Dağlar həsrət qalıb yubileylərə...
Oxunub: 4168
10 Oct 2015 | 00:56
Dağlar həsrət qalıb yubileylərə...
Moderator.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun anadan olmasının 60 illiyi münasibətilə hazırladığı "Haqqa doğru gedən insan" yazısını təqdim edir:

"Hansı dərgidəsə “İNSAN” ”“ (ÇELOVEK) sözünün mənasının “bir əsr yaşayan” olduğunu oxumuşdum. Bir əsr doğulan insanın bütün potensialını, gücünü, enerjisini, intellektini son damlasınadək sərf etdiyi, tükətdiyi çərçivə, ölçümü? Əsla yox! İnsan istedadının ölçüsünü, məsafəsini, hüdudlarını vaxtla, zamanla məhdudlaşdırmaqmümkünsüzdür. İnsanın mayasında, fitrətində təbiətdən gələn elə bir güc, enerji, müdriklik, saflıq, təmizlik var ki, bunu yüzillər boyu xərcləsən belə, tükənən deyil.
Azərbaycanın qeyrətli oğlu, tanınmış dövlət xadimi Eldar Hümbət oğlu Həsənov 1955-ci il oktyabırın 10-da füsunkar Kəlbəcərin Laçın kəndində dünyaya göz açıb.Göy üzünün duruluğunu gözlərinə köçürən, çiçəklərin ətrini, bulaqların pıçıltısını, Dədə Şəmşir sazının çağlar səsini ruhuna hopduran bu gəncin damarlarında kökdən, nəsildən, süddən, sümükdən gələn bir işıq, nur, halallıq, aristokratlıq var.

Çox-çox sonralar Eldar Həsənov vətəndən uzaqlarda qələmə aldığı xatirələrində kövrələ-kövrələ ehtiraf edəcəkdi: “Anam övladlarına çöx şey verib. Bizə xeyirxahlıq hissini, həssaslığı o aşılayıb, çalışıb ki, kindən-küdurətdən, xəbislikdən uzaq duraq, insanlara qarşı rəhmdil, mehriban, səmimi, canıyanan olaq. Bir parça çörəyi qonşu ilə bölmək kimi insani davranışıda o öyrədib bizə”. Kim nə deyir-desin, halallıq da, saflıq da, dərdçəkərlik də ana südü ilə keçir qanımıza.

Əslində, Eldar müəllimin ömrün 60 illik yolayrıcında illər uzunu qazandığı halalca ağır yükü çiyinlərindən astaca yerə qoyub, dönüb arxaya baxması, ixtiyar yaşlı ata-anasını minnətdarlıq hissi ilə yad etməsi, valideynlərinə olan bu ehtiramı bir məktəb, yazılmamış dəmir qanundur.

Təəssüf ki, bu yazılmamış dəmir qanunlarımız indi yavaş-yavaş aşınmaqdadır.
Eldar Həsənov ötən əsrin 50-ci illərində doğulan yaşıdlarının bir çoxu kimi o böyüklüyü, sevgini illərin qoynundan keçirib, əmanət kimi, qiymətli saxlanc kimi qoruyub, qanında, canında yaşadıb. 
Qəribədir, deyirlər, insan eynən doğulduğu torpağa oxşayır. Eldar müəllim də Kəlbəcərə bənzəyir. Məğrurluğu, daxili zənginliyi, əyilməzliyi, sadəliyi, mehribanlığı, alicənablığı ilə.
Vəzifə başında olanlar arasında Eldar müəllim qədər sadə, səmimi, “olduğu kimi görünən, göründüyü kimi olan” tək-tək adama rast gəlmişəm. Yerin-göyün dəyişik düşdüyü bir zəmanədə belə insanları əliçıraqlı axtarsan da, tapmaq olmur.

İnsan tərcümeyi-halını özü yazır. Kəlbəcərin Laçın kəndinin cığırlarından başlayan, böyük yollara qovuşan arzuların ilk pilləsi 1972-ci ildə başa çatan orta məktəb illəridir.
Elə həmin ilAzərbaycan Dövlət Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası fakültəsinə daxil olan bu gənc 1977-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə başa vurur.
1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyən, qəlbi böyük arzularla dolu olan Eldar Həsənov 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirir.
1990-1992-ci illərdə Gəncə Şəhər Polis İdarəsinin rəisi, 1992-93-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri vəzifəsində çalışır.
1993-cü ildə daxili işlər nazirinin birinci müavini, 1993-95-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru olub.
2001-ci ildən diplomatik fəaliyyətə başlayan Eldar Həsənov Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
2010-cu il martın 25-də Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, 2011-ci il yanvarın 27-də Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri postları da bu görkəmli dövlət xadiminə həvalə olunub. Azərbaycan Respublikasının Monteneqrodakı səfiri səlahiyyətlərini də o  yerinə yetirir.

Professor Eldar Həsənov terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid 22 kitabın və 100-dən çox elmi əsərin müəllifidir. General-leytenant, hüquq elmləri doktoru, professor, II dərəcəli dövlət ədliyyə müşaviridir. Rus, ingilis, rumın dillərində sərbəst danışır.

Bu qısa tərcümeyi-hal heç də zəngin dünyası olan, Xəlil Rza Ulutürk demişkən, “bir ömürdə dörd-beş ömür yaşayan” bu qeyri-adi insanın, böyük vətəndaşın, Azərbaycan sevdalısının yaşantılarını əhatə eləyə bilməz.
Eldar müəllim ömrü boyu yaşadığı cəmiyyətdə, onu əhatə eləyən mühitdə, çevrədə insanlıq axtarıb. Uşaqla uşaq, cavanla cavan, ixtiyarla ixtiyar, müdrik qoca kimi danışan bu kövrək, duyğulu insanı kənardan seyr etmək bir özgə aləmdi.
Eldar müəllim maraqlı müsahibdi. Onunla hər hansı mövzuda söhbət etməkdən doymazsan. Xalqın içindən, el-obanın bağrından qopub gəldiyi üçün sözündə-söhbətində bulaq çağlarlığı var. Bir çoxlarından fərqli olaraq, məsul vəzifələr, böyük kabinetlər Eldar müəllimi zərrə qədər də dəyişmədi. Onun qapıları həmişə hamının üzünə açıq oldu. Dərdli insanları səbirlə dinlədi, ağrıyan yaralara məlhəm qoydu, heç kəsi ümidsiz yola salmadı. Çünki özü də ümidin ətəyindən yapışıb çətinliklə, halallıqla ucalmışdı.

“Valideyinlərim bizə zəhmətə qatlaşmağı öyrədiblər. Bu cür tərbiyənin nəticəsi bəzən gözlənilməz olur.
Xanımımla nişanlananda 19 yaşım vardı. Bir ildən sonra evləndik. Onda mən hələ tələbə idim. Politexnik İnstitutunda oxuyurdum. Ailəm imkanlı olsa da, nişanlanan kimi mənə göndərdikləri aylıq maddi köməkdən könüllü imtina etdim və işə düzəldim. Gündüzlər oxuyur, dərsdən sonra isə düz üç yerdə işləyirdim. Səbəbi sadə idi: bir halda ki evlənməyə qərar vermişəm, öz ailəmi özümtəmin eləməyi bacarmalıyam. Mənim işləməyimdən valideyinlərim il yarımdan sonra xəbər tutdular. Əvvəl razılıq vermədilər, amma gətirdiyim əsaslı səbəbləri dinləyəndən sonra məni başa düşdülər və razılaşmaqdan başqa əlacları qalmadı.

Mən özümə sübut etməyə çalışdım ki, özümü, ailəmi dolandırmağa gücüm çatar, bunu bacararam və bacarmalıyam. Əsas odur ki, özünə inamın olsun. Övladlarıma da bunu aşılayıram. Mən qazancımı hesablayır və ona uyğun yaşayırdım, necə deyərlər, ayağımı yorğanıma görə uzadırdım.
Xanımım da məni anlayır, mənimlə razılaşırdı. O da işləyirdi və biz bu cür müstəqil həyat yoluna çıxdıq, öz həyatımızı qurduq”.

Eldar müəllimin keçdiyi yol, əslində, həyata yenicə atılan, “nə etməli” sualı qarşısında qalan hər bir gənc üçün məktəbdir.
İnsan ömrü boyu axtarışdadır. Büdrəyir, yıxılır, qalxır, arzuları dalınca,alpinistlər kimi, üzü zirvələrə doğru yol gedir. Eldar müəllim də bu 60 yaşın zirvəsinə çatanacan çətin, məsuliyyətli, amma namuslu, şərəfli bir yol keçib. Bu 60 yaşın ənginliyindən boylanıb uşaqlıq və gənclik illərini, valideyinlərini, dostlarını, doğmalarını minnətdarlıq duyğusuyla yad etməsi də onun böyüklüyündən irəli gəlir.
Atası Hümbət kişi 85 yaşın kürəyini yerə vuran, Kəlbəcərə dönmək həsrəti ilə günləri, ayları sayan, yaşının bu ixtiyar çağında da silah götürüb düşmən üstünə getmək təpərində olan qeyrətli bir el ağsaqqalıdır. Eldar müəllimlə Hümbət əmi ata-oğul olmaqdan ziyadə həm də dostdurlar. Eldar müəllim etiraf edir ki, həyatda ilk  müəllimi, dostu atası olub. Mən dəfələrlə Hümmət əmi ilə söhbətimdə onun Eldar müəllimlə bağlı dediklərində müəllim-şagird, ata-oğul münasibətindən çox bəşəri bir doğmalıq hissetmişəm. Əslində də elədi. 
Eldar müəllim indi bir vaxtlar Avropanın “qaynar qazanı” sayılan Balkanlarda Azərbaycanın elçisidir. Xalqlarımız arasında sülhün, barışıın, dostluğun, qardaşlığın,iqtisadi əlaqələrin olması üçün gecəsini gündüzünə qatanlardandır.
Bu gün Serbiya, Bosniya və Herseqovina, Sloveniya və başqa Balkan ölkələri ilə isti münasibətlərin yaranmasında, heç şübhəsiz, tanınmış diplomat, ölkəmizin bu bölgədəki səlahiyyətli səfiri professor Eldar Həsənovun da böyük xidmətləri var.
Eldar müəllimin təbiətindəki səmimiyyət, dialoqa, özgəfikirliyə yüksək hörmət hissi həmişə ona başcalığı gətirib. Həmişə hər yerdə öyrənməyi özünə şərəf bilən Eldar müəllim bu gün də yorulmadan çalışır, oxuyur, öyrənir, zamanın nəbzini tutmağa çalışır: “Əgər kimsə hər şeyi bildiyini iddia edirsə, özünə də elə gəlirsə ki, hər şeyi bilir, çox böyük səhv edir. Elmdə də, həyatda da elə bir sahə yoxdur ki, insan arxayınlıqla durub deyə bilsin ki, mən bunun hamısını bilirəm. Bu, səhv yanaşmadır. Diplomatiyada olduğu kimi: “heç vaxt” və “yox” sözlərini heç zaman işlətmə”.
Bu sözlər böyük həyat yolu keçmiş hüquqşünas kimi də, diplomat kimi də öz dəst-xətti olan Eldar Həsənovun gəncliyə mesajıdır.
Ömrün hər onilliyi insanın sanki öz-özünə hesabatıdır.Son illər Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə uğur qazanmasında, heç şübhəsiz, diplomatlarımızın da böyük rolu olmuşdur. Bu mənada təcrübəli diplomat, dövlət xadimi Eldar Həsənovun xidmətləri danılmazdır.
Kəlbəcər boynubükülü dağları ilə, ağlayan bulaqları ilə, saralan, solan çiçəkləriylə yolumuzu gözləyir. Mən çox istərdim ki, xalqımızın qiymətli oğlu, görkəmli hüquqşünas, diplomat, dövlət xadimi, professor Eldar Həsənovun növbəti yubileyləri Kəlbəcərimizdə keçirilsin.
Bunu Eldar müəllimi çox sevən, onu həmişə ucalarda görmək istəyən hər bir vətən övladı arzu edir.
Eldar müəllim harada olur-olsun, ən böyük missiyasının xalqını, millətini ucaltmaq olduğunu dəfələrlə bildirib.
Doğrudan da öz işi, əməli ilə xalqını, millətini ucaldan, özü də ucalan insanlar xoşbəxtdir.
Böyük oğulların ömrü mübarizələrdə, döyüşlərdə keçir. Eldar müəllimin də həyatı,ömrü, günü Azərbaycanımız uğrunda mübarizədi. Şair nə gözəl deyib:

Ömür boyu başdan-başa döyüşdü,
Dağdan-dağa, daşdan-daşa döyüşdü.
Yüz il yaşa, min il yaşa, döyüşdü,
Hünərin var döyüşməmiş ömür elə.

Oxşar xəbərlər
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:10
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
01 May 2024 | 14:10
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
01 May 2024 | 14:25
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO