Qələm düşmən əlindədirsə - Diaspor liderindən haray...
Oxunub: 2840
28 May 2016 | 01:46
Qələm düşmən əlindədirsə  - Diaspor liderindən haray...
Azərbaycan Respublikısanın Prezidenti, Cənab İlham Əliyevə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, Xanım Mehriban Əliyevaya


Heydər Əliyev Fondunun Bəyanatı

Qırğızıstanda fəaliyyət göstərən, rəhbəri olduğum Heydər Əliyev Fondu və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu yaradıldığı ilk gündən Azərbaycan dövlətinin, xalqının, onun Prezidentinin adına kölgə sala biləcək heç bir işlə məşğul olmayıb. Əksinə, keçirdiyimiz saysız hesabsız tədbirlər, tərcümə etdirib nəşr etdirdirdiyimiz kitablar Azərbaycanımızın, Prezidentimizin təbliği çərçivəsində həyata keçirilib. Misal olaraq “Prezident İlham Əliyev” üçcildliyini, “Dünya siyasətinin zirvəsini fəth edənlər” (Ulu Öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin apadığı uğurlu siyasətdən danışan ikicildlik)  ikicildliyini, qırğız, qazax və rus dillərində nəşr etdirdiyimiz  “Müasir Azərbaycanın yaradıcısı və qurucusu”, “Qırğızıstan və Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu”, “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi”, “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi”, “Gorus-2010”, “Şah İsmayıl”, “Мифотворчество Армян в контексте первого в истории христианского государства”,  “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla”, “Çar Rusiyasının Azərbaycan ərazisində Ermənistan dövləti yaratmaq siyasəti”, “Kavkaz Albanlarının əlyazması”, “Admiral Bristolun raportu. Faktların dili ilə”  Mir Cəlalın “Seçilmiş əsərlərinin üçcildliyi”, Bəxtiyar Vahabzadənin rus, qırğız, ingilis dillərinə tərcümə etdirib nəşr etdirdiyimiz  “Gülüstan” poeması  və bir çox başqa  kitabları göstərə bilərəm.  Nəzərinizə çatdırım ki bu günə kimi 85-dən çox kitabı öz şəxsi vəsaitimizlə müxtəlif dillərə tərcümə etdirib, nəşr etdirib PULSUZ yaymışıq. Kitabların PULSUZ yayılması haqqında kitablarda məlumat var. PULSUZ yaydığımız kitabların arxasında hansı maraqlarımız ola bilər?! Fəxrlə deyə bilərəm ki rəhbəri olduğum fondun nəşr etdirdiyi kitablara Rusiya Federasiyası, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və başqa dövlətlərin kitabxanalarında, Ali məktəblərində rast gəlmək olar. Əlbəttə gördüyümüz bu işlər təzyiqsiz də ötüşmür.  Azərbaycan dövlətini, xalqını, Prezidentini istəməyənlər müxtəlif yollarla bizə işimizdə maneələr yaratmağa çalışırlar. Bu da ondan xəbər verir ki tutduğumuz yol düz yoldur. Azərbaycana məlumatlar ötürürlər ki Nüsrət Məmmədov xalq düşmənidir. Bəli, mən xalq düşməniyəm, Prezidentimiz İlham Əliyevə, Dövlətimizə, Dövlətçiliyimizə, türk dünyasına düşmən olan xalqa qarşı düşmənəm. Çox təəssüflər olsun ki, belə qarayaxmalar, şər-böhtanlar, donoslar Azərbaycanın diplomatiyası səviyyəsində həqiqət kimi həm Azərbaycana, həm də yerli hüquq mühafizə orqanlarına ötürülür və Mənim düşmən obrazımın yaradılmasına çalışılır.
Fonda süni yaradılmış böhran ümumi deyil,  xüsusidir və mənimlə bağlıdır. Mən isə bu keyfiyyətdə bir dalğanın önündə duracaq gücdə deyiləm. Hətta həmin dalğanın gerçək gücündən xəbərim olsa da belə. Həqiqətən də, qələm düşmən əlindədirsə, təbliğat sənin əleyhinədirsə”¦ istəyirsən barmağının beşini də bal elə, xeyri yoxdur.  Qara təbliğat nəinki bir çevrəni, hətta bütöv bir xalqı belə çaş-baş sala, doğrulardan sapdıra bilər. Bu, sınanmış təcrübədir. 
Dolayısı ilə nəşr etdirdiyimiz bütün kitablar Ulu öndərimizin irsinin, Azərbaycanın və türk dünyasının tarixinin, Prezidentimiz İlham Əliyevin apardığı siyasətin təbliği ilə bağlıdır.  
Bu ilin mart ayının 10-da Qırğızıstan Respublikası Prezidentinin bir nömrəli rezidensiyasında azərbaycanlı tarixi romanlar yazarı Yunus Oğuzun qırğız dilinə tərcümə etdirib “Temirlan” adı altında  nəşr  etdirdiyimiz “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” ikicildliyini və Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun türk dilinə tərcümə etdirib nəşr etdirdiyimiz “Məhəmməd Peyğəmbər” dastanının, diplomatiyamızın öz səlahiyyətlərindən sui istifadə edərək, bizə qarşı ağılasığmaz təzyiqlərinə məruz qalaraq, yüksək səviyyədə təqdimatının keçirilməsinə nail olduq. 
Burada bir haşiyə çıxmaq istəyirəm. “Tamerlan” türkün dövlətçilik və  qəhrəmanlıq rəmzini  özündə əks etdirən  tarixi  romandır. Son vaxtlar törədilən terror aktlarını islamla bağlayırlar. Türk dilinə tərcümə etdirib nəşr etdirdiyimiz “Məhəmməd Peyğəmbər” dastanı islam dininin ən tolerant, sülhsevər, terrorla heç bir əlaqəsi olmayan bir  din olduğunu sübut edir. Başlıcası isə təqdimat mərasimində Azərbaycanımızın bayrağı da qırğız və türk bayraqları ilə yanaşı qaldırılmışdı. Bə bəziləri buna sevinməkdənsə, niyə işimizə maneələr yaratmağa çalışırdı? Dəridən qabıqdan çıxırdılar ki Qırğıaıstanın Prezidenti iqamətgahında olacaq təqdimatımız baş tutmasın.
“Osman imperatorluğu və Türk Cümhuriyyəti” kitabının türk dilindən qırğız dilinə tərcüməsini başa çatdırmışıq,  Bildiyiniz kimi, 1916-cı ildə qırğızlara qarşı soyqırım törədilib. Bu haqda olan  kitabın Azərbaycan dilinə tərcüməsi başa çatmaq üzrədir. Hazırda 10-a qədər kitab müxtəlif türk dillərinə tərcümə olunur. Həmin kitabların tərcüməsi tam başa çatdıqdan sonra nəşr etdirib bu ilin sentyabr ayında möhtəşəm təqdimat mərasimi təşkil etmək fikrindəyik. Beləliklə gördüyümüz bütün işlər apardığınız siyasətin tərkib hissəsidir.
Məni bir şəxsiyyət kimi sevməyənlər ola bilər. Amma gördüyüm işləri sevməmək Azərbaycan dövlətini, xalqını, onun Prezidentini türk dünyasını sevməmək anlamına gəlir və gördüyümüz işlərə kölcə salmaq istəyənlərin maskaları yırtılaraq onlar öz həqiqi sifətlərini ortaya qoymuş olurlar.  Çox təəssüflə bildirmək istəyirəm ki, dəfələrlə Azərbaycanın müvafiq qurumlarına məlumat verməyimizə baxmayaraq heç bir  qanuni  tədbir görülmür. 
2006 cı il may ayının 10 da  Opera və balet teatrında keçirdiyimiz, Ulu Öndərimiz Heydər Əliyevin doğumunun 83 illiyinə həsr olunmuş tədbirdə iştirak edənlərin sayı o qədər  çox idi ki  oturmağa belə yer olmadığı halda ayaq üstə tədbirə qatılmışdılar. (həmin tədbirin video və şəkilləri əlimizdərir, 850 nəfərlik zalda ən azı 1200 adam iştirak edirdi)
2007 ci il dekabr ayının 12 də Almatı şəhərində  “Türkdilli dövlətlərin inkişafında liderlərin rolu” adı altında keçirdiyimiz ikinci elmi nəzəri konfrans ilin mühüm hadisələri sırasındadır.
2008 ci ilin may ayında Böyük qırğız yazıçısı Çingiz Aytmatovun iştirakı ilə Qırğızıstan Milli filarmoniyasında 2 gün ərzində keçirdiyimiz Ulu Öndərimiz Heydər Əliyevin 85 illik, Mir Cəlal Paşayevin 100 illik  yubileyi Qırğızıstanda mühüm mədəni hadisəyə çevrilmişdir. Hazırda həmin tədbirin eksklüziv görüntüləri əlimizdədir və həmin görüntülərdən istifadə edərək “Çingiz Aytmatov dialoq sivilizasiyii” adı altında filmin çəkilişinə başlamışıq. Filmin çəkilişinə bizi sövq edən Ç. Aytmatovun Ulu Öndərimiz haqqında dediyi xoş sözlərdir.
 Hələ 2011-ci ildə “Hyatt Regency” otelində Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə birgə təqdimatını keçirdiyimiz “Prezident İlham Əliyev” üçcildliyi Qırğızıstan kitabsevərləri arasında mühüm hadisəyə çevrilmişdi. Qırğızıstanın hər bölgəsindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə zəng edib üçcildliyi əldə etmək istəyirdilər. Zənglərin ardı-arasının kəsilmədiyini görən o zamankı səfir əvəzi İlqar Cabbarov mənə zəng edib üçcildlikdən 100 dəst verməyimi xahiş etdi. Pulsuz yayılan üçcildliyin 100 dəst səfirliyə verilməsini böyük mənmuniyyətlə qarşıladıq. Az bir zamanda üçcildlik öz oxucularını tapdı. Bu dediklərimi o zamankı Azərbaycanın Qırğızıstandakı səfir əvəzi İlqar Cabbarov təsdiq edə bilər. 
05.05.12 ci ildə Azərbaycanın o vaxtkı səfiri hörmətli Arif Ağayevlə birlikdə akademik Ramiz Mehdiyevin “Gorus-2010” kitabının Qırğızıstan Milli filarmoniyasında keçirdiyimiz təqdimat mərasimində səfirliyin bütün əməkdaşları ilə birlikdə Qırğızıstanın tanınmış adamları da iştirak edirdi. 
 
Əlavə olaraq qeyd edim ki bütün gördüyümüz işləri Türkdilli dövlətlərin siyasətinə dəstək fondu adından Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət  Komitəsi ilə əlaqəli həyata keçirmişik. (Heydər Əliyev fondunun isə müəyyən səbəblərə görə adını hallandırmamışıq) Bir ictimai təşkilat olaraq bizim Azərbaycan Respublikası Diasporla iş üzrə dövlət komitəsi ilə heç bir problemimiz olmayıb. Məncə diasporla iş üzrə dövlət komitəsinin də bizə qarşı heç bir narazılığı olmamalıdır. Biz Diasporla iş üzrə dövlət komitəsini xaricdəki azərbaycanlıların təşkilatlanmasında böyük rolu olduğunu dəfələrlə vurğulamışıq və komitənin bu işləri təqdirəlayiqdir.
Bu il iyun ayının 3-4 də Azərbaycanda Diasporla iş üzrə dövlət komitəsinin xətti ilə Dünya Azərbaycanlılarının 4-cü qurultayının keçirilməsi nəzərdə tutulur. Həmin qurultayda mənim iştirakımı müxtəlif yollarla qadağan ediblər. Məndən başqa Qırğızıstanda 8-ə yaxın Azərbaycan diaspora təşkilatı olduğu halda kimlərinsə  göstərişi ilə özlərinə  uyğun biznes adamlarının siyahısı qurultayda iştirakı üçün Diaspora Komitəsinə təqdim olunub. Beləliklə Azərbaycanın diplomatiyası özünü həm də  də Qırğızıstanda Azərbaycan  diasporu rolunu oynayır. Beləliklə, diplomatiyamız belə əməlləri ilə dünya Azəebaycanlılarının  parçalanmsına məqsədli şəkildə nail olurlar. Məncə Diasporla iş üzrə Dövlət komitəsinin səlahiyyətləri artırılmalı və Azərbaycanın xaricdəki bütün diplomatik korpuslarına Komitənin nümayəndəsi üçün ştat ayrılmalıdır. XİN və Diasporla iş üzrə Dövlət Komitəsi ayrı ayrı Dövlət qurumları olduğu halda diplomatik  korpuslarda azərbaycan diasporunun kurasiya edilməsini XİN əməkdaşına həvalə edilməsi bütün qanunlara ziddir.
Məncə düşmənlərimiz istəyinə nail olurlar. Keçən il Bişkekdəki düşmənlərimizin konsulluğunun bayrağı da bizim sayəmizdə endirilmişdir. Beləliklə Azərbaycan üçün həyatını qoyan bir adamla vidalaşırlar. Yəni mərdi qovaraq namərd etməyə çalışırlar. Amma istəklərinə nail olmayacaqlar. Çünki xalqı üçün, dövləti üçün çalışan bir adamı sındırmaq çətindir. 
Onu da nəzərinizə çatdırım ki belə bir Bəyanatın tərəfimizdən yayılmasını duyan səlahiyyətlinin təşkilatçılığı ilə  Azərbaycan dilində danışa belə bilməyən adamların imzası ilə təmiz Azərbaycan dilində haqqımda  yazılmış şər böhtan dolu qarayaxmaları Azərbaycanın bütün mətbu orqanlarında yayılmasına nail olacaq. Sonra həmin qarayaxmaları diplomatik yollarla Azərbaycanın müvafiq qurumlarına həqiqət kimi ötürəcək. Budur onların işinin mahiyyəti. Çünki belə hadisələrin dəfələrlə şahidi olmuşuq. Həmin şər və  böhtan dolu qarayaxmalarda mənim ermənilərlə işbirliyimin olduğunu da iddia edə bilərlər. Onu da nəzərinizə çatdırım ki belə iddiaları ancaq Ermənistanda Ayrik adlı oğlu və 2 qızı olan iblis maskasında olanlar yaya bilərlər. 
İndi özünüz baxın, Dövlət məmurları, mənə mənəviyyatdan dərs keçən bir yalançını, böhtançını, intriqanı dəstəkləyir,  Susmalıydımmı? Göz yummalıydımmı? Mətbuata və dövlət qurumlarına Rəhbəri olduğum fond haqqında yalan raport verənlərə şərik olmalıydımmı susmağımla? 
 Beləliklə, rəhbəri olduğum Fondu mənafebazların mənafebazlığı, təvazökarların təvazökarlığı uduzdurur.  Fondun işini də məhz mənafebazların mənafebazlığı və diplomatiyamızın siyasi hərisləri qəzaya uğratmağa çalışır. 
Azərbaycançılıq sadəcə pasportunda “azərbaycanlı” olmasına dair məlumatın olması anlamında deyil, bu, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz ölkəsinin ictimai işlərində vicdanla iştirak etmək, dövlətin, xalqın dərdinə şərik olmaqdır. Amma vicdanla. Hərisliklə yox.
Beləliklə Azərbaycandakı müvafiq qurumlar, mənim kimi bir fəhləsini itirir. Pulsuz-parasız,  cani-dildən xalqına, dövltininə, işlədiyi, bəzi biznes qurumlarında işləyərək  aldığı cüzi maaşını da xalqı, dövləti üçün xərcləyərək hamballıq edən birisini. Kim şəxsi marağı olmadan işləyər ki.
İş o yerə çatıb ki artıq Diaspora komitəsi də diplomatiyanın göstərişinə əməl etməməli olmur. Çünki onların təsir dairələri güclüdür. Belə ki 10 ildən çox idi ki Fondumuz haqqında məlumat Diaspora komitəsinin saytında yerləşdirilmişdi. Hətta həmin məlumatı da saytdan sildirməyə nail olublar.
Ancaq mən peşman deyiləm. Çünki Prezidentimizin sərəncamı ilə gördüyüm işlərin müqabilində “Tərəqqi” medalına layiq görülmüşəm. Prezidentin adını anırsa, elə bir Dəstəyin varsa cəmi dünya düşmən kəsilsin. Qoy kəsilsin. Nə qəm.
2012 ci ildə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşı  zəng edib məni məxfi  görüşə dəvət etmişdi və Heydər Əliyev Parkı üçün torpaq sahəsinin ayrılmasında mənim əməyimin olduğunu, müxtəlif adamların bu işi öz adına yazdırmaq istədiyini,  şeflərinin mənə acımasını, bunun arxasında kiminsə durduğunu, mən öz haqqımın müdafiəsi həmin məmurun portretinin yandırmaq istəməmi və bəzi cəlbedici hərəkətlər etməyimi şefinin adından mənə demişdi. Sonradan bunun mənə qarşı təxribat olduğunu bildim. Artıq gec idi. 

Bütün deyilənləri nəzərə alaraq  Heydər Əliyev Fondu bəyan edir:

1.Bu məsələ çox ciddi şəkildə araşdırılsın. Tutduğu vəzifəsindən asılı olmayaraq üzünə mələk maskası geyinmiş iblislərin maskaları yırtılaraq ifşa edilsin. Günahkarlar cəzalandırılsın.
2.Xaricdə yaşayan Azərbaycanlıların parçalanmasının qarşısını almaq  məqsədi ilə Qırğızıstandakı Heydər Əliyev fondunun Dünyanın Azərbaycanlılar yaşayan bütün Ölkələrində filialları və nümayəndəlikləri açılsın.
3.Dünya azərbaycanlılarının parçalanmasının qarşısını almaq məqsədi ilə Avropa ölkələrinin birində dünya Azərbaycanlılarının alternativ qurultayı keçirilsin. 
4.Dünya Azərbaycanlılarının alternativ qurultayının təşkili üçün maraqlı diaspor təşkilatlarının iştirakı ilə işçi qrupu yaradılsın.
5.Dünya Azərbaycanlılarının əlaqələndirmə şurası yaradılsın
6.Dünya Azərbaycanlılarının əlaqələndirmə şurasının Prezidenti vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin namizədliyi irəli sürülsün
7.Alternativ qurultay haqqında bütün məlumatlar diasporla iş üzrə Dövlət komitəsinə verilsin
8.Dünya Azərbaycanlılarının alternativ qurultayı Diasporla iş üzrə Dövlət komitəsi ilə razılaşdırılmış şəkildə aparılsın

Dərin hörmətlə,
Nüsrət Məmmədov
Oxşar xəbərlər
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 09:47
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
03 May 2024 | 09:30
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
03 May 2024 | 09:12
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
03 May 2024 | 09:25
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
03 May 2024 | 09:34
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
03 May 2024 | 08:31
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib