Ənvər Mirzəyev Azər Babayevlə dostluğa görə Milli Qvardiyaya gəlmişdi...
Oxunub: 10094
05 Apr 2014 | 11:38
Ənvər Mirzəyev Azər Babayevlə dostluğa görə Milli Qvardiyaya gəlmişdi...
Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı  illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦

(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin yerləşdirilməsi ücün kapitan Vəlimməmədova göstəriş vermişdim. Onların rahatlıqları üçün axşamdan şərait yaradılmışdı. İsti yeməklə təmin olunmuşdular. Onlara dincəlmək üçün icazə verildi. Rabitəçilər cəbhə xəttindəki qvardiyaçılarla əlaqə saxlayırdilar. Kapitan Vəlimməmədov gecə ikən səngərdə olan qvardiyaçılara isti yemək hazırlatdırıb aparmışdı. 6 aprel saat  8.40-da mən və polkovnik-leytenant Ənvər Mirzəyev Füzulidə briqada komandiri Murad Həmidovun qəbulunda olduq. Ənvər Mirzəyev döyüş bölgəsinə döyüşdə iştirak etmək üçün gəlmələri barədə briqada komandirinə məruzə etdi, ezamiyyət vərəqələrini ona təqdim etdi. Briqada komandiri ezamiyyət vərəqələrin qəbul edib, polkovnik-leytenant Mirzəyevə bildirdi ki, bu gündən sizin dəstə Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin sərancamı ilə döyüş bölgəsində mənim tabeçiliyimdədir. Mən və sizin rəhbərlik tərəfindən Füzuli bölgəsində Milli Qvardiyanin döyüşdə iştirak edən bütün şəxsi heyətinə rəhbərlik vəzifəsi baş leytenat Əzizağa Süleymanova həvalə edilib. Milli Qvardiya döyüşçüləri tərəfindən aparılan bütün döyüş əməliyyatına o rəhbərlik edəcək. Bu əmrdir. Mən ona bu gün keçiriləcək döyüş əməliyyatı barədə göstəriş vermişəm, o sizə izah edər. Tabeçiliyinizdə olan Milli Qvardiyanın  xüsusi təyinatlı dəstəsinin buradakı şəxsi heyətinə mənim əmrimi çatdırın. Briqada komandiri Həmidov mənə göstəriş verdi ki, tabeçiliyimdə olan iki zirehli döyüş maşınını bu günki döyüşdə iştirak etmək üçün ekipajı ilə birlikdə briqada qərargah rəisinin sərəncamına göndərim, hücumda briqada tankları ilə birlikdə iştirak edəcəklər. Mən əmri icra etmək üçün kapitan Rüfət Vəliməmmədova göstəriş verdim. Polkovnik-leytenant Mirzəyevlə birlikdə Qvardiyanın qərargahına gəldik. Hiss etdim ki, briqada komandirinin göstərişi Ənvər müəllimə pis təsir edib. Ənvər müəllimin könlün almaq üçün onu qoluna girib bildirdim ki, Ənvər müəllim, mən sənin xətirini həmişə əziz tutmuşam və həmişə də əziz tutacam. Döyüşdə mən rəhbər təyin edilsəm də mənim üçün yenə komandir sənsən. Mən səninlə birlikdə bu döyüşə rəhbərlik edəcəyəm. Ənvər müəllim çox gözəl bir insan idi. O uzun müddət polis orqanlarında xidmət etmişdi. Bu orqanda yüksək vəzifələrdə işləyib. Müəyyən səbəblər ucbatından o həmin orqanda uzun müddət işləsə də polkovnik rütbəsi ala bilməmişdi. Milli Qvardiyanın ilk komandanı olmuş polkovnik Azər Bahadur oğlu Babayevlə yaxın dostluq münasibətləri nəticəsində o, Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinə komandir təyin edilmişdi. Bu vəzifə polkovnik rütbəsinə uyğun idi. O polkovnik rütbəsi alıb yenidən polis orqanlarına qayıtmaq istəyirdi. Lakin Azər Babayevin Milli Qvardiya komandanı vəzifəsindən azad edilməsi onu məyus etmişdi. Bundan mənim xəbərim var idi. Onun komandan əvəzi mərhum Tahir Məmmədovla olan münasibətini də bilirdim. Xüsusi təyinatlı dəstəyə komandirlik edib, döyüşlərdə iştirak etmək çox ağır bir məsələ idi. Ənvər Mirzəyevin bu yaşında döyüşdə iştirak etmək üçün döyüş bölgəsinə gəlməsi onun qoxmaz, mərd, qururlu insan olduğundan xəbər verirdi. Xüsusi təyinatlı dəstə üzvləri arasında qısa müddət ərzində gəlməsinə baxmayaraq xüsusi hörmətə malik idi. O Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin döyüş bölgəsində olan hissəsini düzüb briqada komandirinin əmrini onlara çatdırdı və mənim döyüşə komandir təyin olunduğumu bildirdi. Onlar məni çox gözəl tanıyırdılar. Əksəriyyətini qvardiyaya işə mən götürmüşdüm. Xüsusi təyinatlı dəstə üzvi olmalarında  mənim zəhmətim var idi. Bura gələn dəstə üzvlərinin bir çoxu keçirilən əməliyyatlarda, döyüşlərdə mənim tabeçiliyimdə olmuşdular. Mən onların qarşısında çıxış edərək dünənki döyüş barəsində qısa məlumat verdim, vaxt azlığından onlara bugünki döyüşün mahiyyətini izah etdim və bu döyüşdə əsas vəzifəmizin nədən ibarət olduğunu onlara başa saldım. Kapitan Vəlimməmədova verdiyim göstəriş əsasında dünən gələn Milli Qvardiya alayının 20 nəfər döyüşçüsü də xüsusi təyinatlı dəstənin 40 nəfər üzvü ilə birlikdə sıraya düzülmüşdilər. Dəstəni üç hissəyə bölüb hər bir hissənin komandirini təyin etdim. Komandirlərə ayrıca döyüş tapşırığı verib, döyüşə hazırlaşmaq üçün 13.20-yə kimi vaxt verdim. Məngələnata, Üçtəpə postlarında duran Qvardiya alayının döyüşçüləri iki gün idi ki, postlardan çıxmayıb səngərlərdə gecələyirdilər. Onları dəyişməyə qüvvə yox idi. Bu məni narahat edirdi. Qvardiyaçılar həddindən artıq yorulmuşdular. Bugünki döyüşdə də onların boynuna çox məsuliyyətli bir iş düşürdü. Onlar bizi bu hücum zamanı erməni hərbi birləşmələrinin əks- hücum əməliyyatlarından qorumalı idilər. Bütün bunları nəzərə alıb kapitan Rüfət Vəlimməmədova xüsusi tapşırıq verib, Məngələnata dağındakı döyüşçülərə rəhbərlik etmək üçün ora göndərmişdim. Orada 70 nəfər Milli Qvardiya alayının döyüşçüsü var idi. Onlar hər an düşmən üzərinə hücuma keçməyə hazır idilər. Bizim qarşımızda qoyulan əsas vəzifələrdən biri Məngələnata dağının ətəyi istiqamətində, Gövşad çayının sol girəcəyini kəsmək və milli ordu döyüşçülərinin düşmən üzərinə hücumu zamanı düşmənin əks- hücumunun qarşısını almaq idi. Biz saat 14.00-da tapşırığa əməl etmək üçün tam hazırlıqlı şəkildə, qruplara bölünmüş halda hərbi döyüş taktikasına uyğun olaraq gizli surətdə hücum edəcəyimiz istiqamətdə meşənin içi ilə hərəkət edib, əvvəlcədən planlaşdırılmış yerdə öz mövqeyimizi tutmuşduq. Rabitəni yoxladım. Hər şey qaydasında idi. Hücum etmək olardı. Məngələnata dağındakı döyüşçülərlə rabitə əlaqəsinə girib, kapitan Vəlimməmədova döyüşə hazır olmaları barədə göstəriş vermişdim. Ona xüsusi olaraq bir daha tapşırdım ki, düşmən artilleriyasından qvardiyaçıları qorusun. Sonra briqada komandirinə döyüşə hazır olmağımız barədə məlumat verdim.
          Saat 14.40-da bizim artilleriya Qradlarımız işə düşdü. Düşmən istiqaməti atəşə tutuldu. Saat 15.00-da tank və bizim iki zirehli döyüş maşını bir ədəd PDM-1 döyüş maşını ilə birlikdə hücuma keçdi. İki tank və bizim iki zirehli döyüş maşını düşmənin mövqeyinə yaxınlaşdı. Bu zaman çox güclü atışma başlamışdı. Bizim tanklar Gövşad kəndinə girib düşmənin sağ sahildəki istehkamlarını darmadağın etdilər. Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin döyüşçülərinə düşmən qüvvələrini məhv etmək üçün Gövşad çayının sağ və sol tərəfini tutmağı əmr etdim. Qvardiyaçılar hücuma keçərək çayın sağ və sol tərəfini tutdular. Biz düşmənin çox şiddətli atəşi altına düşdük. Yerdən baş qaldırmaq mümkün deyildi. Çayın sağ sahili boyu Gövşad kəndi istiqamətində zirehli texnikanın ardınca düşmən üzərinə hücum etmək əmri alan Milli ordunun  848 â„– -li taborunun döyüşçüləri deyilən istiqamətdə hücuma keçsələr də yarı yolda hücum edilən istiqamətdə yerləşən alçaq təpənin arxasına girib gizləndilər. 848 saylı taborun döyüşçülərinin hücuma keçməməsi Milli Qvardiya döyüşçülərini mühasirə şəraitinə salmış oldu. Bu barədə briqada komandirinə məlumat verdim. Bizim zirehli texnikamız çox riskli hərəkət edərək düşmən səngərlərinə girmiş olsalar da canlı qüvvə tərəfindən kömək gəlmədiyi üçün pis vəziyyətə düşmüş oldular. Onlar düşmənin çox güclü artileriyası və zirehli texnikasının atəşinə məruz qaldılar. Düşmən bizim bir ədəd zirehli texnikamızı vurdu. Bu zaman artıq bizim tanklarımız geri qayıtmağa məcbur oldular. Milli Qvardiyaya məxsus olan, ermənilər tərəfindən vurulan zirehli texnikanın şəxsi heyəti məcburiyyət qarşısında maşınları tərk etdilər. Vurulan zirehli döyüş maşını döyüş mövqeyində qaldı. Milli ordunun iki tankı düşmən tərəfindən vurularaq zədələndi. Onlar da geri çəkilməyə məcbur oldular. Tankçılarımızın göstərdikləri igidliklər bizi daha da ruhlandırırdı. Ermənilər geri qayıdan tankımızı tank əlehinə idarə olunan zenit qurğusu ilə vurdular, (TƏİR) ermənilər tərəfindən vurulan tankın içindən tankın ekipajı çox çətinliklə də olsa salamat çıxa bildilər. Biz nəyin bahasına olursa-olsun onları döyüş mövqeyindən çıxarmağı qərara aldıq. Odur ki, çayın sağ və sol sahili istiqamətində irəliləyib düşmənə zərbələr endirdik. Ermənilərin atəş nöqtələrini susmağa məcbur etdik. Tankçılar bundan istifadə edib sağ-salamat döyüş mövqeyindən çıxdılar, bir tankçı isə artıq yanan tankdan sıxa bilməmişdi. Sonradan həmin qəhrəmanın adını öyrənə bilmişdik. Bu, bizim gözümüz önündə misilsiz igidlik göstərən tankçı Ramiz idi. Tankçıları düşmən mühasirəsindən çıxartdığımız zaman düşmənin zirehli texnikası və canlı qüvvəsi bizim üstümüzə hücuma keçmişdilər. Bu barədə briqada komandirinə məlumat verdim. O mənə geri çəkilməyi əmr etdi. Məngələnata dağı ətəyindəki postlardan qəfil çıxan erməni döyüşçüləri hücuma keçib, bizi mühasirəyə almaq istəsələr də, Məngələnata dağında yerləşən Milli Qvardiya döyüşçüləri vaxtında hərəkət edib, onların hücumunun qarşısını ala bildilər. Məngələnata dağında qvardiyaçılar tərəfindən quraşdırılan tank əleyhinə idarə olunan zenit raket qurğusundan atılan mərmi dəqiq zərbə ilə hücum edən erməni tankına dəyib onu partlatdı. Bunu görən erməni tankları geri çəkilməyə məcbur oldular. Bizim iki döyüşçümüz-qvardiyaçı Bayramov Asif Şakir oğlu sol qolundan və qvardiyaçı Əliyev Bəhmən Həsən oğlu başından güllə yarası almışdı. Milli Qvardiya döyüşçülərinin şiddətli müqaviməti ilə üzləşən erməni döyüşçüləri məcbur olub hücumu dayandırdılar. Yanımda olan Milli Qvardiyanın tibb leytenantı Hüseynov Mirsadıq Mirdamət oğlu və rabitəçilər yaralılara ilk tibbi yardım  göstərib, onları döyüş mövqeyindən çıxarda bildilər. Daha ağır xəbər rabitə vasitəsi ilə Məngələnata dağındakı Qvardiya döyüşçülərinə mənim əmrimlə rəhbərlik edən kapitan Rüfət Vəliməmmədov tərəfindən verildi-Qvardiyaçı Hüseynov Hüseyn Şakir oğlu  erməni döyüşçülərinin hücumunun qarşısını alan zaman erməni tankından atılan top mərmisinə tuş gəlib, ölümcül dərəcədə yaralanıb. Çox ağır bir vəziyyətdə Füzulidəki hərbi xəstəxanaya göndərilib...

Ardı var...
Oxşar xəbərlər
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"