Orda itlərin hürüşü də doğmadır... - Cocuq Mərcanlıdan reportaj
Reportaj
Oxunub: 3530
18 Apr 2016 | 18:38
Orda itlərin hürüşü də doğmadır... - Cocuq Mərcanlıdan reportaj
Gecəni səhərəcən çimir eləməmişdim, səhər tezdən yola çıxmalı idim. Bu yol həmişə çıxdığım yollardan deyil, bu yola çıxmaq üçün...
 
Necə ifadə edim ki, onu, söz acizdir elə bilirəm, desəm 25 il həsrətlə gözləmişəm, için-için qovrulmuşam ”“ kimsə elə bilər gəlişi gözəl sözlər tapıb düzürəm bir-birinin ardınca. Bircə onu deyim ki, həsrətlərin ən nisgillisi yurd həsrətidir ”“ bunu 25 ildir çəkənlər yaxşı bilir, bilməyənlərə Tanrı heç qismət eləməsin.
 
Səhər durub çıxacağım yol əslində məni doğulub boya-başa çatdığım, hər döngəsi, bərəsi, küçəsi, yovşanı, tozu əziz olan yerə aparmayacaqdı, ora hələ də işğal altındadır, amma ona yaxın gedəcəkdim, yurdumun havasını ciyərlərimə çəkib, aydın səmasını seyr edəcəkdim. Bəlkə hündür yerə çıxsam evimizi də görəcəm deyə - yuxum ərşə çəkilmişdi.
 
Tezdən Bakının  çiskinli küləyində vədələşdiyimiz vaxtdan da tez gəlib gözlədiyim Lökbatan dairəsində mindiyim aftobusda indi sizə dediyim fikirləri qızlardan bir-bir eşitdim. Hamısı, həyəcandan gecəni yatmamışıq, dedilər.
 
Bir qrup Cəbrayıl ziyalısı, əksəriyyəti cavanlar, bir-neçə nəfər böyüyümüzlə, hardasa 20-25  nəfər  yurdumuza tərəf yola çıxdıq. 
 
Saatlı... Sabirabad... İmişli... Biləsuvar... Bəhrəmtəpə... 

Sonra Füzulinin kiçik, böyük Bəhmənliləri, yavaş-yavaş üst paltarlar çıxır əynimizdən, içimə ilıq yaz günəşinin şüaları elə süzülür ki... zövq alıram, uzun illərdən sonra  ilk dəfədir günəşin məlhəm şüalarından ruhumun qidalandığını hiss edirəm.  Hə... çoxdan bunu yaşamamışam. Uşaqlıqda, Maralyanda, həyətimizdəki yaşantıdır, indi dadıram təzədən. Özümü qınayıram ki, niyə bu qədər qalın geyinmişəm, insan heç öz torpağında üşüyər, heç soyuqlayar?
 
Horadiz... Və Cocuq Mərcanlı... Bir vaxtlar həsrətlə baxdığımız Güney Azərbaycanın dağları görünür, kəndimizdən o dağlara baxıb o qədər köks ötürərdim ki, o dağlardan obamız daha yaxşı görünər. Kaş, indi də ordan baxaydım,  deyirəm. Yalnız divarları qalmış evlər yaşıllığın, baxımsız yaşıllığın içindədir. Çayın şırıltısı qulaqlarıma süzülür, Qarama deyərdik adına, şor, dupduru suyu olur, içində su qıjısı bitir, qazayağı da. Birincisi yeməlidir, ikincisi yox.
 
Avtobusun qarşısından itlər hürüşə-hürüşə keçir, elə bilirəm burda itlər də fərqli hürür, daha doğma gəlir səsləri, düşüb onları da qucaqlamaq keçir könlümdən. Bəlkə, onlar bizim kənd tərəfdən gəlirlər...
 

 
Səfurə Çərkəzqızının göz yaşları yanaqları boyu Arazın kəndimizdən keçən kiçik qolu kimi axır. Adam 25 ildən sonra Cocuq Mərcanlıya gəlib, atmağa icazəsi olmadığı ikicə addımı atsa Böyük Mərcanlıya düşəcək - evlərini görəcək: “Evimizin külünü də olsa görmək istəyirəm” - deyir.
 
Əsgərlərimiz qarşılayırlar bizi, çox olduğumuzdan bir az ehtiyatlanırlar.  Mümkün qədər dağılışmadan, cığırlardan çıxmadan hərəkət edin, deyə xahiş edirlər, icazə olmayan yerlərə çıxmayın, irəli getməyin.
 
Cəbrayıl ziyalısı Razim Əmiraslanov onlara izah edir ki, biz öz torpağımıza gəlmişik, 25 ilin həsrətindən sonra çətin ki, cığırla qane olaq, amma çalışarıq sözünüzdən çıxmayaq. Bu həm də Razim bəyin gənclərə ismarışı oldu. 
 
Elə bilirdim Horadizə Cocuq Mərcanlıya gedəndə uzanıb torpağı bağrıma basacam, amma qəribədir, o qədər təmkinliyəm, özümə həsəd aparıram. İçimdəki fırtınadan çölüm tamam xəbərsizdir.
 
Elmin Həmzə yasəmən dərib paylayır qızlara, hamı yovşan yığır, kimisi torpaq götürür, əzizlərini  qəriblikdəki məzarlarına səpmək üçün. Səfurə götürdüyü torpağa dibçək gülü əkəcək. Mən yovşanı anama, atama yığıram. Qoxusunu duysunlar deyə... O yovşanı yorğan-döşəyin arasına yığıb qoyardı anam, deyərdi yovşan olan yerə güvə gəlməz.
 
Nüşabə Hüseynli də mənim kimidir, sakit, amma içindəki qovğanın ağuşunda. Bacardıqca hündürlüyə can atırıq, bəlkə, lap yaxınlıqdakı, nə yazıq ki, erməni tapdağı altındakı kəndlərimizi görə bilək.
 

 
Elnurun, Ruhinin uğrunda şəhid olduqları Lələ təpəyə kənardan baxırıq. Əsgərlərimiz yaxına getməyə icazə vermirlər, qoy, torpaqlarımızı alsınlar qadasını aldıqlarım, amma bizi ora yaxınlaşmağa qoymasınlar, minalardan təmizləsinlər, tam təhlükəsiz versinlər bizə, özləri də salamat olsun.
 
Əsgərlərlə həzin söhbətlərimizi yazmayacam... Allah qorusun onları! Onları Tanrıya, yurd yerlərimizi onlara əmanət edib qayıdırıq geri. Horadizdə yolayrıcında gözümə “Cəbrayıl 40 km” yazılmış lövhə sataşır. Uşaqlar orda şəkil çəkdirmək istəyirlər, istəmirəm mən, o qədər ağırdır ki...
 
Amma könüllərini qırmamaq üçün sözlərindən çıxmıram.  Eyniylə şəhidlərin məzarları üstündə də şəkil çəkdirməyi qəbul eləyə bilmirəm. Bunu izah da eləmək olmur.
 
Yolüstü qəsəbəyə dönürük. Cəbrayıllılar Biləsuvar rayonun bir zamanlar Rusiyanın adamları sürgünə göndərdiyi ilan mələyən çöllərində Cəbrayıllı qaçqınlar üçün  salınmış 11 qəsəbəni sadə dildə belə adlandırırlar. Hər Cəbrayıllının o qəsəbələrdə kimisə yaşayır. “Qəsəbə” deyəndə hamımız haranın nəzərdə tutulduğunu bilirik artıq. Bələdçimiz də orda yaşayır, danışır ki, burda söyüd əkəndə Biləsuvar sakini deyib ki, əziyyət çəkmə burda söyüd bitmir. Kişi mən əkirəmsə bitəcək-deyə cavab verib və söyüd indi qol-budaq atıb. Qəsəbənin hər tərəfi çinar ağaclarıdır, körpə çinarlar, Cəbrayıl çinarlarının varisləri. Hər tərəf yaşıllıqdır indi o ilan mələyən çöllərdə.
 
Mayor Elnur  Əliyevin əzizlərinə baş çəkdik. Yol kənarında Azərbaycan bayrağı həyətlərində dalğalanan sadə evləri var. Atası, iki balaca oğlu, xanımı qarşılayır bizi. Elnurun anası yoxmuş, qaynanası ordadır. Dedilər, elə indi qarşımızca başqa bir qrupu yola salıblar. Çox duyğulandım, tanımadan yoldan keçənlər dönüb şəhidin ailəsinə başsağlığı  verir, onunla qürurlandıqlarını deyirlər. İnsanlara bu ağır itkiyə dözməyə güc verən də bu birlik, həmrəylik, bu ruhdur. Atanın beli bükülüb, amma şux durmağa çalışır. Cənab mayorun şəkli hələ sökülməyən yas mağarında başdan asılıb, ətrafında onunla birgə Lələ təpə yüksəkliyinin azad olunmasında şəhid olan silahdaşlarının şəkilləridir. Elnur Füzulidə doğulub böyüyüb. Ətrafına yığdıqları da Füzuli və Cəbrayıl gəncləri olub. O yüksəkliyi qaytarmaq bizim boynumuzun yborcudur, deyib, gedib irəli. Tanrı hamısının yerini rahat eləsin, əzizlərinə peşmanlıq yox, hər zaman qürur yaşatsın. Bilirsiniz, nə düşünürəm. Biz, torpaqları işğal olunan nəsil, övladlarımızı çox vətənpərvər böyütdük, o torpaqlarda doğulmayan, oraları görməyən oğullar indi onun uğrunda gözlərini qırpmadan şəhid olurlar. Həsrət bizə həm də bunu yaşatdı, vətənpərvər oğullar böyütməyi.
 
Ruhin Qəhrəmanov 1994-cü ildə 1-ci çadır şəhərciyində dünyaya gəlib. Cəbrayılı heç görməyib, atası 1993-cü ildə Lələ təpədə döyüşlərdə yaralanıb, ayaqlarında o vaxtdan qəlpə gəzdirir. Cavan adamdı, saç-saqqal bassa da gözlərindən gənclik ruhu tökülür. Oğul itkisi qamətinə xələl gətirməyib. Deyir, o biri oğlum da yaralanıb, qardaşını da özü gətirib çiyinlərində. Özüm də ölməyə hazıram, təki torpaqlarımızı azad edək. Atanın döyüşdüyü, xilas edə bilmədiyi məkanı oğlu 2016-cı ildə azad edib. Elə bil bir il sonra məhz bu missiya üçün gəlib dünyaya.
 
Ruhinin anası arıq-sısqa, çox gənc bir qadındır. Beş övladım var, deyir, Ruhin vətənə qurban getdi, çox qürurlanıram. Hərbçi olmaq istəyirmiş, hərbi məktəbə qəbul ola bilməyib, yollanıb ordu sıralarına.
 
Qəsəbədə insanlardakı ruh yüksəkliyi, inam məni heyrətə saldı. Vətənin, yurd yerlərimizin havası, kəsdiyimiz ətri adamı bihuş edən təndir çörəyinin dadı, bir də insanlarımızın istiliyi uzun zaman ovqatımı beləcə yüksək saxlayacaq bilirəm, elə bil yenidən gəlmişəm dünyaya, ya da həyatımızda nə isə yeni bir dövr başlayır. Çox ümidli və xoşbəxtəm. Maralyana dəyməsə də ayaqlarıma elə bil qüvvə gəlib ki, o yerləri qarış-qarış gəzib məzarlıqdakı üstündə bayraq dalğalandığını gördüyümüz bütün şəhid  məzarlarını ziyarət elədik.
 
Gənc yazar Feyziyyə Soltanmurad gedəndən gələnə qədər ağladı, gözlərinin qarası üzünə yayılmışdı, təzəcə nişanlanmış bu qızın toyunu doğma Cəbrayılda eləmək ən böyük arzumdur. Əlləri əsə-əsə şəhid Ruhinin şəkillərini fotoaparatına köçürürdü.
 
Şəhidlərin abidəsinə baş əydik. 300-dən artıq Cəbrayıllı şəhid məhz burda əbədiyyətə qovuşub, bəziləri burda dəfn olunmasa da bu yerdə birlikdədirlər. Çinar boylu oğlanlar çinarların kölgəsində uyuyurlar, amma ruhları çox narahatdır, elə bil rəsmlərindən bəlli olur.
 
Bir çay içib, geri Bakıya qayıdırıq. İndi anlayıram ki, orda Biləsuvarda qəsəbədə çox əziz, yaxın adamlarımız var, hər zaman gözləri yollarda, bizləri gözləyirlər, qəribdirlər, yurd həsrəti ilə qovrulurlar. Çox uzağa getmədən, yurd yerlərinə yaxınlıqda, şəhidlərin yanında məskunlaşıblar ki, torpaqları geri alan kimi evlərinə qayıtsınlar.
 
Böyüklü-kiçikli, qazimiz də, qızımız da, ingilis dili müəllimi Fərhad Əli ilə bahəm hamımız qəsəbədə qalmaq istədik, o qədər istilik, məhrəmlik gördük el-obada, amma geridə gözləyənlərimiz vardı. İçimizdə bircə arzu ilə geri qayıdırdıq ”“tezliklə bütün işğaldan azad olunmuş torpaqlara qayıda bilək, Kəlbəcərimizə,  Şuşamıza dönək. Laləli təpə işğalda qaldığından mənim Lələ təpədən yazmağıma həsəd aparan Azad Qaradərəli, Cəbrayılın bir qarışına da olsa gedə bildiyin üçün, paxıllıqdan ölürəm deyən Ceyhun Musaoğlu öz Zəngilanlarına qayıtsınlar.
 
Bizim onlara, şəhidlərə, geri alınmış torpaqlara baş çəkməyimiz insanlara bir az da ruh verdi. Onların o dərdin içində yaşatdıqları ruhu görüb biz də ruhlandıq.
 
Bu gecə də çimir eləmədim.  Təəssüratlar, gerçəkləşmiş və qarşıda gerçəkləşəcəyinə böyük ümidlərim oyanan xəyallar yatmağa qoymadı. O yerlərə bir də, əbədi getmək arzusu ilə...(musavat.com)
......
......
Oxşar xəbərlər
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 11:59
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 11:48
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
02 May 2024 | 12:00
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:24
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
02 May 2024 | 11:59
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO