayırdı. 

İndi isə Qərb mətbuatında Qasım Süleymani ilə bağlı getmiş məqalələr əsasında hazırlanan yazını təqdim edirik. 

Qasım Süleymaninin hansı şərtlər altında və hansı məqsədlər naminə fəaliyyət göstərdiyini daha dərindən anlamaq üçün tarixə kiçik bir ekskurs etmək gərəkir. 

1979-cu il. Fevralın 11-də İran ordusu xalqla Pəhləvi rejimi arasında gedən mübarizədə neytrallığını elan etdi. 2500 il davam edən monarxiya rejimi süquta uğradı. Ayətullah əl-üzma Ruhullah Xomeyninin başçılıq etdiyi İslam İnqilab qalib gəldi.

İran yeni bir eraya qədəm qoydu. Şiə ideologiyasına söykənən mollakratiya Yaxın Şərqə yenidən şəkil verməyə başladı. İllər keçdikcə İran müxtəlif ölkələrdə yaşayan şiələrin pənahına çevrildi.

Qasım
Qasım Süleymani

Məlumat üçün deyək ki, dünya müsəlmanlarının təxminən 85 faizi yaxını sünnidir,15 faizi isə şiədir. Tarixən şiə azlıq sünni çoxluğun təzyiqi altında olub. İran İslam İnqilabından sonra isə azlıqda olan şiələr Yaxın Şərqdə güc mərkəzinə çevrilməyə başladı. İranın dəstəyi ilə Livanda yaranmış Hizbullah (Rəhbəri Seyid Həsən Nəsrullahdır. Şiə təşkilatı. E.H.) faktiki olaraq şiələri ölkənin sahibinə çevirdi. Halbuki əvvəllər Livanda şiələri heç adam yerinə qoyan yox idi. Bir müddət sonra İraq və Suriya faktiki İranın şiə ideologiyasına təslim oldu və İranın əyalətinə çevrildi. 1987-ci ildə “Müsəlman qardaşlar”ı təşkilatının Fələstin özəyi kimi yaranmış Həmas da tezliklə İranın təsir dairəsinə daxil oldu. Düzdür, Həmas sünni təşkilatıdır. Ancaq İranın yanında yer alır və rəsmi Tehran Həmas üzərindən Fələstin məsələsində əsas tərəflərdən biri kimi çıxış edir.

Yaxın Şərqdə şiəliyin siyasi faktora çevrilməsi və bunun üzərindən İranın nüfuzunun güclənməsi Səudiyyə Ərəbistanı başda olmaqla sünni ərəb ölkələri tərəfindən narahatlıqla qarşılandı. İş o yerə çatıb ki, Səudiyyə Ərəbistanı və ətrafında olan digər varlı körfəz ölkələri İranın qarşısını almaq üçün İsraillə belə yarım-gizli müttəfiqlik münasibətinə gedib. ABŞ-ın bir araya gətirdiyi “Ərəb NATO-su” İsrailin yanında və onunla birlikdə İranın qarşısındadır. Əlbəttə, dirijor çubuğu Amerikanin əlindədir. Avropa Birliyi də ABŞ-ın təzyiqləri qarşısında yarı xoş, yarı zor İrana dirsək göstərmək zorundadır.

Maraqlidir ki, İranın şiə birliyi davası Azərbaycana münasibətdə keçərli deyil. Aydindir ki, İran Suriya və ya İraqa verdiyi dəstəyin onda birini Azərbaycana versəydi Dağlıq Qarabağ erməni işğalına məruz qalmazdı. Bu sirr deyil ki, İran türk millətçiliyindən dolayı müstəqil Azərbaycanı öz varlığına təhlükə sayır və Azərbaycanın zəifləməsi üçün Ermənistana açıq şəkildə yardım göstərir. 

Oradan başlayaq ki, general Qasım Süleymani İran İslam İnqilabi Keşikçiləri Korpusunun Qüds Briqadasının komandanıdır. Özünü “sıravi əsgər” adlandırır. ABŞ isə bu yaxınlarda İslam İnqilabi Keşikçiləri Korpusunu terrorçu təşkilat elan edib. “Sıravi əsgər”i isə “super-terrorçu” qismində tanıyıb.

Qasım Süleymaninin əsas fəaliyyət mərkəzlərindən biri Suriyadır. Bu ölkənin İran üçün önəmini aşağıdakı açıqlama çılpaqlığı ilə ortaya qoyur.

فرمانده
Mehdi Tayibi

“Suriya İranın 35-ci ostanıdir və bu ostan bizim üçün strateji əhəmiyyət daşıyır. Əgər düşmən bizə hücum etsə, ya Suriyanı, ya da Xuzistan ostanı işğal etməyə çalışsa bizim üçün önəmli olanı öncə Suriyanı düşmən işğalından qorumaq olacaq. Əgər Suriyanı qoruyub saxlaya bilsək Xuzistan ostanını da geri ala bilərik. Ancaq biz Suriyanı itirsək, Tehran da gedəcək”. Höccətül-islam Mehdi Tayibin bu fikirləri Qərb mətbuatında dəfələrlə tirajlanıb. Çünki bu fikir Suriyanın İran üçün önəmini çox sadə şəkildə ortaya qoyur. Həm də bu mülahizələri səsləndirən şəxs İranın dini lideri ayətullah Əli Xameneyinin yaxın dostudur. 

Xuzistan ostanı Livandan 6.5 dəfə böyükdür. İran neftinin 90 faizi bu regionun payına düşür. Burada yaşayan 4.5 milyon əhalinin əsas hissəsi ərəblərdən ibarətdir. Ancaq İran heç ərəblərə də ana dilində təhsil haqqı tanımır. 

Yeri gəlmişkən, İranın 31 ostanı var. Suriya isə 35-ci ostan elan olunub. Bəs 32, 33 və 34-cü ostanlar hansılardır? Iran 1971-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin 3 adasını işğal edib. Böyük ehtimalla həmin adalar da qeyri-rəsmi şəkildə cənab Mehdi Tayibi tərəfindən ostan olaraq hesablanıb. 

Höccətül-islam Mehdi Tayibi İranın Suriya ordusunu yenidən qurduğunu bildirir: “Suriyanın ordusu vardı. Ancaq onlar şəhər daxilində yaxşı hərəkət etmək qabiliyyətinə malik deyildi. Suriyadakı Bəsic (İranda könüllülərdən təşkil olunmuş “Bəsic Müqavimət Qüvvəsi” modelində hərbi birləşmə. E.H) 60 min Hizbullah üzvündən yaradıldı. Onların şəhərdaxili döyüşlər üçün yetərincə təcrübəsi vardı”.

Düşünün, İran Livanda nəzarət altında saxladığı Hizbullah təşkilatının 60 min üzvünü Suriyaya gətirir və sıfırdan Suriya üçün ordu yaradır. Aydındır ki, bu irimiqyaslı prosesə general Süleymani rəhbərlik edib. 

Qərb ekspertlərinin hesablamasına görə, Suriya ordusu vətəndaş müharibəsi ərzində 80-100 min hərbçi itirib. Bu boşluğu rəsmi Tehran Hizbullah və İran İslam İnqilabi Keşikçiləri Korpusunun hesabına doldurub. Həmas kimi təşkilatın döyüşçüləri də bu orduda yer alıb. 

ABŞ mütəxəssisləri deyir ki, İran hər il Suriya savaşına ən azı nağd şəkildə 35 milyard dollar xərcləyir. O da bəllidir ki, İranın maliyyə imkanları o qədər də geniş deyil. Buna baxmayaraq, İran Bəşər Əsəd rejimin “Suriya getsə, Tehran da gedəcək” düşüncəsindən dolayı təkidlə müdafiə edir.


Höccətül-islam Mehdi Tayibi İranda fəaliyyət göstərən “Ammar Strategic Advisory Base” mərkəzinin rəhbəridir. Bu mərkəz ideologiya sahəsində çalışır. Mərkəzin hazırladığı materiallara əsasən dünyada baş verən bütün pisliklərin arxasında İsrail durur. O cümlədən, İŞİD İsrail tərəfindən yaradılıb, dünya mediası İsrailin nəzarətindədir və yəhudilər ələ aldıqları ABŞ-ın köməyi ilə dünyaya ağalıq etmək arzusundadır. Düşmənin bu kimi arzusunu gözündə qoymaq üçün Qasım Süleymani gecə-gündüz bilmədən mübarizə aparır. Ən azı, rəsmi Tehranın təbliğat maşını onu bu keyfiyyətdə xalqa təqdim edir. Ancaq Qərb mətbuatında da general haqqında təriflərə səxavətlə yer verilir. İndi isə bu kimi məqamları nəzərdən keçirək.

Mömin müsəlman və bacarıqlı general 

“The New Yorker” qəzeti 2013-cü ildə yazırdı: “İranlı zabitlər onu mömin müsəlman və İslam İnqilabına sadiq birisi kimi təqdim edir”.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) İraqda vuruşmuş zabiti Con Maguire onun haqqında belə deyib: “Cənab Süleymani digər zabitlərdən kəskin şəkildə xüsusi bacarığı ilə fərqlənir”.

Xarizma həmən hiss olunur 

Qəzet yazır ki, Süleymani ictimaiyyət qarşısında özünü çox sadə aparır. Nadir hallarda səsini qaldırır. Ancaq onun xarizması dərhal hiss olunur. O, bəstəboydur. Ancaq hər kəsə təsir edə bilir: “Otaqda 10 nəfər oturmuşdu. O, içəri daxil oldu. Hamıdan kənarda tək əyləşdi. Danışmadı, sadəcə oturub digərlərini dinləyirdi. Ancaq hamı artıq onun təsiri altında idi”...

“Canı şəhid”: ”Ölüm son deyil”

“The Daily Sabah” isə yazır ki, İraqda komandan olan cənab Süleymani ətrafındakı hərbçilərə deyirdi ki, ölüm həyatın başlanğıcıdır, həyatın sonu deyil. 

Qeyd olunur ki, o, hətta döyüşün ən qızğın vaxtı belə dəstəmaz alır və ibadət edir.

Son dərəcə dindar olduğuna görə ona general kimi yox, daha çox “hacı Qasım” kimi müraciət edirlər. O, Samara şəhərində olarkən imam əl-Əsgərin məqbərəsində tez-tez olurdu. Çox vaxt geçələri ziyarətgahda keçirirdi. 

Ayətullah Əli Xameneyi onun haqqında deyir ki, Qasım Süleymani İslam İnqilabının canlı şəhididir. 

Bitməyən döyüşlər

Hacı Süleymani kasıb ailədə doğulub. Atasının borclarını qaytarmaq üçün gənc yaşlarından su idarəsində işləyib. Boş vaxtı olanda isə ağır ştanqaları qaldırıb və idmanla ciddi məşğul olub. Ayətullah əl-üzma Ruhullah Xomeynini cangüdən qismində müşayiət edən idmançı gənclər arasında yer alıb. İran-İraq müharibəsində (1980-1988) gənc yaşında 41-ci diviziyaya rəhbərlik edib. Livanda Hizbullah, Fələstində Həmas təşkilatlarının möhkəmlənməsində və silahlanmasında müstəsna xidmətlər göstərib. İraq və Suriyada İranın keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edib. İŞİD-in İraq və Suriyada məğlubiyyətə uğraması üçün ciddi işlər görüb. İraq və Suriyada kürd silahlılarla anlaşıb və onlarla birlikdə İŞİD-ə qarşı hücumlar təşkil edib. 

Əfqanıstanda istehsal olunan üyüşdürücü malların İran üzərindən Türkiyəyə, oradan isə Avropaya daşınmasının qarşısının alınmasında ciddi uğur qazanıb və qaçaqmalçılığa sipər çəkib. 

İran prezidentinə ultimatum 

1999-cü ildə Tehranda tələbələrin kütləvi nümayişləri başladı. O vaxt Qasım Süleymani İranın beşinci prezidenti Məhəmməd Hətəmiyə (1997-2001) yazılan açıq məktuba imza atan zabitlərdən biri idi. Məktubda zabitlər birmənalı şəkildə bəyan edirdi ki, tələbə nümayişlərinin qarşısı dərhal alınmalıdır, əks təqdirdə onlar ölkədə hərbi çevriliş edəcək...

İraqa barış gətirdi 

O, 2008-ınci ildə İraq Ordusu ilə Mütəqda əl-Sədrin tabeliyində olan Mehdi Ordusu arasında gedən savaşın sülh razılaşması ilə yekunlaşmasına nail oldu. 

Talibana qarşı ABŞ-İran İttifaqı 

2001-ci il. 11 sentyabr. Əl-Qaidə ABŞ-da silsilə terror aktları törətdi. Dövlət Departamentinin yüksək ranqlı rəsmisi Ryan Croker Cenevrədə İran rəsmiləri ilə görüşdü. ABŞ Əfqanıstanda şiələri məhv edən Talibana qarşı İranla əməkdaşlığa maraq göstərdiyini bildirdi. Bu əməkdaşlıq zamanı görülən işlərə də general Qasım Süleymani rəhbərlik etdi. Birgə əməkdaşlığın uğurlu nəticələri də ortada idi. Gözlənilmədən ABŞ-ın 43-cü prezidenti Corc Buş (oğul. 2001-2009) İranı “Şeytan Oxu”nun bir hissəsi elan etdi. 2002-ci ildəki həmin çıxışdan sonra ABŞ-İran əməkdaşlığına son qoyuldu.

Cəlal Təlabaninin kabinetində görüş 

2009-cu ildə mediaya belə bir məlumat sızdı ki, general Süleymani İraq prezidenti Cəlal Təlabaninin kabinetində Amerikalı generallar Kristofer Hill və Raymond Odierno ilə görüşüb. Ancaq amerikalı generallar bu məlumatı təkzib etdi. 

Bəşər Əsəd yıxılsa, sən davam et

Suriyada Bəşər Əsədin devriləcəyi təqdirdə Qasım Süleymaninin mübarizəni davam etdirmək üçün rəsmi Tehrandan təlimat aldığı söylənilir.

Putin

Vladimir Putin: “Qasım Süleymanini göndərin”

Rusiyanın Suriya savaşında Bəşər Əsədə dəstək məqsədi ilə hərbi əməliyyatlara başlamasında da Qasım Süleymaninin ciddi rolu var. Ayətullah Əli Xameneyi 2015-ci ildə Vladimir Putinlə görüşmək üçün İran rəsmilərin Moskvaya göndərdi. Danışıqlar zamanı Rusiyanın Suriya məsələsinə hərbi müdaxiləsi müzakirə olundu. Görüşün sonunda prezident Putin belə dedi: “Rusiya hərbi müdaxiləyə razıdır. Qasım Süleymanini göndərin”. Az sonra Qasım Süleymani Moskvada oldu və Suriyada gedən hərbi əməliyyatların detalları barədə Rusiya hərbçilərinə məlumat verdi...

Maykl
Maykl Pompeonun yetişməyən məktubu 

2016-cı ildə prezident Donald Tramp tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru təyin edilən Maykl Pompeo bəyan etdi ki, o, cənab Süleymaniyə və digər İran rəhbərlərinə məktub göndərib. Məktubda deyilir ki, İran tərəfi nəzarətdə saxladığı ərazilərdə ABŞ-ın maraqlarına qarşı atılacaq istənilən addıma görə məsuliyyət daşıyır. Qeyd olunur ki, məktubu cənab Süleymaniyə çatdırmaq göstərişi uğursuz oldu. Çünki general amerikalıların məktubunu almaqdan imtina etdi: “Sizin məktubunuzu götürməyəcəm, onu oxumaq fikrində deyiləm. Mənim bu məktubu gətirən adamlara da deyiləsi bir sözüm yoxdur”.

Ä°ran
Mülki paltarda gəzən general 

O da maraqlıdır ki, İran İslam İnqilabi Keşikçiləri Korpusunun digər rəhbərlərindən fərqli olaraq o, hərbi paltarda az-az görünür. Hətta hərbi əməliyyatlar zamanı mülki paltarda olmağa üstünlük verir. 

Prezident olmaq istəyim şayiədir

“BBC” 2015-ci ildə belə bir məlumat yaydı ki, Qasım Süleymani İran prezidenti olmaq üçün seçkilərə qatılacaq. Bu iddia uzun müddət gündəmdə qaldı. 2016-cı ilin sentyabrında general bu kimi söhbətləri şayiə adlandırdı və bunların düşmən tərəfindən uydurulduğunu söylədi: “Mən həmişə siravi əsgər olaraq qalacam, İrana və İslam İnqilabına xidmət edəcəm”. 

Karate üzrə Dan sahibi 

Qasım Süleymaninin 5 bacısı və bir qardaşı var. Söhrab Süleymani bir müddət Tehran həbsxanalarına rəhbərlik edib. ABŞ onu “İranda dustaqlara işgəncə verilməsinə görə” dəfələrlə ittiham edib və onun adı sanksiyaya məruz qalan İran rəsmiləri arasındadır. 
Cənab Süleymani gəncliyində karate üzrə Dan sahibi olub və məşqçi kimi çalışıb. Onun iki oğlu və iki qızı var.

İsveçrə də onu “arzuolunmaz” şəxs elan etdi

ABŞ hələ 2007-ci ildə ilk dəfə Qasım Süleymaninin adını sanksiyalar siyahısına saldı. Avropa Birliyi də onu arzuolunmaz şəxslər sırasında görür. Hətta ABŞ və Avropa Birliyinin təzyiqi o həddə olub ki, balaca İsveçrə belə onu arzuolunmaz şəxslər sırasına daxil etdi.

Elbəyi Həsənli, Sürix
(musavat.com)

Yazının ərsəyə gəlməsində istifadə olunan mənbələr: 

Oxşar xəbərlər
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO