Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd edildi -Reportaj
Reportaj
Oxunub: 3820
26 May 2016 | 17:20

Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd edildi -Reportaj
Mayın 25-də xalq şairi, sabiq deputat, VHP-nin sədri Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrında qeyd olundu. Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirildi. 

Tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, xarici qonaqlar, eləcə də media nümayəndələri iştirak etdilər. 

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva, Elmira Axundova, Fəzail İbrahimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər, tarixçi alim Cəmil Həsənli və digərləri qonaqlar arasında idi.

Sabir Rüstəmxanlının yubileyinə gözlənildiyindən daha çox qonaq gəldiyindən həm qapının önündə, həm də zalda izdiham yaşandı. Gələnlər uzun müddət teatrın qapısı önündə gözləməli oldular. 

Açılış nitqi ilə çıxış edən şair İlqar Fəhmi Akademik Milli Dram Teatrının qapısı önündə yaşanan izdihamın Sabir Rüstəmxanlının şəxsiyyətinə və yaradıcılığına verilən qiymətin göstəricisi olduğunu bildirdi. 

Tədbir öncəsi musavat.com-a danışan baş nazirin müavini Elçin Əfəndiyev isə, S.Rüstəmxanlını ədəbiyyatımızın ən görkəmli nümayəndəsi adlandırdı: “Sabir Rüstəmxanlı həm poeziya, həm də nəsr sahəsində yazdığı əsərlərlə bugünkü ədəbiyyatımızın ən gözəl nümunələrini yaradıb”. 

Səhnədə çıxış edənlər də Sabir Rüstəmxanlının fəaliyyətindən, yaradıcılığından və şəxsi keyfiyyətlərindən bəhs etdilər. İstanbul metropol bələdiyyəsinin koordinatoru, tanınmış şair-yazar Özcan Ünlü yubilyarın yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirdi. 

Daha sonra şairin əsərlərindən parçalar oxundu, şeirlər səsləndirildi. Xalq şairinin kürəkən müğənni Elçin Cəfərov da qayınatasının yubileyində onu oxuduğu mahnıları ilə təbrik etdi. Xalq artisti Nurəddin Mehdixanlı və bir neçə gənc aktyor şairin əsərlərindən parçalar səsləndirdilər. 

Musavat.com-a danışan tarixçi alim Cəmil Həsənli Sabir Rüstəmxanlını həm ədəbi fikrin, həm də siyasi mühitin öndə gedən nümayəndələrindən biri adlandırdı: “Mən onu gənclik illərindən tanıyıram. O zaman gənc şairlər gəlib tələbə yataqxanalarında, müxtəlif auditoriyalarda öz şeirlərini oxuyurdular. Hamısı da vətənpərvər şeirlər idi. Yadıma gəlir ki, Sabirin “Gəncə qapısı” kitabı çıxanda necə sevgi ilə qarşılandı. Hər yerdə onun müzakirələri gedirdi. Sabirin Azərbaycan ədəbiyyatında, siyasətində, ictimai fikrində yeri əvəzsizdir. Onun ən gözəl əsərlərindən biri də “Ömür kitabı”dır. Bu kitab sanki Azərbaycan ədəbi sözünün millətə xidmət nümunəsidir. Təsadüfi deyildi ki, bu kitab milyon tirajla çap olunmuşdu və böyük maraq doğurmuşdu. Əslində Sabir Rüstəmxanlı özü də elə bu ömür kitabından keçmişdi. Sabirin həm şeirləri, poeziyası, publisistikası, nəsr əsərləri həm ictimai fikir, həm də ədəbiyyat üçün çox önəmli əsərlərdir”. 

Deputat Qüdrət Həsənquliyev isə yubilyarı Milli Azadlıq Hərəkatı dövründən tanıyıb: “Sabir bəyi mən tələbəlik illərindən sevmişəm. Onun kitablarını sevə-sevə oxumuşam. Sabir bəy Milli Azadlıq Hərəkatının öncüllərindən biri olub. Azərbaycanda milli ruhun oyanışında misilsiz xidmətləri olan bir şəxsiyyətdir. O, bu millətin qənimət insanlarından biridir. Mən ona can sağlığı və uğurlar arzulayıram. Allah ona ömür versin və bizlərə də ömür versin ki, onun yüzilliyini qeyd edək”. 

Deputat Qənirə Paşayeva yubilyarı Azərbaycanın dəyərli aydınlarından biri adlandırdı: “Sabir Rüstəmxanlı bizim ədəbiyyatımızda, poeziyamızda öz yeri olan böyük şairlərimizdən olmaqla bərabər çox dəyərli ziyalılarımızdan biridir. Azərbaycanın müstəqillik hərəkatının fəallarından biri olub. Onun ictimai, siyasi fəaliyyətinin önəmini sözlə ifadə etmək mümkün deyil. O, türk millətinin birliyi, Azərbaycanın demokratik bir respublikaya çevrilməsi üçün gözəl işlər görən aydınlarımızdandır. Allah Sabir bəyə uzun ömür, can sağlığı versin, bundan sonra da fəaliyyətinə davam etsin”.

Deputat Fazil Mustafa Sabir Rüstəmxanlını Azərbaycanın ən böyük ziyalılarından biri adlandırdı: “Sabir bəy, XXI əsrdə Azərbaycan davasını gündəmə gətirən, xüsusən də Güney Azərbaycan problemini aktuallaşdıran, bu hərəkatın öncüllüyünü öz üzərinə götürən liderlərdən biridir və çox böyük işlər görüb. Sabir bəyin fəaliyyət sferası o qədər genişdir ki, hərdən fikirləşirsən ki, bir insan bu qədər yükü çiyinlərinə necə götürə bilər? Bu da bir ziyalı məsuliyyəti və vicdanı ilə bağlı məsələdir. Sabir bəy məsuliyyətin bilincində olan bir şəxsiyyətdir. Həm gözəl şair, həm siyasi xadim olasan, uzun illər parlamentdə təmsil olunasan, həm Dünya Azərbaycanlılar Konqresinin işini öz üzərinə götürüb aparasan, bu nadir bir istedad sahibinin qabiliyyətidir. O, Azərbaycan xalqının gəlmiş-getmiş ən ciddi ziyalıları içindədir və adı həmişə fəxrlə xatırlanacaq”. 

Vətənpərvərlik, türkçülük haqqında mahnılarının mahir ifaçısı, müğənni Əhməd Şəfəq Sabir Rüstəmxanlını tanımaqdan qürur duyduğunu bildirdi: “Sabir Rüstəmxanlı ilə 2004-cü ildə Azərbaycana konsert verməyə gəlməzdən öncə tanış oldum. Təbii ki, onu şeirləri ilə tanıdım, sevdim. Sonradan o şeirlərin sahibinin böyük bir ədəbiyyatçı, gözəl bir insan olduğunu gördüm. Onun türk tarixinə bu qədər vaqif olması məni ayrıca təəccübləndirdi. Sabir bəy eyni zamanda bir türkçü və ədəbiyyat filosofudur. Onlar mənim ailə dostumdur və çox xoşbəxtəm ki, belə bir ailə ilə tanış oldum. Sabir bəyin bu gün 70 yaşı olsa da, o, yazdığı hər əsərlə əslində, bir qədər də gəncləşir. Allah ona uzun ömür nəsib etsin ki, o da ədəbiyyatımıza gözəl əsərlər verməkdə davam etsin”. 

Tədbirin sonunda söz yubilyara verildi. Alqışlar altında səhnəyə çıxan Sabir Rüstəmxanlı onun yubiley tədbirində iştirak edənlərə və tədbiri təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. 

Həmçinin zalda yer olmadığı üçün qapıdan dönən qonaqlarına da üzrxahlıq etdi: “Mən  çox təəssüfləndim ki, dəyərli dostlarımın bir hissəsi yer olmadığı üçün qapıdan qayıdıblar. Yəqin ki, mədəniyyət nazirimiz qonaqların bu qədər çox olduğunu bilsəydi, bizə Heydər Əliyev adına Sarayı açardı. Ümumiyyətlə, zalları, salonları şairlərin, yazıçıların üzünə açmaq lazımdır”. 

S.Rüstəmxanlı bu mərtəbəyə gəlib çıxmaqda gənclik illərində ona kömək edən xeyirxahlarından danışdı. Həyat yoluna nəzərə salaraq keçdiyi çətinliklərdən bəhs etdi, qazandığı uğurları isə bu xalqın sevgisinə borclu olduğunu dedi. 

Xalq şairi yazdığı hər kiçik bir misranın ona doğma olduğunu və səhnədə səsləndirilən şeirlərini həvəslə dinlədiyini ifadə etdi: “Bir dəfə dostlarımdan biri mənim kitabımı istədi və dedi ki, kitabı mənə verəndə içində ən sevdiyin şeirlərini işarələ ki, onları oxuyum. Mən də kitabı vərəqlədikcə, xoşuma gələn şeirləri işarələməyə başladım. Axırda bir də gördüm ki, kitabda nə qədər şeir varsa, hamısını işarələmişəm. Mənə elə gəlir ki, biz hər birimiz bu millətin dərdi, sevgisi ilə yaşayırıq. Mənim xoşbəxtliyim ondadır ki, mən heç vaxt bu millətə sayğımı, sevgimi itirmədim. Ən ağır gündə belə, bu millətin gücünə güvəndim”. 

Çıxışda tədbirlə bağlı təəssüratlarını  bizimlə bölüşən yubilyar ən böyük diqqətlərdən birini də “Yeni Müsavat” qəzetindən gördüyünü etiraf etdi və təşəkkürünü bildirdi: “Yubiley ərəfəsində mənim haqqımda ən gözəl yazılardan birini də siz hazırladınız. Sizə və iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, bəzi qonaqlarım ayaq üstə qaldı, bəziləri içəri keçə bilmədi. Onlar bizi üzrlü saysınlar. Bu, məni həm sevindirdi, həm də təəssüfləndim. Türkiyədən, Qazaxıstandan, Rusiyadan, Tatarıstandan, Udmurtiyadan çoxlu dostlarım gəlib. İllər uzunu mənimlə çiyin-çiyinə gələn qələm dostlarım gəlib, insanın bundan böyük qazancı ola bilməz”. 



















Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz