"Qarabağ Colan təpələrinin acı taleyini yaşamamalıdır"
Oxunub: 3162
26 Mar 2019 | 16:49
Gərək Azərbaycan ordusu "ermənibaşların" başına elə qapaz vursun ki, gələcəkdə Dağlıq Qarabağ Colanın gününə düşməsin...

"Ağ evin" demokratiya adı altında bütün dünyanı qara günə qoyması artıq heç kimə sirr deyil. Yetənə yetib, yetməyənə bir daş atan ABŞ və ya onun ağbaş prezidenti Donald Tramp üzdə özünü dünyanın gözünə nə qədər "demokratiya atası" kimi dürtməyə çalışsa da, amma içindəki "qara donlu" kafirliyi gizlədə bilmir. 

Yəqin ki, hələ 2017-ci ilin 6 dekabrında Trampın Yaxın şərqdə güya sülh prosesinə təkan vermək üçün, hətta "gecikmiş addım" adlandırdığı, İsraillə Fələstin arasında mübahisəli məsələ olan qədim Qüdsün İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini ora köçürməsini hər kəs yaxşı xatırlayır. Onun bu addımını əksər müsəlman ölkələri və beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i qınasa da, amma Tramp "burda mənəm, şərqdə Netanyahu" deyib özü üçün bildiyini etməkdə davam edir. 

Dünyanı qarışdırmaq işinə tamam etmək əvəzinə davam edən Donald, bu dəfə Suriyanın Colan təpələrini İsrailin ərazisi kimi tanıması ilə haqsızlığın lap təpəsinə çıxmış oldu. O, bu addımı ilə ABŞ-ın dünyada müəyyən qədər həm "demokratiya atası" imicini, həm də az-çox ümid bəslənən beynəlxalq hüququ açıqcasına məhv etdi.  

Bu arada xatırladaq ki, zəngin su qaynaqları olan və 1944-cü ildən Suriyaya məxsus Colan təpələri 1967-ci ildə İsraillə Suriya arasında baş vermiş 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal olunub. Hətta 1981-ci ildə İsrail oğulları bu yerləri öz ərazilərinə birləşdirmələri barədə dünyaya rəsmən bildiriş versələr də, amma Beynəlxalq təşkilatlar Colanı bu günədək Suriya ərazisi kimi qəbul edirlər. 
Sözsüz ki, Trampın növbəti bu yeni oyunundan sonra bəzi dünya ölkələri və Beynəlxalq təşkilatlar ənənəvi olaraq öz etiraz "təbillərini" çalmağa başlasalar da, amma nə fayda, Tramp "Ağa Nəzərəm, belə gəzərəm" - deyib dünyaya yalnız dollar gözü ilə baxmaqla öz işində davam edir.

Əslində beynəlxalq hüququn bu kimi problemlərin həllində paslanaraq işlək olmaması barədə və dünyanı yalnız güclülər idarə etdiyini hər kəs yaxşı bilir. Məhz, bu üzdəndir ki, neçə illərdir beynəlxalq hüququn Azərbaycanın Dağlıq Qarabağ məsələsində hərtərəfli haqlı olduğunu sübut etsə də, amma rəsmi Bakı onu öz istəyinə uyğun şəkildə həll edə bilmir.

Əlbəttə, Donaldın Colan təpələrini İsrailin ərazisi kimi tanıması barədə olan sənədə "qol qoyması", birbaşa olaraq Ermənistan üçün Qarabağın "gülünü açır", yəni onlara stumul verir. Çünki bu proseslərin gedişində bəzi oxşarlıqlar mövcuddur. Məsələn, əgər bir vaxtlar Colan İsrail tərəfindən zəbt edilib uzun müddət işğalda saxlanılaraq de-fakto İsrail oğulları tərəfindən idarə olunubsa, Dağlıq Qarabağ və ətraf rayonlar da Ermənistan tərəfindən işğal olunub və hazırda da de-fakto onların nəzarətində saxlanılır. Bu barədə bəzi "deyişmələrə" diqqət yetirəndə də bəzi oxşarlıqlar görünür. Baxın, məgər ötən ilin oktyabrında İsrailin baş naziri Netanyahunun dediyi - "Heç zaman Colan təpələrini azad etməyəcəyik" sözü, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın "dqr prezidenti" ilə birgə işğal altında olan Cəbrayıl-Füzuli istiqamətindəki təmas xəttinə gəlib - "Azərbaycana bir qarış da olsun torpaq verilməyəcək, Arazboyu ərazilər məskunlaşdırılacaq" sözünün başqa bir forması deyilmi? 
Belə məsələlərdə fürsəti qaçırmayan ermənilər ağızgüdənlik edib həmişə "himə bənd" olurlar. Onları Suriyadakı "aslanların" bir-birini "didib-didişdirməsi" heç də maraqlandırmır. Tülki kimi kənarda durub lazımi "haləti" gözləyirlər ki, oradan özlərinə pay götürsünlər.   
Doğurdan da hər an "himə bənd" olan haylar üçün Colan təpələrinin acı taleyi, bu məqamda nümunə olaraq onlara ciyəri susuzluqdan yanan adama verilən sərin su kimi lap ləzzət etdi. 
Məhz bu üzdən də, Colan təpələrinin "suyunun" haylar üçün "şirin" gəlməsi özünü çox gözlətmədi. Baxın, əgər belə olmasaydı "dqr mətbuat katibi" David Babayanın Ermənistan mediasına açıqlamasında Trampın bu haqsız "bardağına" haqq "süzüb"  Azərbaycanın erməni işğalı altındakı Kəlbəcər bölgəsinin  işğalçılar üçün "statusu"nu da Colan təpələri ilə eyniləşdirərək bu rayonun bulaqlar, çaylar, göllərlə zəngin, dağlarının da Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinin "kritik komponenti", yəni burada içməli su problemi ilə təminat baxımından strateji əhəmiyyətini önə çəkərək "bu kontekstdə "böyük dövlətin" tövsiyələrindən yararlanmamaq, sadəcə, yolverilməzdir" deyərdimi?
Bu mənada Ermənistandan fərqli olaraq rəsmi Bakı indiyədək həmişə məşhur bir mahnıda oxunduğu kimi - gah Araz olub Kürə, gah bülbül olub gülə, gah da təəssüf ki, daha çox "sülh yolu" nağılına uyub kimlərinsə "şirin" dilinə bənd olub. Halbuki, ən yaxşısı elə, yəni el deyənə bənd olmaq daha doğru olardı.
Sülh demişkən, Ermənistana "paşalıq" edən Nikolun martın 29-da Vyanada Azərbaycan prezidenti ilə Qarabağın ağ günə çıxmasını sülhlə, danışıqlarla həll etmək üçün baş tutabiləcək görüş ərəfəsində, Ermənistan Müdafiə nazirliyinin "başbilənlərini" başına toplayıb qapalı iclas keçirməsini bu görüşə "vur-vurum" niyyəti ilə gedəcəyi kimi güman etmək olar. Əgər görüş zamanı bu güman özünü həqiqətən doğrultmuş olsa, onda gərək rəsmi Bakı bu kimi görüşləri və ya danışıqları birdəfəlik "qapatsın" və Azərbaycan ordusu "ermənibaşların" başına elə qapaz vursun ki, gələcəkdə Dağlıq Qarabağ Colanın gününə düşməsin.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO